Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə4/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   2   3   4   5   6   7   8   9   ...   122

6
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük “təqsir” 
MADAQASKAR: RANAVALONA AY 
Ranavalona Ay, Madaqaskarın kraliçası öz krallığında məsihçilərə nifrət edirdi. Onun məsihçilərə 
qarşı şikayətləri çox idi: onlar kraliçanın bütlərinə nifrət edirdilər, onlar həmişə dua edirdilər, onlar 
həmişə məbədə gedirdilər, onların qadınları əxlaqlı idilər. O, məsihçi olmaqda şübhəli görünən 
insanları mühakimə etmək məqsədilə hamısını bir yerə yığmaq üçün məmurlarını göndərdi.
İttiham oxunanda min altı yüz imanlı 
“təqsirkar” elan edildi. Onlar ittihamı in-
kar edə bilməzdilər, belə etmək Məsihi in-
kar etmək idi. Kraliça onlara ikinci dəfə im-
kan verdi ki, Məsihi inkar etsinlər və onun 
bütlərinə baş əysinlər, amma onlar bundan 
imtina etdilər. Onları qaranlıq, rütubətli zin-
danlara saldılar və bir çoxlarını edam etdilər. 
Kraliça daha da hirslənmişdi, çünki öldürtdü-
yü hər bir məsihçinin əvəzinə iyirmisi ayağa 
qalxırdı. 
Sonra kraliça on beş məsihçinin edam 
olunmasına əmr verdi. Onlar sıldırım qaya-
dan 50 metrə yaxın hündürlükdə daşlı yarğa-
na atılmalı idilər. Kraliçanın bütləri qayanın 
başına gətirilmişdi və hər məsihçi kəndirlə 
bağlanaraq, qayanın kənarından azacıq aşa-
ğıya salladılmışdılar. 
“Məsihinizə ibadət edərsiniz, yoxsa krali-
çanın allahlarına?” – deyə, əsgərlər uçurum 
üzərində asılıb qalmış hər bir məsihçidən so-
ruşdular. 
Hər bir məsihçi sadəcə: “Məsih” deyə, 
cavab verdilər. Kəndirlər kəsildi və onlar 
daşlara çırpıldılar. Onlardan bəziləri daşlara 
çırpılanadək mahnı oxudular. Bir cavan qızı 
saxladılar və təqsirsiz olduğunu bəyan etdilər. 
Sonralar həmin qız böyük bir məbəd yaratdı.
Bir  çox  ölkələrdə  müttəhimlər  təqsirli 
bilinənədək  təqsirsiz  hesab  edilirlər. 
Əsas  prinsip  budur  ki,  insanı  cinayət  işi 
gördüyünə görə ittiham etmək üçün kifayət 
qədər sübutlar olmalıdır. Ədalət sisteminin 
işinə  zidd  olan  bir  çox  ölkələrdə  insanın 
Məsihə imanına görə hökumət onu incidir. 
İmanlılar sübut edilənədək təqsirkardırlar. 
İnsani,  dünyəvi  məhkəmədə  təqsirsiz  çıx-
maq üçün insan Məsihi rədd edə bilər. Am-
ma göylərdəki məhkəmədə isə təqsirkarlıq 
hökmü, əslində, qələbədir. “Böyük təqsir” o 
deməkdir ki, Məsihdə insanın imanı üçün o 
qədər sübutlar gətirilir ki, ittihama heç cür 
haqq  qazandırmaq  mümkün  olmur!  Buna 
oxşar ziddiyyətli fikri təkrar etməyə dəyər: 
Əgər siz bu gün məsihçi olmağa görə ittiham 
olunursunuzsa,  sizin  təqsirli  bilinməyiniz 
üçün kifayət qədər sübut olarmı?
Lakin Məsihi Rəbb kimi ürəyinizdə 
müqəddəs tutun. Daxilinizdə olan ümid 
barəsində sizdən hesabat istəyən hər 
kəsə cavab vermək üçün hazır olun.
1 Peter 3:15


7
BÖYÜK 
SADİQLİK
-ci
Biz öyrənmişik ki, dünyada ən pis şey əzab 
çəkmək deyil – Allaha itaət etməməkdir. 
İmanına görə həbs edilmiş vyetnamlı məsihçi pastor 
BÖYÜK 
SADİQLİK
gün


8-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük yaralar 
YERUSƏLİM: TOMAS 
Biz şayiələri eşitmişik. Əslində, Tomas Rəbbi sağ görən başqa həvarilərdən bunu birbaşa eşit-
mişdi. O, bu sözləri söyləmişdi: “Onun əllərini görsəm, barmaqlarımı mıxların yerinə qoysam 
və böyründə Roma nizəsinin açdığı deşiyə əlimi qoysam, onda inanaram ki, O, sağdır.” 
Tomasın istədiyi möcüzə deyildi. Bu, han-
sısa böyük əlamət və ya xariqə deyildi. O, 
sadəcə İsanın bədənində yaraları, əzablarının 
simvolunu görmək istəyirdi. İsa ölümə qa-
lib gəlsə də və izzətlənmiş bədəndə yaşasa 
da, onun hələ də yaraları – ödədiyi ödənişin 
xatirələri var idi. 
Səkkiz gündən sonra İsa yenə göründü. 
Tomas Rəblə üzbəüz görüşəndə necə də özü-
nü səfeh hesab etmişdi. Başqa həvarilər ona 
bu haqda danışanda onun bu sözləri necə 
də gülməli səslənmişdi. Amma İsa Toması 
kobud şəkildə məzəmmət etmədi. Tomasın 
gözünün içinə baxaraq, İsa öz əllərini ona 
uzatdı, yaralara toxunmağı və inanmağı xa-
hiş etdi. 
Məsihin yaraları onun hələ də əzab çəkən 
bədənini xatırladaraq, dirilməsindən sonra 
da qalmışdı. İsanın ölümə qalib gəlməsinə 
baxmayaraq, onun yer üzündəki bədəni hələ 
də əzab çəkirdi. Bu gün O, imanına görə 
bədənində yaraları daşıyan insanları başa 
düşə bilir. 
Yaralar bizim müəllimlərimizdir – ağrı-
lı  dərslərin  aydın  xatirəsidir.  Onlara  çox 
vaxt  baxmaq  xoş  deyil  və  çox  vaxt  baş-
qalarının da görməsi üçün onlar nümayiş 
etdirilmir.  Buna  oxşar  olaraq,  məbəddə 
təqib yaraları da çox vaxt məsihçi toplan-
tılarının  söhbət  mövzusu  deyil.  Biz  buna 
soyuqqanlı  yanaşırıq.  Sirr.  Amma  bunun 
məqsədi  bizi  öyrətməkdir.  Təqib  Allahın 
bütün  dünya  üçün  olan  gözəl  planında 
Müjdəni  eşidib  cavab  verməkdə  vacib  rol 
oynayır. İsa öz yaralarını camaat qarşısın-
da daşıdı. Əslində İsa şagirdlərini öyrətmək 
məqsədilə  Toması  ruhlandırdı  ki,  yarala-
rına toxunsun. Onun yaraları – xilasımız 
üçün  ödənilən  ödənişi  xatırladaraq  bizim 
müəllimimizdir. Biz təqib olunmuş məbədin 
ödədiyi ödənişi rədd etməyərək, həmin ya-
ralardan öyrənməkdə davam etməliyik.
Sənsə mənim təlimimi, davranışımı, 
məqsədimi, imanımı, səbrimi, 
məhəbbətimi, dözümümü,…başıma  
gələn təqibləri, çəkdiyim əzabları  
diqqətlə izlədin.
2 Timotey 3:10 


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə