Böyük Ermənistan



Yüklə 486,67 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix14.04.2018
ölçüsü486,67 Kb.
#38384
  1   2   3   4   5   6   7   8


Erməni  millətçiləri  tarixin  müxtəlif 

mərhələlərində mifik “Böyük Ermənistan” 

ideyasını gerçəkləşdirmək məqsədilə soy-

daşlarımıza qarşı etnik təmizləmə, depor-

tasiya və soyqırımları həyata keçirmişlər. 

Azərbaycan  xalqının  başına  gətirilən  ən 

dəhşətli faciələrdən biri də 100 il bundan 

əvvəl  -  1918-ci  ilin  mart-aprel  aylarında 

Bakı  Sovetinin  mandatı  altında  fəaliyyət 

göstərən  daşnak-bolşevik  silahlı  dəstələ-

ri  tərəfindən  xüsusi  qəddarlıqla  törədil-

miş  kütləvi  qırğınlardır.  Həmin  günlərdə 

Bakı  şəhərində,  habelə  Bakı  quberniya-

sına  daxil  olan  digər  şəhər  və  qəzalarda 

on minlərlə dinc sakin məhz etnik və dini 

mənsubiyyətinə görə qətlə yetirilmiş, ya-

şayış məntəqələri dağıdılmış, mədəniyyət 

abidələri,  məscid  və  qəbiristanlıqlar  yer-

lə-yeksan  edilmişdir.  Sonrakı  dövrlərdə 

daha  da  azğınlaşan  erməni  millətçiləri 

qeyri-insani  əməllərini  davam  etdirmiş, 

Qarabağ,  Zəngəzur,  Naxçıvan,  Şirvan, 

İrəvan və digər bölgələrdə kütləvi qətllər, 

talanlar və etnik təmizləmələr həyata ke-

çirmişlər.

Azərbaycan  Xalq  Cümhuriyyətinin 

hökuməti  ermənilərin  törətdikləri  ağır 

cinayətlərin araşdırılması üçün Fövqəla-

də İstintaq Komissiyası yaratmış, komis-

siyanın üzə çıxardığı həqiqətlərin xalqın 

yaddaşında  hifz  edilməsi  və  dünya  ic-

timaiyyətinə  çatdırılması  üçün  bir  sıra 

tədbirlər  görmüşdür.  Lakin  Xalq  Cüm-

huriyyətinin süqutundan sonra bu proses 

dayandırılmış, baş verənlərin sona qədər 

təhqiq  edilməsinin  və  ona  müvafiq  si-

yasi-hüquqi qiymət verilməsinin qarşısı 

alınmışdır. Yalnız 80 il sonra - 1998-ci 

il martın 26-da ümummilli lider Heydər 

Əliyevin  imzaladığı  “Azərbaycanlıların 

soyqırımı  haqqında”  Azərbaycan  Res-

publikası Prezidentinin Fərmanında hə-

min  dəhşətli  hadisələrə  adekvat  siyasi 

qiymət  verilmiş  və  31  mart  “Azərbay-

canlıların  Soyqırımı  Günü”  elan  edil-

mişdir.


Ötən 20 il ərzində aparılmış araşdır-

malar sayəsində çoxlu sayda yeni faktlar 

və  sənədlər  toplanmış,  Quba  şəhərin-

də  kütləvi  məzarlıq  aşkar  olunmuşdur. 

Üzə  çıxmış  tarixi  faktlar  1918-ci  ilin 

mart-aprel aylarında və sonrakı dövrlər-

də  erməni  millətçilərinin  həyata  keçir-

dikləri  qanlı  aksiyaların  coğrafiyasının 

daha geniş və faciə qurbanlarının sayı-

nın qat-qat çox olduğunu sübut etmişdir.

Azərbaycan  Respublikası  Konsti-

tusiyasının  109-cu  maddəsinin  32-ci 

bəndini rəhbər tutaraq, erməni-bolşevik 

silahlı  dəstələrinin  100  il  əvvəl  azər-

baycanlılara  qarşı  törətdikləri  bəşəri 

cinayətlər  barədə  həqiqətlərin  ölkə  və 

dünya ictimaiyyətinə daha dolğun çatdı-

rılması məqsədilə qərara alıram:

1.  Azərbaycan  Respublikası  Pre-

zidentinin  Administrasiyası  1918-ci  il 

azərbaycanlıların  soyqırımının  yüzün-

cü  ildönümünə  həsr  olunmuş  tədbirlər 

planının hazırlanıb həyata keçirilməsini 

təmin etsin.

2. Azərbaycan Respublikasının Mil-

li  Məclisinə  soyqırımın  100  illiyi  ilə 

bağlı  xüsusi  iclasın  keçirilməsi  tövsiyə 

edilsin.


3. Azərbaycan Respublikasının Na-

zirlər  Kabineti  bu  Sərəncamdan  irəli 

gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 yanvar 2018-ci il.

Azərbaycan Respublikası Kons-

titusiyasının  109-cu  maddəsinin 

32-ci bəndini rəhbər tutaraq, nəqliy-

yat, rabitə və yüksək texnologiyalar 

sahəsində  idarəetməni  təkmilləş-

dirmək və Azərbaycan Respublika-

sının  Nəqliyyat,  Rabitə  və  Yüksək 

Texnologiyalar  Nazirliyinin  fəaliy-

yətini təmin etmək məqsədi ilə qə-

rara alıram:

1.  “Azərbaycan  Respublikasının 

Nəqliyyat, Rabitə və Yüksək Texnologi-

yalar Nazirliyi haqqında Əsasnamə” təs-

diq edilsin (əlavə olunur).

2.  Azərbaycan  Respublikasının 

Dövlət Dəniz Administrasiyası əsasında 

Azərbaycan Respublikasının Nəqliyyat, 

Rabitə  və  Yüksək  Texnologiyalar  Na-

zirliyi  yanında  Dövlət  Dəniz Agentliyi 

yaradılsın.

3.  Azərbaycan  Respublikasının 

Dövlət Mülki Aviasiya Administrasiya-

sı əsasında Azərbaycan Respublikasının 

Nəqliyyat, Rabitə və Yüksək Texnologi-

yalar  Nazirliyi  yanında  Dövlət  Mülki 

Aviasiya Agentliyi yaradılsın.

4.  “Azərbaycan  Respublikasının 

Nəqliyyat, Rabitə və Yüksək Texnologi-

yalar Nazirliyinin strukturu” təsdiq edil-

sin (əlavə olunur).

5.  Azərbaycan  Respublikasının 

Nəqliyyat, Rabitə və Yüksək Texnologi-

yalar Nazirliyi Aparatının işçilərinin say 

həddi 190 ştat vahidi, Azərbaycan Res-

publikasının Nəqliyyat, Rabitə və Yük-

sək  Texnologiyalar  Nazirliyi  yanında 

Dövlət  Avtomobil  Nəqliyyatı  Xidməti-

nin Aparatının və regional bölmələrinin 

işçilərinin  say  həddi  145  ştat  vahidi,  o 

cümlədən  Xidmətin Aparatının  işçiləri-

nin say həddi 100 ştat vahidi, Azərbay-

can  Respublikasının  Nəqliyyat,  Rabitə 

və Yüksək Texnologiyalar Nazirliyi ya-

nında Dövlət Dəniz Agentliyinin işçilə-

rinin say həddi 65 ştat vahidi, Azərbay-

can  Respublikasının  Nəqliyyat,  Rabitə 

və Yüksək Texnologiyalar Nazirliyi ya-

nında Dövlət Mülki Aviasiya Agentliyi-

nin işçilərinin say həddi 48 ştat vahidi, 

Azərbaycan Respublikasının Nəqliyyat, 

Rabitə  və  Yüksək  Texnologiyalar  Na-

zirliyi  yanında  Elektron  Təhlükəsizlik 

Xidmətinin işçilərinin say həddi 18 ştat 

vahidi,  Azərbaycan  Respublikasının 

Nəqliyyat,  Rabitə  və  Yüksək  Texno-

logiyalar Nazirliyi yanında İnformasiya 

Texnologiyalarının İnkişafı Dövlət Fon-

dunun işçilərinin say həddi 12 ştat vahi-

di müəyyən edilsin.

6.  Azərbaycan  Respublikasının 

Dövlət  Dəniz  Administrasiyasının  ta-

beliyində  olan  Dəniz  Üzgüçülüyünün 

Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və 

Texniki-Təminat  İdarəsi  publik  hüquqi 

şəxs statusu ilə Azərbaycan Respublika-

sının Nəqliyyat, Rabitə və Yüksək Tex-

nologiyalar  Nazirliyi  yanında  Dövlət 

Dəniz Agentliyinin tabeliyinə verilsin.

7.  Azərbaycan  Respublikasının 

Dövlət Mülki Aviasiya Administrasiya-

sının tabeliyində olan Mülki Aviasiyada 

Uçuşların  Təhlükəsizliyi  üzrə  Dövlət 

Müfəttişliyi  publik  hüquqi  şəxs  Azər-

baycan  Respublikasının  Nəqliyyat,  Ra-

bitə və Yüksək Texnologiyalar Nazirliyi 

yanında Dövlət Mülki Aviasiya Agentli-

yinin tabeliyinə verilsin.

8.  Müəyyən  edilsin  ki, Azərbaycan 

Respublikasının  Nəqliyyat,  Rabitə  və 

Yüksək Texnologiyalar Nazirliyi yanın-

da Dövlət Dəniz Agentliyinin və Azər-

baycan  Respublikasının  Nəqliyyat,  Ra-

bitə və Yüksək Texnologiyalar Nazirliyi 

yanında Dövlət Mülki Aviasiya Agentli-

yinin direktorlarını Azərbaycan Respub-

likasının  Prezidenti  vəzifəyə  təyin  və 

vəzifədən azad edir.

9.  “Azərbaycan  Respublikasının 

Nəqliyyat Nazirliyi haqqında Əsasnamə-

nin təsdiq edilməsi barədə” Azərbaycan 

Respublikası  Prezidentinin  2003-cü  il 

10 iyun tarixli 880 nömrəli Fərmanının 

(Azərbaycan  Respublikasının  Qanun-

vericilik  Toplusu,  2003,  №  6,  maddə 

286; 2006, № 11, maddə 945; 2007, № 

6, maddə 601; 2008, № 8, maddə 719, 

№  11,  maddələr  969,  970;  2009,  №  2, 

maddə 64, № 12, maddə 983; 2011, № 2, 

maddə 85; 2014, № 10, maddə 1186, № 

12, maddə 1578; 2016, № 3, maddə 468, 

№ 4, maddə 660; 2017, №1, maddə 59) 

1-ci hissəsi ləğv edilsin.

10.  “Azərbaycan  Respublikası  Ra-

bitə  və  Yüksək  Texnologiyalar  Nazir-

liyinin  fəaliyyətinin  təmin  edilməsi  və 

“Azərbaycan Respublikasının Rabitə və 

İnformasiya  Texnologiyaları  Nazirliyi 

haqqında  Əsasnamənin  təsdiq  edilməsi 

barədə”  Azərbaycan  Respublikası  Pre-

zidentinin  2004-cü  il  10  avqust  tarixli 

111  nömrəli  Fərmanının  ləğv  edilməsi 

haqqında” 2014-cü il 19 iyun tarixli 185 

nömrəli  Fərmanının  (Azərbaycan  Res-

publikasının  Qanunvericilik  Toplusu, 

2014, № 6, maddə 635; 2016, № 6, mad-

də 1057, № 8, maddə 1384; 2017, № 5, 

maddə 844) 1-ci, 2-ci və 3-cü hissələri 

ləğv edilsin.

11. Azərbaycan Respublikasının Na-

zirlər Kabineti:

11.1. Azərbaycan Respublikası Pre-

zidentinin aktlarının bu Fərmana uyğun-

laşdırılması  ilə  bağlı  təkliflərini  üç  ay 

müddətində hazırlayıb Azərbaycan Res-

publikasının Prezidentinə təqdim etsin;

11.2. Azərbaycan  Respublikası  Na-

zirlər Kabinetinin normativ hüquqi akt-

larının bu Fərmana uyğunlaşdırılmasını 

üç ay müddətində təmin edib Azərbay-

can Respublikasının Prezidentinə məlu-

mat versin;

11.3.  Azərbaycan  Respublikasının 

Nəqliyyat,  Rabitə  və  Yüksək  Texno-

logiyalar Nazirliyinin təklifləri əsasında 

onun  strukturuna  daxil  olmayan  tabeli-

yində  olan  qurumların  siyahısını Azər-

baycan  Respublikasının  Prezidenti  ilə 

razılaşdırmaqla  bir  ay  müddətində  təs-

diq etsin;

11.4.  bu  Fərmanın  6-cı  hissəsində 

nəzərdə tutulan publik hüquqi şəxslərin 

nizamnamələrini və strukturlarını Azər-

baycan  Respublikasının  Prezidenti  ilə 

razılaşdırmaqla  bir  ay  müddətində  təs-

diq etsin;

11.5.  Azərbaycan  Respublikası-

nın  Nəqliyyat,  Rabitə  və  Yüksək  Tex-

nologiyalar  Nazirliyi  yanında  Dövlət 

Dəniz  Agentliyinin  və  Azərbaycan 

Respublikasının  Nəqliyyat,  Rabitə  və 

Yüksək Texnologiyalar Nazirliyi yanın-

da  Dövlət  Mülki Aviasiya Agentliyinin 

əsasnamələrinin  layihəsini  bir  ay  müd-

dətində hazırlayıb Azərbaycan Respub-

likasının Prezidentinə təqdim etsin;

11.6.  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının normativ hüquqi aktlarının 

bu  Fərmana  uyğunlaşdırılmasını  nə-

zarətdə saxlasın və bunun icrası barədə 

beş ay müddətində Azərbaycan Respub-

likasının Prezidentinə məlumat versin;

11.7.  Azərbaycan  Respublikası-

nın  Dövlət  Dəniz  Administrasiyasının, 

Azərbaycan  Respublikasının  Mülki 

Aviasiya  Administrasiyasının  və  on-

ların  tabeliyində  olan  qurumların  ba-

lanslarındakı  əmlakın,  müvafiq  olaraq, 

Azərbaycan Respublikasının Nəqliyyat, 

Rabitə və Yüksək Texnologiyalar Nazir-

liyi yanında Dövlət Dəniz Agentliyinin, 

Azərbaycan Respublikasının Nəqliyyat, 

Rabitə  və  Yüksək  Texnologiyalar  Na-

zirliyi  yanında  Dövlət  Mülki  Aviasiya 

Agentliyinin və onların tabeliyində olan 

qurumların  balanslarına  verilməsini  iki 

ay müddətində təmin etsin;

11.8.  Azərbaycan  Respublikasının 

2018-ci  il  dövlət  büdcəsində  Azərbay-

can  Respublikasının  Dövlət  Dəniz Ad-

ministrasiyası və Azərbaycan Respubli-

kasının Mülki Aviasiya Administrasiyası 

üçün nəzərdə tutulmuş vəsaitin, müvafiq 

olaraq,  Azərbaycan  Respublikasının 

Nəqliyyat, Rabitə və Yüksək Texnologi-

yalar  Nazirliyi  yanında  Dövlət  Dəniz 

Agentliyinə və Azərbaycan Respublika-

sının Nəqliyyat, Rabitə və Yüksək Tex-

nologiyalar  Nazirliyi  yanında  Dövlət 

Mülki Aviasiya Agentliyinə ayrılması ilə 

əlaqədar tədbirlər görsün;

11.9. bu Fərmandan irəli gələn digər 

məsələləri həll etsin.

12.  Azərbaycan  Respublikasının 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiy-

yəti orqanlarının normativ hüquqi aktla-

rının və normativ xarakterli aktların bu 

Fərmana uyğunlaşdırılmasını təmin edib 

Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2018-ci il.



26 yanvar 2018-ci il    № 5-8 (9191) 

BU SAYIMIZDA

Gəmiçiliyin elektron bilet xidmətindən 

istifadə rahat və sərfəlidir

20 yanvar şəhidlərinin xatirəsi 

böyük ehtiramla yad edildi

Yanvarın 18-də 

“Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” 

Qapalı Səhmdar Cə-

miyyətində 20 Yanvar 

faciəsinin 28-ci  ildö-

nümünə həsr olun-

muş anım mərasimi 

keçirilib.  

Əvvəlcə Azərbaycanın müstəqilliyi

ərazi bütövlüyü  uğrunda canlarından 

keçən şəhidlərimizin xatirəsi bir dəqiqə-



lik sükutla yad edilib.

dəniz nəqliyyatı ilə daşınan 

yüklərin həcmi 43,7 faiz artıb

Azərbaycan 

Xəzər Dəniz Gə-

miçiliyi gəmilə-

rinin istismarı və 

sahil obyektləri-

nin fəaliyyəti nəti-

cəsində yaranan 

neftli şlamların, 

işlənmiş yağla-

rın, digər maye 

və bərk tullantıların su mənbələrinə, 

qrunta və havaya ekoloji mənfi təsir-

lərinin minimuma endirilməsini daim 

diqqət mərkəzində saxlayır.

 “müəssisələr öz əməkdaşlarına tibbi xidmətin 

Göstərilməsini ya birbaşa, ya da tibbi sığorta 

təşkilatları vasitəsilə həyata keçirə bilərlər”

 “Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC 

müştəriləri elektron bilet 

xidmətindən istifadəyə 

dəvət edir.

Prezident İlham Əliyev 

2018 Formula 1 Azərbaycan 

Qran Pri yarışının təşkili və 

keçirilməsi ilə bağlı Azərbay-

can Respublikasına gələcək 

əcnəbilər və vətəndaşlığı 

olmayan şəxslər üçün viza 

prosedurlarının sadələşdirilməsi haqqın-

da Sərəncam imzalayıb.

Ən vacib sığorta insan 

həyatının sığortalanmasıdır. 

Məhz buna görə dövlət tərə-

findən icbari tibbi sığortanın 

tətbiqi üçün praktiki struk-

tur formalaşdırılıb. 

Dəniz 

nəqliyyatı ilə 

2017-ci ilin 

yanvar-dekabr 

ayında daşınmış 

yüklərin həcmi 

8344,6 min ton 

təşkil edib və əv-

vəlki ilin müvafiq 

dövrünə nisbətən 

43,7 faiz artıb. Yüklərin 48,7 faizini 

neft yükləri təşkil edib.

səh. 3

səh. 6

axdG-də ətraf mühitə zərərin 

vurulmaması üçün bütün 

qabaqlayıcı tədbirlər Görülür

səh. 8

səh. 4

səh. 5

səh. 2

2018 formula 1 azərbaycan qran Pri yarışı ilə 

əlaqədar viza Prosedurları sadələşdiriləcək

1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında 

azərbaycan resPublikası Prezidentinin sərəncamı

azərbaycan resPublikasında nəqliyyat, rabitə və yüksək texnoloGiyalar sahəsində 

idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında 

azərbaycan resPublikası Prezidentinin fərmanı


Yüklə 486,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə