Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi



Yüklə 36,25 Kb.
tarix27.04.2018
ölçüsü36,25 Kb.
#40277


Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

Nəticə/Məhsul # 2
Sutoplayıcı hövzə üzrə geomorfoloji qiymətləndirmə və hesabat

c:\users\user\pictures\2014-09-08\041.jpg

BMTİP-in Azərbaycan nümayəndəliyi üçün

23 Noyabr 2014-cü il tarixdə təqdim etdi:

Hans M. Ewoldsen, Ph.D., P.E.

Beynəlxalq ekspert




Mündəricat
Bölmə Səhifə
Giriş 3

Çıxarılmış nəticələr 3

Tövsiyələr 4

İcra tədbirləri 4

Tədqiq edilmiş hövzə sahələri 4

Geomorfoloji mənzərənin səbəbləri və səciyyəvi çölün topoqrafik mənzərəsi 5

    1. Tələb olunan məlumatlar və məlumat mənbələri 5

    2. Geomorfoloji mənzərənin səbəbləri

c. Hədəf ərazinin geomorfoloji tədqiqinin nəticələri

  1. Xəritə və qrafiklər 6


Yekun 7
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

Nəticə/məhsul 2. Sutoplayıcı hövzə üzrə geomorfoloji qiymətləndirməsi və hesabat



        1. Giriş

Beynəlxalq ekspertin təhvil verdiyi 2-ci Nəticə/Məhsul - hidrogeologiya və torpaq sürüşməsi ilə bağlı tədqiqatlar üzrə bu hesabat Qəbələ rayonunun Dəmiraparançay hövzəsinin geomorfoloji xüsusiyyətlərinin təhlilinə tətbiq edilən yanaşma, tədqiqat işi və nəticələri təsvir edir. Bu pilot ərazi "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsinin texniki və qeyri-texniki məsələlərinin qiymətləndirilməsinin gedişində tamamlanmış tədqiqatlar üçün seçilmişdir. Çünki bu təsir və nəticələr yamaclar və hövzənin su axarları və Böyük Qafqaz Dağlarının suayrıcı regionu boyunca torpaq sürüşmələrinin, palçıqlı və palçıqlı-daşlı sellərin, eroziya və çökmə proseslərinin baş verməsinə təsir edir.




        1. Çıxarılmış nəticələr

Tədqiqatın gedişində beynəlxalq ekspert və yerli ekspertlər tərəfindən bir neçə əsas nəticələr çıxarılmışdır. Bunlara aşağıdakılar daxildir:

  1. Qəbələ rayonunda (Pilot ərazi) geoloji, geomorfoloji və təbii fəlakətlərin (torpaq sürüşmələri/sellər) baş verdiyi sektorlar üzrə mövcud məlumatların çoxu 1960-1980-ci illərdə rus dilində tərtib olunmuşdur. Buna görə də, bu məlumatların ingilis dilinə (BMTİP-in hesabatları üçün tələb olunan dil) tərcüməsi vaxt aparan, bahalı və layihənin təqvimi və büdcəsi daxilində olmayan bir proses olardı.

  2. Qəbələ rayonunda çoxsaylı çaylar və axarlar Dəmiraparançay hövzəsinə qoşulur. Bu çayların və axarların sutoplayıcı hövzələri daxilində axınlar, daşqınlar, palçıqlı və palçıqlı-daşlı sellər və torpaq sürüşmələrinə dair məlumatlar ya tam deyil, ya da qeydə alınmayıb.

  3. Dəmiraparançay hövzəsi yerüstü və yeraltı suların hidrologiyası, çıxarılması və istifadəsini öyrənmək üçün çox məqsədəuyğun olsa da, iqlim dəyişikiklərinin həmin su rejimlərinə təsiri, dəyişmiş vegetasiya şərtlərinin (iqlim dəyişikliyi) və meşələrin məhv olmasının təsiri, o cümlədən Dəmirapanaçay hövzəsinə qoşulan çayların sutoplayıcı hövzələrinin geomorfoloji xüsusiyyyətləri qiymətləndirilməyib. Bu, hazırda və gələcəkdə daşqından mühafizə, yeraltı su ehtiyatları və su ehtiyatlarının inteqrasiyalı idarəetməsi ilə bağlı qərarların verilməsində vacib rol oynaya bilər. Sutoplayıcı hövzələrin geomorfoloji xüsusiyyətləri, onların bitiki örtüyü sutoplayıcı hövzədən yağış sularının əhalinin yaşadığı və kənd təsərrüfatının mövcud olduğu gətirmə konuslarına necə yayılmasını tənzimləyir.



        1. Tövsiyə

  1. 1-ci tövsiyə. Əgər gələcəkdə pilot ərazidə Dəmiraparançay hövzəsinin sutoplayıcı hövzəsinin geomorfoloji xüsusiyyətləri barədə daha müfəssəl tədqiqatın aparılması planlaşdırılırsa, tövsiyə olunur ki, bir yerli geoloq və ya mühəndis əsas məlumatları ingilis dilinə asanlıqla tərcümə oluna bilən (əgər hesabatvermə üçün ingilis dili tələb olunursa) cədvəl və ya diaqramlar formasında tərtib etsin



        1. İcra tədbirləri

Dəmiraparançay hövzəsinin geomorfoloji xarakteristikasının tədqiqinin bu mərhələsinin tamamlanması üçün aşağıdakı tədbirlərin icra olunması təklif olunur:

  1. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq iqlim dəyişikliyi ssenarilərinin Dəmiraparançayın sutoplayıcı hövzəsinin bitki və meşə örtüyünə təsirlərinin tədqiq edilməsini xahiş etmək. Bu göstərə bilər ki, suyun itkisi və ya su axımının mülayimləşməsinin təsirləri (torpağın bitki və meşə örtüyü ilə bağlı olaraq axımın sürətinin azalması) yağış sularının əsas yataqlara çatma müddətinə və intensivliyinə önəmli təsir göstərə bilər. Bu isə daşqın intensivliyinə və müddətinə təsir göstərə bilər.




        1. Tədqiq edilən hövzə sahəsi

Torpaq sürüşmələri, sel və çayların geomorfoloji xüsusiyyətlərin tədqiqi aşağıdakı ərazilərdə həyata keçirilmişdir:

  1. Türyançayın sutoplayıcı sahəsi: Qəbələnin yuxarı axarından Qafqaz dağlarının qılıcına doğru.

Bu sutoplayıcı sahə 1960-cı illərin əvvəlindən 1970-ci illərə qədərki dövrə aid geoloji xəritənin mövcud olması səbəbi ilə seçilmişdir. Qəbələ rayonunda başqa heç bir sutoplayıcı sahə oxşar geoloji xəritəyə malik deyil. Geoloji xəritə göstərir ki, geoloji formasiyaların Türyançayın hər iki tərəfində sutoplayıcı hövzəsinə qovuşan sutoplayıcı sahələrə qədər uzanması əsaslandırıla bilər, belə ki, Google Earth təsvirləri geoloji formasiyaların yatağının və strukturunun səthə çıxmasını əks etdirməklə bu uzanmanı əsaslandırır.

  1. Dəmiraparançay hövzəsinin gətirmə konus sahələri - buraya Türyançay, Həmzəliçay, Qaraçay, Tikanlıçay və daha kiçik axarlar daxildir.

Allüvial gətirmə konuslarının əraziləri ona görə daxil edilib ki, onlar palçıqlı və palçıqlı-daşlı sellərin önəmli əlamətlərini əks etdirir (o cümlədən təkrarlanan tarixi və tarixəqədərki palçıq palçıqlı və palçıqlı-daşlı sellərin əlamətlərini əks etdirən eroziyaya uğramış çay sahilləri).

  1. Bütün çayların yataqları nəzərdən keçirilmişdir

Çay yataqları eroziya və çökmə prosesləri gedən sahələr barədə yaxşı təsəvvür yaradır. Bu, regionun Google Earth təsvirləri ilə birgə ərazidə yerləşən çayların geomorfoloji xüsusiyyətlərini anlamağa imkan verir. Qəbələdən yuxarıda Türyançayın məhdud kəsişmələri eroziya sahələri barədə müəyyən qədər məlumat verir.


        1. Geomofroloji mənzərənin səbəbləri və səciyyəvi çölün (sahə) topoqrafik mənzərəsi

    1. Tələb olunan məlumatlar və məlumat mənbələri

Regionun geomorfoloji tədqiqatının aparılması üçün adətən aşağıdakı məlumatlar tələb olunur:

  • Topoqrafik xəritələr

  • Geoloji xəritələr

  • Aero fotoşəkillər və ya kosmik şəkillər

  • Geoloji formasiyalardan əmələ gələn torpaq növləri

  • Axar və çayların xəritələri

    1. Geomorfoloji mənzərənin səbəbləri

Ərazinin geomorfoloji xəritələşməsinin əsasını təşkil edən geomorfoloji mənzərə aşağıdakılardan asılıdır:

  • Ərazidəki geoloji formasiyaların növü və strukturu

  • Tədqiq edilən regionda çaylar və axarların səbəb olduğu eroziya rejimi

  • Geoloji və torpaq materiallar üzərində təbii eroziya proseslərinin təsiri nəticəsində əmələ gələn topoqrafik mənzərə

  • Torpaq sürüşməsi, palçıqlı sellər, torpaq eroziyası və digər səbəblərdən normal təbii mənzərənin modifikasiyasının əlamətləri




    1. Hədəf ərazinin geomorfoloji tədqiqinin nəticələri

Pilot ərazinin geomorfoloji tədqiqatının nəticələri göstərir ki, ən azı 5 fərqli zona ayrıla bilər:

  1. Yüksək dağlıq zona

  2. Dağlıq/yayla zonası

  3. Dağətəyi zona

  4. Allüvial gətirmə konusu zonası

  5. Allüvial düzənlik

Bu zonaların xarakteristikası aşağıdakı kimidir:
Yüksək dağlıq zona

Böyük Qafqazın yüksək zirvələrini əhatə edən bu zona 3000-4600m yüksəklikdə yerləşir. Bu zonada relyef kələ-kötürlüdür, bitki örtüyü yoxdur və ya cüzidir, adətən torpaq yoxdur. Topoqrafik mənzərəsi kəskindir


Dağlıq/yayla zonası

Bu zona orta hündürlüklü zirvələri və çoxsaylı yüksək yayla ərazilərini əhatə edir, 2000-3000m yüksəklikdə yerləşir. Cüzi bitki örtüyü və meşə sahəsi olur, amma yay otlaqları üçün kifayət qədər alçaq ot və kol ola bilər. Torpağın inkişafı zəifdir, əksərən yayla ilə məhdudlaşır. Yan yamaclarda kiçik-orta ölçülü torpaq sürüşmələrinin əlamətləri görünür, çünki torpaq qış-yaz yağışları ilə kifayət qədər rütubətlənir.


Dağətəyi zona

Dağətəyi zona 1000-2000m yüksəklikdə yerləşir. Yamaclarda meşə sahələri və müəyyən otluq sahələr görünür. Topoqrafik mənzərəsi dik ola bilər, lakin adətən yüksək dağlıq zonada olduğundan daha yuvarlaqdır. Dağətəyi zonada torpaq inkişaf edir və bitki örtüyü olmadıqda eroziyaya məruz qalır.


Alluvial gətirmə konusu zonası

Allüvial gətirmə konusu zonası dağətəyi zonanın özülündə inkişaf edib. Bu zona dağətəyi zonadan çıxan çayların və axarların gətirmə konuslarının inkişafı ilə müşahidə olunur. Allüvial gətirmə konusları çoxsaylı meandrlı axarlarla səciyyələnir. Gətirmə konusları adətən əsas çayların axınından asılı olaraq dağətəyi hissədən 3-4 km uzanır.


Allüvial düzənlik

Allüvial düzənlik zonası çayların gətirdiyi dənəvər materialların çökməsi ilə səciyyələnən allüvial gətirmə konuslarının aşağı hissəsində yerləşir. Onlar adətən düzdür, yamac cənuba doğru formalaşır, lakin adətən lap cənubda suyun olmaması otluq sahələrin yaranması ilə nəticələnir.


7. Xəritə və qrafiklər

CIS sistemindən istifadə etməklə Türyançayın sutoplayıcı hövzəsi üçün yamac bucağı xəritəsi hazırlanmışdır. Bu, hövzə daxilindəki yamaclarıq 10 dərəcəlik pillələrlə (10 dərəcədən 80 dərəcəyədək) təsnifləşdirir. Bu xəritə bu hesabatda Şəkil MM-də əks olunur.


Xəritənin təsvirindən aşkar görünür ki, Yüksək dağlıq zonada yamac bucağı 60 dərəcədən 90 dərəcəyədək dəyişir. Buna səbəb qranit və digər vulkanik mənşəli ana süxurlar, yüksək eroziya səviyyəsi və qışda havanın donma-ərimə xüsusiyyətidir.
Yüksək dağlıq zonanın geomorfoloji xarakteri yüksək enerjili sürətli axıma təkan verir.
Dağlıq/yayla zonasında ana süxurlarda dəyişiklik əks olunur, belə ki, bu, aşınmaya daha həssasdır və ərazinin eroziyaya uğrayaraq yayla konfiqurasiyasına malik olmasına gətirib çıxaran tektonik durğunluğun da əlaməti ola bilər. Dağlıq/yayla zonası yüngül bitki örtüyünə malikdir və yağış sularının sürətlə süzülməsinə imkan verir. Bu zonada eroziya davam edir və allüvial gətirmə konuslarında daha iri çöküntülərin tapılmasına səbəb olur.
Dağətəyi zonada mövcud olan çöküntü tipli qaya növlər aşınaraq daha yuvarlaq təpələrə çevrilir və sutoplayıcı hövzədə tez-tez rast gəlinən V formalı dərələr müşahidə olunur. Dağətəyi yerlərdə ağaclar və kollar mövcuddur, torpaq əhəmiyyətli dərəcədə inkişaf edir. Bu torpaq profili çayların gətirdiyi və allüvial düzənlikdə çökən çöküntü yükünə əlavə qum və lillə töhfə verir.
Allüvial gətirmə konusu zonası çayların gətirdiyi palçıqlı və palçıqlı-daşlı sel çöküntülərinin yatdığı başlıca zonadır. Önəmli gətirmə konusu zonaları dağətəyindən gətirmə konuslarına keçən yerdən bir neçə kilometrlərlə uzanır. Gətirmə konusları adətən qarşılıqlı şaxələnir və onları əhatə edən səthlərdən yüksəkdə yataqların yüksəkliyinə qədər toplana bilər.
Allüvial düzənlik allüvial gətirmə konuslarından daha geniş olur və eni on kilometrlərlə olur. Mailliyi çox az olur, məhdud ərazilərdə nisbətən yüksək relyef olur, lil və gildən ibarət olur. Allüvial gətirmə konusları və düzənlik zonaları yerin altında kəsişir və çox xırda dənəvər çöküntülər susaxlayıcı lay kimi çıxış edir.



      1. Yekun

Dəmiraparançayın sutoplayıcı hövzəsinin geomorfoloji tədqiqatı göstərir ki, bura üçün dünyanın digər yerlərində də rast gəlinən yüksək dağlıq ərazi səciyyəvidir. Bu ərazinin xarakteristikası ekstremal hadisələr zamanı sürətli eroziya, sürətlə yayılan daşqınlar, palçıqlı və bəzən palçıqlı-daşlı sellərə təkan verir. Əhəmiyyətli nəzarət qurğuları tikilməzsə, gətirmə konuslarında yerləşən əhali yağışlar zamanı təhlükəli hadisələrə məruz qalacaqlar. Hətta qoruyucu qurğular tikilsə belə, onlar çöküntülərlə dolduğu üçün texniki xidmət göstərilməli və ya əvəz olunmalıdırlar.




Yüklə 36,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə