Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə14/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   10   11   12   13   14   15   16   17   ...   122

35
BÖYÜK 
SADİQLİK
35
gün
-ci
Mənim üçün dua ediləndə bunu fiziki surətdə 
hiss edirəm. Hətta mən heç nə bilməyəndə 
və heç bir məktub almayanda elə hiss edirəm 
ki, sanki alovun yaxınlığında oturmuşam. 
Bəzən bu, çox soyuq olan həbsxanalarda 
baş verir. Sanki kimsə mənim üçün dua edir 
və mənim barəmdə düşünür. Bu, məni çox 
ruhlandırıb. Bunu izah etmək çətindir… Mən 
unudulmadığımı hiss edirdim və bilirdim. 
Bu, ən çətin anlara güc gəlməyim üçün 
lazımlı bir şey idi. 
İrina Ratuşinskaya – keçmiş Sovetlər Birliyində 1987-ci ilə qədər 
həbsdə olan məsihçi şair 
BÖYÜK 
SADİQLİK


36
BÖYÜK 
SADİQLİK
-cı
gün
Döyülmələrin və işgəncələrin burada heç 
bir kömək etmədiyini görən kommunistlər 
Floreskunun oğlu Aleksandrı gətirdilər, onun 
on dörd yaşı var idi. Oğlanı döyməyə baş-
ladılar. Floreskunun gözləri önündə oğlunu 
qəddarcasına çəkiclə döyürdülər və pasto-
ra deyirdilər ki, başqa imanlıların yerini 
deməyincə oğlunu ölənə qədər döyəcəklər.
Nəhayət, artıq dəli olmaq dərəcəsinə gəlib 
çıxmış Floresku onların üstünə qışqırdı ki, 
dayansınlar. 
“Aleksandr, gərək onlara imanlıların 
yerlərini deyəm, sənin əzablarına daha dözə 
bilmirəm” – deyə, pastor oğluna dedi. 
Bədəni göyərmiş halda ağzından və 
burnundan qan axan Aleksandr atasının 
gözlərinin içinə baxdı. “Ata, satqın bir va-
lideyn kimi mənə haqsızlıq etmə. Güclü ol! 
Əgər onlar məni öldürsələr, mən dodaqlarım-
da ‘İsa’ kəlməsi ilə öləcəyəm.”
Oğlanın cəsarəti kommunist 
mühafizəçilərini hirsləndirdi və onlar atasının 
gözü qarşısında oğlunu döyə-döyə öldürdülər. 
Təkcə oğul öz imanına sadiq qalmadı, o, ata-
sına da kömək etdi ki, eyni şeyi təkrar etsin. 
Böyük ədalətsizlik 
RUMINİYA: PASTOR FLORESKU 
Pastor Floresku kommunist zabitləri tərəfindən döyülən oğluna artıq baxa bilmirdi. O özü artıq 
döyülmüşdü və kommunistlərin həbsxanaya saldıqları ac siçovulların hücumundan qorxaraq iki 
həftə idi ki, yatmırdı. Rumıniyanın polisləri istəyirdilər ki, Floresku gizlində yığışan məbədin 
o biri üzvlərinin yerini desin və onları da tutub həbs etsinlər. 
Bu dünyada ədalət yoxdurmu? Biz gü-
nahsız insana qarşı vəhşilikləri oxuyarkən 
təəccüb  içərisində  qalırıq.  Biz  pislik 
edənlərin əllərində insanın dəhşətli əzablar 
çəkdiyini eşidəndə imanda büdrəyə bilərik. 
Biz gecikən mərhəmət üçün susayanda ruh-
dan  düşə  bilərik.  Bəs  bu  dünyada  ədalət 
yoxdurmu?  Bizim  fəryadlarımıza  cavab 
olaraq, Müqəddəs Kitab “bəli, amma hələ 
yox”  prinsipini  öyrədir.  Bəli,  bəzi  pislik 
edənlər  burada  və  indi  ədalətlə  üzləşərək 
cavablarını  alırlar.  Amma  hədsiz  ədalətlə 
dolu olan Allahın güclü əli hələ yer üzünə 
gəlməlidir. Bu, hələ dövrün axırı üçün sax-
lanılıb. Biz gözləməkdən yoruluruq, amma 
Onun qarşısını heç bir şey saxlaya bilməz.
O, yer üzündə ədaləti quranadək 
ümidini, cəsarətini itirməyəcək.
Yeşaya 42:4


37
gün
-ci
BÖYÜK 
SADİQLİK
Tom yeddi il idi ki, Kubaya məsihçi 
ədəbiyyatlarını gizlincə keçirirdi. O və baş-
qaları təyyarələrdən kommunist rejimi olan 
bir adanın ətrafındakı okeana Müjdənin ki-
tabçalarını tullamışdılar. Amma o, heç vaxt 
Kubada olan imanlılardan kitabçaların gəlib 
çıxdığını eşitməmişdi. 
“Xahiş edirəm, Rəbbim, bizim işimizin 
kömək etdiyini göstərən təsdiqlər ver.” 
İndi üstündən altı həftə sonra onu Ku-
banın kəşfiyyat zabiti, kapitan Santos ilə 
görüşməyə aparırdılar. Onların təyyarəsi Ku-
bada qəzaya uğradı. Tom və pilot Mel Bayli 
həbs olunaraq xalqın sabitliyini təhlükə altına 
salmaqda ittiham olunurdular. 
“Bizim camaatımız sahillərdə və sahələrdə 
minlərlə belə kitabçalar tapıblar!” – deyə, ka-
pitan Santos əlində neçə illər əvvəl tullanmış 
həmin bağlamalardan birini tutaraq qışqırırdı. 
Tom gülməməyə çalışdı. “Çox sağ ol, 
Rəbbim, duama cavab vermisən. Sənə 
minnətdaram ki, işim əbəs yerə olmayıb.”
Tomun duasının cavabı baha başa gəldi. 
O, iyirmi bir ay Kuba həbsxanasında otur-
du. Amma Kastronun həbsxanasında o, bir 
çox məbəd üzvləri ilə rastlaşdı və öyrəndi 
ki, hətta Kastronun rəhbərliyi altında da 
Məsihin bədəni inkişaf edib. Allah onun dua-
sına cavab verib.
Böyük cavablar 
KUBA: TOM UAYT 
Tom Uaytın başına qara başlıq keçiriləndə o bilmirdi ki, bir daha işığı görər. “Məni haraya 
aparırsınız?” – deyə, o, kubalı mühafizəçilərdən soruşdu. Mühafizəçilər heç nə demədilər.
İmanlılar  duaya  dəyərli  cavab  əldə 
etməyin  nə  olduğunu  bilirlərmi?  Əgər  biz 
Allahın  dualarımıza  cavab  verməsini 
istəyiriksə,  biz  onun  cavablarını  istənilən 
vəziyyətdə almağa hazır olmalıyıq. Duaya 
dəyərli cavab budur ki, o, bizi prosesə cəlb 
edir.  Biz  Allaha  dualarımızı  veririk,  əgər 
lazım gələrsə, həyatlarımızı da veririkmi? 
Biz çox vaxt təzyiq altında əzab çəkənlər 
üçün dua edirik. Yaxşı, bəs əgər biz yemək 
paylamağa  və  məbəddən  olan  xidmətlər 
vasitəsilə  yardım  etməyə  çağırılsaq,  onda 
necə?  Əgər  biz  ehtiyac  anlarında  Allahın 
bizə  kömək  etməsini  istəyiriksə,  onda  O, 
bizdən həll yolunun bir hissəsi olmağı xa-
hiş edəndə Ona cavab verməliyik. Elə prob-
lem var ki, siz onun üçün dua etmisiniz və 
hələ aydın cavab almamısınız? Ola bilərmi 
ki, Allah sizin həll yolunun bir hissəsi ol-
mağınız üçün hazırlığınızı gözləyir?
Sizlərə elə könül bağlamışdıq ki, yalnız 
Allahın Müjdəsini deyil, öz canlarımızı 
belə, sizə verməyə razı idik. Çünki 
bizim sevimlilərimiz idiniz.
1 Salonik. 2:8


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə