Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə3/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   2   3   4   5   6   7   8   9   ...   122

3
gün
BÖYÜK 
SADİQLİK
-cü
Sevimlilər, sizi sınamaq üçün aranızda 
baş verən odlu imtahana sanki 
başınıza gələn qəribə bir iş kimi 
təəccüb etməyin.
1 Peter 4:12
Böyük hazırlıq
ÇİN: PASTOR Lİ DEKSİAN
Pastor Li Deksian vəzinə başlayan kimi məbədin qapıları taybatay açıldı. Çin Xalq Təhlükəsizlik 
Bürosunun silahlı məmurları otağa doluşdular və Lini tutub həbs edərək orada olan hər bir kəsi 
hədələdilər. 
“Xahiş edirəm, gözləyin, çantamı götü-
rüm.” Həmişəki kimi pastorun səsinin tonu 
məmurlarla danışarkən nəvazişli idi, amma 
mətanətlilik hiss olunurdu.
Məmurlar onun bu xahişinə 
təəccübləndilər. “Orada nə var?” – deyə on-
dan soruşdular və Linin əlində tutduğu qa-
ra zəncirbəndli çantasını əlindən qapıb içinə 
baxdılar. Çantada ədyal və dəyişik üçün əlavə 
paltarlar var idi. Li onlara dedi ki, həmin gün 
həbs olunacağını gözləyirdi. 
Pastor Li dəfələrlə həbs olunmuşdu. İki 
dəfə polis onu elə döymüşdü ki, hətta qan 
qusmuşdu. Bir dəfə isə öz Müqəddəs Kitabı 
ilə Linin üzünə vurmuşdular. Liyə xəbərdarlıq 
edilmişdi ki, polis onun kənddə çərşənbə ax-
şamları keçirdiyi toplantıları güdür. O bilirdi 
ki, əgər vəz etməyə çıxsa, həbs oluna bilər. 
Bu gün Çin vətəndaşları rəsmi məhkəmə ol-
madan əmək düşərgələrinə göndərilərək üç 
ilə qədər orada qala bilər. 
Risklər böyük idi, amma Li çantasını dol-
durmuşdu. Təkcə çantasını hazırlamamışdı, 
o, həm də öz ağlını və ürəyini hazırlamış-
dı. O, Müjdəni vəz etmək üçün hər bir şeyi 
ödəməyə hazır idi. O inanırdı ki, Allah hətta 
həbsxanada belə, onun qayğısına qalar. 
Hazırlıq həsr olunmanın əlamətidir. Qur-
ban  verməyə  hazırlaşmamış  həsr  olunma 
sadəcə  cildini  dəyişmiş  güzəştə  getmədir. 
Məsələn, nikaha həsr olunmaya baxaq. Bu, 
insanın  xudbinliyini  tələb  edir  və  insa-
nın  sərbəstlik  hissinə  böyük  təsir  göstərir. 
Amma  nəticə  daha  güclü  nikahdır.  Həsr 
olunmanın uğrunda qurban verməyə hazır 
olmayan ünsiyyətlər uzun sürmür. Güzəştə 
getmə  zərbə  vurur  və  həsr  olunmağımız 
üçün  arzumuzu  və  bacarığımızı  zəiflədir. 
Bu  yolla,  imanlının  Məsihə  həsr  olunma-
sı  onun  dəyərini  saxlamaq  üçün  qiymət 
tələb  etməlidir.  Biz  gündəlik  məsihçiliyin 
buna  layiq  olduğunu  təsdiqləyərək  həsr 
olunmamızın sınağı üçün hazır olmalıyıq. 
Gündəlik duada vaxtımızı keçirməyə dəyər. 
Məbəddə  ibadət  etmək  üçün  toplaşmağa 
dəyər. Güzəştə getmədən həsr olunmamızı 
saxlamaq üçün çətinliyə, sıxıntılara, zora-
kılığa, hətta həbsə dözməyə dəyər.


4
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük nur 
KOLORADO: REYÇAL SKAT 
“Mən məktəbdə bütün dostlarımı itirdim. İndi mən “danışdıqlarımı həyata keçirməyə” başla-
dığıma görə onlar məni ələ salırlar.” Reyçalın gündəliyi onun məyus olduğunu göstərir, çünki 
Məsihin sevgisini göstərmək istədiyi ən yaxın dostları ondan üz döndərmişdilər. Amma buna 
təslim olmadı. 
“Mən İsanın adından danışdığım üçün 
üzr istəyən deyiləm. Mən belə münasibət 
bəsləyəcəyəm. Əgər mənim dostlarım ən 
yaxın dostum İsaya görə düşmənlərimə 
çevriləcəksə, bu, mənim üçün problem de-
yil. Mən həmişə bilmişəm ki, məsihçi ol-
maq düşmənlər əldə etməkdir, amma heç 
vaxt fikirləşməmişəm ki, mənim ‘dostlarım’ 
həmin düşmənlər olacaqlar.”
Reyçal Kolumbin orta məktəbində şagird 
idi, bir gün iki şagird məktəbdə atəş açdılar. 
Bir silahlı şagird ondan hələ də Allaha inan-
dığını soruşdu. O, oğlanın gözlərinə baxıb, 
“bəli” dedi, o, hələ də inanırdı. Oğlan Reyçal-
dan nəyə görə inandığını soruşdu, amma onu 
cavab verməyə qoymayaraq öldürdü.
Reyçal Skat öz imtahanını verdi, buna görə 
də onun nuru məktəbdən kənara bütün dün-
yaya yayıldı. İmtahandan uzun müddət əvvəl 
Reyçal Məsih üçün hər bir şeyini verməyə 
hazır olduğunu bildirmişdi. Ölümündən düz 
bir il əvvəl gündəliyində yazılmış sözlər bizə 
onun həsr olunması barədə danışır: “Məsihin 
mənə verdiyi nuru gizlətməyəcəyəm. Əgər 
hər bir şeyi qurban verməli olsam belə, mən 
onu edəcəyəm.”
Eləcə də sizin nurunuz insanların 
qarşısında elə parlasın ki, xeyirxah 
işlərinizi görüb göylərdə olan Atanızı 
izzətləndirsinlər. 
Matta 5:16
İman bizim Allah ilə şəxsi ünsiyyətimizin 
görünməz  ifadəsidir.  Müqəddəs  Kitab  in-
sanların  imanlarını  nur  kimi  ifadə  edir 
–  bu  ümid  ətrafında  olan  hər  bir  kəsə 
təsir edir. İsa bu təsvirdən istifadə etmiş-
di,  çünki  nurun  qabağını  almaq  mümkün 
deyil.  Məsələn,  istənilən  uşağa  məlumdur 
ki,  örtük  altında  fənər  ilə  oxumaq  gecə 
fəaliyyətini gizlətmək üçün effektli olmaz! 
Bizim nurun qarşısını almaq cəhdlərimizə 
baxmayaraq, nur öz təbiətinə görə sadəcə 
parlayır.  Habelə,  öz  imanlarını  tamamilə 
ifadə  etmək  lazım  gələndə  və  ya  hansı-
sa  bir  yolla  ört-basdır  etməyə  çalışanda 
imanlıların  həyatında  gərginlik  yaranır. 
Gündəlik  günəşin  doğmasının  gerçəkliyi 
ilə  öz  qərarlarını  bir  dəfə  və  hamı  üçün 
təsdiqləmiş  insanlar  nurlarının  bir  vərdiş 
kimi parladığını görürlər.


5
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük dua 
ÇİN: UONQ BACI
Çin Xalq Təhlükəsizlik Bürosunun məmuru həbsxanaya girəndə Uonq bacı kənara çəkildi. Bu 
ürəksiz insan bir çox məsihçiləri həbs edərək təqib etmişdir. Bir neçə gün bundan əvvəl həmin 
məmur onu sorğu-suala tutarkən döymüşdü. 
“Xahiş edirəm, Uonq bacı, bacım bərk 
xəstədir. O, ayaqlarını tamamilə hiss etmir. 
Gəlib onun üçün dua edərsənmi?” Yüzlərlə 
Müqəddəs Kitabı və məsihçi kitablarını on-
dan müsadirə edərək götürən bu həmin in-
san deyildimi? İndi o, dua etməyi xahiş edir? 
Həqiqətən, Allah onun diqqətini cəlb edib. 
Neçə gün əvvəl məmur Uonqu sorğu-sual 
edərkən və döyərkən ona zəng edilib deyildi 
ki, anasını maşın vurub. O, anasına etdiyi 
işlər barədə danışanda anası ona dedi ki, 
məsihçiləri incitdiyinə görə başına bu hadisə 
gəlib. Məmur bu xəbərdarlığı sadəcə mövhu-
mat hesab etdi. 
Növbəti gün o, yenə də Uonqu sorğu-sual 
etməyə başlayanda ona başqa bir xəbər gəlib 
çatdı, qardaşı qəzada yaralanıb. Qardaşı da 
onu günahlandıraraq dedi ki, məsihçilərə hü-
cum etdiyinə görə ailəyə bədbəxtlik gəlir. La-
kin məmurun bacısı xəstələnəndə, o, Uonq-
dan xahiş etdi ki, dua etsin. 
Uonq bacı dua etmək üçün imkan olduğu-
nu gördü, bu, onu təqib edənlərə şəhadətlik 
etmək üçün bir imkan idi. Allah onun ba-
cısını sağaltdı və Uonq bacının hərəkətləri 
vasitəsilə məmurun ürəyini dəyişdirdi. 
Məmur müsadirə etdiyi bütün Müqəddəs Ki-
tabları qaytardı və indi məbədi müdafiə edir. 
Bir  çox  insanlar,  xüsusilə  çətinlik  və 
ağrı  anlarında  qəribə  tərzdə  duaya  cəlb 
olunurlar. Kimsə dua etməyi xahiş edəndə 
və  ya  duanı  qəbul  edəndə  dindən  uzaq 
istənilən  şeyə  qarşı  maneələr  hissə-hissə 
sökülür.  Təmənnasız  dua  etmək  təklifini 
çox  nadir  insan  rədd  edər.  “Mən  sənin 
üçün dua edirəm” sözləri imanlının qeyri-
imanlıya  dediyi  ən  güclü  sözlər  ola  bilər. 
Niyə? Dua Allahın dəyişiklik etməsi üçün 
bir  qüvvədir.  Dua  nəticələr  hasil  edir. 
Bəzən  o  vəziyyətləri  dəyişdirir.  Bəzən  o 
qərarları dəyişdirir. Çox vaxt duanın təsir 
etdiyi  insanları  dəyişdirir.  Müqəddəs  Ki-
tab  yazır  ki,  keçmişdə  məsihçiləri  təqib 
edən  Tarsuslu  Şaulun  tövbəsindən  sonra 
etdiyi  iş  dua  olub.  Hal-hazırda  dünyada 
məsihçilyin  məhv  edilməsini  arzulayan 
“Şaulların” tövbəsində duanın oynayacağı 
rolu kim bilir? 
Rəbb ona dedi: “Qalx, ‘Düz Küçə’ 
adlanan küçəyə get və Yəhudanın 
evində adı Şaul olan Tarsuslu bir 
adamı soruş. Hal-hazırda orada  
dua edir.
Həv. İş. 9:11


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə