Böyük Ermənistan


yanvar 2018-ci il   № 5-8 (9191)



Yüklə 486,67 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix14.04.2018
ölçüsü486,67 Kb.
#38384
1   2   3   4   5   6   7   8

26 yanvar 2018-ci il   № 5-8 (9191)

7

yarızarafat,

yarıGerçək

həqiqəti deyəndə başqalarının  xoşuna gəl-

mir, deməyəndə isə özümün. 

həyatdan  bir  əsr  geridə  qalanlar  niyə  bir 

əsr sonra üçün də var-dövlət yığırlar?

anlamaq istəməyəni anlatmaq çətindir.

razıyam, mən zəmanə adamı deyiləm. mən 

nə vaxt kiminsə adamı oldum ki?

yaxşı  heç  nə  düşünməyənlərin  nə  düşün-

dükləri bəziləri üçün niyə maraqlıdır?

çox şeydən boyun qaçıra bilməyənin yaxası 

əllərdə qalar.

yaxşılar üçün ən ağır cəza pisləri mükafat-

landırmaqdır.

iş  görməyi  bacarmayanları  buyurmağı 

yaxşı bacardıqları üçün qabağa çəkirlər?

məndən sənə dost çıxmaz. heç özümə çıx-

madı.

hətta ayaqlarınız ağrıyanda da öz yerişinizi 

yeriyin.

deyəsən uşaqlardan çox, satqınların nazı ilə 

oynayırıq axı...

bağışlamağa  heç  nəyim  yoxdur.  məni  ba-

ğışlayın.

onlarınkı tutar. biri həqiqəti demək, digəri 

isə eşitmək istəmir.

bəzi  səhvlərimiz  başqalarına  bizə  gülmək 

ixtiyarı verir.

vicdanı olana çox qanun lazım deyil.

vicdanla  yaşayanlar  bir  çox  qanunlardan 

xəbərsiz  olanda  belə  qanun  pozuntusuna  yol 

vermirlər.

uşaqlar  valideynlərsiz  də  axmaq  böyüyə 

bilərlər.  valideynlərin  borcu  onları  ağıllı  bö-

yütməkdir.  

mən  bu  dünyaya  məni  sevməyənlər  üçün 

göz dağı kimi gəlmişəm.

az anlayanın problemi də az olur.

kimi  insan  yerinə  qoyursan,  niyə  dərhal 

özünü dağ başına qoyur?

sən demə, hörmət xətrinə arxa çevirmədi-

yim adamlar arxadan vurmaq üçün fürsət göz-

ləyirlərmiş.

doğru  cavabı  olmayan  üçün  sualın  doğru 

qoyulub-qoyulmamasının nə fərqi?

enməyin  ən  pisi  kiminsə  səviyyəsinə  en-

məkdir.

kimlərinsə  özlərini  dahi  saymaları  ilə  he-

sablaşmayanda, özlərini allah hesab edirlər.

Gücdən ağılla istifadə etməyəndə faciə baş 

verir.

yaltaqlar başqa cür yaşamağın mümkünlü-

yünü heç düşünmürlər də.

heç kəslə düşmənçilik etmə. amma hamı ilə 

dost olmağa çalışmaq da özünü aldatmaqdır. 

bəziləri niyə ağıllarına dua əvəzinə, ağılla-

rına gələni yazırlar?  

Görəsən  mənə  də  vəzifə  versələr,  dərhal 

“professor” ola bilərəm?

hava soyuq olmayanda da bəzi adamların 

faydalı iş əmsalı sıfırdan aşağı olur.

bir o qalıb ki, axmaqların axmaq hərəkətlə-

rinə görə də biz üzr istəyək.

sizə elə gəlmir ki, ən çox düşmənlərimizi se-

vindiririk.

sualları çox sevirəm. məni axtarışlara məc-

bur edən sualları.

bir az ehtiyatlı olun. ətraf tülkülərlə dolu-

dur.

nə qədər narahat olsa da, bu yolu sonunda 

işıq gördüyüm üçün seçdim.

xəttə qalsa, ən gözəl alın yazısı mənim ol-

malıydı.

əvvəllər  bəziləri  özlərini  daha  çox  kolxoz 

sədri kimi aparırdı, indi professor kimi aparır-

lar.

yaltaqların  çox  olduğu  yer  yükü  çox  olan 

gəmiyə bənzər. hər an bata bilər.

bəzilərinin imkanı olsa imkansızlara nəfəs 

almağa da imkan verməzlər.

adətən  iki  adamın  savaşı  araqarışdıranın 

xeyrinə bitir.

bəzi yerlərdə az qalıb ki, ikini ikiyə vuran-

da dörd eləməsin.

yaxşı  işlərimizdən  “bixəbər”  olanlar    nə 

vaxtsa pis iş görəcəyimizə ümid edirlər?

insan  yarandığı  ilk  günlərdən  yükdaşıma 

mövcuddur:kim isə kiminsə yükünü daşıyır.

heç nə etməyən daha çox səhvə yol verir.

bədbəxtlik heç vaxt qapını döymür. o, içəri 

soxulur.

can, ey həqiqət! heç kimə lazım deyilsən?

əsl marafon yarışıdır:harda pul görürlər-

sə, ora qaçırlar.

iş  deyəndə  gözləri  kor  olanların  mükafat 

deyəndə gözləri niyə dörd olur?

Görəsən qulaqlarımı da islam qaydalarına 

uyğun kəsirlər? 

Rasif  TAHİROV

www.seanews.az

Hindistanın qərb sahilləri 

yaxınlığında göyərtəsində 

7 nəfərin olduğu helikopter 

qəzaya uğrayıb.

Hindistan  Hərbi  Dəniz 

Qüvvələrinin  Twitter  səhifə-

sində  insidentin  yanvarın  13-

də  səhər  saatlarında  baş  ver-

diyi bildirilir. Helikopterdə iki 

pilotdan  başqa,  Ərəb  dənizin-

də  yerləşən  buruqların  birinə 

yollanan  Hindistanın  neft  və 

təbii qaz üzrə komissiyasının 5 

əməkdaşı da olub.

Helikopter  havaya  qalx-

dıqdan  bir  qədər  sonra  onun-

la  əlaqə  kəsilib.  Xilasedicilər 

hadisədən  bir  neçə  saat  sonra 

Mumbay  şəhərindən  50  kilo-

metr  uzaqlıqda  helikopterin 

qalıqlarını aşkarlayıblar.

Hazırda qəza nəticəsində 4 

nəfərin həlak olduğu təsdiqlə-

nib,  3  nəfərin  taleyindən  isə 

hələlik xəbər yoxdur. Qəzanın 

səbəbləri məlum deyil.

ərəb dənizində Göyərtəsində 

neftçilər olan helikoPter 

qəzaya uğrayıb

ABŞ-ın Sietl şəhərində 

yaşayan rəssamlardan biri 

rəngin xüsusi tərkibini icad 

edib.

“billionnews.ru” saytı bil-

dirir  ki,  həmin  rənglə  asfalt 

üzərinə  yazılan  yazı  yaxud 

çəkilən  şəkillər  yalnız  yağış 

yağdığı və ya üzərinə maye tö-

küldüyü halda görünür.

Şəkillər  ilk  iki  həftə  ər-

zində  aydın  görünür,  4  aydan 

bir  ilədək  isə  asfaltda  qalaraq 

silinmir.

amerikalı rəssam xüsusi 

rənG icad edib

Dövlət İmtahan Mərkəzi (DİM) 

tərəfindən yaxın aylar ərzində ke-

çirilməsi nəzərdə tutulan, ali təhsil 

müəssisələrinə I-IV ixtisas qrupları 

üzrə birinci (yaz) qəbul imtahanla-

rının, magistratura və rezidenturaya 

qəbul imtahanlarının birinci mər-

hələsinin, ümumi orta (9 illik) təhsil 

bazasında təhsilalanların buraxılış 

imtahanlarının birinci mərhələsinin, 

sınaq imtahanlarının tarixləri müəy-

yənləşdirilib.

DİM-dən  bildiriblər ki, ali təhsil 

müəssisələrinə II və III ixtisas qrupları 

üzrə birinci (yaz) qəbul imtahanı ma-

yın 13-də, I və IV ixtisas qrupları üzrə 

isə mayın 20-də keçiriləcək.

Ali  təhsil  müəssisələrinin  baka-

lavriat  səviyyəsinə  qəbul  olunmaq 

istəyənlər  üçün  sınaq  imtahanlarının 

aprelin  1-də,  15-də,  29-da  və  iyunda 

(1 dəfə) keçirilməsi nəzərdə tutulur.

Ali  təhsil  müəssisələrinə,  ümumi 

və tam orta (9 illik və 11 illik) təhsil 

bazasında  kolleclərə  qəbul  olunmaq 

istəyən və qəbul imtahanını Azərbay-

can dilindən fərqli dildə verən abituri-

yentlər üçün “Azərbaycan dili” fənni 

üzrə  birinci  imtahan  aprelin  22-də, 

ikinci imtahan isə iyunun 10-da keçi-

riləcək.


Ali  təhsil  müəssisələrinin  və 

AMEA-nın  magistraturalarına  qəbul 

imtahanının  I  mərhələsi  fevralın  25-

də, rezidenturaya qəbulun birinci mər-

hələsi isə aprelin 1-də keçiriləcək.

Yanvarın 19-da və 27-də reziden-

turaya qəbul olunmaq istəyənlər üçün 

elektron  sınaq  imtahanı  (baza  fənləri 

üzrə), fevralın 4-də isə magistraturaya 

qəbul olunmaq istəyənlər üçün kağız-

daşıyıcılar  vasitəsilə  sınaq  imtahanı  

(I mərhələ üzrə) keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümu-

mi (9 illik) orta təhsil bazasında təhsil  

alanlar  üçün  buraxılış  imtahanlarının 

birinci  mərhələsi  martın  4-də,  11-də 

və 18-də təşkil olunacaq.

Ümumi (9 illik) orta təhsil baza-

sında  orta  ixtisas  təhsili  müəssisələ-

rinə qəbul olunmaq istəyən (həmçinin 

eksternat  qaydasında  buraxılış  imta-

hanı  verən)  əvvəlki  illərin  məzunla-

rı  üçün  qəbul  imtahanlarının  birinci 

mərhələsi aprelin 8-də keçiriləcək.

Peşə  liseylərinin  şagirdləri  (11-ci 

sinif)  üçün  buraxılış  imtahanı  martın 

18-də keçiriləcək.

Qeyd edək ki, DİM tərəfindən ke-

çirilən imtahanlar kütləvi xarakter da-

şıdığı üçün tədbirlərin qrafiki bir neçə 

dövlət orqanı ilə birgə müzakirə olu-

nur, razılaşdırılır və yekun qərar qəbul 

edildikdən  sonra  ictimaiyyətə  elan 

olunur.  Digər  imtahanların  da  qrafiki 

müəyyənləşdirildikdən sonra KİV-lər-

də  məlumat  veriləcək  və  Mərkəzin 

saytının  “Təqvim”  bölməsinə  əlavə 

ediləcək. Vətəndaşlara saytın bu böl-

məsini mütəmadi izləmək tövsiyə olu-

nur.


Böyük Britaniyanın Bat Uni-

versitetinin ekspertləri tərəfindən 

içməli suyun istifadəyə yararlılığını 

yoxlayan birdəfəlik test hazırla-

nıb. Mütəxəssislər bu testin Afrika 

ərazisində yaşayan minlərlə insanın 

həyatını xilas edəcəyini vurğulayır-

lar.

 Rusiyanın “Aktualnıye novosti” 

saytı xəbər verir ki, yeni işləmə qrafit 

elektrodlu və elektrikkeçirici bakteri-

ya təbəqəli kağızı xatırladır. Zolaq öz 

rəngini  zəhərli  kimyəvi  maddə,  ağır 

metal,  herbisid  və  digər  gözlə  gö-

rünməyən əlavələrlə reaksiya zamanı 

dəyişir.  Lakmus  kağızına  bənzəyən 

testerin rənginin dəyişməsi suyun tər-

kibindəki zərərli qatqıların mövcudlu-

ğundan xəbər verir.

“WaterAid”in  apardığı  qiymət-

ləndirməyə  əsasən  indiki dövrdə Yer 

kürəsinin 850 milyon sakini təmiz su 

çatışmamazlığından əziyyət çəkir. Bu 

cür testləri inkişaf etmiş ölkələrin əra-

zisində də tətbiq etmək mümkündür. 

Test  ucqar  yaşayış  ərazilərində  su-

yun  keyfiyyətini  müəyyənləşdirməyə 

imkan  verəcək,  həmçinin  turist  və 

xilasedicilərə içməli su ehtiyatlarının 

çirklənməsinə  səbəb  olan  fövqəladə 

hallar zamanı kömək göstərəcək.



“IndieWire” portalı bütün dövr-

lərin ən yaxşı 100 filminin siyahısını 

dərc edib.

Reytinq “Rotten Tomatoes” saytı-

nın istifadəçilərinin rəyi əsasında tər-

tib olunub.

Siyahıya ən azı 40 resenziya yazı-

lan ekran əsərləri daxil edilib.

Reytinqin  lideri  rejissor  Viktor 

Fleminqin  “Oz  Ölkəsinin  Sehrbazı” 

(1939)  musiqili  filmidir.  Hesabında 

iki  “Oskar”  mükafatı  olan  bu  ekran 

əsəri 1998-ci ildə ən yaxşı 10 Ameri-

ka filmi siyahısına daxil olub.

İstifadəçilər  ikinci  yerə  Orson 

Uellsin  “Vətəndaş  Keynə”  (1941) 

filmini layiq görüblər. Bu əsər mütə-

madi olaraq dünyanın kino tarixində 

ən  çox  diqqət  çəkən  filmlər  siyahı-

sına  daxil  olur.  Britaniyanın  “Sight 

and Sound” jurnalının reytinqində bu 

film ardıcıl olaraq 5 dəfə birinci yeri 

tutub.

Siyahıda  üçüncü  mövqedə  Cor-



dan  Pilin  “Uzaq  ol”  qorxu  filmi  qə-

rarlaşıb.  Onluğa,  həmçinin  “Quduz 

Maks: qəzəb yolu” (2015, Corc Mil-

ler)  və  “Inside  Out”  (Qıfılbənd)  ciz-

gi  filmi  (2015,  Pit  Doker,  Pixar)  də 

daxildir.



Yaponiya özünümü-

dafiə dəniz qüvvələrinin 

komandanlığı ötən ilin 

sonundan başlayaraq 

ABŞ-ın sorğusuna 

əsasən Şimali Koreyaya 

tətbiq edilən sanksiyala-

rın icrasına nəzarət üçün 

öz gəmilərini Sarı və Ya-

pon dənizlərinə göndərir.

  Kyodo  agentliyi  xə-

bər  verir  ki,  məqsəd  açıq 

dənizdə  əcnəbi  tanker-

lərdən  Şimali  Koreya  gə-

milərinə neftin vurulması-

nın qarşısını almaqdır.

Məlumatda qeyd edilir ki, əməliy-

yat  özünümüdafiə  qüvvələrinin  bey-

nəlxalq  sularda  müşahidə  aparması 

qaydalarına  müvafiq  olaraq  keçirilir. 

Yaponiyanın  patrul  təyyarələri  açıq 

dənizdə şübhəli gəmilər aşkar etdikdə 

məlumatı gəmilərə ötürür və gəmilər 

qeyd  edilən  əraziyə  doğru  hərəkət 

edir.


Şübhəli gəmiləri yoxlamaq yapon 

özünümüdafiə  qüvvələrinin 

səlahiyyətinə  aid  olmadığına 

görə, əldə edilən məlumatlar, 

foto  və  digər  informasiyalar 

ABŞ tərəfinə göndərilir. Bun-

dan əlavə, həmin məlumatlar 

yanvarın  16-da  Vankuverdə 

Kanada  və  ABŞ-ın  sədrliyi 

ilə keçiriləcək Şimali Koreya 

üzrə nazirlər görüşünə təqdim 

ediləcək.

Kyodo agentliyi yazır ki, 

Yaponiya  hökumətinin  rə-

yinə  əsasən,  bu  nəzarət  tək-

cə  Şimali  Koreyaya  deyil, 

eyni zamanda, Tokio və Vaşinqtonun 

qənaətinə  görə,  Pxenyana  müəyyən 

kömək edən Çin və Rusiyaya da təsir 

göstərəcək.



Vüqar Ağayev

buraxılış, qəbul və sınaq imtahanlarının 

tarixləri müəyyənləşdirilib 

yaPoniya şimali koreyaya tətbiq edilən sanksiyaların icrasına 

nəzarət üçün öz Gəmilərini sarı və yaPon dənizlərinə Göndərir

Birləşmiş Ərəb Əmir-

liklərinin (BƏƏ) “Agthia 

Group” şirkətlər qrupu dün-

yada ilk dəfə olaraq tərkibin-

də D vitamini olan içməli su 

istehsalına başlayıb.

AZƏRTAC  Əmirliklərin 

KİV-lərinə istinadla xəbər ve-

rir ki, dünyada yeganə olan D 

vitaminli  bu  suyun  tərkibində 

qatqı, dadverici və boyaq mad-

dələri  yoxdur.  Tədqiqatlara 

görə, BƏƏ əhalisinin 78 faizi 

D  vitamini  azlığından  əziyyət 

çəkir ki, bu da bəzi xroniki və 

infeksion  xəstəliklərin  inkişaf 

riskini artırır.

“Al Ain Vitamin D” adla-

nan suyun bir şüşəsinin həcmi 

500 ml, dəyəri isə 2 dirhəmdir. 

Vitaminlərlə  zəngin  olan  bu 

suya artıq BƏƏ-nin supermar-

ketlərində  rast  gəlmək  müm-

kündür.

d vitaminli su hazırlanıb

içməli suyun istifadəyə yararlılığını 

yoxlayan test hazırlanıb

bütün dövrlərin ən yaxşı 100 filmi

Malayziya Tioman ada-

sında yaranan əlverişsiz hava 

şəraiti ilə əlaqədar oradakı 

turistləri təxliyə etmək üçün 

hərbi dəniz qüvvələrinin 

gəmisini göndərib.

“The  Star”  qəzeti  xəbər 

verir ki, gəmi adadakı 90-dan 

çox adamı təxliyə edəcək.

Nəşrin  məlumatına  görə, 

artıq  bir  neçə  gündür  ki, Tio-

man  adasında  nəhəng  dalğa-

larla müşayiət olunan pis hava 

şəraiti davam edir. Ümumilik-

də 54 turist və 39 malayziyalı 

yanvarın 11-dən adadadır.

Qeyd  olunur  ki,  burada 

yağışlar  fəsli  oktyabrda  baş-

layaraq  martadək  davam  edir. 

Yerli  qanunverici  orqanın  nü-

mayəndəsi  bildirib  ki,  hər  il 

yerli  hakimiyyət  orqanları  tu-

ristlərə adaya səfərin təhlükəli 

olması barədə xəbərdarlıq edir. 

Adaya gedən turistlər bərə ilə 

qayıtmaq  imkanı  olacağına 

inanırlar. Bu il bərə olmadığı-

na görə, turistlər adanı tərk edə 

bilməyiblər.



Vüqar Ağayev

tioman adasındakı 

turistlər Gəmi ilə təxliyə 

ediləcək


Yüklə 486,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə