Böyük Qafqazın şimal – şərq yamacındakı



Yüklə 105,13 Kb.
Pdf görüntüsü
tarix26.01.2018
ölçüsü105,13 Kb.
#22601


 

152 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4   

 

 T

əbiət elmləri seriyası 

 

 

2013 

 

 

 

 

COĞRAFİYA 

 

 

UOT 911.52. 

UOT 911.3:3:613 

UOT 911.3:616/618] (4/9) 

 

B

ÖYÜK QAFQAZIN ŞİMAL – ŞƏRQ YAMACINDAKI LANDŞAFT 

KOMPLEKSLƏRİNİN EKOGEOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ 

 

A.A.M

İKAYILOV

*



Q.İ. RÜSTƏMOV

*

, A.M.RÜSTƏMOVA

*



L.H.HƏSƏNƏLİYEVA

**

 

*AMEA-

nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 

**

Bakı Dövlət Universiteti 

hasanaliyevaleman@gmail.com 

 

Landşaft kompleksləri daxilində bəzi elementlərin anomal konsentrasiyası ilə bəzi tipik 

x

əstəliklərin korrelyativ əlaqəsi müəyyən edilmiş və ərazinin kimyəvi elementlərin konsentra-

siyası nəticəsində xəstəliklərin yayılma dərəcəsini əks etdirən landşaft geokimyəvi xəritə-sxemi 

t

ərtib edilmişdir. 

M

əqalədə  Böyük  Qafqazın  şimal-şərq  yamacındakı  landşaft  komplekslərinin ekogeo-

kimy

əvi xüsusiyyətləri geniş şərh olunur. 



əlliflər gələcəkdə  anomal  ərazilərdə  insan və  canlı  orqanizmlərin  yaşaması  üçün 

əlverişli şəraitin yaradılması məqsədilə geokimyəvi müayinə, meliorativ tədbirlər və kompleks 

tibbi coğrafi tədqiqatların aparılmasını vacib hesab edirlər. 

 

Açar sözl

ər:  landşaft  kompleksləri, geokimyəvi analiz, korrelyasiya,  kimyəvi 

elementl


ər

 

 



Böyük Qafqazın şimal-şərq yamacının landşaftları dövrü olaraq bir sıra 

t

ədqiqatçılar (N.K.Kərəmov, 1957, 1961, 1966; M.A.Süleymanov, 1965, 1966; 



B.Ə.Budaqov,  1970;  X.İ.Ömərova, 1970, 1972; F.H.Hüseynova, 1969; 

B.Ə.Budaqov,  A.A.Mikayılov,  1976,  1985  və  b.) tərəfindən hərtərəfli tədqiq 

edils

ə  də,  ərazinin geokimyəvi  şəraiti və  bu  şəraitin  mövcud  landşaftlardakı 



canlıların, eləcə də insanların sağlamlığına təsiri lazımi səviyyədə araşdırılma-

mışdır. Buna görə də tədqiq olunan ərazidə apardığımız çöl tədqiqatları zamanı 

müxt

əlif landşaft qurşaqlarından topladığımız dağ süxurları, torpaq, bitki və su 



nümun

ələrinin kimyəvi və  spektral analizləri nəticəsində  əldə  etdiyimiz 




 

153 


geokimy

əvi göstəricilər  əsasında  ayrı-ayrı  landşaft  komplekslərindəki 

ekogeokimy

əvi  şəraitin səciyyəvi xüsusiyyətlərini  aşkar  etməyə  və  mövcud 

geokimy

əvi şəraitin insan sağlamlığına təsirini öyrənməyə çalışmışıq. 



Azərbaycan  ərazisi  landşaft-ekoloji  şərait  baxımından  çox  müxtəlifdir. 

Tədqiq olunan ərazinin landşaft strukturu özünəməxsus xüsusiyyətləri ilə digər 

regionlardan kəskin fərqlənir. Bu müxtəliflik ərazinin relyefi, geoloji quruluşu, 

hidrotermik  şəraiti  ilə  əlaqədardır.  Geoekoloji  amillərin  təsiri  ilə  ərazidə  çöx 

müxtəlif  və  rəngarəngliyi  ilə  seçilən  landşaft  tipləri  formalaşmışdır.  Böyük 

Qafqazın şimal-şərq yamacı landşaftlarının yüksəklik – məkan diferensiasiyası 

müşahidə olunur və bu diferensiasiya relyefin tədricən alçalması fonunda baş 

verir.


  

X

əzər dənizi sahillərində  mütləq yüksəkliyi  -26  m olan ərazilərdəki 



yarımsəhra landşaftlarından başlamış 4466  m səviyyəsindəki yüksək dağlığın 

nival  landşaftlarına  qədər rəngarəng  landşaft  strukturuna malik olan Böyük 

Qafqazın şimal-şərq yamacında əsasən  

1.

 



Nival – subnival 

2.

 



Yüks

ək dağ – çəmən 

3.

 

Dağ – meşə 



4.

 

Dağ – meşə - çöl, çəmən – kolluq 



5.

 

Alçaq v



ə orta dağlığın dağ çölləri 

6.

 



Alçaq dağlığın və düzənliklərin yarımsəhra kompleksləri ayrılır.  

T

ədqiqatımızın əsas məqsədi Böyük Qafqazın şimal-şərq yamacları üçün 



s

əciyyəvi olan biogeokimyəvi cəhətdən daha fəal makro-  və  mikro element-

l

ərin  miqrasiyası  və  konsetrasiyasının  ümumi  qanunauyğunluqları  əsasında, 



müxt

əlif  hündürlük  qurşaqları  üzrə  yayılmış  bu  landşaft  komplekslərinin 

geokimy

əvi xüsusiyyətlərini aşkar etməkdir.  



Bu m

əqsədlə ayrı-ayrı landşaft kompleksləri üçün xarakterik olan yerlər-

d

ə torpaq kəsimləri qoymaqdan ötrü xüsusi meydançalar seçilmiş, həmin mey-



dançalardan süxur, torpaq, bitki v

ə  su nümunələri  götürülmüşdür.  Toplanmış 

nümun

ələr laboratoriya şəraitində həm kimyəvi, həm də spektral analiz yolu ilə 



t

ədqiq edilmiş, landşaft komponentlərinin əlaqəli və müqayisəli analizi metodu 

il

ə  müxtəlif bioloji iqlim xüsusiyyətlərinə  malik olan ərazilərdə  kimyəvi 



elementl

ərin miqrasiyası  və  konsentrasiyasının  qanunauyğunluqları  aşkara 

çıxarılmışdır.  

Ayrı-ayrı landşaft kompleksləri üçün səciyyəvi olan bir sıra xəstəliklərlə 

müxt

əlif mikroelementlərin  konsentrasiyası  arasında  korrelyativ  əlaqənin 



əyyən edilməsi, nəticədə “Böyük Qafqazın Şimal Şərq yamacının ekogeo-

kimy

əvi landşaftları” xəritə-sxemini tərtib etməyə imkan yaratmışdır (şəkil 1). 



 T

ədqiqat  ərazisinin xəritə-sxeminin tərtibatında  Respublikamızda  ilk 

d

əfə  nəşr  edilən “Ekoloji Atlas”a  daxil  edilmiş “Azərbaycan Respublikasının 



Tibbi-ekogeokimy

əvi  landşaft  xəritəsi”ndən  (B.Ə.Budaqov,  A.H.Əhmədov, 

Q.İ. Rüstəmov, 2009,2010), yerli Səhiyyə təşkilatlarının, Respublika Səhiyyə 



 

154 


Nazirliyinin  fond  materiallarından,  eləcə  də  çoxillik çöl tədqiqatları  zamanı 

müxt


əlif mənbələrdən əldə edilmiş məlumatlardan istifadə olunmuşdur. 

 

Müxt



əlif landşaft kompleksləri üçün daha çox xarakterik olan xəstəlikləri 

v

ə  bu xəstəliklərin törənməsinə  səbəb  olan  anomaliyalardakı  çatışmayan  və 



əksinə, konsentrasiyası yüksək olan makro – və mikroelementləri özündə əyani 

şəkildə əks etdirən bu xəritə - sxemdə şərti işarələr kimi seçilmiş “kvadratlar” – 

çox  geniş  yayılmış,  “üçbucaqlar”  –  geniş  yayılmış,  “ulduzcuqlar”  isə  az 

yayılmış xəstəlikləri göstərir.  

T

ərtib etdiyimiz xəritə  sxemdə  landşaft  kompleksləri  (tiplər) daxilində 



kimy

əvi elementlərin miqrasiya şəraitinə görə ayrılan allüvial (Al), transallü-

vial (TA), superakval (SA), transakkumulyativ (TAk) v

ə  akkumulyativ (Ak) 

geokimy

əvi  landşaftlar  müvafiq  simvolik  işarələrlə  göstərilmişdir.  Surətdə 



izafi, m

əxrəcdə  isə  defisit  (çatışmayan)  mikroelementləri  əyani  şəkildə  təsvir 

ed

ən geokimyəvi formulaların verilməsi isə müxtəlif landşaft tipləri daxilində 



aşkar edilmiş anomaliyalardakı geokimyəvi şəraiti həm xəritə-sxemin özündə 

(şək.  1), həm də  onun  legendasında  (şək.  2)  daha  aydın  görməyə  imkan 

yaratmışdır.  

Dağlıq  ərazilərdəki  landşaftların  geokimyəvi təsnifatına  uyğun  olaraq, 

biz, t

ədqiq etdiyimiz Böyük  Qafqazın  şimal-şərq  yamacındakı  nival-subnival 



landşaftları  abiogen  landşaftlar  sırasına,  qalan  landşaftları  isə  biogen 

miqrasiyanın üstünlüyü ilə əlaqədar olaraq biogen landşaftlara aid etmişik.  

Şimal-şərq yamacda geokimyəvi  landşaftların  formalaşması  və  inkişafı 

prosesi  bir  sıra  amillərin təsiri  altında  gedir.  Bütün  dağlıq  ərazilərdə  olduğu 

kimi burada da torpaq-

bitki örtüyünün formalaşmasında şaquli zonallıq özünü 

göst

ərir.  Bioloji  dövranın  xüsusiyyətləri ilə  əlaqədar  olaraq  Böyük  Qafqazın 



şimal–şərq  yamacındakı  landşaftlar  dağ-çəmən,  dağ-meşə, çöl və  yarımsəhra 

landşaftları  olmaqla  dörd  qrupa,  qruplar  isə  müxtəlif  landşaft  tiplərinə 

ayrılmışdır (xəritə - sxemin legendasına bax). 

Geokimy


əvi  landşaft  qrupları  bioloji  kütlənin həcminə  görə, tiplər isə 

bioloji m

əhsuldarlığın biokütləyə nisbətinə görə müəyyənləşdirilmişdir. Məhz 

bu prinsipl

ər  əsasında  alp  və  subalp çəmənlikləri  ayrıca  landşaft  tipi  kimi 

yüks

ək  dağ-çəmənləri qrupuna  aid  edilmiş,  dağ-meşə  landşaftları  qrupu 

daxilind


ə isə orta dağlığın enliyarpaqlı meşələri, dağətəyi enliyarpaqlı meşələr 

v

ə  dağətəyi  arid  meşə  kolluqlar  ayrıca  landşaft  tipləri kimi verilmişdir.  Üç 



landaşft tipi – dağarası düzənliklərin çəmən-meşə-çöl landşaftları; dağətəyi çöl 

v

ə  quru çöllər; düzənliklərin  quru  çöl  landşaftları  çöllər qrupuna,  dağarası 



düz

ənliklərin  yarımsəhraları  isə  müstəqil  landşaft  tipi  kimi  yarımsəhra 



qrupuna aid 

edilmişdir.  

T

ədqiqatın  əhatə  dairəsi  çox  geniş olduğundan  hələlik  Böyük  Qafqazın 



şimal-şərq yamacındakı landşaft qurşaqlarından, ancaq dağ-meşə kompleksləri-

nin müf


əssəl  şərhini verməklə  kifayətlənəcəyik.  Böyük  Qafqazın  şimal-şərq 

yamacının  meşə  komplekslərinin ümumi sahəsi 92.147 ha təşkil  edir.  Bu 

meşələrin 45,1%-ni  fıstıq  meşələri (41.613 ha), 42,4%-ni  palıd  meşələri 



 

155 


(39.101 ha), 10,5 %-ni is

ə vələs meşələri təşkil edir. Bu 3 ağac cinsi regionun 

meşə  örtüyü sahəsinin 98,0%-nə  bərabərdir.  Qalan  meşə  ilə  örtülü sahə  isə 

d

əmirqara, qızılağac, titrəkyarpaq qovaq və digər ağac cinslərinin payına düşür 



(

N.Ə.Əliyeva, 2003). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Böyük Qafqazın şimal-şərq yamacındakı dağ-meşə kompleksləri əsasən 

600-700 m-l

ə  2000-2200 m yüksəkliklər  arasında  çox  geniş  bir  ərazidə 



 

156 


yayılmışdır. Ərazinin iqlim və litoloji şəraitindən asılı olaraq meşələrin yuxarı, 

orta v


ə  aşağı  qurşaqları  öz  müxtəlifliyi ilə  fərqlənir və  buna müvafiq olaraq 

dağ-meşə kompleksləri landşaft-ekoloji şəraitə görə orta dağlığın enliyarpaqlı 

meşələrini,  dağətəyi  enliyarpaqlı  meşələri və  dağətəyi  arid  meşə  kolluqları 

əhatə edir.  

Meşə qurşağının yuxarı hissələri mülayim soyuq iqlim şəraitində inkişaf 

etdiyi 


halda, onun aşağı hissələri mülayim – isti iqlim şəraitində formalaşır. Bu 

s

əbəbdən meşələrin yuxarı hissələrində fıstıq, vələs ağacları, aşağı hissələrində 



is

ə  əsasən  palıd  və  quraqlığa  davamlı  digər  ağac  növləri  inkişaf  edir.  Orta 

dağlıq qurşaq əsasən palıd, palıd-vələs meşələrindən ibarət olub 500-600–1100 

m yüks


əkliklərdə yayılmışdır. Buranın meşə örtüyü iberiya palıdı və vələsdən 

ibar


ətdir. Regionun orta dağ-meşə qurşaqlarında fısdıq meşələri, yüksək dağ-

meşə qurşağında isə Şərq palıdı, tozağacı və quşarmudu meşələrinin qalıqları 

saxlanılmaqdadır. (Quliyev V.Ş., Xəliliv M.Y.1998; Əliyeva N.Ə. 2003). 

Fıstıq-vələs  meşələri  altında  qonur  dağ-meşə  torpaqları,  dağətəyi  palıd 

meşələri və  arid  meşə  -  kolluqlar  altında  qəhvəyi və  boz-qəhvəyi  meşə 

torpaqları  inkişaf  etmişdir.  Kimyəvi analizlərin nəticələrinə  görə  həm qonur, 

h

əm də  qəhvəyi  dağ-meşə  torpaqlarının  tərkibində  SO



4

-Ca-


Na  (sulfatlı-

kalsiumlu-natriumlu), HCO

3

-Ca-


Na  (hidrokarbonatlı-kalsiumlu-natriumlu) 

duzlar üstünlük t

əşkil edir.  

Spektral analizl

ərin nəticələrinə görə tədqiq etdiyimiz ərazidəki qonur və 

q

əhvəyi  dağ-meşə  torpaqlarının  tərkibində  B,Mo,V,Pb və  Co kimi 



mikroelementl

ərin  çox  olması  müəyyən  edilmişdir.  Bu  torpaqların  tərkibində 

Cu, Zn, Sr, Zr, Ba, Ti v

ə  Ni-in  miqdarının  az  olması  isə  torpaqəmələgətirən 

süxurların geokimyəvi xüsusiyyətlərindən asılıdır.  

Qonur d


ağ-meşə  torpaqlarında  humusun  miqdarı  profil  boyu  torpağın 

aşağı qatlarına doğru tədricən azalır. Torpağın mühiti zəif turş və neytral, bəzi 

yerl

ərdə  isə  zəif qələvili  olub, PH-ın  miqdarı  5,5-lə  8,0  arasında  dəyişir.  Bu 



torpaqların tərkibindəki duzların ümumi miqdarı 0,25-0,77% hədləri daxilində 

d

əyişib, orta hesabla 0,46% təşkil edir.  



Q

əhvəyi dağ-meşə torpaqları qonur dağ-meşə torpaqları ilə dağətəyi arid 

meşə  kolluqların  yayıldığı  zonaların  arasında  400-1200 m mütləq yüksək-

likl


ərdə  karbonatlı  gillərin və  mergellərin,  gilli  şistlərin və  konqlomeratların 

aşınma məhsulları üzərində formalaşır. Bu torpaqlar nisbətən quru və isti iqlim 

şəraitində  əsasən  kserofit  palıd  meşələrinin, kolluq və  ot bitkilərinin  altında 

yayılmışdır.  

Palıd  və  palıd-vələs  meşələrinin yerüstü bioloji kütləsinin parçalanaraq 

t

ədricən humat birləşmələr  şəklində  toplanması  nəticəsində  bu  torpaqların 



t

ərkibində humusun miqdarı 8-12%-ə çatır. Dərinlik artdıqca humusun miqdarı 

t

ədricən 0,3-0,1 %-ə qədər azalır.  



Q

əhvəyi  dağ-meşə  torpaqlarının  mühiti  əsasən neytral və  zəif qələvili 

olub, PH-

ın miqdarı 6,9-la 8,3 arasında dəyişir. Karbonatların torpağın yuxarı 

qatlarından  yuyulması  torpaq  profilinin  üst  qatlarında  zəif qələvi mühitin 



 

157 


yaranmasına (PH=7,3–8,2), onların aşağı qatlarda toplanması isə mühitin daha 

da q


ələviləşməsinə səbəb olur. 

Torpaq profilind

ə  kimyəvi elementlərin  paylanmasına  dair  statistik 

göst


əricilərin öyrənilməsi nəticəsində  müəyyən  edilmişdir  ki,  dağ-meşə 

torpaqlarının  humus  qatında  B,  V,  Pb,  Mo  və  Co-ın  miqdarı  yol  verilən 

konsentrasiya h

ədlərinə (YKH) nisbətən uyğun olaraq 10,2; 2,5; 2,3; 1,8 və 1,7 

d

əfə çoxdur. Aşağı qatlarda bu kimyəvi elementlərin miqdarı YKH-ni daha da 



aşıb  keçir  ki,  bu  da  dağ-meşə  torpaqlarının  həmin mikroelementlərlə 

çirkl


əndiyini göstərir.  

Şimal-şərq  yamacdakı  dağ  meşələrinin  ayrı-ayrı  landşaft  tiplərinin 

geokimy

əvi xüsusiyyətlərini  əks etdirən  formulaların  ifadəsi  orta  dağlığın 



enliyarpaqlı meşələri üçün  

Ca

SO

4





Na

Ca

SO



4

 

1



,

0

2



,

0

3



,

0

4



,

0

7



,

1

8



,

1

5



,

2

6



,

2

Zn



Ni

Ti

Mn

Co

Mo

B

Pb

 

şəklində 



dağətəyi enliyarpaqlı meşələr üçün  

 

Na



Ca

SO



4

;   


 

1

,



0

5

,



0

6

,



0

5

,



1

6

,



1

5

,



2

0

,



3

Zr

Ba

Cu

Mo

V

Pb

B

 

şəklindədir. 



 

Dağətəyi arid meşə kolluqlardakı geokimyəvi şəraiti isə 

 

Na

Ca

HCO



3

 



1

,

0



5

,

0



6

,

0



8

,

0



5

,

1



3

,

4



5

,

2



0

,

10



Ti

Sr

Ni

Cu

Co

Pb

V

B

 kimi 


 

formulalarla s

əciyyələndirə  bilərik. Xəritə-sxemdən və  geokimyəvi 

formulalardan  göründüyü  kimi  orta  dağlıqda  SO

4

-

Ca  (sulfatlı-kalsiumlu) və 



SO

4

-Ca-



Na (sulfatlı-kalsiumlu-natriumlu) duzlar üstünlük təşkil edir. Buradakı 

landşaftlarda  izafi  miqdarda  olan  mikroelementlər Pb, B, Mo və  Co, 

çatışmayan (defisit olan) mikroelementlər isə Mn, Ti, Ni və Zn-dir. Bu landşaft 

tipi daxilind

ə endemik zob, diş kariyesi kimi xəstəliklər çox geniş yayılmışdır. 

Qurşaq  daxilində  onkoloji xəstəliklər  geniş  yayılmış,  əsəb xəstəlikləri isə  az 

yayılmış xəstəliklər sırasındadır. 

Dağətəyi enliyarpaqlı meşələr SO

4

-Ca-


Na (sulfatlı-kalsiumlu-natriumlu) 

duzların  üstünlüyü  ilə  səciyyələnir.  Bu  landşaftlarda  mikroelementlərdən B, 

Pb,V v

ə Mo-nin klarka nisbətən uyğun olaraq 3,0; 2,5; 1,6 və 1,5, 3 dəfə çox 



olması Cu, Ba, və Zr-un isə çatışmaması müşahidə edilir.  

Ərazi üçün səciyyəvi olan xəstəliklərdən  endemik  zob,  diş  kariyesi  və 

flüoroz x

əstəliklərinin  geniş  yayılmaşı, onkoloji xəstəliklərin isə  az  yayılmış 

x

əstəlik olması müəyyənləşdirilmişdir.  



N

əhayət,  dağətəyi arid-meşə  kolluqlar  landşaft tipi HCO

3

-Ca-Na 


(hidrokarbonatlı-kalsiumlu-natriumlu) birləşmələrin, B, V, Pb və  Co kimi 


 

158 


mikroelementl

ərin  çoxluğuna;  Cu,  Ni,  Sr  və  Ti-nın  (defisit  mikroelementlər 

olmasına)  az  olmasına  görə  digər  landşaft  tiplərindən fərqlənir. Burada 

brusellyoz v

ə əsəb sistemi xəstəliklərinin geniş yayılmış; onkoloji xəstəliklərin 

v

ə həzm sistemi xəstəliklərinin çox geniş yayılmış xəstəliklər sırasında olması 



qeyd

ə alınmışdır.  

əyyən  edilmişdir  ki,  dağ-meşə  landşaftlarının,  demək olar ki, bütün 



komponentl

ərində (süxur, torpaq, bitki və s.) As,Cu,Zn,Pb və W-ın miqdarı çox 

vaxt yol veril

ən konsentrasiya hədlərindən yüksək olur. Bu kimyəvi 

elementl

ərin  miqdarı,  xüsusilə  ərazidəki  torpaqların  humus  qatında  icazə 

veril

ən konsentrasiya hədlərini  aşıb  keçir  ki,  bu  da  dağ-meşə  landşaftlarının 



h

əmin mikroelementlərlə çirkləndiyini göstərir.  

Mikroelementl

ərdən təkcə  Mn-ın  miqdarının  dağ-meşə  torpaqlarının 

t

ərkibində müəyyən edilmiş norma həddi daxilində (0,04%-dən 0,3%-ə qədər) 



olduğu  müəyyən  edilmişdir.  Digər mikroelementlərdən  bir  qisminin  miqdarı 

əyyən  edilmiş  hədləri  aşır  ki,  bu  barədə  artıq  yuxarıda  qeyd  edilmişdir. 



Mikroelementl

ərdən bir qismi (məsələn, Ni,Ti və s.) üçün torpağın tərkibində 

onların  mümkün  sayıla  bilən  (normal)  miqdarı  hələlik müəyyənləşdiril-

m

ədiyindən bu  elementlərin  dağ-meşə  landşaftlarını  çirkləndirib-



çikl

əndirilməməsi haqqında mühakimə yürütmək mümkün deyildir. 

Lakin  artıq  sadaladığımız  göstəricilər belə  bir nəticə  çıxarmaq  üçün 

kifay


ətdir ki, ekoloji-geokimyəvi cəhətdən dağ-meşə landşaftları dağ-çəmən və 

nival-


subnival  landşaft  qurşaqlarına  nisbətən Pb,As,Cu,Zn və  V-la müəyyən 

q

ədər çirkləndirilmiş bir ərazi kimi səciyyələndirilməlidir.  



M

əlumdur  ki,  landşaftda  müəyyən makro-  və  mikroelementlərin 

normadan az v

ə ya çox olması daimi yaşayış yeri geokimyəvi anomaliyalarda 

olan canlılarn və xüsusilə insanların həyatı və sağlamlığı üçün təhlükə törədir. 

Buna gör


ə  də  apardığımız  tədqiqatların  nəticələri bir daha kimyəvi 

elementl


ərin istər artıqlığı, istərsə də çatışmazlığı müşahidə olunan ərazilərdə 

g

ələcəkdə də landşaftların optimallaşdırılmasının vacibliyini, anomal sahələrdə 



kimy

əvi  meliorasiya  işlərinin görülməsi,  canlı  aləmin həyatı  üçün  təhlükəli 

olan yerl

ərdə sanitar-gigiyenik vəziyyəti yaxşılaşdırmaq üçün xüsusi kompleks 

tibbi-

coğrafi  tədqiqatların  aparılması  kimi  tədbirlərin həyata keçirilməsinin 



z

əruri olduğunu göstərir.  

 

ƏDƏBİYYAT  

1.

 



Алиев Г.А. Почвы Болъшого Кавказа . ч. I. Баку: Элм, 1978. 

2.

 



Алексеенко В.А. Геохимическая экология. М.: Логос, 2010. 

3.

 



Az

ərbaycan Respublikasının konstruktiv coğrafiyası. III cild. Bakı: Elm, 2000. 

4.

 

Будагов Б.А. Современные естественные ландшафты Азербайджанской ССР. Баку: 



Элм, 1998. 

5.

 



Будагов  Б.А.  Ландшафтная  карта  Азербайджанской  ССР.  АН  Азербайджан  ССР, 

Науки о Земли, №6. Баку, 1973. 

6.

 

Budaqov  B.Ə.,  Əhmədov A.H., Rüstəmov  Q.İ.,  Qəhrəmanov  A.İ.  Azərbaycanın 



geokimy

əvi landşaft xəritəsi. Bakı, 2000. 




 

159 


7.

 

Budaqov  B.Ə.,  Əhmədov A.H. Rüstəmov  Q.İ.  Azərbaycan  landşaftlarının  tibbi-



ekogeokimy

əvi diferensasiya xüsusiyyətləri və  onların  xəritələşdirilməsi AMEA-nın 

“X

əbərlər”i, Yer elmləri №3, 2009, s. 48-52. 



8.

 

Budaqov  B.Ə.,  Əhmədov A.H., Rüstəmov  Q.İ.  Tibbi-ekogeokimyəvi  landşaft  xəritəsi. 



Az

ərbaycan Respublikasının ekoloji atlası. Bakı, 2010, s. 106-108. 

9.

 

Будагов  Б.А.,  Микаилов  А.А.  Развитие  ландшафтов  Юго-Восточного  Кавказа  в 



связи новейшей тектоникой. Баку: Элм, 1985, с. 176. 

10.


 

Глазовская М.А. Геохимические основы типологии и методики исследований при-

родных ландшафтов. Смоленск: Ойкумена, 2002, с. 217. 

11.


 

Ковальский В.В. Геохимическая экология. М.: Наука, 1974, с. 73-74. 

12.

 

Ковальский В.В. Геохимическая среда и жизнь. М.: Наука, 1982, с. 



13.

 

Мусеибов М.А. Ландшафты Азербайджанской Республики. Баку: БГУ, 2003, с. 151. 



14.

 

Перельман А.И., Касимов Н.С. “Геохимия ландшафта”. М.: Астрея, 2000, с. 183. 



15.

 

Фортескъю Дж. Геохимия окружающей среды. М., 1985, с. 289. 



16.

 

Quliye



v  V.Ş.,Xəlilov M.Y.Azərbaycanın  həmişəyaşıl  ağac  və  kolluqları.  Bakı: 

Ekologiya,1998, 80 s. 

17.

 

Əliyeva  N.Ə.  Böyük  Qafqazın  şimal-şərq  yamacının  meşə  örtüyünün antropogen 



deqradasiyası. “BDU Xəbərləri”, təbiət elmləri seriyası, №2, Bakı, 2003, s. 144-147. 

 

ЭКОГЕОХИМИЧЕСКИЕ ОСОБЕННОСТИ ЛАНДШАФТНЫХ КОМПЛЕКСОВ  



СЕВЕРО-ВОСТОЧНОГО СКЛОНА БОЛЬШОГО КАВКАЗА 

 

А.А.МИКАИЛОВ, Г. И. РУСТАМОВ, А. М. РУСТАМОВА, Л.Г.ГАСАНАЛИЕВА  

 

РЕЗЮМЕ 

 

На  основе  геохимических  исследований  определена  коррелятивная  связь  между 



концентрации ряда химических элементов с определенными человеческими болезнями и 

составлена ландшафтно-экогеохимическая карта-схема, на которой отражены наиболее 

характерные болезни и степень распространения заболеваний, связанных с аномальной 

концентрацией химических элементов в различных ландшафтных поясах. 

В статье обширно комментируются экогехимические особенности ландшафтных 

комплексов, находящихся на Северо-Восточном склоне Большого Кавказа.  

Авторы  считают  необходимым  и  в  дальнейшем  провести  геохимико-

профилактические, мелиоративные мероприятия и комплексные медико-географические 

исследования  ради  создания  благоприятных  условий  для  людей  и  других  живых  орга-

низмов, живущих в геохимических аномалиях. 

 

Ключевые слова: ландшафтные комплексы, геохимический анализ, корреляция, 

химические элементы 

  

ECOGEOCHEMICAL FEATURES OF L

ANDSCAPE

 COMPLEXES OF NORTH-

EASTERN SLOPE OF THE GREATER CAUCASUS 

 

A.A.MIKAYILOV, G.I .RUSTAMOV, A.M.RUSTAMOVA, L.G.HASANALIYEVA 

 

SUMMARY 



 

On the basis of geochemical studies, the correlation between the concentration of some 

chemical elements with certain human diseases  has been identified  and landscape 

e

сogeochemical schematic map which shows the most characteristic deseases and the extent of 




 

160 


the spread of diseases associated with abnormal concentrations of chemical elements in 

different landscape zones has been composed. 

The article analyzes  ecogeochemical  features  of  l

andscape


  c

omplexes located on the 

North-Eastern Slope of the Greater Caucasus. 

The authors consider it necessary to continue to  hold a  geochemist preventive, 

meliorative measures and integrated medical and geographical research in order to create an 

enabling environment for people and other organisms living in the geochemical anomalies. 

 

Key words: landscape complexes, geochemical analysis, correlation, chemical elements 

 

 



 

 

Redaksiyaya daxil oldu: 27.09.2013-cü il 



Çapa imzalandı: 27.01.2014-cü il 

 

 



 

 

 



 

 

Yüklə 105,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə