Böyük Ermənistan


“Coca-Cola” və AFFA futbol



Yüklə 486,67 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix14.04.2018
ölçüsü486,67 Kb.
#38384
1   2   3   4   5   6   7   8

“Coca-Cola” və AFFA futbol 

üzrə dünya çempionatının kuboku-

nu Azərbaycana gətirir.

AFFA  xəbər  verir  ki,  “Coca-Co-

la”  şirkəti  dünya  çempionatının  ku-

bokunu  dördüncü  dəfə  dünya  turuna 

götürür  və  futbol  dünyasının  ən  ali 

mükafatını Azərbaycan  azarkeşlərinə 

göstərmək üçün fevralın 9-da kuboku 

Bakıya gətirəcək. Kubokun Azərbay-

cana səfəri “Coca-Cola” şirkətinin bu 

ölkədə  uzunmüddətli  tərəfdaşı  olan 

AFFA  ilə  birgə  əməkdaşlığı  çərçivə-

sində təşkil olunur.

“Coca-Cola”  tərəfindən  təşkil 

olunan  “FIFA  dünya  çempionatı  ku-

bokunun  turu”  milyonlarla  azarkeşə 

dünyanın  ən  böyük  idman  hadisə-

si  olan  futbol  üzrə  2018-ci  il  dünya 

çempionatının  bir  hissəsi  olmaq  və 

bu  andan  zövq  almaq  imkanı  verir. 

Bu  möhtəşəm  beynəlxalq  turu  təşkil 

etməklə “Coca-Cola” və FIFA bütün 

futbolsevərləri dünya kubokunun qa-

libinə  təqdim  edilən  mükafatın  canlı 

şahidi olmağa dəvət edirlər. Bu hadisə 

futbolun  ən  möhtəşəm  simvolunu 

görmək və bunun sevincini yaşamaq 

üçün minlərlə azarkeşlərin həyatında 

yeganə fürsət olacaq.

“Coca-Cola”  dünyada  milyon-

larla  insanın  ən  sevilən  idman  nö-

vünə  -  futbola  sevgisini  dəstəkləyir 

və paylaşır. Futbol üzrə dünya çempi-

onatlarının  tərəfdaşı  olmaqla  yanaşı, 

“Coca-Cola”  milli  futbol  federasiya-

ları, o cümlədən AFFA ilə əməkdaşlıq 

edərək, Azərbaycanda da minlərlə ye-

niyetmənin futbol arzularının reallaş-

masına töhfə verir.

“Coca-Cola” şirkətinin Qafqaz və 

Mərkəzi Asiya regionu üzrə ictimaiy-

yətlə əlaqələr və kommunikasiya me-

neceri  Aleksandra  Akkirman  deyib: 

“Biz  dünya  kubokunu  fevralın  9-da 

Azərbaycana gətirməyi planlaşdırırıq. 

Bu kubok adi mükafat deyil, bu, həm 

də idman aləminin ən məşhur kuboku 

və insanları birləşdirən bir rəmzdir”.

“İdman  dünyasında  FIFA  dünya 

kubokundan  daha  çox  istənilən  və 

əlamətdar  bir  mükafat  yoxdur.  Bu 

Kubok  insanları  birləşdirən  bir  qüv-

vədir və bunun əhəmiyyətini hər kəs 

dəyərləndirir.  Kuboku  dünya  futbol 

azarkeşlərinə  təqdim  etmək  üçün 

“Coca-Cola”  ilə  yenidən  əməkdaşlıq 

etməyə  çox  şadıq”,  -  deyə  FIFA-nın 

prezidenti Canni İnfantino qeyd edib.

FIFA  dünya  kuboku  fevralın 

9-da  Heydər  Əliyev  Beynəlxalq Ae-

roportuna  gətiriləcək.  Yerli  KİV  nü-

mayəndələri hava limanında mətbuat 

konfransında iştirak etmək üçün dəvət 

olunacaq  və  onlara  mükafatı  canlı 

görmək imkanı veriləcək. Sonra mü-

kafat  “Gənclik  Mall”  ticarət  mərkə-

zinə  gətiriləcək  ki,  burada  şəhərin 

sakinləri və qonaqları dünya çempio-

natının əsas mükafatı ilə şəkil çəkdirə 

biləcəklər.

Tur  barədə  məlumat  verən  

AFFA-nın baş katibi Elxan Məmmə-

dov bildirib: “Dünya kubokunu yaxın-

dan  görmək  istənilən  futbol  azarke-

şinin  ən  böyük  arzularından  biridir. 

“Coca-Cola” şirkəti və FIFA kubokun 

dünya  turunu  təşkil  etməklə  dünya-

nın  müxtəlif  ölkələrindəki  çoxsaylı 

azarkeşlərə  böyük  sevinc  bəxş  edir. 

Tədbirin Azərbaycanda da keçirilmə-

si futbolun təbliğı və azarkeş marağı 

baxımından xüsusi əhəmiyyət daşıyır. 

Çox şadıq ki, “Coca-Cola” şirkəti ilə 

AFFA arasında uzunmüddətli və çox-

şaxəli  əməkdaşlıq  mövcuddur.  İna-

nırıq  ki,  birgə  həyata  keçirəcəyimiz 

layihələr hər zaman uğur qazanacaq”.

Ötən  ilin  sentyabrında  Rusiyada 

start  götürən  tur  altı  qitədən  50-dən 

çox  ölkəni  əhatə  edəcək  və  doqquz 

ay  ərzində  126  min  kilometr  məsafə 

qət edən kubok səyahətini futbol üzrə 

2018-ci il dünya çempionatında başa 

vuracaq.

“Coca-Cola”  şirkəti  1974-cü  il-

dən  FIFA-nın  korporativ  tərəfdaşıdır 

və  1978-ci  ildən  dünya  çempionatı-

nın  rəsmi  sponsorudur.  “Coca-Cola” 

1950-ci ildən etibarən futbol üzrə hər 

bir dünya çempionatının stadionların-

da reklam yerləşdirir və bütün səviy-

yələrdə  futbolu  dəstəkləyir.  “Trophy 

Tour” artıq dördüncü dəfədir FIFA və 

“Coca-Cola” şirkətinin birgə səyi ilə 

keçirilir.

Qeyd edək ki, dünya kubokunun 

əsli  mundialın  qalibi  olan  komanda-

ya təqdim olunsa da FIFA-nın sərən-

camında  qalır.  Qızıldan  hazırlanmış 

6,142  kiloqram  ağırlığında  olan  ku-

bokun  kompozisiyası  Yer  Kürəsini 

əlləri üzərində saxlayan iki insan fiqu-

rundan ibarətdir. Kubokun orijinal di-

zaynı  1974-cü  ildə  yaradılıb.  Kubok 

dünyada  ən  məşhur  və  bahalı  idman 

rəmzlərindən biridir. Ona yalnız mü-

kafatın  keçmiş  qalibləri  və  dövlət 

başçıları  olmaqla  məhdud  sayda  in-

san  toxuna  bilər.  Qaydalara  əsasən, 

mükafat FIFA-nın sərəncamında qalır 

və dünya kubokunun qalib komanda-

sı mükafatın əslini müvəqqəti olaraq 

saxlayır,  sonra  isə  onun  replikasını 

alır. Həmən replika dünya kubokunun 

qaliblərinin  mükafatı  adlanır.  Qızıl 

suyuna  salınan  mükafatın  üzərində 

turnirin adı, çempionatı qəbul edən və 

qalib ölkələr haqqında məlumat həkk 

olunur.


ədalətli oyun PrinsiPlərinə 

sadiq idmançılar 

mükafatlandırılıb

Milli Olimpiya Komitəsinin Ədalətli 

Oyunlar Komissiyası 2007-ci ildən etibarən 

hər il ənənəvi olaraq idman ictimaiyyətinin 

diqqətini bu sahəyə cəlb etmək, ədalət-

li oyun prinsiplərini təbliğ etmək və bu 

prinsiplərə sadiq insanları həvəsləndirmək 

məqsədilə müxtəlif nominasiyalar üzrə 

mükafatlandırma mərasimləri keçirir.

Fərqlənənlər  “Ədalətli  oyun  prinsiplə-

rinə sadiq bədən tərbiyəsi və idman xadimi”, 

“Ədalətli oyun prinsiplərinə sadiq təbliğatçı”, 

“Ədalətli  oyun  prinsiplərinə  sadiq  hakim”, 

“Ədalətli  oyun  prinsiplərinə  sadiq  məşqçi”, 

“Ədalətli oyun prinsiplərinə sadiq idmançı” 

nominasiyaları üzrə mükafatlandırılırlar.

Bakıda  keçirilən  və  20  Yanvar  şəhidi 

Müşfiq  İsayevin  xatirəsinə  həsr  olunan  sər-

bəst və yunan-Roma güləşi üzrə yeniyetmələr 

arasında XXI açıq Respublika turnirində bir 

qrup idman mütəxəssisi Milli Olimpiya Ko-

mitəsinin Ədalətli Oyunlar Komissiyası tərə-

findən təltif olunublar.

Mükafatlar dörd nominasiya üzrə qalib-

lərə təqdim edilib. “Ədalətli oyun prinsiplə-

rinə sadiq bədən tərbiyəsi və idman xadimi” 

nominasiyasında  Azərbaycan  Güləş  Fede-

rasiyasının  birinci  vitse-prezidenti  Firdovsi 

Umudov layiq görülüb.

“Ədalətli  oyun  prinsiplərinə  sadiq  ha-

kim”  nominasiya  üzrə  Sədi  Quliyev  (Azər-

baycan)  və  Vahid  Temirov  (Özbəkistan), 

“Ədalətli  oyun  prinsiplərinə  sadiq  məşqçi” 

adına Ruslan Şəmilov (Azərbaycan) və Vaşa 

Kraveişvili (Gürcüstan), “Ədalətli oyun prin-

siplərinə  sadiq  idmançı”  moninasiyasında 

isə  Vahid  Əlizadə  (Azərbaycan)  və Andrey 

Yegerov (Qazaxıstan) mükafatlara layiq gö-

rülüblər.

26 yanvar 2018-ci il   № 5-8 (9191)

baş redaktor

rasif iman oğlu

tahirov

ünvanımız:

az1029, bakı şəhəri,

heydər əliyev prospekti, 152

telefonlarımız:

baş redaktor

(050) 670-33-76; 

30-67 (daxili)

qəzetin təsisçisi:

“azərbaycan xəzər dəniz

Gəmiçiliyi”

qapalı səhmdar 

cəmiyyəti

qəzet “dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

sifariş: 240

8

www.seanews.az

Cəmiyyətdə ağır fəsadlar-

la nəticələnən dəm qazın-

dan zəhərlənmə hallarına 

mütəmadi olaraq rast gəlinir. 

Əfsuslar olsun ki, bəzən bu 

hadisələr bütöv ailənin ölü-

mü ilə də nəticələnir. Səhiyyə 

və Fövqəladə Hallar nazirlik-

lərinin, eləcə də digər aidiy-

yəti qurumların profilaktik və 

maarifləndirmə tədbirlərinin 

keçirilməsinə baxmayaraq, 

vəziyyət öz ciddiliyini qoru-

yur.

Dəm  qazından  zəhərlənmə  halların-

dan özünüqoruma, intoksikasiya baş ver-

dikdə  onun  əlamətləri  və  təxirəsalınmaz 

ilkin  yardım  haqqında  Azərbaycan  Tibb 

Universitetinin (ATU) dosenti, həkim-tok-

sikoloq  İsmayıl  Əfəndiyev  universitetin 

mətbuat xidmətinə məlumat verib.

Həkim deyib: “Son illər Azərbaycan-

da  dəm  qazı  və  yanacaq  məhsullarından 

zəhərlənmə hallarında ötən illərə nisbətən 

artma müşahidə olunur. Bu vəziyyəti yal-

nız Azərbaycana şamil etmək düzgün de-

yil. Belə ki, ABŞ-da hər il dəm qazından 

10 mindən çox zəhərlənmə hadisəsi qeydə 

alınır. Avropa ölkələrində isə bu, alkoqol-

lu içkilərdən zəhərlənmələrdən sonra ikin-

ci yeri tutur.

Dəm  qazından  zəhərlənmə  yüngül, 

orta və ağır dərəcələrdə olur.

Yüngül  dərəcədə  qanda  karboksihe-

moqlobinin  səviyyəsi  15-30  faiz  təşkil 

edir.  Bu  zaman  ümumi  toksiki  simptom 

olaraq başağrısı, qulaqlarda səs, başgicəl-

lənmə, ürəkbulanma, təngnəfəslik, boğaz-

da acışma, quru öskürək, ürək nahiyəsin-

də xoşagəlməz hisslər meydana çıxır. Bu 

zaman  adətən  huşun  itirilməsi  müşahidə 

olunmur.

Qanda  karboksihemoqlobinin  səviy-

yəsi  30-40  faiz  olduqda  artıq  orta  dərə-

cəli  zəhərlənmə  hesab  edilir.  Bu  zaman 

yorğunluq, xüsusilə aşağı ətraflarda artan 

zəiflik,  görmə  və  eşitmədə  pozuntular, 

şüur dolaşıqlığı, ürək ritminin pozulması, 

döş nahiyəsində ağrılar, qıcolmalar mey-

dana  çıxır.  Dəm  qazından  orta  dərəcəli 

intoksikasiyanın  fərqləndirici  cəhəti  qısa 

müddətlik  huşun  itirilməsidir.  Dərslik-

lərdə təsvir olunan və qanda karboksihe-

moqlobinin olması ilə bağlı yaranan dəri 

və dodaqların albalı-qırmızı rəngə boyan-

masına nadir hallarda təsadüf edilir.

Ağır  dərəcəli  intoksikasiya  zamanı 

qanda  karboksihemoqlobinin  səviyyəsi 

40-50  faizədək  yüksəlir.  Bu  zaman  in-

san  koma  vəziyyətinə  belə  düşə  bilər. 

Ağciyərlərdə toksiki pozuntular səbəbin-

dən rabdomioliz sindromunun yaranması 

mümkündür.

İntoksikasiyanın  fəsadlarına  gəldik-

də isə yüngül dərəcəli zəhərlənmədə belə 

baş ağrıları və digər simptomlar bir qədər 

sonra  yeni  qüvvə  ilə  təkrar  olunur.  Bəzi 

xəstələrdə  isə  müalicəyə  baxmayaraq, 

təxminən  iki  həftə  sonra  gecikmiş  nev-

roloji  fəsadlar  yarana  bilər.  Bu,  düşüncə 

qabiliyyətinin  və  yaddaşın  zəifləməsi, 

baş ağrıları, əzələlərdə zəiflik və əsmə ilə 

özünü  büruzə  verən,  induksiyalanmış  və 

təxirə salınmış neyropsixi sindromdur.

Bəziləri düşünür ki, dəm qazının spe-

sifik iyi var. Lakin, bu belə deyil, dəm qa-

zının heç bir iyi və rəngi yoxdur.

Zəhərlənmə  hallarında  zaman  çox 

böyük  rol  oynayır. Adətən  zəhərlənənlər 

qazın  onları  “tutduğunu”  hiss  etdiklərini 

deyirlər. Lakin, yadda saxlamaq lazımdır 

ki, zəhərlənmənin birinci simptomlarının 

hiss edildiyi andan huşun itirilməsinə qə-

dər olan  dövr  çox qısadır. Bəzən bu, bir 

dəqiqədən də az ola bilər. Bu səbəbdən də, 

simptomlar hiss edildikdə həmin yeri dər-

hal tərk etmək lazımdır.

Zəhərlənmə zamanı ilkin yardım kimi 

xəstəni dəm qazının çox yığıldığı yerdən 

təmiz havaya çıxartmaq və ağız boşluğu-

nu təmizləyərək tənəffüs yollarının keçi-

riciliyini bərpa etmək vacibdir. Komatoz 

vəziyyət zamanı isə ağız boşluğuna hava 

ötürən boru yerləşdirilir.

Dəm qazı zəhərlənmələri zamanı an-

tidot kimi, üzə kip bağlanılmış maska va-

sitəsilə  100  faizli  oksigen  tətbiq  olunur. 

Huşu  itmiş  xəstələrdə  intubasiya  aparıl-

malı  və  100  faizli  oksigenlə  ağciyərlər 

süni ventilyasiya edilməlidir.

Əlavə müalicə üsulları kimi infuzion, 

vitamin, kəhrəba turşusu və simptomatik 

terapiya  tətbiq  edilir.  Bundan  başqa,  hə-

kim arterial hipotenziyanın və ürək ritmi-

nin dəyişmələrinin korreksiyasına, qıcol-

maların  aradan  qaldırılmasına  yönəlmiş 

terapiyanın  aparılmasına  hazır  olmalıdır. 

Bir  çox  xəstələrə  isə  həkim  nevropato-

loqun məsləhəti tələb olunur.

Zəhərlənmələrə  qarşı  ilk  profilaktik 

tədbir  işlədilən  qaz  cihazlarının  təyinatı 

üzrə istismar qaydalarının nəzərə alınma-

sıdır.  Binaları  isitmək  üçün  təhlükəsizlik 

standartlarına cavab verməyən sobalar və 

plitələrdən istifadə olunmamalıdır. Daşına 

bilən  qaz  plitələri  yalnız  küçə  şəraitin-

də istifadə oluna bilər. Yanacaqla işləyən 

elektrik  generatorlarından  qapalı  məkan-

larda istifadə etmək olmaz.

Qaz cihazları olan otaqlarda dəm qa-

zının səviyyəsini müəyyən edən analiza-

torların  quraşdırılması  çox  yaxşı  olardı. 

Bu, qiyməti çox baha olmayan və etibarlı 

cihazlar dəm qazının təhlükəli konsentra-

siyasını aşkar etdikdə uca səs siqnalı verir.

Ümumiyyətlə,  təhlükəsizlik  texnika-

sının çox da mürəkkəb olmayan qaydaları-

na riayət etməklə özünüzü və yaxınlarınızı 

bu ağır, bəzən də ölümcül zəhərlənmədən 

qoruya bilərsiniz”.

zəhərlənmə hallarında zaman çox böyük rol oynayır

Prezident İlham Əliyev 2018 

Formula 1 Azərbaycan Qran Pri 

yarışının təşkili və keçirilməsi ilə 

bağlı Azərbaycan Respublikasına 

gələcək əcnəbilər və vətəndaş-

lığı olmayan şəxslər üçün viza 

prosedurlarının sadələşdirilməsi 

haqqında Sərəncam imzalayıb.

Sərəncama  əsasən  Azərbay-

canda  keçiriləcək  2018  Formula 

1  Azərbaycan  Qran  Pri  yarışı  ilə 

əlaqədar  ölkəmizə  gələn  və  bu 

Sərəncamda  göstərilən  sənədlər-

dən  hər  hansı  birini  təqdim  edən 

əcnəbilər və vətəndaşlığı olmayan 

şəxslər  2018-ci  il  mar-

tın  15-dən  mayın  15-dək 

Azərbaycan  Respublika-

sı  Xarici  İşlər  Nazirliyi-

nin  Konsulluq  İdarəsinin 

Azərbaycan  Respublika-

sının  beynəlxalq  hava  li-

manlarında yerləşən struk-

tur  bölmələrində  viza  ala 

bilərlər.

Aşağıdakı  sənədlər-

dən  biri  viza  verilməsi  üçün  əsas 

hesab edilir: Formula 1 yarışlarının 

beynəlxalq təşkilatçıları olan “For-

mula  One  Management  Limited” 

şirkətinin  və  Beynəlxalq Avtomo-

bil  Federasiyasının  müvafiq  qay-

dalarına uyğun olaraq akkreditasi-

yadan keçməni təsdiq edən kart və 

ya digər sənəd, Bakı Şəhər Halqası 

Əməliyyat  Şirkətində  akkredita-

siyadan keçməni təsdiq edən kart, 

2018 Formula 1 Azərbaycan Qran 

Pri yarışına bilet və ya biletin əldə 

olunmasını təsdiq edən sənəd.

Latviyada atletika üzrə 

“Kuldiga Catherines Cup” 

beynəlxalq turniri keçirilib.

Səkkizinci dəfə təşkil olu-

nan yarışda ölkəmizi 60 metr 

məsafəyə  sədlərlə  qaçış  ya-

rışlarında  Rahib  Məmmədov 

təmsil edib.

Məşqçi  Elvin  Əliyevin 

rəhbərliyi  altında  mübarizə 

aparan atletimiz 8 saniyə nə-

ticə ilə turnirin qızıl medalına 

sahib olub.

İlk  üçlüyü  litvalı  idmançılar 

Saulius  Rapolas  və  Vrasinskas 

Martinas tamamlayıblar.

Qeyd edək ki, turnirdə 17 ölkə-

dən  200-dən  artıq  atlet  qalib  adı 

uğrunda yarışıb.

Elə adi proseslər var ki, 

həkim və ya tibb işçisi olmayan-

lar da onu yerinə yetirməli olur. 

Məsələn, təzyiqin və ya qanda 

şəkərin ölçülməsi. İlk baxışda 

kiməsə çox adi və sadə görünən 

həmin prosedur zamanı bir sıra 

qaydalar var ki, əslində onlara 

əməl etmək lazımdır. 

Təzyiqin  ölçülmə  qaydası 

haqqında  məlumat  verən  Ney-

rocərrahiyyə  xəstəxanasının  hə-

kim-kardioloqu Nərgiz Məmmədo-

va AZƏRTAC-ın müxbirinə deyib: 

”Arterial təzyiqin ölçülməsi xüsusi 

cihaz-sfiqmomanometr və ya tono-

metrlə  aparılır. Təzyiqi  ölçməzdən 

1saat  qabaq  kofe  və  tünd  çay  qə-

bul  etmək,  siqaret  çəkmək  olmaz, 

yeməkdən  yarım  saat  keçməlidir. 

Təzyiqi ölçməzdən 1saat əvvəl bu-

run və göz damcısını çıxmaq şərtilə 

digər  dərmanların  qəbulu  dayan-

dırılmalıdır.  Əsəbi  halda  təzyiqi 

ölçmək  düzgün  deyil,  onu  yalnız 

sakitləşəndən 5 dəqiqə sonra etmək 

lazımdır. Ölçülməzdən əvvəl rahat 

oturaq vəziyyət seçilir, vacib olduq-

da uzanıqlı və ayaqüstü vəziyyətdə 

də  proseduru  aparmaq  olar.  Tono-

metrin  manjet  hissəsi  dirsəkdən 

2  santimetr  yuxarı  olmaqla  bazu 

nahiyəsinə  ürək  səviyyəsində  bağ-

lanılır.  Manjeti  çox  sıx  bağlamaq 

lazım deyil. Daha sonra fonendos-

kopun başcığı dirsək çuxuruna yer-

ləşdirilir. Nəbz itənə qədər balonla 

manjetə hava doldurularaq bazu ar-

teriyası sıxılır. Bundan sonra ventil 

açılaraq yavaş-yavaş manjetin içə-

risindəki  hava  ilk  nəbz  vurğusunu 

eşidənə qədər buraxılır. Həmin an-

dakı şkaladakı göstərici sistolik təz-

yiqin, nəbzin itdiyi an isə diastolik 

təzyiqin göstəricisi olacaq”.

Həkim-kardioloq  daha  sonra 

söyləyib: ”Təkrar təzyiqölçmə pro-

seduru  3-5  dəqiqədən  sonra  aparı-

lır.  Həmin  proses  zamanı  kəskin 

hərəkət etmək və danışmaq olmaz. 

Arterial təzyiqi sağ qolda (solaxay-

larda sol qolda) ölçmək düzgündür. 

Əgər şübhə yaranarsa, təzyiq hər iki 

qolda ölçülə bilər. Sağ və sol qollar 

arasındakı  təzyiq  fərqi  5-10  mm 

civə  sütunu  ola  bilər.  Bəzən  olur 

ki,  evdə  ölçülən  təzyiqlə  həkimin 

ölçdüyü təzyiq arasında 10-20 mm 

civə sütunu fərq yaranır. Həkim qə-

bulunda həmin göstərici daha yük-

sək olur. Bunu “ağ xalat sindromu” 

adlandırırlar və o, əsasən stress fo-

nunda  meydana  çıxır.  Xüsusilə  30 

yaşına  qədər  qadın  və  qeyri  stabil 

sinir sistemi olanlar arasında həmin 

hala təsadüf edilir. Arterial təzyiqi, 

onun  yüksəlməsinə  hər  şübhə  ol-

duqda nəzarət üçün gündə iki dəfə-

səhər  və  axşam  ölçmək  məsləhət-

dir.”


Ən çox narahatlıq doğu-

ran məsələlərdən biri bədən 

hərarətinin ölçülməsi zamanı 

və ya ehtiyatsızlıq nəticəsində 

termometrin sınmasıdır. Hə-

min hal baş verdikdə nə etmək 

lazımdır?

Həkim  və  mütəxəssislərin  rə-

yinə əsasən həmin halla üzləşəndə 

nə etmək lazım olduğu barədə bir 

sıra  vacib  məsləhətləri  nəzərinizə 

çatdırırıq.

Sınmış  termometrin  içindəki 

civə  dərhal  axır  və  kiçik  kürəcik-

lər şəklində ətrafa yuvarlanır. Civə 

buxarlanıb nəfəslə orqanizmə daxil 

olur və ciddi təhlükə yaradır. Ota-

ğın  temperaturu  yüksəldikcə  civə 

daha  tez  buxarlanır.  Ona  görə  də 

otağın temperaturunu mümkün qə-

dər  azaltmağa  çalışmaq  lazımdır. 

Evin bütün pəncərələri açılır, sərin-

keş "soyuq" rejimə qoşulur, otaqda 

olan  istilik  sistemi  söndürülür  və 

həmin  tədbirlər  civənin  buxarlan-

masının intensivliyini azaldır. Civə-

ni yığmaq üçün tozsoran və ya yaş 

əskidən  istifadə  etmək  olmaz,  bu 

məqsədlə “skoç” və ya plastrdan is-

tifadə etmək daha yaxşıdır. Havada 

civənin  konsentrasiyasını  ölçmək 

və  onun  qalıqlarını  xaric  etmək 

üçün  sanitar-epidemioloji  xidmət 

mütəxəssisi çağırmaq lazımdır.



termometr sınanda...

arterial təzyiqin ölçülmə qaydası

2018 formula 1 azərbaycan 

qran Pri yarışı ilə əlaqədar viza 

Prosedurları sadələşdiriləcək

azərbaycan atleti “kuldiGa 

catherines cuP” beynəlxalq 

turnirinin qızıl medalına sahib olub

futbol üzrə dünya çemPionatının 

kuboku fevralın 9-da bakıya Gətiriləcək

Yüklə 486,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə