Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə2/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   2   3   4   5   6   7   8   9   ...   122

Bu kitabda olan şəhidlər İsa Məsihin həqiqətinə və qüdrətinə şəxsən şəhadətlik edə biliblər 
və inanıblar ki, nəyin bahasına olursa olsun, həmin şəhadətliyi başqalarına da çatdırmalıdırlar. 
T. S. Elliot “Kilsədə qətl” pyesində şəhidi belə təsvir edir: “Şəhid, Allahın iradəsində öz 
iradəsini itirmiş bir şəxsdir, o, Allahın alətinə çevrilmişdir. Əslində o öz iradəsini itirməyib, 
əksinə tapıb, çünki o, Allaha itaətkar olaraq azadlıq əldə edib. Şəhid daha özü üçün heç nə 
istəmir, hətta şəhidlik izzətini belə arzulamır.”
Şahid olmaq sizi alovlu yola itələyir. Pastor E. V. Hill bir dəfə danışır ki, bir qadın onun ya-
nına gələrək bu sözləri söyləyib: “Pastor Hill, mənim üçün dua edin. Şeytan dalımca düşüb.” 
Pastor Hill ona deyib: “Şeytan sənin dalınca düşməyib. Sən kifayət qədər işlər görməmisən 
ki, şeytan sənin dalınca düşsün.” Bütün məsihçilər üçün məqsəd belə olmalıdır. Məsihin pad-
şahlığı üçün “kifayət qədər iş” görməlisiniz ki, şeytanın diqqətini cəlb edəsiniz.
Məsih üçün şəhadətliyinizə hansısa formada əzab gələndə biz sizin üçün ümid edirik ki, bu 
kitabda olanlar kimi “Böyük sadiqliy”in izzətini və gözəlliyini yaşayasınız. 
“Böyük sadiqliy”i yazanların komandası 


1
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük sual 
TÜRKİYƏ: ERCAN SENGÜL 
Ercan Sengül müsəlman ölkəsi olan Türkiyədə həyatını Məsihə verəndə bəziləri bunu öz irsinə 
və xalqına arxa çevirmək hesab etdilər. O, Allah üçün hər bir şey edəcəyini söyləyəndə, onda 
bunu nəzərdə tuturdu. Bəs indi? 
Ercan məhbus yoldaşları tərəfindən əhatə 
olunaraq qaranlıq, rütubətli həbsxanada otur-
muşdu. Onu yerli polis həbs etmiş və demiş-
di ki, məsihçi nəşriyyatı üçün kitabları payla-
maqla “islamı təhqir edib”. 
Ercan Allahı səsləyirdi ki, onu azad etsin. 
O bilirdi ki, heç bir pis iş görməyib və onu 
buraya salmalı deyildilər. “Bəs sən demişdin 
ki, mənim üçün hər bir şey edərsən” – deyə, 
Allah Ercanın ürəyinə pıçıldadı. “Sən nə de-
diyini başa düşürdün?” 
Allahın qarşısında sınaraq Ercan ağladı 
və Onu izzətləndirdi. O, Allaha ürəyində 
söylədi: “Mən, həqiqətən, bunu nəzərdə 
tuturam.” Ercan həbsxanada hər gün üç 
saat vəz etməyə başladı. O öyrəndi ki, Al-
lah ona yeni müjdəçilik sahəsi vermək üçün 
həbsxanaya düşməsinə yol verib! Ercan otuz 
gün həbsxanada oldu, şahidlər etiraf etdilər 
ki, polis onların aktlara qol çəkmələri üçün 
təzyiq göstərib və hakim heç bir cinayət 
üçün sübut tapmadı. 
Həbsxanaya düşmək Ercanın şəhadətlik 
etməsinə kömək etdi. O, azadlığa buraxılan-
dan bəri Müjdəni bölüşdüyü məhbus yoldaş-
larından bir çoxu məbədə gəldilər, Ercana 
həbs müddətində sülh verən Allah haqqın-
da bilmək istədilər. Ercan yenə də sevinclə 
məsihçi kitablarını paylayır və bilir ki, buna 
görə yenə həbs oluna bilər.
Bir  çox  məsihçilər  etiraf  edirlər  ki,  biz 
Allah tərəfindən istifadə edilməyimizi xa-
hiş edəndə əzab çəkmək heç də bizim ağlımı-
za gəlmir. Əlbəttə, biz imanımızı yaşamaq 
istəyirik  –  amma  təqib  anına  qədər  yox. 
Biz iş yerlərimizdə irəliyə çəkilməyəndə və 
ya ictimai tədbirlərə buraxılmayanda inci-
yirik. Bizə etinasızlıq göstərdiklərini düşü-
nürük.  Bizi  aldadırlar.  Bizdən  oğurlayır-
lar.  Amma  biz  ümidsizliyimizin  içərisində 
Allahı dua edərək axtarmağa çalışmalıyıq. 
Biz dua edən kimi gələcəyə baxışlarımızın 
dəyişildiyini görürük. Biz inkişaf üçün im-
kanlarımızı  görməyə  başlayırıq.  Biz  ümid 
əldə  edirik.  Biz  ağrının  içərisində  vəd 
tapırıq.  Nəhayət,  biz  ədalətsiz  və  haq-
sız  olduğunu  düşündüyümüz  hal-hazırkı 
vəziyyətimizi  kəşf  etməyə  başlayırıq,  bu-
nun,  əslində,  Allahın  planının  bir  hissəsi 
olduğunu görürük. Biz təqiblərimiz zamanı 
Allahın fikirlərini bilmək üçün dua edəndə 
nəyin  bahasına  olursa  olsun,  itaətkar  ol-
mağa cəsarət tapırıq.
Ağzımı hər açanda mənə lazımi söz 
verilsin deyə, mənim üçün də dua 
edin ki, uğrunda zəncirlə bağlı halda 
elçilik etdiyim Müjdənin sirrini açım 
və bu Müjdəni lazımınca cəsarətlə 
bəyan edə bilim.
Efes. 6:19-20


2-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük birlik
MAVRİTANİYA: TİMOTEY 
“Timotey, xahiş edirəm, ona de!”- deyə, Mara ərinə yalvararaq qışqırdı. “Kəlamı harada 
gizlətdiyimizi ona de ki, azad olasan! Mən bu şeylərə baxmağa daha dözə bilmirəm.” 
 Timotey və Mara Mavritaniyanın Roma əyalətinin sakinləri idilər, həbs olunmazdan bir neçə 
həftə əvvəl evlənmişdilər.
Mara dəhşətli səhnəyə baxırdı, əsgərlər 
ərinin iradəsini sındırmağa çalışaraq, gözlərini 
isti dəmir ilə çıxarırdılar. Roma rəhbəri Arri-
anusun əmri ilə boynuna ağır bir şey salına-
raq, tərsinə vəziyyətdə asılı qalan Timotey 
ağzından tıxacın çıxarılmasını gözləyirdi. 
Həbsə alınarkən ilk öncə hiss etdiyi qorxu 
ilahi sakitlik hissi ilə əvəz olunmuşdu. 
Əsgərlərin düşündüyü kimi, öz imanını 
inkar etmək və Kəlam nüsxələrinin yerini 
demək əvəzinə, Timotey öz cavan həyat yol-
daşını danladı. Xilaskarı üçün ölməyə hazır 
olduğunu təsdiqləyərək, Timotey Maradan 
son dərəcədə xahiş etdi: “İmkan vermə ki
mənə olan sevgin Məsihə olan sevginin qa-
bağına keçsin.” Ərinin cəsarətini görən Ma-
ranın özünün də cəsarəti gücləndi. 
Arrianus artıq Timoteyin imtina etməsinə 
görə yaman hirslənmişdi, ona görə də Ma-
ranın yenicə tapdığı cəsarəti dağıtmaq 
istədi. O, qadını Roma dünyasının ən sərt 
işgəncələrinə məhkum etdi. Amma Mara sın-
madı. O, Məsihi inkar etməkdən imtina etdi. 
Hər ikisi sözlə ifadə olunmaz əzablara tab 
gətirərək, Timotey və Mara yan-yana çarmı-
xa çəkildilər.
İsa  öz  xidmətini  sərbəst  imanlılara 
həvalə  etmədi  –  o,  ruhani  ailə  qurdu.  O, 
“qardaş”  və  “bacı”  sözlərindən  istifadə 
edərək  öz  şagirdlərinin  tək  olmasını 
istəməmişdi. Paul yeni imanlılara ünsiyyət 
və müştərək ibadət üçün məbədlərdə yığış-
masını  öyrədərək  Məsihin  tapşırığını  da-
vam etdirdi. Məsihçilərin, xüsusilə çətinlik 
vaxtlarında  bir-birinə  ehtiyacı  var.  Bir 
imanlı  büdrəyəndə,  imanlı  yoldaşları  onu 
dəstəkləmək və ruhlandırmaq üçün yığışır-
lar. Ona görə də Əhdi-Cədid bir zərurət ki-
mi məsihçi imanında nümunə ilə yaşamağı 
borc hesab edir. Bir nəfərin iman və cəsarət 
nümunəsi  başqalarının  da  belə  hərəkət 
etməsinə  onları  ruhlandırır  və  birləşdirir. 
Bunun  əksi  olaraq,  bir  imanlı  təqibin 
təzyiqi altında əzab çəkəndə, o birilərinin 
təslim  olması  çox  asan  bir  şeydir.  Tarix 
məsihçi  cəmiyyətində  yoldaşlığı,  xüsusilə, 
təqib zamanı yüksək səviyyədə saxlayır.
Ürəklərinin cəsarət tapıb məhəbbətdə 
birləşməsini istəyirəm;
Kolos. 2:2


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə