Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi


Tapşırıq 0 – DPEXS-in Texniki tapşırığı hazırlanmazdan öncə yerinə yetiriləcək tapşırıqlar



Yüklə 384,51 Kb.
səhifə3/10
tarix20.09.2017
ölçüsü384,51 Kb.
#782
1   2   3   4   5   6   7   8   9   10

Tapşırıq 0 – DPEXS-in Texniki tapşırığı hazırlanmazdan öncə yerinə yetiriləcək tapşırıqlar


Bu sənədin məqsədi Daşqınların Proqnozlaşdırılması və Erkən Xəbərdarlıq Sistemi üçün Texniki Tapşırığı tam işləyib hazırlamaq üçün tələb olunan ilkin mərhələləri təşkil etməkdir. Hətta bu tapşırıq Texniki Tapşırığın (TT) bir hissəsi olmasa belə, işi yerinə yetirmək üçün lazımdır və əyani təsviretmə məqsədilə bu sənəddə bu tapşırıqların daxil edilməsi zəruri hesab edilmişdir.

Bu tapşırıq daxilində müxtəlif alt-tapşırıqlar mövcuddur:



  1. Hövzələrin subasma-daşma xüsusiyyətlərini və mövcud icmalara qarşı olan riskləri anlamaq

  2. Risk altında olan icmaların daxil olduğu sutoplayıcı alt-hövzələri müəyyən etmək

  3. Sutoplayıcı hövzələrin gözlənilən reaksiya xüsusiyyətlərinin yüksək səviyyədə ilkin qiymətləndirməsini aparmaq. Bu ilkin qiymətləndirməyə aşağıdakılar daxil olacaq:

    1. Risk altında olan icmalar və onların gözlənilən qalıq vaxtları

    2. Qalıq vaxtından asılı olaraq icmaları müəyyən etmək

    3. Milli kompleks DPEXS-in ilkin tərifi

Tapşırıq 0.1 Hövzələrin subasma-daşma xüsusiyyətlərini və mövcud icmalara qarşı olan riskləri anlamaq


Məsləhətçi tədqiq edilən əraziyə bir neçə dəfə səfər etmiş, əvvəllər daşqınların baş verdiyi icmalarda olmuş və həmin icmalardan yuxarı axardakı su axarlarını gözdən keçirmişdir. Eyni zamanda, daşma mexanizmini tam anlamaq üçün, məsləhətçi mümkün qədər çoxlu məlumat toplamış və bir sıra təşkilatlar və fərdlərlə söhbətlər aparmışdır.

Tədqiq edilən ərazidəki sutoplayıcı hövzələr bəzi ortaq həndəsi xüsusiyyətlərə malikdir (Şəkil 1), məsələn, yüksək yamaclar, yuxarı sutoplayıcı hövzədə oturuşmuş məcra şəbəkəsi və ağacşəkilli forma; yamacın mailiyinin orta hissədə azca azalması; və enli aşağı hissədə məcraların yaxşı seçilməməsi, çox alçaq yamaclar və aktiv morfodinamikaya malik, gətirmə konusu kimi davranan çoxsaylı qarşılıqlı əlaqəli məcralar. Sutoplayıcı hövzələrin yuxarı tərəfində yamacların çox yüksək olması ilə əlaqədar olaraq, daşqın hadisələri zamanı suyun sürəti əhəmiyyətli dərəcədə yüksəkdir və qəfil daşqın davranışı sərgilənir. Sutoplayıcı hövzənin ölçüsü ilə əlaqədar olaraq, çay daşqınları ilkin olaraq səciyyəvi görünmür. Istənilən halda, bu, daha müfəssəl təhlil ediləcək. Bu yüksək sürətlər və yamaclar çöküntülərin çox fəal daşınmasına səbəb olur. Xeyli miqdarda müxtəlif ölçülü çöküntülər daşqın hadisələri zamanı daşınır və su axarı boyunca çökür. Təbii ki, çökmə suyun sürətinin daha kiçik (kiçik yamaclarda) olduğu yerlərdə, sutoplayıcı hövzələrin aşağı hissəsində daha çox olur.



c:\data\undp_azerbaijan\photos\imag0762.jpg

Şəkil – Tədqiq edilən ərazi

Yuxarı sutoplayıcı hövzənin xüsusiyyətlərini, o cümlədən sutoplayıcı yarım-hövzələrin xüsusiyyətlərini nəzərə alaraq tədqiq edilən ərazidəki daşqın rejimini anlamaq vacibdir. Daşqın hadisələri zamanı, müxtəlif sutoplayıcı yarım-hövzələr fərdi sutoplayıcı yarım-hövzələrindən axımın müxtəlif qaçış vaxtları ilə əlaqədar olaraq, daşqına müxtəlif vaxtlarda töhfə verir. Daşqın hadisələri vaxtı ərazidəki yüksək yağıntı göstəriciləri ilə əlaqədar olaraq, bu, səciyyəvi qəfil daşqın dalğalarına səbəb olur (Şəkil 2).

Şəkil – Qəfil daşqın dalğaları

Hadisələrin intensivliyi ilə əlaqədar olaraq, çay yataqları əksər çay zolaqlarında kifayət qədər genişdir (hətta ilin əksər hissəsində bazis axım həmin çay yatağının minimal hissəsini tutsa da). Daşqın hadisələri zamanı axın bütün yatağı tutur.

Tədqiq edilən ərazidə daşqın mexanizmi aşağıdakılarla izah edilə bilər:



  • Tutum: tədqiq edilən ərazidəki daşqınlar adətən tutumla bağlı məsələlərlə izah edilir. Təbii prosesin iqlim dəyişikliklərinin təsiri ilə əlaqədar olaraq kəskinləşməsinə baxmayaraq, daşqınlar bir çox çay şəbəkələrində dövri olaraq baş verən təbii prosesdir. Bu halda, yağıntının yüksək olması və nəticədə müxtəlif su axarlarına tökülən yüksək axım səviyyəsi (yüksək yamac və aşağı infiltrasiya ilə bağlı olaraq) yatağın tutumunu keçir və buna görə də daşqın baş verir.

  • Daşqından mühafizə: daşqınların necə idarə edilməsi daşqın mexanizmlərini anlamaq üçün çox vacibdir. Möhkəm struktur tədbirləri, məsələn daşqın bəndləri icmaları daşqından qorumaq üçün keçmişdə tədqiq edilən ərazidə istifadə edilmişdir. Bu sistem o halda uğurlu olur ki, təhlükədə olan bütün ərazilər əhatə olunur və bəndlər/divarlar yaxşı saxlanılır. Çöl səfərləri zamanı Məsləhətçi bəndlə qorunan ərazilərin bəzilərini incələyə bilmiş, bu zaman həm bəndlərdə boşluqlar, həm də ərazilərdə bəndlərin çox pis vəziyyətdə olduğunu müəyyən etmişdir. Daşqın ssenariləri zamanı su həmin boşluqlar vasitəsilə (yaxud zəif ərazilərdə yenilərini yaratmaqla) çay yatağından çıxaraq geniş əraziləri su altında qoya bilər.

  • Morfodinamik xüsusiyyətlər: daha əvvəl qeyd olunan çox fəal morfodinamik proseslər daşqın mexanizmi, xüsusilə çökmə rejimləri baxımından çox önəmlidir. Sutoplayıcı hövzələrin aşağı hissəsində çökmə çox intensivdir və bu ərazilərdə sürət adətən yüksək olmadığından, eləcə də çökmüş material bu mərhələdə təkrar həll oluna bilməyəcək qədər iri olduğundan, yatağın səviyyəsi son zamanlarda qalxıb.

  • Məsləhətçi yataq səviyyəsinin faktiki subasardan 3 metr yüksək olduğu bəzi ərazilərə baş çəkmişdir. Aydındır ki, bu yerlərdə su bütün kanalı tutanda və mövcud bəndlərdəki boşluqlara dolanda böyük daşqınlar baş verir.

  • Yerli problemlər: Məsləhətçi daşqın məsələlərinin səciyyəvi olduğu və sıx olduğu bəzi dağ icmalarına səfər etmişdir (Şəkil 3). Lakin bu hadisələr həm də həmin yerlərdə drenaj quyularının düzgün olmaması və ya mövcud olmaması ilə əlaqəli ola bilər. Bu icmalardakı yerli subasmalar bu Texniki Tapşırığın iş həcminə daxil deyil.

c:\data\undp_azerbaijan\photos\imag0891.jpg

Şəkil – Dağ icması




Yüklə 384,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə