Böyük Ermənistan


AZƏRTAC xəbər verir ki, Prezident



Yüklə 486,67 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix14.04.2018
ölçüsü486,67 Kb.
#38384
1   2   3   4   5   6   7   8

AZƏRTAC xəbər verir ki, Prezident 

İlham Əliyev Davosda Dünya İqtisadi 

Forumunun “Strateji baxış: Avrasiya” 

adlı interaktiv iclasında Azərbaycanın 

təşəbbüskarı olduğu beynəlxalq enerji və 

nəqliyyat layihələrindən də danışıb.

Enerji layihələrinin Azərbaycan və regi-

on üçün əhəmiyyətini diqqətə çatdıran Pre-

zident  İlham  Əliyev  qeyd  edib  ki,  ölkəmi-

zin  təşəbbüskarı  olduğu  layihələr  regionun 

enerji xəritəsini dəyişib. “Gürcüstanın Sup-

sa limanına qədər inşa etdiyimiz ilk kəmər 

Xəzər  dənizini  Qara  dənizlə  birləşdirdi. 

Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Cey-

han neft kəməri Xəzər dənizini Aralıq dənizi 

ilə birləşdirdi. Bundan sonra həmin marşrut 

boyu biz qaz kəmərini də inşa etdik. Belə-

liklə, biz karbohidrogen ehtiyatlarımız üçün 

şaxələnmiş  ixrac  marşrutlarına  malikik  və 

geniş mənada tərəfdaşlarımızın, o cümlədən 

Avropada olan tərəfdaşlarımızın enerji təh-

lükəsizliyini təmin edirik. Avropa İttifaqının 

üzvü olan bəzi dövlətlərin neftə tələbatının 

böyük hissəsi Azərbaycan tərəfindən təmin 

edilir.  İki-üç  ildən  -  “Cənub  Qaz  Dəhlizi” 

layihəmiz uğurla icra olunandan sonra onlar 

bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə 

edəcəklər”, - deyə dövlətimizin başçısı vur-

ğulayıb.


Nəqliyyat  layihələrindən  də  bəhs  edən 

Prezident  İlham  Əliyev  Bakı-Tbilisi-Qars 

dəmir  yolu  layihəsinin  önəmini  vurğulaya-

raq deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu la-

yihəsi regionun nəqliyyat xəritəsini dəyişdir-

di. Bu gün bu, Çindən Avropaya olan ən qısa 

marşrutdur - əvvəllər bu məsafə 30-35 gün 

ərzində qət olunurdusa, artıq bu gün iki həftə 

ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və 

enerji şaxələndirilməsinin yeni xəritəsidir və 

düşünürəm  ki,  açıq  okeana  çıxışı  olmayan 

bir ölkə kimi Azərbaycan regional nəqliyyat 

dəhlizinə çevrilmişdir. Ancaq əlbəttə ki, hələ 

də görüləcək işlərimiz var”.

Dövlətimizin başçısı qeyd edib ki, gələ-

cək neft və qazdan ibarət deyil, onlar bir gün 

tükənəcək.  Gələcək  innovasiya,  texnologi-

ya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa 

dövlət dəstəyindən ibarət olacaq.

Dünya İqtisadi Forumunun 

nüfuzlu indeksi sayılan “İnklüziv 

İnkişaf İndeksi 2018”də Azərbay-

can ən yaxşı inkişaf etməkdə olan 

ölkələr sırasında üçüncü, MDB 

məkanında isə birinci yerdə qə-

rarlaşıb. Dünya İqtisadi Forumu-

nun inklüziv inkişaf hesabatında 

Azərbaycan Litva və Macarıstan 

istisna olmaqla digər bütün inkişaf 

etməkdə olan ölkələri geridə qoyub.

İqtisadi  İslahatların  Təhlili  və 

Kommunikasiya Mərkəzinin (İİTKM) 

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi-

nin  meneceri  Nicat  Hacızadə AZƏR-

TAC-a  bildirib  ki,  Azərbaycanın 

“İnklüziv İnkişaf İndeksi 2018” hesa-

batında inkişaf etməkdə olan ölkələr üzrə ilk 

üçlükdə, MDB-də isə lider olması Prezident 

İlham Əliyevin apardığı sürətli, məqsədyön-

lü,  inklüziv  iqtisadi  islahatlara  beynəlxalq 

qiymətdir.

N.Hacızadə,  həmçinin  Azərbaycanın 

“İnklüziv İnkişaf İndeksi 2018”də irəliləmə-

sinin  vacibliyi  barədə  danışaraq  qeyd  edib 

ki,  hesabatın  əsas  qayəsi  insanların  maddi 

və  sosial  rifah  halının,  məşğulluq,  sağlam 

həyat  gözləntilərinin  qiymətləndirilməsi  və 

ölçülməsidir: “Sözügedən indeks üzrə Azər-

baycan  ilk  üçlükdə  qiymətləndirilib  ki,  bu 

Azərbaycanda  əhalinin  sosial  rifah  halının 

digər  ölkələrə  nisbətdə  daha  yaxşı  olması, 

Prezident  İlham  Əliyevin  ölkədə  apardığı 

sosial-iqtisadi  islahatların  tərkib  hissəsidir. 

Hesabatı  tədqiq  və  təhlil  etdikdə,  müşahidə 

etmək  mümkündür  ki,  müxtəlif  indikatorlar 

üzrə Azərbaycanın mövqeyi bir sıra Avropa 

ölkələrindən və bütün MDB-dən daha yaxşı-

dır”.

“İnklüziv inkişaf indeksi 3 əsas indikator 



olmaqla,  12  sub-indikatora  əsasən  formala-

şır.  “Artım  və  inkişaf”,  “İnklüzivlik”,  “Nə-

sillərarası  bərabərlik  və  dayanıqlılıq”  əsas 

indekslər olmaqla inkişaf etmiş və inkişafda 

olan ölkələrin reytinqini formalaşdırır. “İnk-

lüziv İnkişaf İndeksi 2018” hesabatı ölkələrin 

adam başına düşən ÜDM, əmək məhsuldar-

lığı,  sağlam  həyat  gözləntiləri,  məşğulluq, 

CİNİ  əmsalı+,  yoxsulluq  dərəcəsi,  xalis  yı-

ğımların  tənzimlənməsi  və  sair  sub-indika-

torlar əsasında qiymətləndirir”, - deyə N.Ha-

cızadə qeyd edib.

O bildirib ki, sözügedən hesabatın ilk in-

dikatoru sayılan “Artım və inkişaf” göstərici-

si əsas makroiqtisadi sub-indikatoru sayılan 

və ölkədə yaşayan insanların həyat səviyyə-

sinin  əsas  göstəricilərindən  biri  adambaşına 

düşən  ÜDM  üzrə,  habelə  əhalinin  məşğul-

luğu,  əmək  məhsuldarlığı  və  tibbi-nöqteyi 

cəhətdən sağlam insanların gözləntiləri üzrə 

Azərbaycan yüksək qiymətləndirilib. Şübhə-

siz ki, bütün bunlar Azərbaycan Respublikası 

Prezidentinin son illər apardığı dərin iqtisadi 

islahatların  nəticəsidir.  Əhalinin  bütün  tə-

bəqələrinin maddi və sosial rifah halını daima 

diqqətdə saxlayan Prezident İlham Əliyevin 

ölkəmizdə apardığı sosial siyasət beynəlxalq 

reytinqlər tərəfindən obyektiv və yüksək şə-

kildə qiymətləndirilib.

“Bundan əlavə, ikinci əsas indikator sa-

yılan “İnklüzivlik” indikatoru əhali arasında 

təbəqələşmənin səviyyəsi, yoxsulluğu, fiziki 

şəxslər və ev təsərrüfatlarının gəlirlərin böl-

güsünü (GİNİ – Xalis gəlirlər) təyin edir. He-

sabata əsasən, sözügedən indikator üzrə ölkə-

mizin  əldə  etdiyi  qiymətləndirmə  nəticələri 

dünyanın inkişaf etməkdə olan ölkələrindən 

daha  yaxşıdır.  Hesabatın  metodologiyasına 

əsasən, CİNİ əmsalı sub-indikatoru 0-100 bal 

arasında dəyişir ki, 0 bal olduqda əhali ara-

sında bərabərlik ən yüksək səviyyədə olması, 

100 bal olduqda isə əhali arasında bərabərsiz-

liyin ən yüksək səviyyədə olması kimi qiy-

mətləndirilir.  Sub-indikatorun  hesablanması 

fiziki  şəxslər  və  ev  təsərrüfatlarında  çalışan 

insanlar  arasında  gəlirlərin  (vergi  və  köçür-

mədən sonra) bərabər və ədalətli şəkildə bö-

lünməsini  özündə  ehtiva  edir.  Azərbaycan 

28.6  balla  qiymətləndirilib  ki,  bu  sub-indi-

kator üzrə Azərbaycan hətta lider Litvanı da 

geridə qoyaraq Macarıstandan sonra ən yax-

şı  göstəriciyə  malikdir.  Digər  sub-indikator 

olan  yoxsulluq  üzrə  də  ölkəmizin  mövqeyi 

yüksəkdir.  Bu  indikatorun  ölkədə  əhalinin 

neçə  faiz  hissəsinin  3  dollardan  daha  aşağı 

gəlir əldə etməsini təyin edir ki, həmin faiz 

dərəcələri  ilə  yoxsulluq  göstəriciləri  üzrə 

ölkələr  sıralanır.  Azərbaycan  hesabatda  or-

ta-yüksək gəlirli ölkələr sırasına daxildir ki, 

bütün MDB-dən öndədir. Əlavə olaraq qeyd 

etmək  yerinə  düşər  ki,  MDB-də  yoxsulluq 

reytinqi üzrə ən aşağı göstərici sırasında Ta-

cikistan, Qırğızıstan və Ermənistanın adı çə-

kilir”, - deyə o bildirib.

N.Hacızadə  deyib  ki,  adıçəkilən  inklü-

zivlik  göstəricisinin  sonuncu  sub-indikatoru 

median gəliri indikatoru adlanır. Bu indikator 

özündə makroiqtisadi parametrləri cəmləşdi-

rir.  Belə  ki,  sub-göstəricisinin  hesablanma-

sında əsas məqsəd ölkədə əhalinin alıcılıq qa-

biliyyətinin hesablanması və müvafiq olaraq 

qiymətləndirilməsidir.  Beynəlxalq  hesabatın 

göstəricisini  metodologiyaya  əsasən  təhlil 

etdikdə,  müşahidə  edirik  ki,  dünyada  baş 

verən  bir  sıra  mənfi  tendensiyalara  və  neft 

ixracatçısı ölkəsi hesab edilən Azərbaycanda 

milli valyutanın ABŞ dolları qarşısında dəyər 

itirməsinə baxmayaraq, ölkədə qiymətlər sa-

bitliyini qoruyub saxlayıb və əhalinin alıcılıq 

qabiliyyətinə ciddi təsir edib.

“İnklüziv İnkişaf İndeksi 2018” hesabatı-

nın sonuncu, “Dayanıqlılıq” indikatoru döv-

lət  borcunun  hesablanması,  asılılıq  indeksi 

sub-indikatorları  təşkil  edirlər.  Dövlət  bor-

cunun  ÜDM-də  payına  əsasən  Azərbaycan 

Qlobal Rəqabətlilik hesabatında olduğu kimi 

bu  hesabatda  da  yüksək  qiymətləndirilib. 

Dövlət  borcu  indikatorunun  metodologiya-

sına  əsasən,  xalis  borcun  tərkibinə  müxtəlif 

öhdəliklər daxildir. Bu öhdəliklərə depozitlər, 

istiqrazlar, ödəniləcək kreditlər, sığorta, pen-

siyalar  və  digər  öhdəliklər  dövlət  borcunun 

tərkib  hissəsidir.  Hesabatın  qiymətləndiril-

məsi  göstərir  ki,  Azərbaycan  dövlət  borcu-

nun ÜDM-də payına görə MDB və regionun 

lider dövlətidir. Bundan əlavə, Azərbaycanın 

strateji valyuta ehtiyatları beynəlxalq iqtisa-

di qurumlar qarşısında rahat borc götürməyə 

imkan  yaradır.  Prezident  İlham  Əliyevin 

rəhbərliyi  ilə  aparılan  beynəlxalq  layihələr 

rentabelliyinə  və  gələcək  perspektivlərinə 

görə aparıcı beynəlxalq iqtisadi təşkilatların, 

bankların və fondların hər zaman diqqətində 

olub. Bu səbəbdən Azərbaycan dövlət borc-

larının səmərəli icrasına görə hər zaman nü-

fuzlu beynəlxalq indekslər tərəfindən müsbət 

qiymətləndirilib”,  -  deyə  N.Hacızadə  əlavə 

edib.


“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin 

meneceri  bildirib  ki,  sonuncu  sub-indikator 

asılılıq  göstəricisi  isə  iqtisadi  cəhətdən  fəal 

əhali ilə fəal olmayan əhalinin iqtisadiyyat-

da  yeri,  iqtisadi  cəhətdən  fəal  əhalinin  iqti-

sadiyyata töhfəsini hesablayır: “Azərbaycan 

iqtisadi fəal əhali (işçi qüvvəsi) – məşğul və 

işsiz əhalinin ümumi sayını əhatə edir. 15 və 

yuxarı  yaşda  məşğul  olmayan  və  müəyyən 

dövr  ərzində  iş  axtarmayan  şəxslər  iqtisadi 

qeyri-fəal  əhaliyə  aid  edilir.  Beynəlxalq  in-

deksin  metodologiyasına  əsasən,  15-64  ya-

şarası  iqtisadi  fəal  əhali  sayı  və  100  nəfərə 

düşən hesaba əsasən qiymətləndirmə aparılır. 

Habelə, beynəlxalq iqtisadi ədəbiyyatlar ası-

lılıq indeksi deyərkən əhalinin neçə faizinin 

işlək olduğu və gəlir götürmək qabiliyyətinə 

malik  olduğunu  ölçür.  Sözügedən  əmsalın 

çox  olması  əhali  arasında  iqtisadi  cəhətdən 

fəal  olmayan  əhalinin  çox  olması  deməkdir 

ki,  bu  sosial  təminat,  sosial  müdafiə  və  sə-

hiyyə xərclərinin daha çox olması anlamına 

gəlir  ki,  bu  iqtisadiyyatda  əlavə  dəyər  ya-

ratma qabiliyyətinə mənfi yöndən təsir edir. 

Azərbaycan  bu  sub-indikator  üzrə  40,9  faiz 

səviyyəsində qiymətləndirilib ki, bu da əksər 

inkişaf etmiş və inkişafda olan ölkələrin faiz 

dərəcələrindən daha azdır. Başqa sözlə ölkə-

mizdə olan fəal iqtisadi əhalinin sayı iqtisa-

diyyatda daha çox üstünlük təşkil edir”.

Əlavə edək ki, Azərbaycan Litva və Ma-

carıstandan cüzi faizlərlə geri qalıb ki, bu da 

müvafiq olaraq 0,17 və 0,05 faiz təşkil edib. 

Reytinqdə Azərbaycan  Latviya,  Polşa,  Xor-

vatiya,  Rumıniya,  Bolqarıstan,  Makedoniya 

kimi ölkələri 0,2–0,5 faiz dərəcələri ilə, qon-

şu  Rusiyanı  0,49  faiz,  Türkiyəni  0,43  faiz, 

Gürcüstanı  0,7  faiz,  İran  İslam  Respublika-

sını 0,61 faiz, Ermənistanı 1,03 faiz qabaq-

layıb.


azərbaycanın “inklüziv inkişaf indeksi 2018” hesabatında 

irəliləməsi uğurlu islahatların nəticəsidir

azərbaycan açıq okeana çıxışı olmayan bir ölkə 

kimi reGional nəqliyyat dəhlizinə çevrilib

www.seanews.az

26 yanvar 2018-ci il   № 5-8 (9191)

3

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-dekabr 

ayında daşınmış yüklərin həcmi 8344,6 min ton 

təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 

43,7 faiz artıb. Yüklərin 48,7 faizini neft yükləri 

təşkil edib.

Dövlət  Statistika  Komitəsinin  mətbuat  xidmətin-

dən  bildirilib ki, dəniz limanlarında 10769,2 min ton 

həcmində  yükləmə-boşaltma  işləri  həyata  keçirilib. 

Yüklərin 10141,1 min tonunu və ya 94,2 faizini tranzit 

yüklər təşkil edib. 2018-ci il yanvar ayının 1-i vəziyyə-

tinə limanlarda göndərilmək üçün 244,7 min ton idxal 

yükləri olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sər-

nişinlərin  sayı  əvvəlki  ilin  müvafiq  dövrünə  nisbətən 

12,8 faiz azalaraq 17,1 min nəfər olub.

dəniz nəqliyyatı ilə daşınan 

yüklərin həcmi 43,7 faiz artıb

Türkmənistan Aşqabadda və ya “Avaz” milli 

turizm zonasında Dayanıqlı nəqliyyat üzrə qlobal 

konfrans keçirməyi planlaşdırır.

Bunu  Türkmənistanın Azərbaycandakı  səfiri  Me-

kan  İşanquliyev  yanvarın  24-də  səfirlikdə  keçirilən 

mətbuat  konfransında  bildirib.  Mətbuat  konfransı 

BMT Baş Məclisinin 72-ci sessiyasının 74-cü iclasında 

Türkmənistanın təşəbbüsü ilə “Dayanıqlı inkişaf sahə-

sində məqsədlərin əldə edilməsi üçün bütün nəqliyyat 

növləri arasında əlaqələrin möhkəmləndirilməsi” qət-

naməsinin qəbul edilməsinə həsr olunub.

Nəqliyyat və logistika sahəsində böyük potensialı 

olan Türkmənistan bir sıra iri beynəlxalq və regional 

layihələrin təşəbbüskarıdır. Bu layihələrin həyata keçi-

rilməsi Mərkəzin Asiya ölkələri ilə qonşu regionlar ara-

sında iqtisadi və ticari əməkdaşlığı müasir səviyyəyə 

yüksəltməyə,  perspektivdə  regionlararası  əlaqələrə 

güclü  təkan  verməyə,  Mərkəzi  Asiya,  Xəzər  dənizi, 

Qara dəniz və Baltik dənizi regionlarını, Orta və Yaxın 

Şərqi, Cənubi və Cənub-Şərqi Asiyanı birləşdirən yeni 

geoiqtisadi məkanın arxitekturasının təməlini qoymağa 

imkan verəcək.

Türkmənistanla  Azərbaycan  arasında  nəqliyyat 

sahəsində əməkdaşlığın böyük perspektivləri olduğunu 

bildirən diplomatın fikrincə, bu il Ələtdə yeni Bakı Li-

manının açılması sayəsində yükdaşımaların həcmi və 

coğrafiyası dəfələrlə genişlənəcək.

türkmənistan dayanıqlı 

nəqliyyat üzrə qlobal konfrans 

keçirmək niyyətindədir

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi 

Təmiri və Tikintisi  Zavodunda 

əsaslı təmirə dayanan “Dağıstan” 

gəmi-bərəsi dəniz sınağından uğur-

la çıxıb.

Sınaq zamanı 16 uzel sürətlə hərəkət 

edən gəmidə heç bir çatışmazlıq aşkar-

lanmayıb. 

Qeyd  edək  ki,  “Dağıstan”  bərəsi-

nin  istifadəetmə  müddəti  bitmiş    iki 

köməkçi  mühərriki  “Hyundai”  markalı 

mühərriklərlə əvəzlənib.  Yeni quraşdı-

rılan 1000 kilovat gücündə  mühərriklər 

əvvəlkilərlə müqayisədə daha qənaətcil 

və  effektivdir.  Bu  mühərriklər  avadan-

lığa göstəriləcək xidməti asanlaşdırmaq 

baxımından da sərfəlidir.

Köməkçi  mühərriklərlə  yanaşı,  gə-

minin  əsas  hərəkətverici  mühərrik  və 

qurğuları  yeni  layihə  əsasında  dəyişdi-

rilib.  Azərbaycan Xəzər Dəniz Gəmiçi-

liyi təzə baş mühərrikləri Finlandiyadan 

sifariş edib. “Wartsila” markalı W32 baş 

mühərriki dünya gəmiqayırma sahəsin-

də  lider  brendlərdən  hesab  olunur.  Bir 

sözlə, həddindən artıq ağır çəkiyə malik 

köhnə mühərriklərdən fərqli olaraq ye-

niləri öz funksionallığı ilə seçilir.

Eyni  zamanda  “Dağıstan”  gə-

mi-bərəsinin bütün  idarəetmə sistemlə-

ri dəyişdirilərək daha müasirləri ilə əvəz 

edilir.  Bundan  başqa,    pərlərə  nəzarət 

sistemi, köməkçi burun sükanı, radiona-

viqasiya və elektrik avadanlıqları, gene-

ratorları  da təzələri ilə əvəzlənib. Bərə-

nin  bütün  köməkçi  –    yağ,  su,  ballast 

sistemləri  və  sair    əsaslı  təmir  olunub. 

Buxar  qazanı    yanacaq  yandırma    sis-

temləri əvəzlənməklə müasirləşdirilib. 

Gəmi-bərənin gövdə və  sualtı his-

sələri də təmir olunaraq rənglənib. Yaşa-

yış və xidmət sahələri müasir standartla-

ra uyğun təmir edilib.

Məlumat  üçün  bildirək  ki,  “Dağıs-

tan”  bərəsinin    yükgötürmə  qabiliyyə-

ti  2425  tondur.  Bərənin  avtomobil  və 

vaqon  daşımaq  üçün  2  göyərtəsi  var. 

Alt göyərtə avtomobil,  üst göyərtə isə 

vaqon daşımaq  üçün nəzərdə tutulub.

modernləşdirilmiş 

“dağıstan” Gəmi-bərəsi dəniz 

sınağından uğurla çıxıb



Yüklə 486,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə