Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi



Yüklə 384,51 Kb.
səhifə2/10
tarix20.09.2017
ölçüsü384,51 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Çay daşqınları


Çay daşqınları geniş çay və sutoplayıcı hövzə sistemləri boyunca baş verir. Çay dərələrində daşqınlar əsasən subasarlarda və ya yuyulma zolağında baş verir. Bunun səbəbi, axının yatağın tutumundan artıq olması və təbii sahilləri və ya süni bəndləri aşaraq axmasıdır.

Adətən daşqınlar iri çaylar boyunca və iri sutoplayıcı hövzələrin daha alçaq qollarında baş verir. Çayın daşqın mərhələsinə çatması adətən müəyyən vaxt tələb etdiyi üçün, insanlar adətən zəruri işləri və hazırlıqları görə biləcək yetərli vaxta malik olur. Buna görə də, çay daşqınları əsasən əmlaka təhlükə yaradır. Digər tərəfdən, qəfil daşqınlar adından da göründüyü kimi daha dağıdıcı olur. Bu isə yağışdan sonra və gursulu axın sürətinin nəticəsində qəfil daşqının sürətli əmələ gəlməsi ilə bağlıdır. Bu daşqınların sürətliliyi onları insan həyatı üçün xüsusilə təhlükəli edir.


Daşqınların proqnozlaşdırılması


Daşqınların proqnozlaşdırılması dedikdə, müəyyən ərazilər üçün axın sürətləri və su səviyyələrini proqnozlaşdırmaq üçün yağıntı (real-vaxt rejimli və ya proqnozlaşdırılan) və hidroloji məlumatların (çay axını, torpağın nəmliyi, qar əriməsi…) yağıntı-axım və axın istiqamətləndirmə modellərində istifadəsi nəzərdə tutulur. Daşqın proqnozlarının dəqiq rolu və sahəsi hidrometeoroloji mühit və süni mühitin (şəhər yerləri kənd yerlərinə nisbətən daha çox problemə səbəb olur) diqtə etdiyi şəraitlərdən asılı olaraq dəyişəcəkdir. Daşqın hadisələrinin xarakteri də önəmlidir. Xüsusilə daşqınların müntəzəm (proqnozlaşdırıla bilən mövsümi iqlim şərtləri kimi – məsələn, musson və ya qasırğa mövsümləri) və ya qeyri-müntəzəm (kəskin tufanlar kimi) aralıqla baş verməsi önəmlidir. Nəhayət, çay daşqınlarının və qəfil daşqınlarının qalıq vaxtlarının fərqli olduğunu nəzərə alaraq, daşqının növü də daşqın proqnozlaşdırma strategiyasına təsir göstərir. Bu, bu tədqiqatda nəzərdən keçirilən hər üç pilot hövzə üçün önəmlidir.

Beləliklə, daşqın proqnozlaşdırma sistemləri üçün qurulmuş hazır struktur/layihə mövcud deyil. Müxtəlif komponentlər (məsələn, meteoroloji və hidroloji proqnozlar, miqyas və zaman) arasındakı balans şərtlərə uyğunlaşdırılmalıdır. Verilmiş sahə və ya ölkə daxilində müxtəlif daşqın növlərinə rast gəlmək olar. Onların hər biri üçün fərqli proqnozlaşdırma yanaşması tətbiq olunur.


Çayın mənbəyində yerləşən ərazilər qəfil daşqınlara köklənən sistem tələb etdiyi halda, subasar ərazilər üçün daşqın və subasmanın tədricən yığılmasına köklənən sistem tələb olunur. Tədqiqat ərazisində dair aşağıdakı bölmələrdə bu məsələ əhatə ediləcək.

Daşqınların proqnozlaşdırılması və xəbərdarlıq sisteminin tərifi


Real vaxt rejimli effektiv daşqın proqnozlaşdırma sistemi yaratmaq üçün əsas strukturlar təşkil olunmuş qaydada əlaqələndirilməlidir. Bunun üçün əsasən aşağıdakılar tələb olunur:

  1. Meteoroloji dəyişənlərə (xüsusən yağış) dair spesifik proqnozların təmin edilməsi. Bunun üçün rəqəmsal hava proqnozu modelləri zəruridir;

  2. Əllə və ya avtomatik idarə edilən stansiyalardan ibarət olan və telemetriya vasitəsilə mərkəzi idarəetməyə qoşulan şəbəkənin yaradılması

  3. Müşahidə şəbəkəsinə qoşulan və real vaxt rejimində işləyən daşqın proqnozlaşdırma modeli proqramı (həm hidroloji, həm də hidravlik modelləşdirmə daxil olmaqla).

Daşqın xəbərdarlıqları ilə proqnozları arasında fərq müəyyən edilməlidir. Çünki xəbərdarlıqlar yalnız hadisələr baş verəndə və ya yaxınlaşanda verilir.

Kompleks Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq Sistemi

Erkən xəbərdarlığın arxasındakı əsas fikir ondan ibarətdir ki, təbii və ya antropogen mənşəli təhlükələrlə bağlı potensial risklər barədə nə qədər tez və dəqiq proqnoz ala bilsək fəlakətlərin təsirlərini o qədər idarə edə və ya azalda biləcəyik.


Daşqınlar üzrə kompleks erkən xəbərdarlıq sistemi daşqın fəlakətlərinin aşkar edilməsi və cavab tədbirlərinin əlaqələndirilməsini istiqamətləndirən alət və planlardan ibarət kompleks sistemdir. Lazımınca layihələndirilmiş və qurulmuş sistem daşqın təhlükəsinə hazırlaşmaq və cavab vermək, eləcə də daşqın baş verməzdən öncə qoruyucu tədbirlər görmək üçün qalıq vaxtı artırmaqla insanların həyatını xilas edə və əmlaka dəyən zərəri azalda bilər. Erkən xəbərdarlıq sistemi aşağıdakı 4 komponentdən ibarətdir:


  1. Risk məlumatı: risklərin qiymətləndirilməsi işləri təsirlərin azaldılması və önlənməsi strategiyaları üçün prioritetlər təyin etmək və erkən xəbərdarlıq sistemlərini layihələndirmək üçün vacib informasiya təmin edir.

  2. Monitorinq və proqnozlaşdırma: monitorinq və proqnozlaşdırma imkanları olan sistemlər icmaların üzləşdiyi potensial risk barədə vaxtında təxminlər təmin edir.

  3. Yayılma: potensial zərərçəkmiş yerlərə xəbərdarlıq mesajları çatdırmaq üçün kommunikasiya sistemləri tələb olunur. Mesajlar etibarlı olmalı və insanlar və səlahiyyətli orqanlar tərəfindən başa düşüləcək qədər sadə olmalıdır.

  4. Cavab: koordinasiya, yaxşı idarəçilik və müvafiq fəaliyyət planları effektiv erkən xəbərdarlıq üçün əsas şərtlərdir. Eynilə, ictimai məlumatlılıq və maarifləndirmə fəlakətlərin təsirlərinin azaldılması üçün vacib aspektlərdir.

Kompleks daşqınların proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemi həmin dörd komponenti əhatə etmək üçün daşqın proqnozlaşdırma sistemindən (yuxarıda təsvir edildiyi kimi) istifadə edir.
İcma əsaslı DPEXS

İcma əsaslı Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq Sistemi (DPEXS) icmanın yerli səviyyəli operativ daşqın proqnozlaşdırma və xəbərdarlıq tədbirləri olub, icma üzvlərinə onların ərazilərində daşqınların təsirlərinin azaldılmasında kömək edir. Bu, adətən nisbətən ucuz, asan saxlanılan sistemdir və icma və onun liderlərinin birbaşa və fəal iştirakı ilə genişləndirilir. Sistemin ümdə məqsədi vaxtlı-vaxtında daşqın məlumatları və xəbərdarlıqları vasitəsilə icma hazırlığına nail olmaq və onu yüksək səviyyədə saxlamaqla insanların həyat və əmlakını qorumaqdır. Bu sistem daşqına meylli ərazilərdə daha mühüm və səmərəlidir.


İcma əsaslı DPEXS-in ən mühüm xüsusiyyəti icmanın iştirakı və səlahiyyətləndirilməsidir. O, icmanın üzvlərini özlərini qorumaq, hazırlamaq və daşqınların dağıdıcı təsirlərinə qarşı daha davamlı etmək üçün səlahiyyətləndirir/gücləndirir. Icma daşqınlara qarşı hazırlıq tədbirləri görmək üçün ən yaxşı mövqedə yerləşir.
Erkən xəbərdarlıq sistemi üçün kompleks daşqın proqnozlaşdırma çərçivəsinin mövcudluğu bəzən daşqın zərərlərini effektiv şəkildə minimallaşdırmaq və ya önləmək üçün yetərli olmur. İnsanlar bəzən erkən xəbərdarlıq sistemlərinə məhəl qoymur. Bu xüsusən o zaman baş verir ki, onlar bu prosesdə iştirak etmirlər və ya təsirlərdən tam xəbərdar deyillər. Erkən xəbərdarlıq sistemləri ilə bağlı əsas çətinliklərdən biri onun qurulması və saxlanmasıdır. İcma üzvlərinin erkən xəbərdarlıq sistemində fəal iştirakının təmin edilməsinin əsas məqsədi bu sistemlərin effektivliyini artırmaqdır. Sistemdə fəal iştirak edib öyrənmək insanlara yalnız özləri üçün deyil, həm də təsirə məruz qalacaq bütün icma üçün bu sistemlərin dəyərini daha yaxşı başa düşməyə və onlara sistemin tətbiqi və saxlanması ilə bağlı tapşırıqların icrasında daha məsuliyyətli olmağa imkan verir.
Kompleks və icma əsaslı Erkən Xəbərdarlıq Sistemini müqayisə edərkən bir sıra amillər nəzərə alınır:

Layihə: Kompleks EXS-in layihəsi/strukturu hökumət qurumları tərəfindən verilən hüquqi səlahiyyətə əsaslandığı halda, icma əsaslı EXS daha sərbəstdir və faktiki ehtiyaclara əsaslanır.

Məsul heyət: Kompleks EXS texniki işçilər və mütəxəssislər tərəfindən idarə edilməli və tətbiq edilməlidir. İcma əsaslı EXS-də isə müvəqqəti könüllülərin və yerli liderlərin iştirakı tələb olunur.

Təkan: Kompleks EXS-də göstəricilər, proqnoz və texnologiyalar istifadə edilir. İcma əsaslı EXS-də isə təhlükələrin yerli, fərdi səviyyədə aşkar edilməsindən istifadə edilir.

Xəbərdarlıq prosesi: Kompleks EXS-də sistematik şəkildə mərhələlərə ayırmaqla həyata keçirilir. İcma əsaslı EXS-də isə xəbərdarlıq prosesi adətən birdəfəlik xarakter daşıyır, amma yenə də yaxşı təşkil olunmuş və mərhələli ola bilər.

Sənədləşdirmə: İcma əsaslı EXS adətən qeyri-rəsmi olur və nadir hallarda sənədləşdirilir. Kompleks EXS isə qanunvericilik, siyasətlər, standart iş prosedurları, Əməkdaşlıq Memorandumları və s. ilə sənədləşdirilir.

Müşahidə: Bu, kompleks və icma əsaslı DPEXS arasındakı ən mühüm fərqlərdən biridir. Kompleks DPEXS-də avtomatlaşdırılmış ölçmə sistemlərindən və kosmik müşahidələrdən əldə olunan məlumatlar sistemə real vaxt rejimində daxil olur, mərkəzləşdirilmiş qaydada səlahiyyətli orqan tərəfindən saxlanılır, cari və proqnozlaşdırılan şərtlər tətbiq edilmiş modellərə əsaslanır. İcma əsaslı DPEXS-də isə əllə idarə olunan çay və yağışölçən qurğular istifadə edilir.

Xəbərdarlığın çatdırılması: İcma əsaslı DPEXS-də adətən yerli kommunikasiya vasitələri, o cümlədən zənglər, bayraqlar, şifahi ünsiyyət, səsgücləndiricilər, təbillər və ya telefon istifadə edilir. Kompleks DPEXS-də isə radio, telefon, televiziya, elektron poçt, internet və ya RSS kanalları istifadə olunur. İcma əsaslı və kompleks DPEXS arasındakı bu fərqlər ümumi təcrübəyə əsaslanır və heç də sistemi müəyyən etmir. İcma əsaslı sistem kompleks sistemin (və ya əksinə) müəyyən xüsusiyyətlərinə malik ola bilər. Bəzi hallarda icma əsaslı DPEXS daha geniş miqyaslı kompleks DPEXS-in bir hissəsi ola bilər. Məsələn, kompleks DPEXS icma əsaslı DPEXS-i proqnozlaşdırma və müşahidə məlumatları ilə təmin edir. Bu halda, icma sistemi əsasən cavab mərhələsində istifadə edilir.

: azeri -> reports-pdf -> international -> 2014
2014 -> David m sargent İyun 2014
2014 -> P 140217 Birgə Su İdarəetməsi (BSİ) modeli
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
2014 -> Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat
2014 -> 30 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> 8 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə