Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi



Yüklə 120,19 Kb.
tarix14.10.2017
ölçüsü120,19 Kb.

Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi

Daşqinların proqnozlaşdırılması, erkən xəbərdarlıq sistemləri və modelləşdirmə üzrə ekspert



Xuan Fernandez-Sainz

Nəticə/Məhsul 2: Layihə hövzələri üçün daşqınların proqnozlaşdırılması modelinə dair tələblər. Kompleks DPEXS üçün modelləşdirmə miqyası

BAKI – 2014

HESABATIN ADI - Layihə hövzələri üçün daşqınların proqnozlaşdırılması modelinə dair tələblər. Kompleks DPEXS üçün modelləşdirmə miqyası.

LAYİHƏ - Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi


Nəticə/Məhsul 2: Layihə hövzələri üçün daşqınların proqnozlaşdırılması modelinə dair tələblər. Kompleks DPEXS üçün modelləşdirmə miqyası.

Tarix

Hazırladı

Xuan Fernandez

İmza


01/07/2014

Yoxladı




İmza





Təsdiq etdi

David Milton

İmza










XÜLASƏ 5

1.Giriş 6

2.Ümumi məlumat 6

Modelləşdirmə 7

Meteoroloji modelləşdirmə 7

Hidroloji modelləşdirmə 9

Hidravlik modelləşdirmə 11

DELFT-FEWS 12

Tövsiyə olunan platforma 19

3.Xülasə 20




XÜLASƏ


Bu hesabatın əsas məqsədi daşqın proqnozlaşdırma sistemi üçün seçilmiş rəqəmsal modelləri təsvir etməkdir. Daşqın proqnozlaşdırma sistemi müxtəlif modelləşdirmə komponentlərinə, o cümlədən meteoroloji proqnozlaşdırma modeli, hidroloji model və hidravlik modelə əsaslanacaq. Qeyd edilən modelləri əlaqələndirmək üçün platforma da qurulmalıdır. Platforma həm də avtomat stansiyalardan məlumatları toplayıb nümayiş etdirəcək. Ən münasib modelləri seçmək üçün hər komponent üzrə çoxsaylı alternativ modellər nəzərdən keçirilmişdir. Qeyd edilməlidir ki, modelləşdirmə komponentlərinin çoxu əvvəlki hesabatlarda təhlil edilmişdir.

Daşqın proqnozlaşdırma sistemi aşağıdakı komponentlərə və təklif olunan modellərə malik olacaq:



  • Meteoroloji proqnozlaşdırma: ETSN tərəfindən qəbul edilən proqnoz məlumatlarının əlçatımlı və layihə üçün uyğun olub-olmadığını öyrənmək təklif olunur. Həmin məlumatlar əlçatımlı və ya uyğun olmadığı halda, alternativ meteoroloji proqnoz məlumatları araşdırılmalıdır (Məsələn, Qlobal Proqnozlaşdırma Sistemi və ya DWD). Hazırkı bu erkən mərhələdə meteoroloji modelləşdirmə təklif olunmur.

  • Hidroloji modelləşdirmə: Daşqın proqnozlaşdırma sistemi üçün hidroloji model kimi SOBEK RR tövsiyə edilir.

  • Hidravlik modelləşdirmə: Daşqın proqnozlaşdırma sistemi üçün hidravlik model kimi SOBEK 1D RURAL təklif olunur.

  • Platforma: Daşqın proqnozlaşdırma platforması kimi DELFT-FEWS tövsiyə edilir. Qeyd edilməlidir ki, DELFT-FEWS birbaşa SOBEK RR, SOBEK 1D RURAL model modellərinə qoşula və əsas meteoroloji modellərdən nəticələri oxuya bilər.





  1. Giriş


Bu sənədin əsas məqsədi layihə hövzələri üçün daşqın proqnozlaşdırma modelinə dair tələbləri müəyyən etmək (bütün müvafiq sənaye standartlı proqram təminatı və ya sifarişli proqram təminatı) və daşqın proqnozlaşdırma modelləri, kompleks DPEXS üçün modelləşdirmə miqyasını müəyyən etməkdir.
  1. Ümumi məlumat


Təklif olunan platforma kompleks DPEXS üzrə Texniki tapşırıqda qısa şəkildə təsvir edilir. Təklif olunan daşqın proqnozlaşdırma sistemi əsasən aşağıdakı üç əsas komponentlərdən ibarət olacaq (Şəkil 1):

1. Daxilolma komponenti: məsafədən zondlama məlumatları, qlobal proqnoz məlumatları və monitorinq şəbəkəsindən gələn məlumatlar bu komponentlə idarə ediləcək.

2. Modelləşdirmə komponenti: proqnozlaşdırma üzrə əsas yerli işlər bu komponent çərçivəsində həyata keçiriləcək. Hidroloji və daşqın – subasma modelləşdirməsi çərçivəsi hazırlanmalıdır. Hava proqnozu modelinin tətbiqi də nəzərdən keçirilməlidir.

3. Çıxış-nəticə komponenti: Əvvəlki iki komponentdən əldə olunan məlumatlar hədlərdən, mövcud şərtlərdən və yerli məlumatlardan asılı olaraq daşqın xəbərdarlıqlarının verilib-verilməməsini müəyyən etmək üçün istifadə olunur.



Şəkil –Təklif olunan daşqın proqnozlaşdırma sistemi

Bu hesabatda sistemin yalnız modelləşdirmə komponenti müzakirə ediləcək.

Modelləşdirmə


Hazırkı mərhələdə məsləhətçi Fövqəladə Hallar Nazirliyində və Ekologiya və Təbii Sərvətlər Nazirliyində hər hansı mövcud modelləşdirmə işləri aşkar etməmişdir. Aşağıda təsvir edilən bütün modelləşdirmə tapşırıqlarının əsas məqsədi yekun proqnoz üçün informasiya təmin etməkdir.

Meteoroloji modelləşdirmə


Meteoroloji proqnozlaşdırma məlumatları ilkin olaraq məlumat təmin edən kənar təşkilatlardan toplanacaqdır. ETSN (Hidrometeorologiya Departamenti vasitəsilə) Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzindən (AOMHPM) və Türkiyə Meteorologiya Xidmtəindən (TMX) alınan rəqəmsal modelləşdirməyə əsaslanan hava proqnozları məlumatlarından istifadə edir. Yuxarıda qeyd olunan meteoroloji modellər əvvəlki nəticə/məhsulda (Məhsul 1: Azərbaycanda və tədqiq edilən ərazilərdə mövcud daşqın proqnozlaşdırma sistemlərini müfəssəl təsvir edən hesabat) təsvir edilmişdir.

Bu məlumatların ETSN tərəfindən necə qəbul edildiyi (və ya istifadə edildiyi) aydın deyil və bu baxımdan daha çox məlumat lazımdır. Bu məlumatların faydalı olması üçün meteoroloji modellərdən alınan ilkin emal edilməmiş nəticələr (grib (1 və ya 2) və ya netCDF (3) formatında) lazımdır. Eyni zamanda, bu məlumatların ETSN-dən əldə oluna bilməsinin mümkün olub-olmaması məlum deyil və buna görə də alternativ mənbələrin axtarılmalı olacağı gözlənilir. Qeyd edilməlidir ki, AOMHPM-in (40km) və TMX-nin (21 km) üfüqi rezolyusiyası daşqın proqnozlaşdırma sistemi üçün çox praktiki görünmür.

Bunun üçün ən yaxşı namizəd NOAA-nın (ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası) Qlobal Proqnozlaşdırma Sistemi modeli ola bilər. Bu modeldən alınan emal edilməmiş ilkin məlumatlara çıxış pulsuzdur və onun nəticələrinin keyfiyyəti bir neçə tətbiqetmə ilə hərtərəfli şəkildə sınaqdan keçirilə bilər. Digər münasib rəqəmsal model Gürcüstanın Milli Ətraf Mühit Agentliyi tərəfindən tətbiq edilən, 15 km rezolyusiyalı (Şəkil 2) və bütün maraq sahəsini əhatə edən Hava Tədiqatı və Proqnozlaşdırma modelidir. Bu, real alternativ hesab edilərsə, bu qurumla razılaşmalar əldə etməyə çalışmaq lazımdır. Digər Avropa təşkilatlarından, məsələn Böyük Britaniyanın MET qurumu, MeteoFrance və ya Almaniyanın Hava Proqnozlaşdırma Xidməti ndən (DWD) də rəqəmsal meteoroloji modellər əldə etmək olar. Lakin bu mənbələrdən olan məlumatlara çıxış əldə etmək üçün, FHN və həmin təşkilatlar arasında razılaşmalar təmin edilməlidir. Bundan əlavə, keyfiyyət və rezolyusiyalar barədə məlumatlar toplanılmalıdır.

Şəkil – Milli Ətraf Mühit 15 km rezolyusiyalı Hava Tədqiqatı və Proqnoz modelinə əsasən torpağın nəmliyi


Hidroloji modelləşdirmə


Tətbiq ediləcək hidroloji model ya yerli, ya da qlobal meteoroloji modeldən və monitorinq məntəqələrindən olan məlumatlardan istifadə etməlidir. Hidroloji model məlumatları birbaşa yekun proqnozlaşdırma nəticələrinə və həmçinin hidravlik modelə ötürəcək.

Bir sıra kommersiya məqsədli və ya ödənişsiz şəkildə əldə olunan bilən hidroloji modellər var. Proqnozlaşdırma platformasına birbaşa qoşula bilən modeldən istifadə etmək tövsiyə edilir. Bu, aşağıdakı bölmələrdə ətraflı təsvir ediləcək.

Bu halda seçilmiş hidroloji model SOBEK-dir. Bu, hidravlik modelin seçiminə uyğundur (Məhsul 2: Məlumatların əlçatımlılığı və münasib modelləşdirmə proqramının seçimi/tövsiyə edilməsi üzrə ilkin hesabatda ətraflı təsvir edilir).

SOBEK-in bu hidroloji modulu (SOBEK RR) polderin sutoplayıcı hövzə miqyasından çayın sutplayıcı hövzə miqyasınadək yağıntı-axım modellərindən ibarət kotabxanaya malikdir (Sacramento, HBV və SCS kimi). SOBEK RR həm (daşqın) hadisəsi, həm də ilboyu simulyasiyalar üçün istifadə oluna bilər və torpağın yüksəklik əyriləri, torpağın xüsusiyyətləri, torpağın kultivasiyası, drenaj xüsusiyyətlərindən istifadə etməklə birdəfəlik və ya müfəssəl şəkildə qeyri-məhdud sayda sutoplayıcı hövzə sahələrini modelləşdirə bilər. Bu modula səth axımı, buxarlanma, kapillyar yüksəlmə, sızma, səthaltı drenaj və rütubətli və ya rütubətsiz sahədə saxlama kimi proseslər daxildir. Modul ayrı-ayrı tufan-leysan hadisələrini və ya uuznmüddətli sıraları istifadə edə bilər.

SOBEK-in bu hidroloji modulu (SOBEK RR) polderin sutoplayıcı hövzə miqyasından çayın sutplayıcı hövzə miqyasınadək yağıntı-axım modellərindən ibarət kotabxanaya malikdir (Sacramento, HBV və SCS kimi). SOBEK RR həm (daşqın) hadisəsi, həm də ilboyu simulyasiyalar üçün istifadə oluna bilər və torpağın yüksəklik əyriləri, torpağın xüsusiyyətləri, torpağın kultivasiyası, drenaj xüsusiyyətlərindən istifadə etməklə birdəfəlik və ya müfəssəl şəkildə qeyri-məhdud sayda sutoplayıcı hövzə sahələrini modelləşdirə bilər. Bu modula səth axımı, buxarlanma, kapillyar yüksəlmə, sızma, səthaltı drenaj və rütubətli və ya rütubətsiz sahədə saxlama kimi proseslər daxildir. Modul ayrı-ayrı tufan-leysan hadisələrini və ya uuznmüddətli sıraları istifadə edə bilər.

SOBEK RR əsasən aşağıdakı daşıma proseslərinə köklənir:



  • Yağıntı

  • evapo(transpi)rasiya

  • səth axımı

  • infiltrasiya

  • (Drenaj) axımı

  • Süzülmə

Figure – SOBEK RR main principle

Hidravlik modelləşdirmə


Hdiroloji modelin icrasından əladə olunan axınların düzgün istiqamətləndirilməsini təmin etmək üçün hdiravlik daşqın modeli hazırlanacaq. Hidravlik modelin EXS tələblərinin əhatəli təsviri DPEXS-in Texniki tapşırığında əks etdirilir. Daşqın xətirələşməsi üçün hidravlik modelin seçimi digər məhsulda (Məhsul 5) təsvir edilir. Seçilmiş hidravlik model proqramı SOBEK idi. DPEXS üçün tövsiyə edilən hidravlik modelləşdirmə proqramı da SOBEK-dir. B

Bütün daşqın proqnozlaşdırm sikli Şəkikl 4-də təsvir edilir.



Figure - Modelling suite


DELFT-FEWS


DELFT-FEWS “Deltares” şirkəti tərəfindən hazırlanmış daşqın proqnozlaşdırma platformasıdır. DELFT-FEWS verilənlərin idarə edilməsi platforması kimi işlənib hazırlanmışdır. Bir tərəfdən, bu platforma ölçülmüş və ya proqnozlaşdırılan dəyişkən hava göstəriciləri (yağıntı və temperature kimi) təmin edən müxtəlif məlumat mənbələrinə açıqdır. Digər tərəfdən, bu platform müxtəlif hidroloji/hidravlik daşqın istiqamətləndirmə modellərinin (Şəkil 5) ümumi birləşdirilməsinə imkan verir. DELFT-FEWS-in verilənlərin idarə edilməsi platformasının malik olduğu ümumi alətlər məlumatların idarə edilməsi üzrə müxtəlif tapşırıqlar, o cümlədən məlumatların yoxlanması, interpolyasiyası, birləşdirilməsi və proqnozlarda xətaların düzəldilməsi, müxtəlif vizuallaşdırma və proqnozların yayılması yolları təmin edir

Figure - DELFT-FEWS platform

DELFT-FEWS –in əksər önəmli xüsusiyyətlərinin bəziləri aşağıdakılardır:


  • Açıq mənbə

  • Uyğunlaşa bilən, genişləndirilə bilən modul quruluşu

  • Sadə, eləcə də mürəkkəb tətbiqetmələr üçün istifadə edilir

  • Geniş çeşidli standart formatları dəstəkləyir

  • Daxili alətlər

  • Tam sənədləşmə

  • İstifadəçi forumu

  • 20-dən artıq ölkədə geniş şəkildə sınaqdan keçirilmiş, fəaliyyətlərdə istifadə edilmişdir (Şəkil 6)

Figure - DELFT-FEWS implementations

DELFT-FEWS ilə idarə olunan bəzi daşqın proqnozlaşdırma tapşırıqları aşağıdakılardır:


  • Kənar məlumat mənbələrindən məlumatların qəbul edilməsi (müxtəlif metoroloji modellərin nəticələri, radar məlumatları, kosmik məlumatlar, ölçmə məlumatları, məlumat bazalarından çıxarışlar)

  • Gələn məlumatların yoxlanması və interpolyasiyası

  • Məlumatların transformasiyası

  • Hidroloji və hidravlik proqnozlaşdırma modellərinin icrası (Published Interface: HEC-RAS, Sacramento, SOBEK, Mike11, Mike NAM, ISIS, HBV, LISFLOOD və s. vasitəsilə əlaqələndirilmiş).

  • Modellərin vəziyyətinin yenilənməsi

  • Nəticələrin xəritələrdə vizuallaşdırılması

  • Proqnozların yayılması (məs.intranet və internet)

Bu layihə üçün ən önəmli xüsusiyyəti DELFT-FEWS model adaptorudur (şəkil 7).

Figure - DELFT-FEWS model adaptors



  • Qiymət: DELFT-FEWS pulsuzdur və proqramın köhnə versiyası birbaşa yüklənə bilir. Lakin “Deltares” şirkəti ilə ilkin təmaslardan belə görünür ki, platormanın ən son versiyasını əldə etmək üçün şirkətin komandası sistemin tətbiqində iştirak etməlidir. Bu halda, şirkət FHN-lə əməkdaşlıq etdiyi üçün, bunun problem olacağı gözlənilmir.

  • Verilənlərlə əlaqələr: DELFT-FEWS müxtəlif məlumat/verilənlər bazaları ilə əlaqələndirilə bilər. Məsələn, ORACLE və ya MS ACCESS. Eyni zamanda, aşağdakı məlumat formatlarında oxuna bilər: ADCON, AifsML, ArcInfoAscii, Arctic Oscillation, ArcWat, Bayern, BIL Import, BUFR, Campbell Data, CERF, CSV, Cy Mons Csv, Database import, Delft3D, Delft, DINO, DINO Service, DIVER MON, EasyQ, EnviromonCsv, FewsDatabase Import, generalCsv, GermanSnow, Gray Scale Image, GRIB1, GRIB2, HCS, hdf4, Hessen, HYMOS, HymosAscii, IFKIS, IJGKlepstanden, iModIDF, iModIPF, IP1, Keller IDC, KNMI CSV, KNMI EPS, KNMI HDF5, KNMI IRIS, KNMI SYNOP, Landsat, LMW, LMW Hy3m, LMW KNMI CSV, LMW Lixhe, LMW BKMO, LMW Wallonie, LMW Weatherdata, LUBW, Madden–Julian oscillation, Matroos NetCDF, McIdasArea, MIS, MM3P, Msw, NETCDF, NetcdfGridDataset, NOOS, NTUQUARTER Import, NTURAIN Import, Obserview, PDO Climate index, Pegelonline, Proficy iHistorian, Radolan, Singapore OMS, SSE, SWE, Synop, TMX, Tva Daily Water View Csv, Tva Hourly Water View Csv, Tva Transaction , UmAquo, UsgsTwis, WaterML2Import, WDSS2 SparseLatLonGrid, Wiski, WQCSV, WRFGrads, WSCC csv. 

  • Modelləşdirmə əlaqələri: DELFT-FEWS Cədvəl 1-də sadalanan modellərlə əlaqələndirilə bilər:

Model

Növü

Təchizatçı/sahib

Ölkə

ISIS

Hydrodynamic

CH2M HILL

BK

PDM

Rainfall-Runoff

CEH

BK

TCM

Rainfall-Runoff

CEH

BK

KW

Routing (kinematic wave)

CEH

BK

PACK

Snow Melt

CEH

BK

ARMA

Error Correction

CEH

BK

PRTF

Event Based RR

PlanB

BK

PCRASTER

Dynamic Modelling Software

Pcraster

Niderland

TRITON

Surge propagation/Overtopping

PlanB

BK

TWAM

2D Hydrodynamics

PlanB

BK

STF

Transfer functions

EA

BK

DODO

Routing (layered Muskingum)

EA

BK

MCRM

Rainfall-Runoff

EA

BK

Modflow96/VKD

3D groundwater

Deltares/Adam Taylor

Niderland /BK

Mike11

Hydrodynamics

DHI

Denmark

NAM

Rainfall-Runoff

DHI

Denmark

TOPKAPI

Rainfall-Runoff

Univ. of Bologna

Italy

TOPKAPI-X

Rainfall-Runoff

Idrologia & Ambiente S.r.l.

Italy

HBV

Rainfall-Runoff (inc snowmelt)

SHMI

Sweden

SWMM

Urban Rainfall-Runoff

USGS

ABŞ

HEC-RAS

Hydrodynamic

ABŞCE

ABŞ

HEC-HMS 

Hydrological 

ABŞCE 

ABŞ 

HEC-ResSim

Reservoir Simulation

ABŞCE

ABŞ

Snow17

Snow Melt

NWS

ABŞ

SAC-SMA

Rainfall-Runoff

NWS

ABŞ

Unit-HG

Unit-Hydrograph

NWS

ABŞ

LAG/K

Routing (hydrological)

NWS

ABŞ

SARROUTE

Routing (hydrological)

NWS

ABŞ

SSARRESV

Reservoir Simulation

NWS

ABŞ

RESSNGL

Reservoir Simulation

NWS

ABŞ

BASEFLOW

Baseflow Simulation

NWS

ABŞ

CHANLOSS

Channel loss Simulation

NWS

ABŞ

APICONT

Rainfall-Runoff

NWS

ABŞ

CONSUSE

Consumptive use of River Simulation

NWS

ABŞ

GLACIER

Glacier simulation

NWS

ABŞ

LAYCOEF

Routing Model

NWS

ABŞ

MUSKROUT

Routing Model

NWS

ABŞ

RSNELEV

Rain Snow Elevation Simulation

NWS

ABŞ

SACSMA-HT

Rainfall-Runoff (Heat Transfer)

NWS

ABŞ

LAYCOEF

 

NWS

ABŞ

TATUM

Routing Model

NWS

ABŞ

OpenDA 

Open Data Assimilation software 

OpenDA association/Deltares 

Niderland 

EFDC 

Environment Fluid Dynamics Code (OpenDA wrapped) 

EPA 

Niderland 

OpenStreams 

OpenStreams (General adapter or/and OpenDA wrapped) 

Deltares 

Niderland 

RTC Tools

Real-Time Control, Model Predictive Control, Reservoir Simulation

Deltares

Niderland

PRMS

Rainfall-Runoff

Univ. of Karlsruhre

Germany

SynHP

Hydrodynamics

BfG

Germany

SOBEK

Hydrodynamics, Water Quality, RR

Deltares

Niderland

SOBEK-2d

Linked 1d/2d inundation modelling

Deltares

Niderland

DELFT-3D

2/3D Hydrodynamics

Deltares

Niderland

Sacramento

Rainfall-Runoff

Deltares

Niderland

RIBASIM

Water distribution + Reservoir

Deltares

Niderland

REW

Distributed Rainfall-Runoff

Deltares

Niderland

DELFT3D

2/3D Hydrodynamics/ Water quality

Deltares

Niderland

Flux

1D Hydrodynamics

Scietec

Austria

URBS

rainfall-runoff and hydrological routing

Don Caroll

Australia

Source

rainfall-runoff, hydrological routing, river ops

eWater

Australia

Grid2Grid 

Distributed Hydrologic Model 

CEH

BK

TETIS

Hydrologic Model 

University Polytechnic of Valencia

Spain

Het Wageningen 

Rainfall-Runoff

Haskoning 

Niderland

Model 

WASIM-ETH

Distributed Rainfall-Runoff

Joerg Schulla

Switzerland

PREVAH

Distributed Rainfall-Runoff

WSL-Switzerland

Switzerland

PCOverslag

Calculation of wave overtopping and wave runup

Deltares

Niderland

DPWE Landslide model

Transient rainfall infiltration and slope stability model

DPWE

Taiwan

DPWE Bank retreat model

River bank slope stability model

DPWE

Taiwan

Table – Models linked to DELFT-FEWS

Tövsiyə olunan platforma


Müxtəlif platformalar üçün qiymətləndirmənin xülasəsi 2-ci Cədvəldə əks etdirilir. Öz uyğunlaşma qabiliyyəti və müxtəlif məlumat mənbələri və modellərinə qoşulma qabiliyyətinə görə DELFT-FEWS tövsiyə edilir.

 

ICMLive

MIKE CUSTOMISED

Bespoke

DELFT-FEWS

Qiymət (USD)

20,000

15,000

50,000

0

Məlumatlara qoşulma

Bəli

Bəli

Bəli

Bəli

Xarici modelləşdirmə əlaqələr

Yoxdur

Yoxdur

Bəli

Bəli

Quraşdırma

Nisbətən asan

Nisbətən asan

Çətin

Nisbətən asan

Beynəlxalq təcrübə

Məhdud

Məhdud

M/Y

Bəli

Table – Forecasting Platform Assessment
  1. Xülasə


Bu məhsulun əsas məqsədi daşqın proqnozlaşdırma sistemi üçün seçilmiş modelləri təsvir etməkdir.

Daşqın proqnozlaşdırma sistemi aşağıdakı komponentləri və təklif edilən modelləri əks etdirəcək:



  • Meteoroloji proqnozlaşdırma: ETSNN-in qəbul etdiyi proqnozlaşdırma məluamtlarının layihə üçün əlçatımlı və münasib olub-olmamasını araşdırmaq tövsiyə edilir. Əgər uyğun olmasa, alternativ meteoroloji proqnoz mənbələri axtarılmalıır. Hazırkı erkən mərhələdə meteoroloji modelləşdirmə təklif edilmir.

  • Hidroloji modelləşdirmə: SOBEK RR daşqın proqnozlaşdırma sistemi üçün hidrooji model kimi tövsiyə edilir.

  • Hidravlik modelləşdirmə: Daşqın proqnozlaşdırma sistemi üçün hidravlik model kimi SOBEK 1 D RURAL təklif edilir.

  • Platforma: DELFT-FEWS is recommended as the flood forecasting platform. It should be noted that DELFT-FEWS can be connected directly to SOBEK RR, SOBEK 1D RURAL and can read outputs from the main meteorological models. Daşqın proqnozlaşdırma sistemi kimi DELFT-FEWS. DELFT-FEWS birbaşa SOBEK RR, SOBEK 1D RURAL-a qoşula və əsas meteoroloji modellərdən nəticələri oxuya bilər.

: azeri -> reports-pdf -> international -> 2014
2014 -> David m sargent İyun 2014
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” Layihəsi
2014 -> P 140217 Birgə Su İdarəetməsi (BSİ) modeli
2014 -> Azərbaycanda tətbiq edilə bilən İnteqrə Edilmiş Su Ehtiyatları İdarəçiliyi (İSEİ) üzrə qanunvericilik və siyasət sahəsində beynəlxalq qabaqcıl təcrübəyə dair hesabat
2014 -> 30 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> 8 dekabr 2014-cü il
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
2014 -> Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə