Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi



Yüklə 384,51 Kb.
səhifə5/10
tarix20.09.2017
ölçüsü384,51 Kb.
1   2   3   4   5   6   7   8   9   10

Tapşırıq 1 – Başlanğıc mərhələ


Daşqın proqnozlaşdırılması üzrə erkən xəbərdarlıq sistemi tətbiq edilməzdən öncə, başlanğıc mərhələ icra edilməlidir. Bu tapşırığın əsas məqsədi aşağıdakıları əks etdirən hesabat hazırlamaqdır:

Proqram

DPEXS-in tələb olunan layihələndirmə və tətbiqetmə tapşırıqlarını təsvir edən Layihə İcra Proqramı hazırlanmalıdır. İcranı/tətbiqetməni düzgün həyata keçirmək üçün mərhələ/hədəflər təyin olunmalıdır. Proqrama aşağıdakılar daxil olmalıdır:


  • Layihə komandası: təşkilati sxemlər və müxtəlif təşkilatların cəlb olunması

  • Keçmiş və hazırda davam edən münasib tədqiqatlardan (o cümlədən digər əlaqəli layihələrlə üst-üstü düşmələr və/yaxud təkrar etmələr) əlçatımlı bütün sənədlərə əhatəli baxış

  • Məlumatların toplanması və təhlili işləri təsvir olunmalı və planlaşdırılmalıdır. Əsas məlumatlar icmadakı əsas şəxslərlə məsləhətləşmə yolu ilə toplanmalıdır. Aşağıdakı məlumatlar toplana bilər, lakin başqa məlumatlar da münasib ola bilər.

    • Keçmiş təhlükələrin tezliyi və kəskinliyi

    • Həssas ev təsərrüfatları və qruplar

    • Ərazinin xarakteristikası

    • Mövcud sosial qruplar

    • Mövcud erkən xəbərdarlıq təcrübələri

    • İcmanın potensialı

  • Əsas maraqlı tərəflərin və strukturlaşdırılmış məsləhətləşmələrin, o cümlədən seminarların müəyyən edilməsi. Bu məsləhətləşmələrin və seminarların protokolları hesabata daxil edilməlidir.

  • DPEXS-in düzgün idarə edilməsi və saxlanmasını təmin etmək üçün potensial quruculuğu işləri və təlim planı tam əks etdirilməlidir.

Həmçinin, dayanıqlılıq və icmanın iştirakı ilə bağlı məsələləri daha yaxşı anlamaq üçün daşqın riski altında olan seçilmiş icmalara, rayon idarələrinə və müşahidə məntəqələri üçün seçilmiş yerlərə çöl səfərləri etmək lazımdır. Bu səfərlərin nəticələri də hesabata daxil edilməlidir.

İş planı

İcra proqramı daxilindəki müxtəlif tapşırıqları təsvir edən Gantt diaqramı tamamlanmalıdır. İş planı çox müfəssəl olmalı, hər tapşırıq üçün yerinə yetiriləcək bütün müxtəlif alt-tapşırıqları təsvir etməlidir. Yerinə yetirilmiş vasitələri yoxlayıb təsdiqetmə vasitələri müəyyən edilməlidir. Bütün müvafiq məsələlərin əhatə edilməsini təmin etmək üçün yoxlama siyahıları hazırlanmalıdır.

Risk cədvəli

Tətbiqetmədən əvvəl, məhdudiyyətlər, potensial problemlər və həll yolları müəyyən olunmalıdır. Həmçinin, hesabat və iş planını yekunlaşdırmazdan öncə, əsas maraqlı tərəflərin iştirakı ilə risklərin idarə edilməsi üzrə seminar keçirilməsi tələb olunur.

Tapşırıq 2 –Risklərin təhlili


Risk qiymətləndirməsi riskin təbiətini və miqyasını müəyyən etmək üçün tətbiq edilən metodologiyadır. Bu zaman insanlara, əmlaka, xidmətlərə, yaşayış üçün lazım olan vasitələrə, eləcə də onların asılı olduğu mühitə zərər vura biləcək potensial təhlükələr təhlil edilir və zəiflik yaradan amillər qiymətləndirilir. Risk barədə məlumat hər səviyyədə (qlobal, regional, milli və yerli) təhlükələrin və zəifliklərin sistemli tədqiqatı nəticəsində əldə edilə bilər. Müasir texnologiyanın çoxnövlü təhlükələr və zəifliklər üçün geo-istinadlı xəritələr və konturlar hazırlamağa imkan verməsinə baxmayaraq, nəticədə əldə olunan risk barədə məlumat ən çox o zaman əhatəli olur ki, o, birbaşa risk altında olduğu fərz olunan fərdlər və icmaların iştirakı ilə və ya onlar tərəfindən hazırlanır. İcma səviyyəsində risk məlumatı çox zaman icma riski qiymətləndirmələri əsasında hazırlanır. Daha əvvəl qeyd olunduğu kimi, risk qiymətləndirməsinin kompleks DPEXS çərçivəsində icmaların töhfəsi ilə aparılması təklif olunur.

İlk növbədə, risk qiymətləndirməsində iştirak edəcək əsas təşkilatlar müəyyən olunmalıdır. Bu qurumlar sırasında Fövqəladə Hallar Nazirliyi (həm yerli, həm də baş ofis), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (Milli Hidrometrologiya Departamenti vasitəsilə), torpaqdan istifadə və şəhər planlaşdırılması qurumları, təbii fəlakətlərin idarə edilməsində iştirak edən icma nümayəndələri, tədqiqatçılar və akademik işçilər olmalıdır.


Bütün qurum və təşkilatların vəzifələri aydınlaşdırılmalı və təhlükənin müəyyən edilməsi, zəiflik və risk qiymətləndirməsi üzrə əlqələndirməyə cavabdehlik bir milli təşkilata həvalə olunmalıdır. Həmçinin, təhlükə və zəiflik xəritələrinin hazırlanmasına şərait yaradan qanunvericilik və ya hökumət siyasəti olmalıdır.

Təhlükə və zəifliyə dair hazırlanmış məlumatların sistemli toplanması, mübadiləsi və qiymətləndirilməsi üçün milli standartlar (icmaların yerli təhlükə və zəiflik təhlillərinə fəal şəkildə cəlb olunmasına dair strategiyalar daxil olmaqla) tətbiq olunmalıdır. Bu məlumatlar hər il nəzərdən keçirilməli və yenilənməlidir. Buraya istənilən yeni və ya ortaya çıxan zəifliklər və təhlükələrə dair məlumatlar da daxildir.


Daşqın və quraqlıq təhlükələrinin xüsusiyyətləri (məsələn: intensivliyi, tezliyi və mümkünlüyü) xüsusilə mövcud çoxillik məlumatların qiymətləndirilməsi vasitəsilə təhlil olunmalıdır. Bu tapşırığın əsas nəticələrindən biri daşqın və/yaxud quraqlığın təsir edə biləcəyi coğrafi əraziləri və icmaları müəyyən edən təhlükə xəritələrinin hazırlanması olacaq. Bu məlumat hazır olduqda, icma zəifliyinin qiymətləndirilməsi də həyata keçirilməlidir. Bu zaman çoxillik məlumat mənbələri və nəzərdən keçirilmiş gələcək potensial təhlükəli hadisələrdən istifadə edilməli, eləcə də, gender, əlillik, infrastruktura çıxış, iqtisadi müxtəliflik və ətraf mühitə qarşı həssaslıq nəzərə alınmalıdır.
Risk hər bir region və ya icma üçün təhlükə və zəifliklərin qarşılıqlı təsirinə əsasən müəyyən olunmalıdır. Bu halda çoxsaylı modelləşdirmə alətlərindən istifadə də nəzərdə tutulmalıdır. Hidroloji və hidravlik modellərdən istifadə risk altındakı ərazilərin müəyyən olunmasına kömək edə bilər. Risk məlumatının müfəssəl olmasını və çoxillik və yerli bilikləri, yerli məlumatları və milli səviyyəli məlumatları da əks etdirməsini təmin etmək üçün bu məlumat müxtəlif icmalara yayılmalıdır.

Nəhayət, fəlakət və risklərlə bağlı bütün məlumatları toplamaq və ictimaiyyətə çatdırmaq üçün CİS məlumat bazası yaradılmalıdır.





: azeri -> reports-pdf -> international -> 2014
2014 -> David m sargent İyun 2014
2014 -> P 140217 Birgə Su İdarəetməsi (BSİ) modeli
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
2014 -> Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat
2014 -> 30 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> 8 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə