Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi


Tapşırıq 7 – Spesifik icma daşqın xəbərdarlıq planlarının hazırlanması



Yüklə 384,51 Kb.
səhifə9/10
tarix20.09.2017
ölçüsü384,51 Kb.
#782
1   2   3   4   5   6   7   8   9   10

Tapşırıq 7 – Spesifik icma daşqın xəbərdarlıq planlarının hazırlanması


Bu təhlillər Tapşırıq 8-də işlənib hazırlanacaq modellər üçün daşqın proqnozlaşdırma tələblərini (məsələn: qalıq vaxtlar, proqnozlaşdırma nöqtələri) hazırlamaqda və Tapşırıq 2-də ölçmə qurğularının yerlərinin seçilməsinə yardımçı olacaq məlumatların təmin edilməsində kömək edəcək. Tapşırıq 6-da olduğu kimi, yeni zonaların yaradılmasında əsas mərhələlərə aşağıdakılar daxil olmalıdır:

  • Sxemlərin (zonalar) hazırlanması və daşqın məsələləri barədə rayon və icma rəhbərləri ilə məsləhətləşmələr (o cümlədən piyada çöl səfərləri)

  • Nazirliklə birgə məsləhətləşmələrdən (bax Tapşırıq 2) alınmış rəylər əsasında daşqın riski altındakı ev təsərrüfatlarının sayının və yerinin qiymətləndirilməsi

  • Zəif, xüsusilə daşqınlar zamanı köməyə ehtiyacı olan qrupların müəyyən edilməsi (yaşlılar, əlillər, uşaqlar, mövsümi işçilər, məktəblər, balıqçılıq icmaları və s.)

  • CİS əsaslı yanaşmadan istifadə etməklə daşqın xəbərdarlığı və təxliyə xəritələrinin hazırlanması. Bu xəritələr təxliyə marşrutları, sığınacaqlar, zəif insanların/qrupların yerləri, vacib infrastruktur, QHT ofisləri, tibbi müəssisələr və bu prosesdəki digər faydalı məlumatları əks etdirir (daşqın miqyası və mümkün olduqda ölçmə qurğularının məlumatları ilə əlaqələndirilir).

  • Könüllülərin təyin olunması və təlim keçməsi, eləcə də iş növbəsi (birbaşa olaraq daşqın xəbərdarlığı prosesinə cəlb olunmayan könüllü "aşkarlayıcılar" daxil olmaqla) cədvəlinin hazırlanması.

  • Hər bir icma (yaxud icmalar qrupu) üçün uyğun xəbərdarlıq hədlərinin hazırlanması

  • Mərkəzləşdirilmiş (telemetriya ilə təchiz edilmiş) müşahidələrin və proqnozların rayon və icma səviyyəsində əlçatımlı olmasını təmin etmək (məsələn: qısa mesaj və veb-sayt vasitəsilə) və məlumatların təfsir edilməsi üzrə təlim keçmək

  • İcma üçün spesifik iştirak proqramının hazırlanması (məsələn: görüşlər, oyunlar, broşüralar, plakatlar, məktəblərdə sinif tapşırıqları)

  • İcma daxilində məlumat yayma fəaliyyətlərini yüksəltmək üçün plan hazırlamaq

  • İcma daxilində hadisələrə qarşı cavab tədbirlərini yüksəltmək üçün plan hazırlamaq

Tapşırıq 8 – Daşqın proqnozlaşdırma qabiliyyətinin inkişafı


Dəqiq və etibarlı daşqın proqnozlaşdırma daşqınlara qarşı erkən xəbərdarlıq sisteminin əsasını təşkil edir. Bu tapşırıq çərçivəsində məsləhətçi belə bir sistem üçün əsas tələbləri vurğulayacaq və tələb olunan müxtəlif komponentlər barədə ətraflı məlumat verəcək. eyni zamanda, məsləhətçi belə bir sistemin tətbiqi üçün metodologiya təklif edəcək. Əsas məqsəd mümkün qədər dəqiqliklə mümkün qədər çox qalıq vaxtı təmin etməkdir. Müəyyən edilən daşqın proqnozlaşdırma modeli əvvəl təsvir olunmuş monitorinq şəbəkəsi ilə birbaşa əlaqəyə malik olmalıdır.

Təklif olunan daşqın proqnozlaşdırma sistemi


Təklif olunan daşqın proqnozlaşdırma sistemi aşağıdakı əsas komponentlərə malik olacaq (Şəkil 12). Üç əsas komponent müəyyən olunmuşdur:

1. Daxilolma komponenti: məsafədən zondlama məlumatları, qlobal proqnoz məlumatları və monitorinq şəbəkəsindən gələn məlumatlar bu komponentlə idarə ediləcək.

2. Modelləşdirmə komponenti: proqnozlaşdırma üzrə əsas yerli işlər bu komponent çərçivəsində həyata keçiriləcək. Hidroloji və daşqın modelləşdirməsi çərçivəsi hazırlanmalıdır. Hava proqnozu modelinin tətbiqi də nəzərdən keçirilməlidir.

3. Çıxış-nəticə komponenti: Əvvəlki iki komponentdən əldə olunan məlumatlar hədlərdən, mövcud şərtlərdən və yerli məlumatlardan asılı olaraq daşqın xəbərdarlıqlarının verilib-verilməməsini müəyyən etmək üçün istifadə olunur.



Şəkil – Təklif olunan ilkin daşqın proqnozlaşdırma sistemi



Daxilolma


Hazırkı daxilolma prosedurlarından istifadə etmək tövsiyə olunur. Hazırda ETSN aşağıda təsvir olunan məlumatların (daxil olan) əksəriyyətini toplayır. Bir qayda olaraq, bu məlumatlar yalnız keyfiyyət baxımından istifadə olunur, onların kəmiyyət baxımından istifadəsi üçün prosedurlar hazırlanmalı olacaq.

Müşahidə şəbəkəsi


Meteoroloji və hidroloji məntəqələrdən gələn məlumatlar birbaşa EXS-ə daxil ediləcək. Məntəqələrdən gələn meteoroloji məlumatlar əvvəlki tapşırıqlarda izah olunduğu kimi, təxmin edilən qısa qalıq vaxtı ilə əlaqədar olaraq, sistemdə birbaşa funksiyaya malik olacaq.

Peyk məlumatları


Azərbaycanda EXS üçün kosmik məlumatlardan istifadə geniş yayılmayıb və istifadə edildikdə isə keyfiyyət baxımından istifadə olunur. Güman edilir ki, sistem peyk məlumatlarından hətta kəmiyyət baxımından da yararlana bilər. Bunun üçün, xüsusən də insan qaynaqları baxımından əhəmiyyətli səylər tələb olunur. Lakin faydası əhəmiyyətli ola bilər.

Hazırkı mərhələdə aşağıdakı peyk əsaslı məlumatlar tövsiyə edilir. İcra zamanı daha müfəssəl təhlil aparıla bilər.



  • Yağıntı hesablamaları (NOAA-NESDIS Global HydroEstimator, NOAA-CPC CMORPH, TRMM v6-3B42 və digərləri)

  • Qar örtüyü məlumatları (NOAA-NESDIS və ya EUMETSAT LSA SAF)

Radardan hava məlumatları


Tədqiqat ərazisində radar əsaslı məlumatların olub-olmadığı məlum deyil. Əldə olan ən son məlumatlara görə, radarlar meteoroloji proqnoz məlumatları ilə əlaqədar tələb olunduqda və ya tövsiyə olunduqda işləyir. Görünür, bu məlumat yalnız keyfiyyət üçün istifadə edilir. Buna dair, eləcə də bu sistemlərin dəqiqliyinə dair daha çox məlumat tələb olunur.

Qlobal hava proqnozu məlumatları


Sistem çərçivəsində müxtəlif hava proqnozu modellərindən məlumatlar tələb olunur. Regionda əlçatımlı olan bir sıra qlobal rəqəmsal modellər var. ETSN hazırda Türkiyə Meteorologiya Xidməti və Avropa Orta Müddətli Proqnozlar Mərkəzinin modellərindən əldə olunan məlumatları istifadə edir. Əlçatımlı olan başqa sistemlər də var və tövsiyə olunur ki, tədqiqat ərazisində müxtəlif modellərin qısa keyfiyyət qiymətləndirməsi aparılsın. Rəqəmsal hava proqnozu modeli seçərkən bəzi digər elementlər də nəzərə alınmalıdır:

  • Rezolyusiya, xüsusilə üfüqi rezolyusiya. Yerli topoqrafiya göstərir ki, 5km-dən aşağı rezolyusiyalar tələb olunacaq.

  • Əməliyyat prosedurları, məsələn proqnozlaşdırma uzunluğu, proqnozlaşdırma tezliyi və nəticə intervalları

  • Məlumatların ötürülməsi ilə bağlı məsələlər, məsələn, təchizatçının etibarlılığı, xərc və davamlılıq.

  • Nəticələrin dəqiqliyi, xüsusilə yağıntı proqnozları üçün.

Əsas təchizatçının proqnozları təmin edə bilməməsi hallarını önləmək üçün birdən artıq təchizatçı seçmək lazımdır.

Yüklə 384,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə