Böyük Ermənistan


yanvar 2018-ci il   № 5-8 (9191)



Yüklə 486,67 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix14.04.2018
ölçüsü486,67 Kb.
#38384
1   2   3   4   5   6   7   8

26 yanvar 2018-ci il   № 5-8 (9191)

4

www.seanews.az

“Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-nin 

Azərbaycan Dövlət Dəniz 

Akademiyasının Təlim 

Tədris Mərkəzində ilk dəfə 

olaraq yerli təlimatçı və 

müəllimlərlə “Təlimatçılar 

üçün hazırlıq”, “Trenajor 

təlimatçıları və qiymətləndi-

ricilərin hazırlığı”, “Dəniz-

çilərin bilik və bacarığının 

yoxlanmasına və qiymətlən-

dirilməsinə dair hazırlıq” 

kursları keçirilib.

Kursun dinləyiciləri arasın-

da Qazaxıstanın Ş.Yesenov adı-

na Texnologiya və Mühəndislik 

Xəzər  Dövlət  Universitetinin 

əməkdaşları  da  olub.  Əvvəllər 

Təlim  Tədris  Mərkəzində  belə 

kursları yalnız xarici ölkələrdən 

dəvət  olunmuş  mütəxəssislər 

aparıblar.

Kursları  müvəffəqiyyətlə 

bitirən  dinləyicilərə  müvafiq 

sertifikatlar təqdim edilib.

Dinləyicilər  yüksək  key-

fiyyətli təlimə görə Təlim Təd-

ris  Mərkəzinin  və  Azərbaycan 

Respublikasının  Nəqliyyat,  Ra-

bitə  və  Yüksək  Texnologiyalar 

Nazirliyi  yanında  Dövlət  Də-

niz Agentliyinin  əməkdaşlarına 

minnətdarlıqlarını bildiriblər.

kurslar ilk dəfə yerli 

mütəxəssislər tərəfindən keçirilib

Türkmənistan Respubli-

kasının  Dəniz Ticarət  Do-

nanmasına  məxsus  “Berka-

rar” gəmi-bərəsi  “Zığ” Gəmi 

Təmiri və Tikinitisi zavodunda 

təmirə dayanıb.

Zavodda gəminin sualtı və 

suüstü  hissələrinin  təmizlən-

məsi  və    üçqat  boya  ilə  rəng-

lənməsi  həyata  keçirilir.  Eyni 

zamanda hər iki baş mühərrik, 

dizel  generatorlar,  6  nasos  tə-

mir olunur.

“Berkarar”  gəmisinin  boru 

və elektrik sistemlərində də   tə-

mir işləri görülür.

Xatırladaq  ki,  “Azərbay-

can  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC-nin  “Zığ”  Gəmi  Təmiri 

və  Tikintisi    Zavodunun  əsas 

fəaliyyət  istiqaməti  “AXDG” 

QSC-yə  və  başqa  təşkilatla-

ra  məxsus  gəmiləri  və  texniki 

avadanlıqları  təmir  etməkdən 

və onlar üçün sifarişlər əsasın-

da müxtəlif növ ehtiyat hissələ-

ri, texniki vasitələr hazırlamaq-

dan ibarətdir.

türkmənistana məxsus Gəmi 

bakıda təmir olunur

Azərbaycan Xəzər Də-

niz Gəmiçiliyi gəmilərinin 

istismarı və sahil obyektlə-

rinin fəaliyyəti nəticəsində 

yaranan neftli şlamların, 

işlənmiş yağların, digər 

maye və bərk tullantıların 

su mənbələrinə, qrunta 

və havaya ekoloji mənfi 

təsirlərinin minimuma 

endirilməsini daim diqqət 

mərkəzində saxlayır.

Əməliyyatlar  zamanı  ətraf 

mühitə  zərərin  vurulmaması 

üçün mövcud imkanlar daxilin-

də  zəruri  qabaqlayıcı  tədbirlər 

görülür.


2017-ci  ildə  Cəmiyyətin 

həm  sahil,  həm  də  dəniz  ob-

yektlərində formalaşan 141333 

ton  çirkab  məişət-təsərrü-

fat  suyu,  4501,4  ton  neftli 

döşəməaltı su, 90,474  ton yağlı 

əski, 54,111 ton sintetik propi-

len buraz kəndir qalığı, 0,92 ton 

istifadə müddəti bitmiş kimyə-

vi  tərkibli  məmulat  bağlanmış 

müqavilələr  əsasında  səriştəli 

mütəxəssislərə  və  texniki  re-

surslara  malik  sertifikasiyalı 

qurumlara  təhvil  verilməklə 

ərazilərimizdən kənarlaşdırılıb.

Həmçinin,  126  ədəd  ya-

rarsız  akkumulyator,  594  ədəd 

avtomobil şini, 75,811 ton rezin 

tullantısı,  213  ədəd  yanacaq, 

663 ədəd yağ və 343 ədəd hava 

süzgəcləri, 1,083 ton toner-kat-

ric, 344,98 ton keramik qırıntı, 

64,99  ton  işlənmiş  boya  qabı 

və boya tullantıları, 485,24 ton 

taxta  tullantı,  60  ton  tibbi  tul-

lantı,  169,702  ton  şüşə  qırığı, 

226,825 ton sellüloz  tullantısı, 

223,618 ton tekstil parça qalığı, 

335,324  ton  polimer  əsaslı  və 

plastmas  tullantı,  820,106  ton 

qida qalığı aidiyyəti üzrə təhvil 

verilib.


Qeyd edilən dövrdə Dəniz-

kənarı Milli Park və Cəmiyyə-

tin sahil fəaliyyət akvatoriyaları 

səthindən 0,19 ton neft-su qarı-

şığı, habelə 38,48 ton müxtəlif 

ölçülü əşyalar yığılıb təhvil ve-

rilib.

axdG-də ətraf mühitə zərərin 

vurulmaması üçün bütün 

qabaqlayıcı tədbirlər Görülür

Azərbaycan təbii qazını Avro-

paya daşıyacaq “Trans-Adriatik” 

(TAP) qaz boru kəməri layihəsi üzrə 

işlərin - mühəndis, təchizat və tikin-

ti işləri də daxil olmaqla ümumilik-

də 65 faizi yekunlaşıb.

Anadolu Agentliyi xəbər verir ki, bu 

barədə  TAP-ın  kommunikasiya  rəhbəri 

Lisa Givert deyib. O bildirib ki, yanva-

rın ortasına boru kəməri marşrutu üzrə 

Yunanıstanda 518 kilometr ərazi təmiz-

lənib,  473  kilometr  boru  xətt  boyunca 

düzülüb,  457  kilometr  boru  qaynaqla-

nıb, 362 kilometr boru torpağa basdırı-

lıb və 265 kilometr sahə əvvəlki vəziy-

yətinə gətirilib.

Albaniyada  isə  boru  kəməri  marş-

rutu boyunca 168 kilometr ərazi təmiz-

lənib,  163  kilometr  boru  xətt  boyunca 

düzülüb, 157 kilometr borunun qaynağı 

tamamlanıb.  Həmçinin  bu  ölkədə  133 

kilometr boru torpağa basdırılıb və mar-

şrut üzrə 116 kilometr sahə əvvəlki və-

ziyyətinə gətirilib.

“TAP-ın  keçdiyi  3  ölkədə  işçilər 

61,5  milyon  kilometr  yol  qət  edib  və 

22,5  milyon  nəfər-saat  iş  görülüb”,  - 

deyə L.Givert əlavə edib.

Qeyd  edək  ki,  TAP Avropa  İttifaqı 

üçün prioritet enerji layihələrindən olan 

“Cənub Qaz Dəhlizi”nin bir seqmentini 

təşkil edir. Boru kəmərinin təməli keçən 

il  mayın  17-də  Yunanıstanın  Saloniki 

şəhərində  qoyulub.  Layihənin  ümumi 

dəyəri 4,5 milyard avro olacaq. Buraya 

2009-cu  ildən  bəri  davam  edən  dizayn 

və  mühəndislik  işləri  də  daxil  edilib. 

“Şahdəniz” konsorsiumu ilk qaz satışını 

2018-ci ilin sonunda Türkiyəyə və Gür-

cüstana həyata keçirəcək. Avropaya ilk 

qazın verilməsi isə bundan təxminən 1 

il  sonra  2020-ci  ilin  əvvəllərində  plan-

laşdırılır.

TAP boru kəmərinin ötürücülük qa-

biliyyəti  ildə  10  milyard  kubmetr  olan 

ilkin  layihəsi  üzrə  biri  Yunanıstanın 

şərqində  -  Kipoidə,  digəri  isə  Albani-

yanın  qərbində  -  Fierdə  olmaqla  ümu-

milikdə  iki  kompressor  stansiyasının 

tikintisi  qrafikə  uyğun  davam  etdirilir. 

Kompressor  stansiyaları  ilə  yanaşı, 

həmçinin  Albaniyanın  şərqində  Bilisht 

regionuna yaxın ərazidə bir ölçmə stan-

siyasının inşası aparılır. Kompressor və 

ölçmə stansiyalarının tikintisi təxminən 

iki il müddətində başa çatdırılacaq. Bun-

dan sonra isə ilkin istismara hazırlıq və 

tam  istismara  verilmə  üzrə  yoxlamalar 

keçiriləcək. TAP qaz boru kəməri üçün 

lazım  olan  turbo  kompressorlar  “Sie-

mens” şirkəti tərəfindən istehsal edilib. 

Boru kəmərinin dəniz hissəsi isə 2018-

2019-cu illərdə inşa ediləcək.

Xəzər  dənizinin Azərbaycan  sekto-

rundakı  “Şahdəniz-2”  yatağından  hasil 

olunacaq qazı Türkiyəyə və bu ölkədən 

də Avropaya daşıyacaq 3 min 500 kilo-

metr  uzunluğundakı  “Cənub  Qaz  Dəh-

lizi”nin tərkib hissəsi olan TAP layihə-

si  Cənubi  Qafqaz  Boru  Kəmərinin  və  

TANAP-ın davamı olub, “Şahdəniz-2”-

dən hasil olunacaq qazın Yunanıstan və 

Albaniya vasitəsilə, Adriatik dənizindən 

keçməklə  İtaliyanın  cənubuna,  oradan 

da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 

TAP boru kəməri TANAP ilə birləşəcək 

və  Yunanıstanın  Türkiyə  ilə  sərhəddə 

yerləşən  Kipoi  ərazisindən  başlayacaq. 

Buradan  TAP  boru  kəməri  Yunanıstan 

və  Albaniya  ərazisini  qət  edərək  şərq-

dən  qərbə  Adriatik  dənizi  sahillərinə 

doğru  istiqamətlənəcək  və  İtaliyanın 

Puqlia bölgəsində sahilə çıxacaq. Boru 

kəməri burada “Snam Rete Gas” şirkə-

tinin istismar etdiyi İtaliyanın qaz nəq-

liyyatı şəbəkəsinə birləşəcək. Bu layihə 

Azərbaycan  qazının  İtaliya,  Almaniya, 

Fransa,  Böyük  Britaniya,  İsveçrə  və 

Avstriya kimi böyük Avropa bazarlarına 

çatdırılması üçün böyük imkanlar yara-

dır. TAP-ın ilkin ötürücülük qabiliyyəti 

ildə  10  milyard  kubmetr  olacaq  və  bu 

həcmin gələcəkdə 20 milyard kubmetrə-

dək artırılması nəzərdə tutulub.

Boru kəmərinin uzunluğu 878 kilo-

metr  (Yunanıstan–550  kilometr,  Alba-

niya–215 kilometr, Adriatik dənizi–105 

kilometr,  İtaliya–8  kilometr),  diametri 

isə 48 düymdür (sualtı hissə-37 düym). 

Boru  kəmərinin  ən  aşağı  hissəsi  dəniz 

səviyyəsindən təxminən 820 metr dərin-

likdə, ən yüksək hissəsi Albaniya dağla-

rında 1800 metr hündürlükdən keçəcək. 

2020-ci  ilədək  layihə  üzrə Azərbaycan 

şirkətlərinin xərclərinin 1,2 milyard dol-

lar olması gözlənilir.

TAP-ın səhmdarları belədir: BP (20 

faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” 

(20 faiz), “Fluxys” (19 faiz), “Enagás” 

(16 faiz) və “Axpo” (5 faiz).

Ermənistan prezidenti Serj Sarkis-

yan istər ölkədə, istərsə də beynəlxalq 

aləmdə nüfuzunu tamamilə itirdiyini 

gördükdən sonra yenidən dövlət baş-

çısı seçilə bilməyəcəyini anladı. Lakin 

hakimiyyəti əldən verməmək üçün 

yeni plan hazırlayaraq ölkəni parla-

ment tipli respublikaya çevirib özünü 

baş nazir elan etmək qərarına gəldi. 

Bu halda da ölkəyə prezident lazımdır.

Parlament tipli respublikanın prezi-

dent tipli respublikadan əsas fərqi onda-

dır ki, burada hakimiyyət bölgüsü zama-

nı baş nazirə daha çox səlahiyyət çatır. 

Odur  ki,  Sarkisyan  bundan  səmərəli 

istifadə  etməyə  çalışır.  Ermənistan  ic-

timaiyyətinin  etirazlarına  baxmayaraq 

Sarkisyan ələ baxan prezident axtarır.

Ermənistanda cərəyan edən proses-

lərlə bağlı “Armtimes” saytında məqalə 

ilə çıxış edən Lilit Avakyan yarızarafat 

yarıgerçək yazır ki, Ermənistana, ümu-

miyyətlə,  prezident  lazım  deyil.  Prezi-

dentlik  institutu  onsuz  da  güc-bəla  ilə 

doldurulan Ermənistan büdcəsinə əlavə 

yükdür.  Sarkisyanın  prezident  olduğu 

dövrdə  prezidentin  lazımsız  vəzifə  ol-

duğu bütün çılpaqlığı ilə özünü göstərdi.

Müəllif  qeyd  edir  ki,  taleyüklü 

məsələlərin  həlli  zamanı  prezident  ya 

ölkədə  olmayıb,  ya  da  susub.  2013-cü 

ilin iyununda ölkədə nəqliyyat xidmət-

lərinin qiyməti 50 faiz artdı və onsuz da 

ağır sosial vəziyyətdə olan əhalinin du-

rumu daha da pisləşdi. Bütün xalq ümi-

dini  prezidentə  bağladı  ki,  bəlkə  o,  nə 

isə bir iş görər və qiymətlər 50 yox, heç 

olmasa  25  faiz  artar.  Lakin  Sarkisyan 

heç nə olmamış kimi istirahətə yollandı.

2015-ci  ilin  yanvarında  Gümrüdə 

yerləşən 102 saylı Rusiya hərbi bazası-

nın hərbi qulluqçusu Valeri Permyakov 

Avetisovlar  ailəsinin  bütün  üzvlərini 

güllələdi. Bütün xalq ayağa qalxdı, po-

lislə əhali arasında qarşıdurma yarandı, 

bir çoxları həbs olundu. Xalqın yeganə 

tələbi bu idi ki, cani Ermənistanda mü-

hakimə  olunsun.  Lakin  yenə  də  prezi-

dent  S.Sarkisyandan  səs  çıxmadı.  Pre-

zident  nəinki  başsağlığı  vermədi,  heç 

cinayəti qınamadı da, sanki belə hadisə 

baş verməyib. 2016-cı ilin iyun ayında 

silahlılar  Yerevandakı  polis  şöbəsinə 

hücum  edib  oranı  tutanda  da  dövlət 

başçısından  səs  çıxmadı.  Bütün  dünya 

Yerevanda baş verən silahli insidentdən 

danışdı, amma ölkə prezidenti bir kəlmə 

də olsun danışmadı. Həmin vaxt ictima-

iyyəti baş vermiş silahlı hadisədən daha 

çox  prezidentin  susması  maraqlandırır-

dı. İnsanlar bir-birilərinə sual verirdilər: 

Görəsən prezident niyə susur?

2016-cı  ilin  aprel  ayında  da  pre-

zident  susdu.  Həmin  vaxt  Azərbaycan 

ordusu  Lələtəpəni  və  Cocuq  Mərcan-

lını  azad  etdi  və  erməni  hərbçiləri  gö-

rünməmiş  itkiyə  məruz  qaldı. Yenə  də 

bütün  dünya  cəbhə  xəttində  baş  verən 

hadisələrdən  danışdı.  Lakin  prezident 

və silahlı qüvvələrin ali baş komandanı 

aprel döyüşlərinə münasibət bildirmədi. 

Çünki  S.Sarkisyanın  deməyə  sözü  yox 

idi. Məhz onun apardığı siyasət nəticə-

sində Ermənistan bu günə düşüb.

Müəllif bir çox belə faktları sadala-

yaraq qeyd edir ki, belə prezidentdənsə, 

heç  olmaması  daha  yaxşıdır.  Prezident 

olanda nə edirdisə, baş nazir olanda da 

onu edəcək. Bunun xalqa dəxli yoxdur.



Rabil Kətanov

taP layihəsi üzrə işlərin 65 faizi tamamlanıb

Avropa Komissiyası Polşa barə-

sində cərimə prosedurunu müzakirə 

edir. Rumıniyada on minlərlə nü-

mayişçi hüquqi dövlət prinsiplərinin 

saxtalaşdırılmasına qarşı etiraz edir. 

İstər Budapeşt olsun, istərsə Buxarest 

və ya Varşava – hər üçündə ümumi 

cəhət ondan ibarətdir ki, bu dövlətlə-

rin hökumətləri məhkəmə təsisatları 

üzərində nəzarət etməyə və hakimiy-

yət bölgüsü prinsipini pozmağa cəhd 

göstərirlər.

Avropa Komissiyasının fikrincə, “də-

mir  pərdə”  götürüləndən  təxminən  30  il 

sonra Şərqi Avropa ölkələrində demokra-

tiya prinsipləri “təhlükə qarşısındadır”.

“Alman dalğası” yazır ki, Polşa, Ma-

carıstan və Rumıniya hökumətləri tərəfin-

dən bu ölkələrdə məhkəmə hakimiyyətinə 

birbaşa  nəzarət  etmək  cəhdləri  qismən 

uğurlu  olub,  lakin  məhkəmə  təsisatları-

nın müstəqilliyinin pozulması hakimiyyət 

bölgüsü prinsipini və dövlətdə qüvvələrin 

tarazlığını təhlükə altına alır.

Rumıniyada  hakimiyyət  orqanları 

korrupsiya  ilə  bağlı  işlərin  təhqiqatının 

qarşısını  almaq  imkanı  əldə  etmək  üçün 

prokurorluğun  səlahiyyətlərini  məhdud-

laşdırmağa  çalışırlar.  Polşada  məhkəmə 

islahatı  ədliyyə  nazirliyinə  öz  mülahizə-

sinə  əsasən  məhkəmələrin  sədrlərini  və-

zifəyə təyin etmək və vəzifədən azad et-

mək səlahiyyəti verilməsini nəzərdə tutur. 

Macarıstanda 2011-ci ildə yeni Konstitu-

siya  qəbul  ediləndən  sonra  Konstitusiya 

Məhkəməsinin  səlahiyyətləri  xeyli  məh-

dudlaşdırılıb, hakimlərin və prokurorların 

pensiya yaşının azaldılması isə “namüna-

sib” dövlət qulluqçularından yaxa qurtar-

mağa imkan verib.

Şərqi və Cənub-Şərqi Avropa ölkələ-

rində  qaçqınlarla  bərabər  milli  azlıqların 

nümayəndələrinin  də  vəziyyəti  gərginlə-

şib.  Macarıstan  hökuməti  mütəmadi  ola-

raq piar-aksiyalar keçirir, miqrant müsəl-

manların  zərəri  barədə  təbliğat  apararaq 

ksenofob və islamofob ifadələrin köməyi 

ilə öz reytinqini artırmağa çalışır.

Ən iri etnik azlıq olan qaraçılar regi-

onun  bütün  dövlətlərində  ayrı-seçkiliyə 

məruz  qalırlar.  Keçmiş  Yuqoslaviyada 

müharibənin nəticələrini ən çox hiss edən 

bu  dövlət  parçalanandan  sonra  onun  ye-

rində  yaranmış  ölkələrdəki  etnik  azlıq-

ların  nümayəndələri  olub.  Xorvatiyada 

və Kosovodakı serblər kimi, Serbiyadakı 

albanlar və bosniyalı müsəlmanlar da öz-

lərinə qarşı düşmənçilik münasibəti ilə üz-

ləşirlər. Macarıstan başqa ölkələrdə yaşa-

yan həmvətənlərinin mənafelərini həddən 

artıq müdafiə etdiyinə görə Rumıniya və 

Slovakiya ilə daim münaqişə vəziyyətin-

dədir.


Almaniyalı  ekspert  Martin  Xok  öz 

bloqunda yazır: “Bütün Avropa ölkələrin-

də  yüksəliş  hiss  edən  populist  partiyalar 

getdikcə tez-tez hökumətə daxil olurlar - 

yaxın  vaxtlarda Avstriyada  olduğu  kimi. 

Lakin Şərqi Avropa bloku ölkələrinin əsas 

xüsusiyyəti  hökumət  partiyalarının  çox 

güclü, dövlət institutlarının isə hədsiz zəif 

olmasıdır. İş yerlərinin və rəhbər vəzifələ-

rin bölgüsü çox vaxt ixtisas səviyyəsindən 

və təcrübədən deyil, partiya mənsubiyyə-

tindən  asılıdır.  Demokratik  dəyərlərə  sa-

diqlik  bəzi  dövlət  liderləri  üçün  praktiki 

olaraq  nominal  məsələdir:  həqiqətdə  bu 

liderlərin bəziləri az qala bolşeviklər kimi 

hakimiyyəti  mütləqləşdirməyə  can  atır-

lar”.

Brüssel isə Budapeşt və Varşava tərə-



findən Aİ prinsiplərinin daim pozulması-

na incidilmiş və qayğılı, lakin işi başdan 

aşan məktəb müəllimi kimi baxır. O, gah 

hiddətlənmiş şəkildə xəbərdarlıq edir, gah 

da cərimə prosedurları tətbiq etməyə baş-

layır,  lakin  illərlə  davam  edən  bu  prose-

durlar çox səmərəsiz olur.

Görünür,  Avropada  mürəkkəb  dövr 

başlanır və o hələ ümumi yanaşmalar və 

prinsiplər hazırlamalıdır. Lakin Aİ üzvlə-

ri  arasında  yaranmış  fikir  ayrılıqlarından 

göründüyü  kimi,  bu  məsələ  heç  də  asan 

olmayacaq.

Vüqar Seyidov

deyəsən avroPa dağılır

“ermənistana Prezident lazım deyil”



Yüklə 486,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə