Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə5/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   2   3   4   5   6   7   8   9   ...   122

9
BÖYÜK 
SADİQLİK
-cu
gün
Böyük seçim 
İNGİLTƏRƏ: CON LAMBERT 
“Yaşamağı, yoxsa ölməyi seçirsən? Nə deyirsən?”
Sual verən şəxs ölkədə qarşısıalınmaz gücə 
malik biri olan, İngiltərənin kralı Henri VIII 
idi. Onun qarşısında dayanan “cinayətkar” 
isə kafirliyə görə ittiham edilən, yunan və 
latın dili müəllimi Con Lambert, idi. 
Lambert cəsarətlə pastorunu Kəlam ilə 
uyğunlaşmayan bir vəz etdiyinə görə sual 
altına atmışdı. Lamberti Kanterburinin ye-
piskopunun sonra isə kral Henrinin qarşı-
sına gətirdilər. Kəlamdan sitatlar gətirərək 
və orijinal yunan dilini izah edərək, Lam-
bert öz işini yepiskoplar, vəkillər, hakimlər 
və həmkarlar şurasının iclasına təqdim et-
di. Henri yorulana qədər iki tərəf gərgin 
mübahisə etdi və sonda kral Lambertə axı-
rıncı seçim verərək belə dedi: “Bu bilikli in-
sanların dəlillərindən və təlimlərindən sonra 
indi sən inandınmı? Yaşamağı, yoxsa ölməyi 
seçirsən? Nə deyirsən?”
Lambert dərindən köksünü ötürüb arxa-
yınlıqla cavab verdi: “Mən canımı Allahın 
əllərinə tapşırıram, amma bədənimi isə sizin 
mərhəmətinizə buraxıram.” 
“Sən ölməlisən” – deyə, Henri hiddətlə 
cavab verdi, “Mən kafirləri müdafiə 
etməyəcəyəm.” Kafirlikdə təqsirli bilinərək 
Lambert dirəyə bağlanaraq yandırıldı. 
Lambert öz asta, əzablı ölümü qarşısında 
əyilmədi. O, əllərini yuxarı qaldıraraq, dedi: 
“Məsihdən başqa heç kim! Məsihdən başqa 
heç kim!”
Müasir  dövrdə  imkanlar  və  seçmə  hü-
ququmuz  olduqca  artıb.  Azadlığın  özü  ilə 
bərabər  qüvvəyə  malik  iki  yüz  televiziya 
kanalı  hüququmuz  üçün  “əsasdır”.  Biz 
seçimlər istəyirik. Müxtəliflik. Çeşid. Hətta 
dünyəvi  qərarlar  da  gündəlik  qapılarımı-
zın  ağzına  gətirilir  –  nə  geyməliyik,  nə 
yeməliyik, nə sürməliyik, nə etməliyik. Am-
ma  bizim  seçimlərimiz  artıq  əməli  bir  şey 
deyil  –  onlar  əslində  məhdudiyyətsizdir. 
Buna  zidd  olaraq,  həyatın  böyük  sual-
ları  bizə  gələndə  bizim  verməyə  yalnız 
bir  cavabımız  var:  “Məsihdən  başqa  heç 
kim”. Göylərə aparan başqa bir yol varmı? 
Məsihdən başqa heç kim – O, Yoldur. İn-
san həyatında özünü tamamilə həsr etmək 
üçün  başqa  nəsə  üstün  bir  şey  varmı? 
Məsihdən başqa heç kim – O, hər şeydən 
üstündür. İnsan ürəyinin istəklərini başqa 
kimsə təmin edə bilərmi? Məsihdən başqa 
heç kim təmin edə bilməz. Siz görürsünüz 
ki, həqiqət üçün heç bir alternativ yoxdur. 
Həyatın böyük sualları gələndə, onlar, söz-
süz ki, gələcəklər, “Məsihdən başqa heç ki-
min”  üstün  olmadığını  şəhadətlik  etməyə 
hazırsınızmı?
Bu gün kimə qulluq edəcəyinizi 
özünüz seçin… Amma mən və mənim 
evimdəkilər Rəbbə qulluq edəcək.
Yeşua 24:15


10
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük satqınlıq
RUMINİYA: VASİLİ QARDAŞ
Kommunist rejimi olan Rumıniyada “bütün mövhumatlardan xalqı kənarlaşdırmaq” üçün yeddi 
illik hücumun bir hissəsi kimi məbədlər bağlanmışdı və pastorlar həbs olunmuşdular. 
Vasili qardaş və həyat yoldaşı öz kiçik 
evlərində daha çox ev toplantıları keçirməyə 
başlayanda bilirdilər ki, hökumətin 
diqqətindən daimi olaraq qaça bilməyəcəklər. 
Hər axşam Vasili dua edirdi: “Ya Rəbb, əgər 
hansısa məhbusların mənim köməyimə ehti-
yacı varsa, məni həbsxanaya qaytar.” Onun 
həyat yoldaşı isə həvəssiz bir halda ağızucu 
“amin” deməklə titrəyirdi. 
Sonra onlar öyrəndilər ki, məbəd 
üzvlərindən birinin evinə basqın edilib və 
Vasilinin vəzlərinin nüsxələri müsadirə olu-
nub. Onlar həm də öyrəndilər ki, pastorun 
köməkçisi, onların dostu və həmkarı gizlincə 
xəbər çatdıraraq Vasilini ələ verib.
Gecə saat 1:00-da polis kiçik mənzilə bas-
qın etdi və Vasilini həbsə aldı. Onlar Vasilinin 
əllərini qandallayanda Vasili dedi: “Siz mənə 
həyat yoldaşımı qucaqlamaq üçün bir neçə 
dəqiqə verməsəniz, mən buradan rahat çıxıb 
gedə bilməyəcəyəm.” Polis könülsüz halda 
razılaşdı. Onsuz da onlar tezliklə istədiklərini 
edəcəkdilər.
Ər-arvad bir-birilərini qucaqladılar, dua 
etdilər və elə coşqu ilə oxudular ki, hətta 
bu, kapitana da təsir etdi. Nəhayət, onlar 
Vasilini polis maşınına mindirməyə apardılar, 
onun həyat yoldaşı isə göz yaşı içində onların 
arxasınca qaçırdı. Vasili naməlum halda uzun 
müddət həbsxanada vaxt keçirməzdən əvvəl 
üzünü arvadına tərəf çevirib son sözlərini de-
di: “Oğlumuza və bir də məni satan pastora 
de ki, mən onları çox sevirəm.” 
Böyük satqınlıq böyük bağışlamanı tələb 
edir.  Əgər  bizim  düşmənlərimiz  üstümüzə 
azğınlıqla gələrlərsə, sadəcə səxavətli olub 
onları bağışlamalı deyilikmi? Düşmənimiz 
bizi  satmaq  üçün  kifayət  qədər  aşağı 
əyilirsə,  onları  bağışlamaq  üçün  kifayət 
qədər yuxarı qalxmalı deyilikmi? İsa bizə 
öyrədib  ki,  pisliyi  bağışlamaq  bizim  özü-
müz üçün yaxşıdır. Böyük satqınlıq bağış-
lamaq təcrübəmiz üçün ürəklərimizi bağla-
mağa səbəb ola bilər. Əgər siz bağışlamaq 
şöbəsində simiclik etdiyinizi görürsünüzsə, 
öz  günahlarınızdan  azad  olmaq  hissini 
az  hiss  edəcəksiniz.  Ələ  verilmək  kifayət 
qədər  pisdir.  Hirslənmək  öhdəsindən  gələ 
bilmədiyiniz bir məğlubiyyətdir. Bu gün siz 
kimə bol bağışlama verməlisiniz? 
Bizə borclu olanları 
bağışladığımız kimi, bizim 
borclarımızı da bağışla.
Matta 6:12


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə