Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi



Yüklə 384,51 Kb.
səhifə1/10
tarix20.09.2017
ölçüsü384,51 Kb.
#782
  1   2   3   4   5   6   7   8   9   10

Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi


Daşqinların proqnozlaşdırılması, erkən xəbərdarlıq sistemləri və modelləşdirmə üzrə ekspert

Xuan Fernandez-Sainz
Nəticə/Məhsul 5: Pilot hövzələrdə kompleks DPEXS üçün Texniki Tapşırıq

BAKI – 2014

HESABATIN ADI - Pilot hövzələrdə kompleks DPEXS üçün Texniki Tapşırıq

LAYİHƏ - Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi




Nəticə/Məhsul 5: Pilot hövzələrdə kompleks DPEXS üçün Texniki Tapşırıq

Tarix

Hazırladı

Xuan Fernandez

İmza


25/12/2013

Yoxladı




İmza





Təsdiq etdi

David Milton

İmza



19/7/2014





1.Giriş 4

2.Ümumi məlumat 4

Qəfil daşqınlar 4

Çay daşqınları 5

Daşqınların proqnozlaşdırılması 6

Daşqınların proqnozlaşdırılması və xəbərdarlıq sisteminin tərifi 7

Kompleks Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq Sistemi 7

Tapşırıq 0 – DPEXS-in Texniki tapşırığı hazırlanmazdan öncə yerinə yetiriləcək tapşırıqlar 11

Tapşırıq 0.1 Hövzələrin subasma-daşma xüsusiyyətlərini və mövcud icmalara qarşı olan riskləri anlamaq 11

Tapşırıq 0.2 Risk altında olan icmaların daxil olduğu sutoplayıcı yarım-hövzələri müəyyən etmək 15

Tapşırıq 0.3 Yüksək səviyyəli ilkin qiymətləndirmə 15

Tapşırıq 1 – Başlanğıc mərhələ 25

Tapşırıq 2 –Risklərin təhlili 27

Tapşırıq 3 – Monitorinq – çay və yağış monitorinqi və məlumatların əldə olunması 29

Mövcud şəbəkə 30

Layihələndirilmiş şəbəkə 30

Təklif olunan hidroloji şəbəkə 31

Təklif edilən meteoroloji şəbəkə 35

İş planı 38

Tapşırıq 4 - Daşqın xəbərdarlığının verilməsi üçün məlumatların təsviri və prosedurlar 40

Tapşırıq 5 – Xəbərdarlıqların rayon və icmalara yayılması 45

Tapşırıq 6 – İcma əsaslı daşqın xəbərdarlıq sxemlərinin yaradılması 48

Tapşırıq 7 – Spesifik icma daşqın xəbərdarlıq planlarının hazırlanması 49

Tapşırıq 8 – Daşqın proqnozlaşdırma qabiliyyətinin inkişafı 50

Təklif olunan daşqın proqnozlaşdırma sistemi 50

Daxilolma 51

Müşahidə şəbəkəsi 51

Peyk məlumatları 51

Radardan hava məlumatları 52

Qlobal hava proqnozu məlumatları 52

Modelləşdirmə 52

Meteoroloji Modelləşdirmə 53

Qar əriməsi 53

Hidroloji modelləşdirmə 54

Hidravlik modelləşdirmə 54

Nəticə/Məhsullar 56

Proqnozlaşdırma 56

Hədlər və daşqın xəbərdarlığı 56

Daşqın proqnozlaşdırma sisteminin tətbiqi 56

Əvvəlki addımlar 56

Hədlərin tərtib edilməsi – klimatoloji məlumatlar bazası 57

Tətbiqetmə strategiyası 57

İş planı 59

Daşqın proqnozlaşdırma sisteminin əməliyyat prosedurları 59

Əməliyyat çərçivəsi 59

Hadisədən əvvəl 60

Hadisə vaxtı 60

Məlumatların idarə edilməsi 60

İnterfeys 62

Təklif olunan yeniləmələr 63

Tapşırıq 9 – Texniki xidmət 64

Təlim/Hazırlıq 64

Hadisədən sonra qiymətləndirmə 64

Baxış 64




  1. Giriş


Bu sənədin əsas məqsədi həm kompleks, həm də icma səviyyəli Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq Sisteminin (DPEXS) gələcək tətbiqi üçün zəruri məlumat və əsas təmin etməkdir. Bu sənəddə DPEXS-in tətbiqi üçün tələb olunan müxtəlif tapşırıqlar təsvir ediləcək. Həmçinin, problem və ya çətinliklərin öhdəsindən gəlmək üçün tövsiyə və məsləhətlər də əks etdiriləcək.
  1. Ümumi məlumat


İlkin yanaşma kimi, ümumilikdə, tədqiq edilən ərazidə və spesifik olaraq pilot sutoplayıcı hövzədə iki daşqın növü müəyyən edilə bilər: qəfil daşqınlar və çay daşqınları. Daşqının növü çox önəmlidir, çünki bu, DPEXS-ə dair yanaşmanı müəyyən edəcək.

Qəfil daşqınlar


Qəfil daşqın adətən nisbətən yüksək pik sərfə malik və qısamüddətli daşqının sürətlə baş verməsi kimi müəyyən edilir. Yüksək yağış səviyyəsi, sürətli və çox zaman səmərəli axım əmələgəlməsi prosesləri əksər qəfil daşqın hadisələri üçün səciyyəvidir.

Bu daşqınlar çox zaman kiçik ərazi üzərinə düşən qısamüddətli konvektiv tufanlarla əlaqəlidir. Qəfil daşqınlar kəskin yamaclara malik olan istənilən sahədə baş verə bilər. Daşqınların bu növü adətən evləri, yollar, kiçik axarlar üzərindəki körpüləri yuyub aparır və çox zaman ucqar sahələrdə icmalara və nəqliyyata böyük təsir göstərir.

İngiltərə və Uelsin Ətraf Mühit Agentliyi qəfil daşqınların aşağıdakı əsas xüsusiyyətlərini müəyyən edir:


  • Qalıq vaxtın az olması (adətən altı saatdan az müəyyən edilir).

  • Daşqın müddətinin qısa olması.

  • Leysan yağışları ilə əlaqə.

  • Mümkün səbəblərdən birinin bəndin qırılması olması.

  • Suyun həcmi və sürəti.

  • Qırıntıların yaratdığı təhlükə.

  • Maddi zərər vurma potensialı

  • Həyata təhlükə

Qəfil daşqınlar dağ axarlarında və sutoplayıcı hövzələri nisbətən kiçik olan yüksək çay qollarında baş verir. Kiçik hövzələr daha kiçik tutuma malik olduğu üçün su iri hövzələrə nisbətən kiçik sutoplayıcı hövzədən daha sürətlə (adətən 6 saat müddətində) və daha böyük həcmdə kənara çıxır. Qeyd edilməlidir ki, leysan yağışlarının toplanması da qəfil daşqınların baş verməsi üçün zəruridir, lakin yetərli deyil. Torpağın ilkin nəmliyi və/yaxud qar əriməsi də qəfil daşqınlara təkan vermək üçün vacibdir. Qəfil daşqının intensivliyi və təsiri aşağıdakılarla əlaqəli olur:

  • Axımın böyüklüyü, səmərəliliyi və istiqaməti

  • Hövzə və axarın keçmiş axın şərtləri

  • Sutoplayıcı hövzənin ölçüsü

  • Yağıntının intensivliyi

  • Yağıntının müddəti

  • Tufanın yeri, hərəkəti və hövzəyə münasibətdə təkamülü

  • Torpağın növü, dərinliyi və keçmiş nəmlik şərtləri

  • Torpağı əhatə edən bitki örtüyünün həcmi və növü

  • Urbanizasiya və meşlərin məhv olması da daxil olmaqla, torpaqdan istifadə xüsusiyyətləri

  • Ərazinin ümumi topoqrafik xüsusiyyətləri və yamacın mailliyi

  • İlin vaxtı (mövsüm)

Qəfil daşqınlara bir çox müxtəlif amillər səbəb ola və ya genişləndirə bilsə də, yağışın səbəb olduğu hadisələr bir sıra ortaq xüsusiyyətlərə malikdir:

  • Konvektiv tufanlar (bunun nəticəsində böyük miqdarda yağıntı sürətlə düşə bilir)

  • Qeyri-adi miqdarda nəmlik (adətən atmosferin dərin qatı vasitəsilə)

  • Tufanı sürətlə qidalandıran nəmliyi artıran aşağı səviyyəli axın

  • Tufan ocaqlarının eyni ümumi regionda böyüməsinə və irəliləməsinə təkan verən atmosfer axın şərtləri


Yüklə 384,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə