Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə7/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   2   3   4   5   6   7   8   9   10   ...   122

gün
14
BÖYÜK 
SADİQLİK
-cü
Rəbbim, məni Öz sülhünün aləti et.  
Nifrət olan yerdə qoy sevgi;  
İnciklik olan yerdə əfvi; 
Şübhə olan yerdə imanı;  
Ümidsizlik olan yerdə ümidi;  
Qaranlıq olan yerdə nuru; 
Kədər olan yerdə sevinci əkim.  
Ey İlahi Ağam, mənə kömək et ki,  
təsəlli almaqdansa  
daha çox təsəlli verə bilim;  
başa düşülməkdənsə, başa düşüm; 
sevilməkdənsə, sevim. 
Çünki biz verərkən əldə edirik. 
bağışlayarkən bağışlanırıq. 
ölərkən əbədi həyat üçün doğuluruq.
Müqəddəs Assizili Fransisk


15
gün
-ci
BÖYÜK 
SADİQLİK
Paul kədərlənmək əvəzinə gülümsədi. 
“Bütün dünya mənim Atama məxsusdur. Sən 
məni hara göndərsən, mən Atamın dünyasın-
da olacağam.”
Zabit iti baxışlarla ona baxdı. “Biz sənə 
məxsus olan hər bir şeyi götürəcəyik.”
“Zabit, sizə hündür bir nərdivan lazım ola-
caq, çünki mənim xəzinəm göylərdə yığılıb.” 
Paul hələ də gözəl təbəssümlə baxırdı. 
“Biz sənin gözlərinin arasına güllə ataca-
ğıq” – deyə, zabit bu dəfə hirslə cavab verdi. 
“Əgər siz bu dünyada mənim həyatımı 
götürsəniz, mənim əsl sevincli və gözəl 
həyatım başlayacaq” –deyə, Paul cavab ver-
di. “Mən ölməkdən qorxmuram.”
Zabit Paulun cırıq-cırıq olmuş məhbus 
köynəyindən yapışıb düz gözlərinin içinə ba-
xaraq qışqırdı: “Biz səni öldürməyəcəyik! Biz 
səni həbsxanada tək saxlayıb heç kimi qoy-
mayacağıq ki, səni görsünlər!” 
“Siz bunu edə bilməzsiniz”- hələ də 
gülümsünərək cavab verdi. “Mənim elə 
bir Dostum var ki, kilidli qapıları və dəmir 
barmaqlıqları keçə bilir. Məni Məsihin 
sevgisindən heç kim ayıra bilməz.”
Böyük təbəssüm 
SİBİR: PAUL 
Artıq gec idi, sovet zabiti Paulu neçə saat idi ki, döyüb ona işgəncə verirdi. “Biz artıq sənə 
işgəncə verən deyilik” – deyə, qəddar bir gülüşlə gülümsünərək cavab verdi. “Biz səni qarın 
heç vaxt ərimədiyi Sibirə göndərəcəyik. Bu, böyük əzab yeridir. Sən və ailən oraya yaxşı 
uyğunlaşacaqsınız.”
Naməlum gələcəyə baxmayaraq, biz bir 
şeyə  əmin  ola  bilərik:  Məsih  onu  bizimlə 
birlikdə  qarşılayacaq.  İstər  biz  şəxsi  sı-
naqdan,  istərsə  də  camaat  qarşısındakı 
sınaqdan keçək, biz heç vaxt tək olmaya-
cağıq.  Buna  zidd  olaraq,  insan  olan  yol-
daşlarımız hansısa məqamda bizi tək qoya 
bilər. Həyatın səyahətində onların bizimlə 
gedə bilməyəcəyi yerlər olacaq – su olduq-
ca  dərin,  onların  düşüncələri  isə  tutqun 
olacaq.  Əzab  çəkən  ürəklərimizdə  yalnız 
İsanın  “dəmir  barmaqlıqları”  keçmək  və 
çətin  vaxtları  bölüşmək  qabiliyyəti  var. 
Düzdür,  O,  bizi  vəziyyətlərimizdən  qur-
tarmaya  bilər,  amma  onun  daimi  hüzuru 
onlardan  qurtulmaq  üçün  bizimlə  olacaq. 
Gülümsəyin, bilin ki, sizdən heç vaxt ayrıl-
mayan Dostunuz var.
Məsihin məhəbbətindən bizi kim 
ayıra bilər? Əziyyətmi, sıxıntımı, 
təqibmi, aclıqmı, çılpaqlıqmı, 
təhlükəmi, qılıncmı?
Roma. 8:35


16-ci
gün
BÖYÜK 
SADİQLİK
Düşərgə ruhani inkişaf və ibadət üçün se-
vinc dolu bir vaxt idi. Sonra onlara hücum 
etdilər. 
Radikal müsəlmanlardan ibarət izdiham 
onların gizləndiyi binanı dövrələyəndə pas-
tor Pattiuael bayıra çıxdı. Qana susamış 
izdihamın diqqətini həyat yoldaşından və 
gənclərdən yayındıran pastora hücum olun-
du, o birilər isə qaçıb çıxa bildilər. 
“İsa, mənə kömək et.” Bunlar onun so-
nuncu sözləri idi. 
Həyat yoldaşı onu gələn dəfə tabutda gör-
dü. Onun bədəninə və qollarına xaç şəklində 
eybəcər yaralar vurmuşdular. Şokda və 
qəzəbdə qadın Allahı çağırdı. “Sən bunun baş 
verməsinə necə yol verdin? Sən niyə ərimi 
qorumadın?”
Amma Müqəddəs Ruh ona hücumdan 
bir neçə gün əvvəl ərinin sözlərini xatırlat-
dı: “Əgər sən məni və ya ailəni İsadan çox 
sevirsənsə, sən Məsihin padşahlığına la-
yiq deyilsən.” O, həyat yoldaşına dedi ki, 
Məsihin padşahlığı üçün ölməyə hazırdır. 
Həmin sözləri xatırlayaraq, o 
qəzəblənməkdən imtina etdi. O, hələ də İn-
doneziyada öz məbədində xidmət edir. Onun 
azad ölkələrdə yaşayan məsihçilərə verdiyi 
məsləhət budur: “Allahı daha ciddi şəkildə 
axtarın ki, daha çox çətinliyin içərisində da-
yana biləsiniz.”
Böyük qurban 
İNDONEZİYA: PASTOR HENDRİK PATTİUAEL 
Onlar bayırda gənc məsihçilərin qışqırıqlarını eşidəndə evə doluşdular. Məsihçiləri 
öldürürdülər. Pastor Hendrik Pattiuael və həyat yoldaşı İndoneziyada gənclər düşərgəsinə 
rəhbərlik edirdilər və onlar düşərgədə olan gənclərin qayğısına qalmaqda məsuliyyət daşıdıq-
larını hiss edirdilər.
Biz  çətinliyi  axtarmamalıyıq.  O,  ar-
tıq  bizim  ünvanımızdadır.  İsa  çox  vaxt 
şagirdlərinə  xatırladıb  ki,  çətinliklər  bi-
zim  gündəlik  həyatımızın  bir  hissəsidir. 
Allahı  daha  ciddi  şəkildə  axtarmaq 
həyatlarımızda daha çox çətinliklər axtar-
maq deyil. Xeyr, Allah ilə dərin ünsiyyətləri 
axtarmağın faydası bizi labüd şeylər üçün 
daha  yaxşı  hazırlamaqdır.  Biz  yolumuza 
çıxan  çətinlikləri  seçə  bilmirik.  Amma  biz 
Allah  ilə  ünsiyyət  qurmağı  seçə  bilərik, 
bu,  bizi  çətinlik  üçün  hazırlayır.  Bəzi 
çətinliklər  Məsihin  xatirinə  həyatlarımızı 
itirmək ola bilər. Amma bu, həqiqi qurban 
deyil. Böyük qurban daha sonra gəlməlidir. 
Biz əvvəlcədən Allah ilə yaxınlığı inkişaf 
etdirmək üçün istənilən səviyyədə xudbin-
liyi qurban verməliyik. Biz Məsih ilə gözəl 
ünsiyyəti əldə etmək üçün hər şeyi qurban 
verdikdən  sonra  artıq  ən  çətin  işi  etmiş 
oluruq. 
Beləliklə, ey qardaşlar, Allahın 
mərhəməti xatirinə sizə yalvarıram 
ki, bədənlərinizi diri, müqəddəs və 
Allahı razı salan bir qurban olaraq 
Ona təqdim edin; bu, sizin ağılla 
etdiyiniz ibadətdir.
Roma. 12:1


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə