Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə122/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   114   115   116   117   118   119   120   121   122

BÖYÜK 
SADİQLİK
357-ci
gün
gün
357
Din öz iradəmizi yox, Allahın iradəsini
yerinə yetirməkdən başqa bir şey deyil.
Cənnət və cəhənnəm yalnız bundan asılıdır.
Susanna Vesli, Con Vesli və Çarlz Veslinin anası.
BÖYÜK 
SADİQLİK


358-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük pastor – birinci hissə
ŞİMALİ KOREYA: PASTOR İM
“Siz mənim bədənimi məhv edə bilərsiniz, amma ruhumu yox,” – deyə, cəsur koreyalı pastor 
zorla içəri girmiş Şimali Koreyanın kommunist qoşunlarına cavab verdi. “Mən marksist 
təbliğatını öz vəzimə qoymayacağam. Mən bilirəm ki, siz gecə başqa pastorları evlərindən 
çıxarıb, sizin əmrlərinizə itaət etmədiklərinə görə onlara işgəncə vermisiniz və bədənimə nə 
edəcəyinizin mənim üçün fərqi yoxdur.”
Pastor İm danışdıqca zabitin qəzəbi daha 
da artdı. Sonra o, nifrət hissi ilə dedi: “Əgər 
sənin özün üçün fərqi yoxdursa, onda ailən 
haqda fikirləş. Onları da öldürəcəyik. Pastor 
İm qərarsız qaldı. Ona zərər vurulacağını 
gözləyirdi, amma ailəsini heç nəzərə alma-
mışdı. O, sakitcə kommunist zabitinə dedi: 
“Mən Rəbbimə xəyanət edib ailəmi xilas 
etməkdənsə, onların və mənim sədaqətli qal-
mamı bilib, yoldaşımın və uşaqlarımın sənin 
silahından ölməsini üstün tuturam.”
“Aparın onu” – deyə, zabit əmr etdi. 
Pastor İm qaranlıq həbsxanada iki il sax-
lanıldı və orda ona üzünü qırxmağa və pal-
tarını dəyişməyə icazə verilmirdi. O, ruh 
yüksəkliyini Müqəddəs Kitabda ona dəyərli 
olan bir ayəni əzbər söyləməklə saxlayır-
dı. Hər gün başqaları, onun təcrid olun-
muş balaca həbsxana kamerasından, Pastor 
İmin məhəbbət dolu və arxayınlıqla əzbər 
söylədiyi, İsanın vəd etdiyi Yəhya 13:7: 
“Mənim nə etdiyimi sən indi bilməzsən, am-
ma sonra anlayacaqsan” kəlamını eşidirdilər.
“Sonra.”  Müasir  cəmiyyətdə  bir  an-
da  hazır  olan  qəhvə,  nağd  pul,  rahatlıq 
olduğu  halda,  “sonra”,  demək  olar  ki, 
köhnəlmiş  ifadədir.  Bizə  lazım  olanı,  biz 
indi  əldə  etmək  istəyirik,  sonra  yox.  İd-
man,  əyləncə  və  hava  haqqında  xəbərlər 
– hətta media həyatın hər bir sahəsindən 
bizə  ən  son  hadisələri  təqdim  edir.  Bu-
na  baxmayaraq,  hökm  sürən  və  vaxtla 
məhdudiyyətsiz idarə edən Allah, hələ də 
“sonra” prinsipi ilə hərəkət edir. Biz Ona 
indi etibar etməyə və hətta qeyri-müəyyən 
olsa  belə,  hadisələri  anlamağı  təxirə  sal-
mağa hazırıqmı? Əgər sən indi sınaqlardan 
keçirsənsə,  anlama  deyil,  etibar  sənin  ən 
dəyərli müsbət keyfiyyətindir. Sənin anla-
mağa olan həvəsini üstələmək üçün, Allah-
dan, böyük etibar etmək bacarığını xahiş et. 
Mənim nə etdiyimi sən indi 
bilməzsən, amma sonra anlayacaqsan. 
Yəhya 13:7


359
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük pastor – ikinci hissə
ŞİMALİ KOREYA: PASTOR İM
1950-ci ilin sentyabrında Birləşmiş Millətlər təşkilatının qoşunları zəbt edilmiş torpaqları 
yenidən əldə edəndə: “Amma mən kommunist deyiləm. Siz mənə inanmalısınız,” – deyə, Pas-
tor İm onlara yalvardı. Şimali Koreyanın kommunist əsgərləri İmi, Məsih haqda vəz etdiyinə 
və öz vəzini keçmiş marksist təbliğatı ilə əvəz etməsindən imtina etdiyinə görə iki il təcrid 
olunmuş həbsxana kamerasına salmışdılar. 
BMT-nin qoşunları gələndə, o əmin oldu 
ki, yenə də azad insan ola bilər. Buna bax-
mayaraq, onlar onu kommunistlərlə səhv sal-
dılar və onu kommunist əsirləri ilə həbsxana 
kamerasına saldılar. 
Ürəyiyumşaq və vəziyyəti Allahın iradəsi 
kimi qəbul edən bir adam kimi, Pastor İm 
kommunist məhbuslarına da şəhadətlik et-
di. Bir çoxları Məsihə iman etdilər. “Biz bu 
həbsxanadakı təbliğçi haqda çox eşidirik” – 
deyə, amerikalı müjdəçi Koreyaya səfər edən 
öz dostuna dedi. 
“Madam ki, o, məhbusları yaxşı tanıyır, 
görəsən o, bizə müjdəçilik xidmətini təşkil 
etməkdə kömək edə bilər?” – deyə, o, sual 
verdi. Allah onların dualarına cavab verdi. 
Amerikalı müjdəçilər Pastor İm ilə 
ünsiyyət üçün icazə əldə edə bildilər. 
Beləliklə, “həbsxana müjdəçisi” sadiqcəsinə 
kömək etdi və Cənubi Koreyadakı həbsxana 
düşərgələrində vəz etməyə başladı. Minlərlə 
kommunist İsanı qəbul etdi. Bir il ərzində 
minlərlə məhbus səhər dua toplantıları üçün 
sübh tezdən oyanırdılar. 
Pastor İm heç vaxt yenidən öz ailəsini 
görmədi, buna baxmayaraq, həbsxana 
düşərgəsində minlərlə məhbus onun Məsihdə 
qardaşı oldu. 
“Bunun  mənası  nədir?”  Ədalətsiz 
əzabları  və  vəhşiliyi  görəndə  bu  sual  ha-
mının ağlına gəlir. Buna baxmayaraq, biz 
həmişə  Allahın  məqsədini  bilmirik.  Biz 
ancaq  bilə  bilərik  ki,  bu,  yaxşıdır  və  bu, 
sonda bizim yaxşılığımız üçündür. Biz sto-
lun  üstünə  düzülmüş  xırda  hissəciklərdən 
ibarət  böyük  şəklin  ayrıca  hissələriyik. 
Biz  gözümüzü  o  tərəf  bu  tərəfə  çeviririk 
və ətrafımızda olan bu şəklin hissələrinin 
düzgün yığılmadığını görürük. Biz özümü-
zü  dilxor  və  qorxmuş  hiss  edirik.  Amma 
Allah xırda şəkillərdən ibarət böyük şəklin 
Sahibidir – bütün şəkli görən yalnız Odur. 
O,  həyatının  hər  bir  hissəsini  eyni  vaxt-
da  görə  bilir.  Bu  böyük  məqsəd  üçün  O, 
bu hissələri necə yerləşdirməyi bilir. Sahi-
bin  gözlərinə  etibarla  baxıb,  haraya  səni 
yerləşdirməsindən  asılı  olmayaraq,  bun-
dan razı qalacaqsan?
Tədbirlərin əzəmətli, işlərin böyükdür!
Yeremya 32:19


360
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük milad hekayəsi
RUMINİYA: ARİSTAR
“Siz nə vaxtsa təzə otun iyini hiss etmisiniz?”
Aristar, cavan fermer oğlan, öz hekayəsinə 
başladı. “Elə bil ki, kimsə yazın təravətini 
götürüb və təzəliyini itirməmək üçün onu 
qablaşdırıb. Məryəm və Yusif onların uzun 
səyahətindən sonra tövləyə tərəf çatanda iyi, 
yəqin ki, hiss etmişdilər. 
Aristar milad haqda təbii olaraq danışdıq-
ca başqa məhbuslar diqqətlə qulaq asırdılar. 
“O, doğulan kimi atın qulaqları Xilaskarın 
səsinə tərəf dönmüşdü. Onlar çox yaxşı qulaq 
asırlar, İsa danışarkən biz də belə olmalıyıq.” 
Rumıniya həbsxanası, Tarğu-Oknadan 
kənarda kəskin soyuq olan milad axşamın-
da, qarın hündürlüyü iki metrə yaxın idi. 
Məhbusların paltarları, yeməkləri az idi 
və hərəsinə bir ədyal güclə çatırdı. Onla-
rın hamısı öz ailələri üçün darıxmışdılar və 
təskinlik tapmaq üçün Aristarın Məsihin do-
ğuluşu haqda hekayəsinə qulaq asırdılar.
O, davam etdi: “Ulduzun parıltısı, yəqin ki, 
aydan parlaq idi. Ola bilsin ki, o, tövlə qapısı-
nın pəncərəsindən içəri şölə saçırdı və xoruz 
Məsihin doğuluşunu elan edirdi.” Məhbuslar 
qulaq asdılar və ağladılar. Hekayədən sonra, 
kimsə oxumağa başladı və aydın, təmiz ha-
vada, tədricən əks-səda artmağa başladı. Hər 
kəs dayanıb gözəl səsə qulaq asmağa başladı. 
Hətta ciddi həbsxanada, Məsihin hədiyyəsi 
ilə bağlı hekayə çoxlarının ürəyini isitdi. 
Məsih təməl olduğu üçün, heç kim heç vaxt 
milad əhval-ruhiyyəsini söndürə bilməz.
Əlbəttə, milad ildə bir dəfə qeyd edilir. 
Milad bundan daha artıq bir şeydir, buna 
baxmayaraq, fəsildən asılı olmayaraq, bu, 
Məsihin  dünyaya  möcüzəli  gəlişini  qeyd 
edən  hər  kəsin  ürəyində  baş  verir.  Milad 
əhval-ruhiyyəsinin səmimiliyi bizim qaran-
lıq  vəziyyətlərimizə  işıq  saçır  və  Məsihdə 
olan ümidimiz haqda bizə xatırladır. Yerdəki 
qarı, rəngarəng işıqları və bəzədilmiş şam 
ağacını  görüb  görməməyimizdən  asılı  ol-
mayaraq, biz miladı qeyd edə bilərik. Hər 
hansı çətinliklərdən keçirsənsə, Məsih, eh-
tiyac içində olduğun vaxtlarda sənə kömək 
etmək üçün doğulub. Onun mərhəməti il bo-
yu davam edir. Axırıncı dəfə Məsihin ümi-
dini, ruhunda canlı hiss etdiyin an nə vaxt 
olub?  Bu  gün  vaxt  ayırıb  Məsihin,  sənin 
dünyanda  və  ürəyində  olan  doğuluşunu 
qeyd et. 
Bu gün Davudun şəhərində sizin üçün 
Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir.
Luka 2:11


361
gün
-ci
BÖYÜK 
SADİQLİK
Daha böyük görüntü
ŞƏRQİ AVROPA: MƏSİHÇİ MƏHBUS
Məhbus sərt, qəzəbli, üzü qızarmış, enli çiyinli qadın komandir müavininin qarşısına gətirildi. 
“Deməli, sən yenə Allah haqda məhbuslara vəz edirdin. Sən vəz etməyi dayandırmalısan!” 
Onun sifəti Şərqi Avropada olan kommunist həbsxanalarındakı qəzəbi təsvir edirdi. 
Məhbus sakit, amma dözümlü bir 
vəziyyətdə dayanmışdı. O, komandirə dedi 
ki, heç nə onu Xilaskar haqda danışmaqdan 
dayandıra bilməz. 
Komandir əlini qaldırıb məhbusu vur-
maq istədi, amma birdən dayandı. “Niyə 
gülürsən?” – deyə, o soruşdu. 
“Mən gülürəm, çünki gözlərində bir şeyi 
görürəm.” 
“Nəyi görürsən?”
“Özümü. Mən də bir vaxtlar tez co-
şan idim. Mən də hirsli idim və sevməyin 
həqiqətən nə demək olduğunu öyrənənə 
qədər əl qaldırardım. O vaxtdan bəri mən 
yumruğumu sıxıb əlimi qaldırmıram.” 
O, davam etdi: “Əgər sən mənim 
gözlərimin içinə baxsan, məni etdiyi kimi, 
özünü də yalnız Allahın səni edə biləcəyi 
kimi görəcəksən.” Məhbus özünün köhnə 
mənliyinin, təhqirə təhqirlə cavab verməklə 
onun hüquqlarını necə qoruya biləcəyini də 
görə bildi. Buna baxmayaraq, onun Məsihdə 
olan yeni həyatına görə, o, ancaq lütfkarlıq 
göstərdi və öz şəhadətini davam etmək hü-
ququnu qazandı.
Komandir əllərini aşağı saldı. O, heyrətə 
gəlmişdi və sakitcə dedi: “Çıx get.”
Məhbus, bir daha komandir müavini-
nin maneçiliyi olmadan, həbsxananın bütün 
yerlərində Məsih haqda şəhadət etməyə da-
vam etdi. 
Komandirin  məhbusu  əsəbiləşdirmək 
cəhdləri, ölü bir adamla mübahisə etmək ki-
mi idi. Elə bil ki, o, meyiti qıcıqlandırmağa 
çalışırdı. Sonda komandir məhbusda onun 
həqiqətən  kim  olduğunu  gördü:  Məsihdə 
yeni  məxluq.  Nifrətə  nifrətlə  cavab  verən 
köhnə  şəxs  artıq  yox  idi.  Onun  yerinə, 
məhbus, komandirə Məsihə bənzəyən rahat-
lıq və lütfkarlığı görməyə imkan verdi. Biz 
də beləcə özümüzü yeni nurda görməliyik. 
Biz düşmənə dünyəvi düşmənçiliklə cavab 
verməyə borclu deyilik. Keçmiş həyat tərzi 
üçün biz ölmüşük. Uyğun olmayan tərzdə 
hərəkət etmək üçün düşmən tərəfindən sənə 
yumruq dəyəndə, incidiləndə və qıcıqlandı-
rılanda, bu hekayədə olan məhbusdan ibrət 
götür. Özünü ölmüş kimi apar. 
Bu təlimə görə, əvvəlki həyat 
tərzinizə məxsus…olan köhnə mənliyi 
kənara atın, ruhən və əqlən yeniləşin, 
əsl salehlik və müqəddəsliklə Allaha 
bənzər yaradılmış yeni mənliyə 
bürünün.
Efes. 4:22, 24


362-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük çayı keçmək
TAİLAND: HO QARDAŞ
Ho qardaş və onun dostu, Mekonq çayının buzlu sularına girəndə xəstə idi və qızdırmadan ya-
nırdı. Kommunist əsgərləri kolleci dağıtmazdan qabaq onlar Laosda Müqəddəs Kitab kollecinin 
tələbələri idilər. 
Tailanda gedərkən onlar güclə qaçıb can-
larını qurtara bilmişdilər. Onlar məsihçi ol-
mayan ailələri ilə sağollaşa bilmədilər, çünki 
polisə təslim edilə bilərdilər. Beləliklə, on-
lar sakitcə dua etdilər və bellərindən asıl-
mış qiymətli bir yük ilə soyuq, palçıqlı çaya 
girdilər, bu yük plastikə bükülmüş Müqəddəs 
Kitablar idi. Malik olduqları başqa dünyəvi 
şeylər isə geridə qalmışdı. 
Ho fikirləşdi: “Ya Rəbb, ən azından əgər 
biz ölsək, onlar biləcəklər ki, biz məsihçiyik 
və ümid edirik ki, onlar bu Müqəddəs Kitabı 
oxuyacaqlar.”
Çayda yolun yarısını keçəndə, Honun dos-
tu yorğunluqdan plastik çantanın üstündə 
üzmək üçün onu sinəsinə tərəf çevirdi. 
Qəfildən çıxan şappıltı səsi yaxınlıqdakı 
qüllədə olan gözətçilərə çatdı və onlar projek-
tor işığını çaya saldılar. İşıq plastik bağlama-
ların birinin üzərinə düşdü və gözətçi bunun 
sadəcə bir balıq olduğunu fikirləşdi. 
Bir az sakitləşib, Ho və onun dostu ça-
yın Tailand tərəfinə keçib gəldilər. Onlar 
Müqəddəs Kitabların içində əbədi həyat 
kəlamı olduğuna və o gecə onların həyatını 
xilas etdiyinə görə Allaha minnətdar oldu-
lar. Sağ-salamat gəlib çatandan sonra, on-
lar özlərini Tailandın qaçqın düşərgələrində 
xidmət etməyə həsr etdilər. 
Bu hekayədəki müjdəçilər kağız və dəri 
cilddən daha böyük bir şeyə arxayın idilər. 
Onlar Allaha arxayın idilər. Buna baxma-
yaraq, onların gecə yarısı çaydan keçməsi 
bizə  Müqəddəs  Kitabın  həyatımızda  oy-
nadığı  dəqiq  rolu  göstərir.  Biz  Allahın 
kəlamına  elə  arxayın  olmalıyıq  ki,  sanki 
bizim həyatımız ondan asılıdır. Yəqin ki, bu 
həqiqətin hərfi reallıq olduğu bir yerə biz 
düşməyəcəyik.  Buna  baxmayaraq,  təsvir 
aydındır. Biz öz həyatımızı qorumaq üçün 
Müqəddəs Yazıların vədlərindən yapışma-
lıyıq.  Biz  çətinlik  içində  olanda,  bu  qarı-
şıqlıqdan çıxmaq üçün kifayət qədər uzağa 
üzə  bilmirik.  Biz  Allahın  kəlamı  üstündə 
“üzməliyik”, yoxsa biz hamımız batacağıq. 
Sənin qayda-qanunlarını gör nə qədər 
sevirəm, ya Rəbb, məhəbbətinə görə 
mənə həyat ver.
Zəbur 119:159


363
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük sövq olunma
RUMINİYA: SABİNA VURMBRAND 
Evlilik illərində Sabina Vurmbrand heç vaxt həyat yoldaşına olan məhəbbətində tərəddüd 
etməmişdi. Amma çoxdandır o, həbsxanadakı yoldaşı haqda eşitməmişdi. Hətta şayiələr 
gəzirdi ki, o həlak olub, amma Sabina hiss edirdi ki, Allah ona dözməyi və inanmağı deyir. Nə 
vaxtsa onlar bir yerdə olacaqlar?
Sabina hələ də cavan idi, yeniyetmə oğ-
lunu da böyütməli idi və tez-tez məhəbbətə 
və qarşılıqlı münasibətə sövq olunurdu. 
Beləliklə, mehriban, yaraşıqlı Paul adında 
məsihçi onlara gəlib onun oğluna dərslərində 
kömək edəndə, təbii olaraq, Sabina özünü 
cəlbedici hiss edirdi. Bəzən onlar gəzməyə 
çıxanda oğlan, onun əllərindən tutardı, ya da 
həsrətlə onun gözlərinə baxardı. 
Sonda Sabina ən çətin qərarı verdi. O bi-
lirdi ki, əgər yoldaşına yenidən qovuşacağına 
inanmağa davam edirsə, o, hər bir sövq olun-
madan çəkinməli və fikrini Allahın vədində 
cəmləşdirməlidir. O, Pauldan bir daha onun 
yanına gəlməməyi xahiş etdi. O, başa düşdü 
və gülər üzlə razılaşdı. 
Qısa bir vaxtdan sonra, Allah onun sadiq-
liyini mükafatlandırdı. Bir gün o, məbəddə 
döşəməni yuyanda, bir poçt açıqcası zərfi 
aldı. O, “Vasiliy Georgesku” adı ilə imzalan-
mışdı, amma onun yoldaşının xəttini səhv 
salmaq olmazdı. 
Bu sözləri oxuduqca onun gözləri doldu: 
“Vaxt və məsafə balaca sevgini boğur, amma 
böyük sevgini daha da güclü edir.” 
Təqib  olunan  məbədin  hekayələri,  əsl 
insanların  əsl  emosiyaları  haqqında-
dır.  Hekayənin  baş  qəhrəmanı  mükəmməl 
surətdə bəzədilmiş cazibəli aktyor və akt-
risalar deyil. “Şəhidlərin səsi” gerçəkliyin 
və həqiqətin səhv salınmaz səsidir. Yolda-
şının təqib edilməsinin nəticəsindən sonra 
Sabina  günaha  sövq  olma  ilə  manipulya-
siya  edildi.  Bəli,  onun  yoldaşı  sınaqlara 
çəkilirdi.  Amma  Sabinanın  da  imanı  yox-
lanılırdı.  Təqib  bizə  müxtəlif  səviyyələrdə 
toxunur.  Qısa  müddət  çətin  sınaqlara 
dözən  insan  sınaq  bitəndən  sonra  güclü 
olur.  Vurmbrand  kimi,  sənin  sevmək  üçün 
bacarığın  –  əgər  sən  ona  öz  məqsədini 
icra  etməyə  icazə  versən,  təqib  vasitəsilə 
güclənəcək. 
O, hər şeyə qatlaşar, hər şeyə inanar, 
hər şeyə ümid bəsləyər, hər şeyə 
dözər. Məhəbbət əsla tükənməz. 
1 Korinf. 13:7-8


gün
364
BÖYÜK 
SADİQLİK
-cü
Əgər sənin görüntün varsa, heç nə səni 
qorxutmayacaq. Öz görüntüsü ilə Allah sənə 
qüdrət verir. Sən qorxmamalısan.
İranlı pastor


365
gün
-ci
BÖYÜK 
SADİQLİK
Başqa bir böyük yeniyetmə
PAKİSTAN: TARA
Pakistanda gizlicə Müqəddəs Kitab qiyabi təhsil kurslarına yazılan Tara yeddinci sinif şagirdi 
idi. Onun dindar müsəlman ailəsi, İsa haqda onun suallarına heç vaxt cavab vermirdi və o özü 
həqiqəti tapmağa qərar verdi. 
Amma bir gün valideynləri onu otağında 
məsihçilik haqda kitablar oxuyan görəndə 
bərk əsəbiləşdilər. 1992-ci ilin noyabrında, 
onlar onu elə qəddarcasına döymüşdülər ki, 
o otaqda bir həftə huşsuz uzanmışdı, o ina-
nır ki, mələk onu bir gün oyatdı və onun 
xəstəxanaya getməsinə səbəb oldu. 
Tara imanında böyüməyə davam edirdi və 
1995-ci ildə gizlicə vəftiz oldu. Valideynləri 
Taranın müsəlman bir kişiyə ərə getməsini 
təşkil etdilər. O razı olmaqdan imtina edəndə, 
yenidən döyüldü. O, həmçinin, üç gün yu-
xusuz qalmağa da məcbur edildi. Bu vaxt 
ərzində Tara üç görüntü gördü və səs eşitdi: 
“Mən səninləyəm. Mən sənin Atanam.” 
Daha çox döyüləndən sonra o, komaya 
düşdü. Üç gündən sonra ayıldı və özünü qan 
içində gördü. O, yenə də həmin ruhlandırıcı 
sözü eşitdi: “Mən səninləyəm. Mən səni qo-
ruyacağam.”
Tara qaçıb gedə bildi və indi başqa bir 
ölkədə, təhlükəsiz bir evdə yaşayır və Allahın 
onu qoruyacağı vədi ilə Rəbbə bütün günü 
xidmət edir. 
Məsihçilik  itki  verən  bir  işdir?  Qa-
dağalar  qoyulmuş  ölkələrdə  yaşayanlar, 
Məsihdə  olan  imanına  görə  itirməyin  nə 
olduğunu yaxşı bilirlər. Onlar ailələrini bir 
neçə  yolla  necə  itirə  biləcəklərini  bilirlər. 
Müsəlman  ailəsi,  imanından  dönmüş  ailə 
üzvünü  kafir  kimi  tamamilə  rədd  edə 
bilər.  Onlar  təcrid  olunmuş  insanlardır. 
Məsihçi  ailəsi  də  bundan  yaxşısını  etmir, 
buna  baxmayaraq,  başqa  şərtlər  altında 
hərəkət  edir.  Ekstremistlər  bütün  məsihçi 
ailələrini  onların  imanlarına  görə  məhv 
edir.  İtki  çox  dəhşətlidir.  Buna  baxmaya-
raq, bizdə Məsihin vədi var

Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə