Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi



Yüklə 56,73 Kb.
tarix21.10.2017
ölçüsü56,73 Kb.
#6339


Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
Nəticə/Məhsul # 4
Torpaq sürüşmələri və sel təhlükəsinin qiymətləndirilməsi və xəritələşdirilməsi

c:\users\user\pictures\2014-09-08\041.jpg
BMTİP-in Azərbaycan nümayəndəliyi üçün

23 Noyabr 2014-cü il tarixdə təqdim etdi:

Hans M. Ewoldsen, Ph.D., P.E.

Beynəlxalq ekspert



Mündəricat

Bölmə Səhifə
Giriş 3

Çıxarılmış nəticələr 3

Torpaq sürüşmələri 3

Palçıqlı və palçıqlı-daşlı sellər 4

Tövsiyələr 4

İcra tədbirləri 5

Tədqiq edilmiş hövzə sahəsi 5

Torpaq sürüşmələri və palçıqlı/palçıqlı-daşlı sel təhlükəsinin qiymətləndirilməsi 5



    1. “Təhlükə zonası” və torpaq sürüşmələri/palçıqlı sel ərazilərinin müəyyən edilməsi 5

    2. Sahə (Ərazi) üçün səciyyəvi olan təhlükə amilləri (Yağıntı, geologiya, topoqrafiya, seysmoloji) 5

        1. Dağlıq sutoplayıcı sahələrdə ekstremal yağışlar 5

        2. Dağlıq sutoplayıcı sahələrdə davamlı güclü yağışlar 6

        3. Regionda seysmik fəallıq 6

        4. Torpaq sürüşməsinin çay axınının qarşısını kəsməsi 6

        5. Çayın sutoplayıcı sahədə dik sahil ərazilərini kəsməsi 7

        6. Həftələr, yaxud aylar ərzində torpağın suyu anormal səviyyədə

hopdurması 7

        1. Meşə yanğınları/ağacların icazəsiz kəsilməsi/ torpaq örtüyünün

götürülməsi 7

        1. Kötük, iri ağac və kol qalıqlarının, boru hissələrinin yığılması 7


Pilot ərazidə təhlükələrin qiymətləndirilməsinin nəticələri 8

  1. Palçıqlı və palçıqlı-daşlı sel təhlükəsi 8

  2. Torpaq sürüşməsi təhlükəsi 8

  3. Çayların geomorfologiyası ilə bağlı təhlükə 8



Böyük Qafqaz regionunda zəif dağ icmaları

tərəfindən su və daşqınlar üzrə idarəetməyə

iqlim dəyişikliyi risklərinin daxil edilməsi
Nəticə/Məhsul 4 . Torpaq sürüşmələri və palçıqlı sel riski təhlükəsinin qiymətləndirilməsi və xəritə tərtibi


  1. Giriş

Bu hesabat Dəmiraparançay Hövzəsi və bu hövzəyə qovuşan sutoplayıcı hövzələrdə torpaq sürüşməsi və palçıqlı/palçıqlı-daşlı sel təhlükəsinin tədqiqinin nəticələrini əhatə edir. Hesabatda torpaq sürüşməsi, yaxud palçıqlı selin səbəb ola bildiyi zərərlər də nəzərdən keçirilir. Təhlükəli hallar qısa, lakin intensiv təbiət hadisələri (həddən artıq yağıntı, seysmik fəallıq) yaxud zəif qravitasiyanın təkan verdiyi torpaq sürüşmələri nəticəsində yarana bilər.


  1. Çıxarılmış nəticələr

Bu tədqiqatdan çıxarılmış əsas nəticələr aşağıdakılardır:

Torpaq sürüşmələri

  • Dəmiraparançay hövzəsinin dağətəyi zonalarında torpaq sürüşmələri geniş yayılmayıb, kiçik-orta böyüklüklü sürüşmələrlə məhdudlaşır. Bu sürüşmələr isə çay eroziyası və yolların tikintisi nəticəsində süxur və ya torpağın özülünün götürülməsi ilə əlaqədar sahənin sabitliyinin qravitasiya qüvvəsinə müqavimət göstərə bilməməsi nəticəsində baş verir və materialların yola və ya çay yatağının içinə doğru hərəkət etməsinə səbəb olur.

Torpaq sürüşmələri təxminən 2500 metrdən yüksəklikdə Dəmiraparançay hövzəsinə qovuşan çayların yuxarı axarında geniş yayılıb, adətən sürətli eroziyanın (axar və çaylar tərəfindən aşağı axar istiqamətində kəsilmə) baş verdiyi ərazilərdə və ya illik donma və ərimə nəticəsində yamac süxurlarının aşağıya doğru hərəkətə müqavimət göstərmək qabiliyyətinin azaldığı ərazilərdə müşahidə edilir.


Beləliklə, torpaq sürüşməsi riski dağətəyi zonalarda və allüvial düzən sahələrdə minimumdur (yol və infrastruktur tikintisi zamanı, eləcə də çay yataqlarına lazımi diqqətin göstərilməsi şərtilə).


  • Torpaq sürüşmələrinin baş verməsi və yerləri əhatəli şəkildə qeydə alınmayıb, lakin, baş vermiş əsas torpaq sürüşmələrinin qeydə alındığı görünür. Xəritələrin hazırlanmasında istifadə etmək üçün yazılı məlumatlar hazırda kifayət qədər deyil. Digər tərəfdən, torpaq sürüşmələrinin geomorfoloji əlamətləri (xüsusilə pilot ərazinin yüksəkliklərində) mövcuddur. Torpaq sürüşməsi yarıqları, qalıqların yığılıb qalması və torpaq sürüşməsilə bağlı digər əlamətlər var. Bu əlamətlərə əsasən yamacların olduqca dik və eroziya enerjisinin çox olduğu yüksək dağlıq regionlarda rast gəlinir. Qalın torpaq örtüyünə malik orta hündürlükdəki (2000-3000 metr) ərazilərdə torpaq sürüşməsi əlamətlərinə daha az rast gəlinir. Aşağıya istiqamətlənən axar/çayın yamacı kəsdiyi bəzi axar və çay yataqlarında kiçik torpaq sürüşmələri əlamətləri mövcuddur.

Dağətəyi ərazilərlə allüvial düzənliklərin kəsişməsində torpaq sürüşməsinin əlamətləri azdır (iri çayların sahilboyu əraziləri istisna olmaqla - burada çay yatağının eroziyası əvvəlki çayın topladığı köhnə çöküntüləri kəsir).




  • Mövcud məlumatlar və toplanmış informasiyanın miqyasına əsasən torpaq sürüşməsi təhlükəsi olan ərazilər haqda ümumi şərh vermək mümkündür.


Palçıqlı və palçıqlı-daşlı sellər


  • Palçıqlı/palçıqlı-daşlı sellərin baş verməsi və yerləri əhatəli şəkildə qeydə alınmayıb, lakin baş vermiş əsas palçıqlı/palçıqlı-daşlı sellərin qeydə alındığı görünür. Müfəssəl xəritələrin hazırlanması üçün yetərli yazılı məlumat yoxdur. Digər tərəfdən hövzə çaylarının əksər subasarlarında palçıqlı və palçıqlı/daşlı sellərin geomorfoloji əlamətləri özünü göstərir. Tarixi və tarixəqədərki dövrlərdə baş vermiş palçıqlı və palçıqlı/daşlı sel əlamətləri mövcuddur. Çay yatağının köhnə yataq çöküntülərini üzə çıxardığı ərazilərdə palçıqlı və palçıqlı-daşlı sel zonaları ayırd edilə bilər.

  • Palçıqlı selin əsas əlamətləri çay yataqlarının daxilində və yanında toplanmış palçıq, qaya parçaları/çay daşları çöküntüləridir. Palçıqlı-daşlı sellər oxşar çöküntülərlə səciyyələnir, lakin buraya diametri 2 metr və daha çox olan qaya parçaları da daxildir. Palçıqlı-daşlı sellər çayların dağətəyi ərazilərdən allüvial düzənliklərə keçdiyi nöqtələrə yaxın yerlərdə olmağa meyillidir. Bu, çayın enerjisi və asılı materialların çəkisindən asılıdır.

  • Torpaqdakı əlamətlərə - əsasən də yer səthindəki iri qaya parçaları və çay daşlarına görə hazırkı meşə zonalarında palçıqlı sel əraziləri ayırd edilə bilər.



  1. Tövsiyələr

Torpaq sürüşməsi və palçıqlı sel təhlükəsinin qiymətləndirilməsi və xəritələşdirilməsi ilə bağlı tədqiqatlarla əlaqədar olaraq aşağıdakı tövsiyələr təqdim edilir;

  • Aydın olur ki, Azərbaycan Hökuməti torpaq sürüşməsi baş verən zonalar üzrə bütün ölkəni əhatə edən xəritə hazırlamaq niyyətindədir. Bu xəritəyə palçıqlı və palçıqlı-daşlı sel riski təhlükəsi olan/baş verdiyi zonaların daxil edilib-edilməyəcəyi məlum deyil. Torpaq sürüşməsi üzrə milli xəritə tərtibi proqramının tərkib hissəsi ya da ona paralel olaraq aşağıdakı işlərin aparılması tövsiyə olunur:

    • Palçıqlı və palçıqlı-daşlı sel zonalarını xəritələşdirmə və zonalara təhlükə (təhlükə ciddiliyi) dərəcəsi (sıralama ilə) əlavə etmək

    • Torpaq sürüşməsi zonalarına təhlükə dərəcəsi təyin etmək

    • Torpaq sürüşməsi zonası xəritəsinin 1:50,000 miqyaslı topoqrafik xəritəyədək böyüdülməsini təmin etmək

  • Dağıdıcı gücə malik torpaq sürüşmələrinin cədvəlini işləyib hazırlamaq (yeri, zərəri, ehtimal olunan səbəbi daxil olmaqla) və bu cədvəli rayon icra və bələdiyyə orqanları üçün əlçatımlı etmək.

  • Dağıdıcı gücə malik palçıqlı və palçıqlı-daşlı sellər üzrə cədvəl işləyib hazırlamaq (yeri, zərəri, ehtimal olunan səbəbi daxil olmaqla) və bu cədvəli rayon icra və bələdiyyə orqanları üçün əlçatımlı etmək.



  1. İcra tədbirləri

Dəmiraparançay hövzəsində baş verən torpaq sürüşmələri, palçıqlı sel təhlükəsilə bağlı aparılan bu ilkin tədqiqata əsasən aşağıdakı tədbirlərin icra olunması təklif olunur:


  • Bu tədqiqatdan istifadə edərək infrastruktur və əhali üçün təhlükəli olan zonaların gələcəkdə müəyyən edilməsi məqsədilə sonrakı xəritələşdirmə işlərini layihələndirmək

  • Gələcəkdə torpaq planlaşdırılması prosesi zamanı təhlükələri nəzərə almaq, təhlükəli zonalarda infrastruktur fəaliyyətini məhdudlaşdırmaq



  1. Tədqiq edilən hövzə sahəsi

Torpaq sürüşməsi/palçıqlı sel təhlükəsi olan zonaların qiymətləndirilməsi üçün tədqiq edilmiş əraziyə Dəmiraparançay hövzəsi və bu hövzəyə qovuşan sutoplayıcı hövzələri əhatə edir. Bu geniş əraziyə yüksək dağlıq ərazilər, dağətəyi ərazilər və hövzədə əmələ gəlmiş allüvial gətirmə konusları daxildir.


  1. Torpaq sürüşmələri/palçıqlı/palçıqlı-daşlı sel təhlükəsinin qiymətləndirilməsi

    1. “Təhlükə zonası” və torpaq sürüşmələri/palçıqlı sel ərazilərinin müəyyən edilməsi

Insanlar və infrastruktur üçün təhlükə riskinin qiymətləndirilməsi zamanı “təhlükə zonası”nı “hadisənin baş verdiyi ərazi”dən fərqləndirmək lazımdır. Torpaq sürüşməsi ucqar dağlıq ərazilərdə (burada baş verdikdə çaylarda su axınına təsir etmir), yaşayış sahələrində yaxud otlaq sahələrində baş verdikdə, bura “hadisənin baş verdiyi ərazi”, yaşayış yerlərinə, infrastruktura yaxud kənd təsərrüfatı ərazilərinə birbaşa təsir edən yerlərdə baş verdikdə isə həmin yerlər “təhlükə ərazisi” adlanır. Bu fərqləndirmə Dəmiraparançay hövzəsində və bu hövzəyə daxil olan sutoplayıcı sahələrdə təhlükə zonası ilə torpaq sürüşməsi yaxud palçıqlı sellərin baş verdiyi ərazilərin sərhədlərinin ayırd edilməsi üçün istifadə edilmişdir.


    1. Çöl (Ərazi) üçün səciyyəvi olan təhlükə amilləri (Yağış, geoloji, topoqrafik, seysmik proseslər)

Təhlükə zonalarının sərhədlərinin müəyyən edilməsi və xəritələşdirilməsi nəticəsində əhali həyat və əmlakına olan potensial təhlükədən məlumatlı olacaq. Sakinlər sözügedən təhlükələrin baş verməsinə təkan verən hadisələr barəsində tam məlumatlı olmaya bilərlər, bu ərazidə məlumatlandırma proqramının həyata keçirilməsi faydalı ola bilər. Yerli QHT-lər və ya digər yerli təşkilatların dəstək verə biləcəyi rayon hakimiyyəti bu cür proqramın həyata keçirilməsi üçün ən yaxşı təşəbbüsçü ola bilər.
Bu iki təhlükə ilə əlaqədar olaraq torpaq sürüşmələri/palçıqlı/palçıqlı-daşlı sellərin yaxud daşqın hadisələrinin baş verməsinə təkan verən və ya kömək edən amillər:


  1. Dağlıq sutoplayıcı sahələrdə ekstremal yağıntılar

Ensiz sutoplayıcı sahələrdə həddən artıq yağıntı hallarının (leysan, güclü qısamüddətli aşağı hava axınlarının toplanması yaxud çox güclü yağış) olması palçıq və palçıqlı-daşlı selin yaranması üçün səciyyəvi amildir. Ekstremal hadisələr qısa müddətdə (bir neçə saat) baş verə bilər və palçıqlı/palçıqlı- daşlı sel məskunlaşma/infrastruktur ərazilərindən uzaq yerlərə təsir edə bilər. Qeydə alınmış əksər hallarda, sakinlər təmiz səma və günəşli hava müşahidə edirlər, lakin kilometrlərlə uzaqda yerləşən dağlardakı buludların fəlakət yaratmaqda olduğunun və bu bir neçə saatdan gec olmayaraq onların məskunlaşdığı ərazinin bu fəlakətə məruz qalacağının fərqinə varmırlar.


  1. Dağlıq sutoplayıcı sahələrdə, dağətəyi ərazilərdə yaxud allüvial gətirmə konuslarının yuxarı zolaqlarında davamlı güclü yağışlar

1-ci bənddə qeyd olunan fövqəladə hadisələr qədər intensiv olmasa da, davamlı yüksək yağıntı hadisələri aşağı axar ərazilərindəki məskunlaşma sahələrinə və infrastruktura dağıdıcı təsir edə bilər. Adətən güclü yağış bir neçə saat müddətində ya da günlərlə davam edir və bu, sakinlər yaxud yerli hakimiyyət orqanları tərəfindən müşahidə edilir. Torpaq sürüşməsi/palçıqlı selin baş verməsilə bağlı xəbərdarlıqlar daha geniş yayılıb.

  1. Regionda seysmik fəallıq

Güclü zəlzələlər tez-tez iri və kiçik torpaq sürüşmələrinə (xüsusilə, kəskin yamaclarda ya da köhnə yağış sularının hopduğu yamaclarda) səbəb olur. Buna dünya miqyasında çoxlu nümunələr göstərilə bilər: Pakistan (200m), Türkiyə (199k), Çili (201m), Alyaska (1974). Bəzi hallarda çay kanallarındakı materiallar “maye” halına çevrilə və aşağı axarda palçıqlı selin baş verməsinə səbəb ola bilər. Faktiki olaraq dəqiqələr ya da saatlar ərzində öz təsirini göstərməsi qaçılmazdır. Irimiqyaslı seysmik hadisələr zamanı onlar torpaq sürüşməsinə meylli olan ərazilərdə qeyri-sabitlik yaradır və nəticədə bir neçə gün yaxud bir ay ərzində enmə və zədə baş verə bilər.


  1. Torpaq sürüşməsinin çay axınının qarşısını kəsməsi

Əsasən iri-orta ölçülü çay yatağında baş verən iri torpaq sürüşməsi “torpaq sürüşməsinin yaratdığı bənd”ə çevrilə bilər. Bu bənd çayda axının qarşısını effektiv şəkildə alır və suyun torpaq sürüşməsinin yaratdığı bəndin arxasında toplanmasına gətirib çıxarır. Su yol tapıb axmasa, toplanmış su sürüşmə nəticəsində yaranan bənd vasitəsilə çay yatağını kəsər və qısa müddət ərzində (bir neçə saata) bəndin uçmasına səbəb ola bilər. Meydana gələn daşqın aşağı axara qədər davam edə və insan həyatı və infrastruktur baxımından dağıdıcı ola bilər. Torpaq sürüşməsinin yaratdığı bəndə dair “xəbərdarlıq” göstəricisi adətən çayın aşağı axar hissələrində axının dayanması ya da fasilə ilə axması olur. Axının belə dayanması qeydə alınarsa, yerli və regional hakimiyyət orqanları məlumatlandırılmalı və aşağıdakı tədbirlər görülməlidir:

Bəndin əmələgəlməsi prosesinin miqyasını və yerini müəyyən etmək

Bəndin tərkibindəki materialın növünü müəyyən etmək

Torpaq sürüşməsi nəticəsində yaranan bənd arxasında su ilə dolma dərəcəsini qiymətləndirmək

Həmin əraziyə ağır texnikanın gətirilməsi mümkünlüyünü qiymətləndirmək

Aşağı axarda təhlükənin təsirinə məruz qalacaq olan əraziləri və bəndin uça biləcəyi potensial müddəti elan etmək


Kifayət qədər vaxt (bir neçə gün yaxud bir həftə) olarsa və ağır texnikanı sahəyə gətirmək mümkün olarsa, torpaq sürüşməsinin yaratdığı bəndlər müvəffəqiyyətlə yumşaldıla bilər. Bəzi hallarda torpaq sürüşməsinin yaratdığı bəndlərdə drenaj kanalları açmaq üçün partlayıcılardan istifadə edilir.

  1. Çayın sutoplayıcılarda dik sahil ərazilərini kəsməsi

Gursulu və normal axın dövrlərində çay sahilinin eroziyası sahil xətti hissələrini eroziyaya uğratmağa davam edəcək. Aşınan materiallarının olduğu yerdə mövcud sahilin kəsilməsi yamac pozulmaları yarada və torpaq sürüşmələrinin inkişafına təkan verə bilər. Bəzi hallarda yüksək axın dövrlərindəki sürətli aşağı və yan kəsmə geniş torpaq sürüşmələrinə səbəb ola bilər.

  1. Həftələr yaxud aylar ərzində torpağın suyu anormal səviyyədə hopdurması

Anormal keçən rütubətli fəsillərdə həm suyun miqdarı, həm də hopmanın dərinliyi baxımından torpağın rütubətliliyi yüksələ və dayaz, yaxud kəskin yamaclarda yeraltı suların səviyyəsi qalxa bilər. Yamac materialları hərəkətə həssasdırlarsa (torpaq, yumşaq süxur, çatlı qayalar) bu yamaclarda palçıqlı sel və torpaq sürüşməsinin hər ikisi baş verə bilər. Torpağın rütubətliliyi anormal səviyyədə yüksək olarsa, mailliyi beş dərəcə belə olan yamaclar sürüşməyə məruz qala bilər. Yamacın bir hissəsinin sürüşməsi “mərtəbəli” sürüşməyə səbəb ola bilər. Belə ki, yamacın yuxarı hissəsinin sürüşməsi aşağı hissədə sürüşmə yaradır ya da sürüşən hissə özündən yuxarı hissəni saxlayan dayaqları apardığı üçün sürüşən hissədən yuxarıda yerləşən yamac əraziləri də sürüşməyə məruz qalır. Bu cür hadisələrdə adətən yüksək hopdurma zonalarında xəbərdaredici əlamətlər özünü büruzə verir ki, bu əlamətlər daha böyük hadisənin baş verməsinə dair xəbərdarlıq rolunu oynayır.

  1. Meşə yanğınları və ya meşəsizləşməyə səbəb olan ağacların icazəsiz kəsilməsi/sutoplayıcılarda torpaq örtüyünün götürülməsi

Meşə və kolluqlarda baş verən yanğınlardan, ağacların qeyri-qanuni kəsilməsi nəticəsində yaranan meşəsizləşmədən ya da orta mailliliyə malik olan yamaclarda əkin yerlərinin salınması məqsədilə torpaq örtüyünün götürülməsindən sonra palçıq və palçıqlı-daşlı sellərin baş verməsi səciyyəvidir. Palçıq və palçıqlı-daşlı sel güclü meşə yanğınlarından sonra daha çox səciyyəvidir çünki yamacların yağıntı hadisələri zamanı eroziya qüvvələrinə müqaviməti əhəmiyyətli dərəcədə azalır. Xoşbəxtlikdən, aşağı axarda məskunlaşan əhalinin əvvəlcədən məlumatlandırılması və infrastrukturun qorunması mümkündür. Bu növ hadisələrdə əsas məsələ baş verə biləcək palçıq və palçıqlı-daşlı sellərinin gətirdiyi materialın həcmidir.


  1. Kötük, iri ağac və kol qalıqlarının, boru hissələrinin ya da sudabatmayan konstruksiyaların körpülərin yuxarı axarında yığılması və ya çay yataqlarında maneələr

Çay yataqlarının aşağı axarında palçıqlı sel və daşqın baş verməsinin adi bir səbəbi çay yataqlarının yuxarı zolaqlarında kötük, iri ağac və kol qalıqlarının, atılmış boruların və ya üzən konstruksiyaların yığılıb qalmasıdır. Bu tullantılar gursulu axınlar zamanı yuxarıdan aşağı daşınır və çay yatağının ensiz hissəsində ya da çay yatağının üzərində tikilmiş körpünün arxasında yığılıb qalır (axının qarşısını kəsir). Qapanma yarandıqda suyun səviyyəsi qalxır və konstruksiyanın ətrafında eroziya baş verir. Bu hadisə maneədən aşağı axarlarda palçıq selinin baş verməsinə səbəb ola bilən güclü axın yarada bilir. Çay yatağının lazımi şəkildə təmizlənməsi bu növ hadisələrdən yayınmağa kömək edə bilər.



  1. Pilot ərazidə təhlükə qiymətləndirməsinin nəticələri

Bu bölmədə pilot ərazidə təhlükələrin qiymətləndirilməsinin nəticələri müzakirə edilir. Daşqın təhlükəsi layihə tədqiqatlarının ayrı tapşırıq sahəsinə aid olduğu üçün burada qiymətləndirilməyib.


  1. Palçıqlı və palçıqlı–daşlı sel riski təhlükəsi

Palçıqlı və palçıqlı-daşlı sel təhlükəsi dağətəyi zonalardakı çay və axar yataqları və xüsusilə əsas çayların allüvial gətirmə konusları üçün səciyyəvidir. Hətta kiçik axar ərazilərinin sutoplayıcı hövzələrinə intensiv yağıntı düşdüyü zaman palçıqlı sel yarana bilir (xüsusilə, yamac ərazilərdə ağaclar kəsilibsə və ya həddən artıq otarılıbsa). Bitki örtüyünü məhv edən meşə yanğınları adətən növbəti yağıntı mövsümündə palçıqlı selə səbəb ola bilir.
Böyük Qafqaz Dağlarından başlayan bütün iri və xırda çaylarda və onlara birləşən çaylarda palçıqlı və palçıqlı/daşlı sel təhlükəsi mövcuddur. Bu sellər cari yataqdan yanlara doğru ən az 0.5 km irəliləyir. Təhlükə göstəricisi çay yataqlarının lap yaxınlığında “çox yüksək”, yataqlardan 0.5 km məsafədə isə “yüksək” dərəcədədir.


  1. Torpaq sürüşməsi təhlükəsi

Torpaq sürüşməsi təhlükəsi dağlıq ərazilər üçün səciyyəvidir. Xüsusilə, qışda və yazda yüksək axım, çatlı qayaların donması və əriməsi yaxud seysmik hadisələr kiçik və ya böyük torpaq sürüşməsinə səbəb ola bilər. Dağın ön hissəsindəki kəskin yamaclar və ya çay dərələri ən təhlükəli zona olur və bu ərazilər “yüksək təhlükəli” zona kimi qiymətləndirilir.
Eroziya nəticəsində həddən artıq dikləşmiş və ya yol tikintisi nəticəsində kəsilmiş dağətəyi zonadakı yamaclar da torpaq sürüşməsi təhlükəsi olan ərazilərdir və “orta təhlükəli” zona kimi qiymətləndirilir.



  1. Flüvial geomorfoloji təhlükə

Fülvial geomorfoloji proseslər sakinlər və infrastruktur üçün yaratdığı təhlükə əsasən infrastruktur komponenti ilə bağlıdır. Flüvial geomorfoloji proseslərə pilot ərazidən keçən çay və axarların eroziya və çökmə fəaliyyətləri daxildir. Yüksək su enerjisi olan ərazilərdə (iri həcmlər, yüksək sürət, ensiz kanallar) çay və axarlar adətən kanal və daşqından müdafiə bəndlərində eroziya yaradır. Suyun enerjisi azaldığı yerlərdə (aşağı sürət, geniş kanallar, kiçik axıntı həcmi) axın çöküntünü yaxud çay daşları və qaya parçalarını apara bilmir və onları kanala toplayıb yığır.
İnfrastruktur üçün təhlükələr:


  • Çay yataqlarında çöküntünün toplanması daşqın zamanı suyun səviyyəsini qaldırır

  • Daşqın zamanı çay yatağının xaricində çöküntü toplanması bu ərazilərin gələcəkdə istifadəsinə təsir edir

  • Çay yataqlarında eroziya sahilin uçmasına, müdafiə divarlarının və körpü və ya enerji ötürücü qüllələrin özülünün eroziyasına səbəb olur.

  • Çay yatağının xaricində baş verən eroziya ərazinin insanların məskunlaşa yaxud infrastrukturun inkişaf etdirilə biləcəyi hissəsində yeni yataqlar əmələ gətirir

  • Sahil ərazilərinin eroziyası və çay yataqlarının yanında salınmış avtomobil yollarının dağılması



  1. Torpaq sürüşməsi və palçıqlı sel təhlükəsi olan zonaların xəritələşdirilməsi

Torpaq sürüşməsi və palçıqlı sel zonalarını göstərən xəritələr Böyük Qafqaz Dağlarında aparılmış tədqiqatlarla bağlı olan Nəticə/Məhsul 8-də verilmişdir.
Yüklə 56,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə