Böyük Ermənistan


yanvar 2018-ci il   № 5-8 (9191)



Yüklə 486,67 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix14.04.2018
ölçüsü486,67 Kb.
#38384
1   2   3   4   5   6   7   8

26 yanvar 2018-ci il   № 5-8 (9191)

5

www.seanews.az

2017-ci ildə Bakı Beynəlxalq Də-

niz Ticarət Limanı vasitəsilə daşınan 

yüklərin həcmi 4,4 milyon ton təşkil 

edib.

Bakı  Beynəlxalq  Dəniz  Ticarət 

Limanından  bildirilib ki, ümumi yük-

daşımanın (neft terminalı xaric) həcmi 

keçən  ilin  müvafiq  dövrü  ilə  müqa-

yisədə 31 faiz artıb və yük mübadilə-

sinin 85,7 faizi tranzit yükdaşımaların 

payına düşüb.

2017-ci ildə nəzərəçarpacaq artım 

dəmiryolu  və  sərnişin  daşınmasında, 

həmçinin  təkərli  texnikanın,  xüsusən 

də  irihəcmli  nəqliyyat  vasitələrinin 

(TIR) aşırılmasında qeydə alınıb. Belə 

ki,  Qaradağ  rayonunun  Ələt  qəsəbə-

sində  yerləşən  yeni  Bakı  Limanının 

Bərə  terminalında  vaqon  aşırılması 

26,4  faiz  artaraq  46  min  679  ədədə 

çatıb.  19  min  493  vaqon  (41,8  faiz) 

Bakı-Türkmənbaşı-Bakı  istiqamətin-

də, 6124 vaqon (13,1 faiz) Bakı-Ak-

tau-Bakı  istiqamətində,  21  min  62 

vaqon (45,1 faiz) isə 2017-ci ilin mart 

ayında  istifadəyə  verilmiş  Kurık  li-

manı  (Bakı-Kurık-Bakı)  istiqamətin-

də  hərəkət  edib.  Hər  iki  istiqamətdə 

(Türkmənistan  və  Qazaxıstan)  keçən 

sərnişindaşıma isə 41,4 faiz artaraq 33 

min 129 nəfər təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqa-

yisədə  Bakı  Limanının  xidmətlərin-

dən istifadə edən nəqliyyat vasitələri-

nin sayı 21,4 faiz artaraq 28 min 584 

ədəd olub. Bunlardan 18 min 840 ədə-

di (65,9 faiz) Bakı-Türkmənbaşı-Bakı 

istiqamətində,  9716  ədədi  (34  faiz) 

Bakı-Aktau-Bakı  istiqamətində,  28 

ədədi  (0,1  faiz)  isə  Bakı-Kurık-Bakı 

istiqamətində hərəkət edib.

Konteyner  aşırılmasına  gəldikdə 

isə 2017-ci ildə bu say 20 futluq kon-

teyner  (TEU)  ekvivalentində  15  min 

337 ədəd təşkil edib. Bunlardan 8447 

TEU  (55  faiz)  Qazaxıstan  limanları, 

6890  TEU  (45  faiz)  isə  Türkmənba-

şı  limanının  payına  düşüb.  Ümumi  

yükaşırmada  67,8  faiz  və  ya  10  min 

397 TEU yeni Bakı Limanın Bərə ter-

minalı, 32,2 faiz və ya 4940 TEU isə 

Bakı  şəhərinin  mərkəzində  yerləşən 

Əsas yük terminalı vasitəsi ilə daşınıb.

Əsas yük terminalında aşırılan bü-

tün yüklərin həcmi 2017-ci ildə keçən 

ilin  müvafiq  dövrü  ilə  müqayisədə 

44,6 faiz artaraq 607,7 min ton olub. 

Bu yüklərin böyük hissəsi tranzit kon-

teynerlərin və digər quru yüklərin pa-

yına düşüb.

Qeyd  edə  ki,  2018-ci  il  yanva-

rın  9-da Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyevin  iştirakı  ilə 

Qaradağ rayonunun Ələt qəsəbəsində 

yerləşən yeni Bakı Limanının Ro-Ro 

terminalının  açılışı  həyata  keçirilib. 

Ən  müasir  texniki  tələblərə  uyğun 

tikilən terminal 2 körpüdən ibarət ol-

maqla ildə 60 min TIR və ya 1,8 mil-

yon  ton  yük  qəbul  etmək  imkanına 

malikdir. Yeni Bakı Limanının inşası-

nın ikinci fazasının bitməsi ilə yüka-

şırma potensialı 25 milyon ton yük, o 

cümlədən 500 min TEU olacaq.

ötən il 4,4 milyon ton yük aşırılıb

İran ilə Rusiyanın dəmir yollarını 

birləşdirəcək Astara (İran)-Astara 

(Azərbaycan) dəmir yolu xətti hazırdır 

və bu yaxınlarda istismara buraxıla-

caq.

Bu  sözləri  İranın  yollar  və  şəhər-

salma naziri Abbas Axundi Hindistanda 

səfərdə olarkən deyib. Səfər çərçivəsin-

də Hindistanın İranın dəmir yollarına 2 

milyard dollar həcmində sərmayə yatır-

mağı haqqında razılıq əldə olunub.

Hindistanlı həmkarı Nitina Hodka-

riyə  Şimal-Cənub  Beynəlxalq  Nəqliy-

yat  Dəhlizinin  inşası  barədə  məlumat 

verən A. Axundi nəzərə çatdırıb ki, 164 

kilometrlik Qəzvin-Rəşt dəmir yolunun 

tikintisi  bu  ilin  mart  ayında  yekunla-

şacaq.  Lakin  tikinti  işləri  Rəşt-Astara 

dəmir  yolu  xətti  üzrə  davam  edəcək. 

Nazir bu yolun çəkilişi üçün Azərbay-

canın  İrana  500  milyon  dollar  kredit 

verəcəyini  də  diqqətə  çatdırıb.  Qeyd 

olunub ki, məhz Qəzvin-Rəşt-Astara(İ-

ran)-Astara(Azərbaycan) xətti ilə İranın 

dəmir  yolları  sistemi  Rusiyanın  dəmir 

yolları  sistemi  ilə  birləşəcək  ki,  bu  da 

Şimal-Cənub  Beynəlxalq  Nəqliyyat 

Dəhlizinin əsasını təşkil edəcək.

Hindistanın nəqliyyat naziri N.Hod-

kari ölkəsinin Şimal-Cənub Beynəlxalq 

Nəqliyyat Dəhlizinin tezliklə formalaş-

masında  maraqlı  olduğunu  nəzərə  çat-

dırıb.  Bildirib  ki,  Hindistan  Avropaya 

ixrac etdiyi yükləri Mumbai limanından 

İranın Bəndər-Abbas limanına göndərə-

cək və oradan da yüklər qatarla Rusiya 

və  Şərqi Avropa  ölkələrinə  daşınacaq. 

Bu yol olduqca səmərəlidir.



Rabil Kətanov

hindistan şimal-cənub beynəlxalq nəqliyyat 

dəhlizinin tezliklə formalaşmasında maraqlıdır

Ötən ilin əvvəlindən Azərbaycan 

əhalisinin sayı 80731 nəfər və ya 0,8 

faiz artaraq dekabrın 1-nə 9890712 

nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən  bil-

diriblər  ki,  əhalinin  53,0  faizini  şəhər, 

47,0  faizini  kənd  sakinləri,  49,9  faizi-

ni kişilər, 50,1 faizini isə qadınlar təş-

kil  edir.  Əhalinin  bir  kvadratkilometrə 

düşən  sıxlığı  114  nəfər  olub.  Hazırda 

hər 1000 kişiyə 1006 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) 

qeydiyyat  şöbələri  tərəfindən  cari  ilin 

yanvar-noyabr  aylarında  ölkə  üzrə 

132002 doğulan körpə qeydə alınıb və 

əhalinin  hər  1000  nəfərinə  bu  göstəri-

ci  14,8  təşkil  edib.  Doğulan  körpələ-

rin  53,1  faizi  oğlan,  46,9  faizi  isə  qız 

uşaqları olub. Körpələrdən 2374-ü əkiz, 

54-ü üçəm doğulanlardır.

Yanvar-noyabr  aylarında  ölkədə 

52318  ölüm  halı  qeydə  alınıb  və  əha-

linin hər 1000 nəfərinə ölüm səviyyəsi 

5,9 təşkil edib. 2017-ci ilin 11 ayı ərzin-

də qeydiyyat şöbələri tərəfindən 57177 

nikah və 13345 boşanma halları qeydə 

alınıb və əhalinin hər 1000 nəfərinə ni-

kahların sayı 6,4, boşanmaların sayı isə 

1,5 olub.

Yanvar-noyabr ayları ərzində Daxili 

İşlər Nazirliyi və Dövlət Miqrasiya Xid-

mətinin  müvafiq  qurumları  tərəfindən 

daimi yaşamaq üçün 2751 nəfər Azər-

baycana gələn, 1704 nəfər isə Azərbay-

candan gedən qeydə alınaraq, miqrasiya 

saldosu müsbət 1047 nəfər təşkil edib.

ötən il azərbaycan əhalisinin sayı 0,8 faiz artıb

şərqi çin dənizində batan iran tankerindən dənizə 

sızan yanacağın təmizlənməsinə başlanılıb

“Türk axını” qaz boru 

kəməri (“TurkStream”) üzrə 

Türkiyədə təbii qazın qəbulu 

üçün terminalın inşasına 

başlanılıb.

Bu  barədə  boru  kəməri-

nin  dəniz  hissəsinin  tikintisini 

həyata  keçirən  “South  Stream 

Transport  B.V.”  şirkəti  məlu-

mat  yayıb.  Bildirilir  ki,  layihə 

üzrə tikinti işləri üç sahə üzrə - 

Rusiyada və Türkiyədə quruda, 

eləcə  də  Qara  dənizdə  davam 

etdirilir.  Terminal  İstanbulun 

təxminən 100 kilometr qərbin-

də yerləşən Kıyıköy bölgəsində tikilir.

Qara  dənizin  Rusiya  sularında 

Anapa  şəhəri  yaxınlığında  isə  quru 

obyektlərinin tikintisi son mərhələdə-

dir. Obyektlərin tikintisinin bu il başa 

çatması gözlənilir.

Xatırladaq  ki,  “South  Stream 

Transport  BV”  Böyük  Britaniyanın 

“Petrofac”  şirkəti  ilə  “Türk  axını” 

qaz  boru  kəməri  layihəsi  üzrə  ötən 

ilin  sentyabrında  340  milyon  avro-

luq investisiya müqaviləsi imzalayıb. 

Müqavilə  “Türk  axını”  boru  kəməri-

nin  inkişaf  etdirilməsini  və  Türkiyə 

tərəfi  üçün  qaz  qəbulu  terminalının 

inşa edilməsini nəzərdə tuturdu. Əsas 

subpodratçı kimi Türkiyənin “Tekfen” 

inşaat şirkəti təyin edilmişdi.

Qeyd  edək  ki,  Rusiyanın  enerji 

nəhəngi  “Gazprom”  şirkəti  cari  ildə 

“Türk  axını”  layihəsinə  3,2  milyard 

dollar vəsait sərf edəcək. “South Stre-

am Transport B.V.” “Gazprom” şirkə-

tinin 100 faizlik törəməsidir.

“Türk  axını”  qaz  boru  kəməri 

mayda  Türkiyə  sahillərinə  çatacaq. 

Layihə  üzrə  qoşa  xəttin  ümumilikdə 

700  kilometrdən  çoxunun  inşası  ta-

mamlanıb və boru kəməri 

1860  kilometr  uzunlu-

ğunda  olacaq.  2019-cu 

ilin  sonunda  ilk  Rusiya 

təbii  qazının  Türkiyəyə 

çatdırılması planlaşdırılır.

“Türk  axını”  boru 

kəmərinin  dəniz  hissəsi-

nin  inşasının  38  faizdən 

çoxu  yekunlaşıb.  Boru 

kəməri  iki  xətdən  ibarət 

olacaq  və  hər  biri  15,75 

milyard kubmetr təbii qaz 

daşıyacaq.  “Türk  axını” 

boru  kəməri  ilə  Rusiya 

təbii  qazının  Türkiyəyə  və  Avropa-

ya  nəqli  planlaşdırılır.  Layihə  Qara 

dəniz  üzərindən  Türkiyənin  Avropa 

hissəsinədək  və  daha  sonra Yunanıs-

tan sərhədinədək qaz boru kəmərinin 

tikintisini nəzərdə tutur. Kəmərin də-

niz hissəsinin uzunluğu 910 kilometrə 

yaxın, quru hissəsi isə Türkiyə ərazisi 

üzrə  180  kilometrdir.  Boru  kəməri-

nin birinci xətti Türkiyə bazarı, ikin-

cisi  Cənubi  və  Cənub-Şərqi  Avropa 

ölkələri üçün nəzərdə tutulur. Layihə-

nin  ümumi  dəyəri  11,4  milyard  avro 

həcmində qiymətləndirilir.



təbii qaz qəbulu terminalı inşa edilir

BP 2010-cu ildə Meksika Körfə-

zində neft platformasındakı partlayış-

dan sonra neft dağılması üçün daha 

1,7 milyard dollar ödəyəcək.

Bu barədə BP məlumat yayıb. Bil-

dirilir  ki,  BP ABŞ  məhkəməsinin  qə-

rarına  əsasən  daha  1,7  milyard  dollar 

ödəyəcək və bu da şirkətin 2017-ci ilin 

dördüncü rübü üzrə xərclərində öz ək-

sini tapacaq.

Bu  açıqlamadan  sonra  Nyu-York 

birjasında BP-nin səhmlərinin qiyməti 

3,1 faiz azalaraq 42,53 dollara düşüb.

Beləliklə də neft dağılması BP-yə 

təxminən 65 milyard dollara başa gə-

lib.  BP  2015-ci  ilin  iyulunda  neft  da-

ğılması  ilə  bağlı  18,7  milyard  dollar, 

2016-cı ilin aprelində isə ABŞ Ədliy-

yə Nazirliyi ilə razılaşma çərçivəsində 

bölgədəki 5 əyalətin yerli hökumətinə 

20  milyard  dollar  ödəməyə  razı  olub. 

Şirkət, həmçinin Meksika Körfəzi sa-

hilinin  neftdən  təmizlənməsinə,  yerli 

sahibkarların  zərərlərinin  qarşılan-

masına  və  federal  hökumətə  cərimə 

olmaqla  təxminən  25  milyard  dollar 

xərcləyib.

Xatırladaq ki, 2010-cu ilin aprelin-

də Meksika Körfəzindəki BP-yə məx-

sus “Deepwater Horizon” neft platfor-

masında baş vermiş partlayışda 11 işçi 

həlak  olmuşdu.  ABŞ  tarixindəki  ən 

böyük neft dağılması və ekoloji fəlakət 

olan bu hadisə nəticəsində okeana 4,2 

milyon  barrel  xam  neft  axmışdı.  Neft 

quyusu  isə  partlayışdan  87  gün  sonra 

tamamilə bağlanmışdı.



Sinqapurun “Keppel” gəmiqayır-

ma korporasiyası Azərbaycanda gəmi 

və üzən qazma qurğularının təmiri 

və təkmilləşdirilməsi ilə məşğul olan 

“Caspian Shipyard Company” (CSC) 

MMC-nin könüllü şəkildə ləğv edildi-

yini açıqlayıb.

Bu barədə şirkət öz rəsmi saytında 

məlumat yayıb.

Məlumatda  bildirilib  ki,  ləğvolun-

ma  prosedurana  “AzerFELS”  (“Kep-

pel Offshore & Marine Ltd” şirkətinin 

törəmə  şirkəti),  SOCAR  və  “Lukoil 

Europe  Holdings  BV”  arasında  şirkə-

tin  yaradılması  haqqında  imzalanmış 

müqavilə müddətinin başa çatmasından 

sonra  başlanılıb.  Müqavilə  1997-ci  il 

avqustun 26-da imzalanıb.

“Keppel” şirkəti Azərbaycanda fəa-

liyyətini  “Bakı  gəmiqayırma  zavodu” 

MMC-də  iştirak  payı  çərçivəsində  da-

vam etdirəcək.

Qeyd  edək  ki,  şirkətdə  iştirak  pa-

yının  75  faizi  “AzerFELS  Ltd”  şirkə-

tinə, 20 faizi SOCAR-a və 5 faizi “LU-

KOIL”a məxsus idi.



Şərqi Çin dənizində 

batan İrana məxsus tanker-

dən dənizə sızan yanacağın 

təmizlənilməsi işləri sürətlə 

aparılır.

Bu barədə Çin televiziyası 

məlumat  yayıb.  Bildirilir  ki, 

iki gəmi vasitəsilə neft dağıl-

masını aradan qaldırmaq üçün 

dənizə kimyəvi maddələr püs-

kürdülür.  Neft  dağılmasının 

tanker  batdıqdan  sonra  iki 

dəfə artdığı qeyd edilir.

Xatırladaq ki, İranın Milli 

Tanker Şirkəti (NITC) tərəfindən idarə 

olunan  “The  Sanchi”  adlı  neft  tanke-

ri  yanvarın  6-da  gecə  Şanxaydan  160 

mil  uzaqlıqda  “CF  Crystal”  adlı  gəmi 

ilə  toqquşub.  Tanker  İrandan  Koreya 

Respublikasına  son  dərəcə  yüngül 

və  uçucu  neft  növü  olan  136  min 

ton kondensat daşıyırdı. Təxminən 

1  milyon  barrelə  bərabər  olan  bu 

kondensat yükünün bazar dəyəri 60 

milyon dollar təşkil edirdi. Toqquş-

ma  nəticəsində  ABŞ  taxılını  daşı-

yan yük gəmisinə isə az ziyan dəy-

miş  və  hamısı  Çin  vətəndaşı  olan 

21 heyət üzvü qurtarılmışdı. Lakin 

yanvarın  14-də  “The  Sanchi”  adlı 

neft tankeri batmış və 32 heyət üz-

vünün  hamısı  həlak  olmuşdu.  İran 

hökuməti  yanvarın  15-ni  ölkədə 

ümummilli matəm elan etmişdi. Qəza-

nın başvermə səbəbi hələ də bilinmir.

bP neft dağılmasına Görə daha 

1,7 milyard dollar ödəyəcək

sinqaPurun “kePPel” Gəmiqayırma korPorasiyası 

azərbaycandakı şirkətini ləğv edib

 “Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC müştəriləri 

elektron bilet xidmətindən istifa-

dəyə dəvət edir.

2016-cı ilin sentyabrından tət-

biq olunan e-bilet xidmətindən ya-

rarlanmaqla Ro-Ro və bərə gəmilə-

ri ilə müxtəlif tipli avtomobillər və 

sərnişin daşımaq mümkündür. 

Elektron  bilet  xidməti  ölkə-

mizdən  keçən  beynəlxalq  nəqliy-

yat  marşrutlarına  cəlbediciliyin 

yüksəldilməsi,  müasir  informasi-

ya-kommunikasiya  texnologiyala-

rından  istifadə  ilə  yük  və  sərnişin 

daşımalarında  sənədləşmənin  sa-

dələşdirilməsi  və  operativliyin  artı-

rılması  məqsədi  ilə  gerçəkləşdirilir. 

Üstəlik,  bu  xidmət  daha  güvənli  və 

sərfəlidir. Müştəri hər hansı vasitəçiyə 

müraciət edib əlavə pul ödəmək məc-

buriyyətində deyil.

Bu  sistem  istifadəçi  üçün 

vaxta  qənaət  etmək  baxımın-

dan da çox əlverişlidir. Yükün 

növü,  yüklənmə  və  gediş  li-

manları, ödəyən şəxs və daşı-

nan  nəqliyyat  vasitəsi  barədə 

məlumatlar  daxil  edildikdən 

sonra  biletin  qiyməti  avtoma-

tik hesablanır.

Xatırladaq  ki,  xidmətdən 

yararlanmaq  üçün  “Azərbay-

can  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC-nin internet saytında on-

layn ödəniş üçün müvafiq xa-

nalar  doldurulmalıdır.https://

public.acsc.az/online/payment/index/

az/


Gəmiçiliyin elektron bilet xidmətindən 

istifadə rahat və sərfəlidir

Bakı Limanı Yapon məhsulları-

nın Avropaya ixrac olunmasında çox 

vacib məntəqələrdən biridir.

“Bakı  Beynəlxalq  Dəniz  Ticarət 

Limanı” QSC-nin mətbuat xidmətinin 

məlumatına görə, bu sözləri yanvarın 

17-də  Yaponiyanın  kənd  təsərrüfatı, 

meşəçilik  və  balıqçılıq  nazirliyinin, 

qida  sənayesi  işləri  üzrə  büronun  və 

ixracın  təşviq  şöbəsinin  xüsusi  işlər 

üzrə  məsləhətçisi  Tsunemasa  Tera-

moto  Ələt  qəsəbəsində  yerləşən  yeni 

Bakı Limanına səfəri zamanı deyib.

“Bakı  Beynəlxalq  Dəniz  Ticarət 

Limanı”  QSC-nin  baş  direktorunun 

baş müşaviri Rəşad Kərimov qonağa 

Bakı Limanının xarici ölkələrlə ticarət 

əlaqələri və daşınan yüklərin dövriy-

yəsi  barədə  məlumat  verib.  Liman 

ərazisi ilə əyani tanış olan qonaqlara 

limanın inkişaf konsepsiyası haqqında 

məlumat verilərək bildirib ki, limanın 

birinci fazasının tikinti işləri bitdikdən 

sonra  yük  qəbuletmə  qabiliyyəti  ildə 

15 milyon ton olacaq.

Qida və sənaye məhsullarının ix-

racı ilə məşğul olan qonaq bildirib ki, 

Bakı Limanı Yapon məhsullarının Av-

ropaya  ixrac  olunmasında  çox  vacib 

məntəqələrdən biridir və Şərqlə Qərb 

arasında  ticarət  əlaqələri  üçün  Bakı 

Limanı ilə əməkdaşlıq çox önəmlidir.



bakı limanı yaPon məhsullarının avroPaya ixrac 

olunmasında çox vacib məntəqələrdən biridir


Yüklə 486,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə