Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə8/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   4   5   6   7   8   9   10   11   ...   122

17
gün
-ci
BÖYÜK 
SADİQLİK
Dörd Sudanlı oğlan ağlayaraq anaları-
nı çağırdılar, amma həyatlarını xilas edən 
bilən, lakin məsihçiliyi inkar edən sözləri 
təkrarlamaqdan imtina etdilər. Onların qırmı-
zı qanları qara dərilərinin üzərindən axmağa 
başladı, amma onlar Məsihə imanlarından 
dönmədilər. 
Yaşca bir az böyük olan yeniyetmə oğ-
lanlar kənardan dəhşətli görünürdülər. On-
lar islamçıların Cənubi Sudanlı ailələri necə 
qılıncla öldürdüklərini görmüşdülər. İndi on-
lar öz dörd dostlarının və qohumlarının – 
ən kiçiyinin beş yaşı var idi – ölənə qədər 
döyüldüyünə baxırdılar. 
Əsgərlər artıq yaşca bir az böyük oğlanları 
məcbur etmişdilər ki, isti kömürlərin üzərinə 
uzansınlar. Onlar həm də müsəlmanlığın 
kəlmeyi-şəhadətini təkrarlamağı və islama 
qoşulmağı əmr etmişdilər. Oğlanların heç 
biri əzablı ağrılara baxmayaraq heç bir söz 
demədilər. 
Həmin gün hücum zamanı on dörd oğlan 
və on üç qız tutulmuşdu. Qızların harada ol-
duğu heç vaxt məlum olmadı, ola bilsin ki, 
Şimali Sudanda qul və ya kəniz kimi satıl-
mışdılar. Oğlanların hamısına işgəncə veril-
di, amma heç biri tabe olmadı. Növbəti gecə 
yaşca bir az böyük oğlanlar keçən gecənin 
yaralarını hələ də daşıyaraq qaçdılar. Heç biri 
imandan dönmədi.
Böyük ağrı 
SUDAN: SUDANLI OĞLANLAR
“Bizimlə birlikdə təkrar edin” – deyə, oğlanların üzünə və qarnına yumruqlar vuraraq, həm də 
təpikləyərək əsgərlər qışqırdılar. “Allah təkdir, şəriki yoxdur, Məhəmməd isə peyğəmbərdir. 
Deyin bunu!”
Ağrı  çox  vaxt  Allahın  planında  va-
cib  rol  oynayır.  Əfsuslar  olsun  ki,  bi-
zim  diqqətimizi  cəlb  edən  və  toplayan 
ağrının  qabiliyyətinə  bərabər  başqa  bir 
həyat  təcrübəsi  yoxdur.  Uzun  müddətli 
xəstəlikdən  və  ya  qəfil  zədələnmədən  fi-
ziki  ağrı  insan  bədəninin  bütün  diqqətini 
cəlb edir. Beyin çətinlik mənbəyinə bədənin 
ehtiyatlarını  cəlb  etmək  üçün  bütün  sinir 
sisteminə siqnallar göndərir. Eləcə də emo-
sional  ağrını  rədd  etmək  mümkün  deyil. 
Xərçəng, xəstəlik, təqib və ya ədalətsizlik 
kimi  acı  vəziyyətlərdə  sevdiyimiz  kimisə 
itirməyin ağrısı olduqca sarsıdıcı ola bilər. 
Bizi ağrı ilə tanış edən hər hansı vəziyyət 
olursa olsun, onu yoluna qoymaq üçün iki 
seçimimiz var. Biz təslim ola bilərik. Yaxud 
biz  böyüyə  bilərik.  Ağrını  yaşayan  insan-
lar  Allahın  lütfünün  misilsiz  xidmətçiləri 
ola  bilərlər.  Daha  da  güclü  olmaq  üçün 
gərginlik  və  məşqlər  vasitəsilə  əzələləri 
dözməyən idmançı kimi ağrı da yeni inki-
şafımız üçün cığırımızdır.
Çünki bu səbəbə görə Müjdə 
ölülərə də yayıldı ki, cismən 
onlar bütün insanlar kimi 
mühakimə olunduğu halda, 
ruhən Allah kimi yaşasınlar.
1 Peter 4:16


18-ci
gün
BÖYÜK 
SADİQLİK
“Bir çox kommunistlər öz “utopiyalarını” 
müdafiə etmək üçün ölməyə hazır idilər. On-
lar öz məsləklərinə mənim məbəddə gördü-
yüm bəzilərindən daha dərindən həsr olun-
muşdular.” 
Pastor Vurmbrand hər bir düşməndə po-
tensial dostu və potensial məsihçini görürdü. 
Öz rəqiblərini sevməklə o, təkcə bir çoxlarını 
Məsihə gətirmədi, eləcə də şəhadətlik etmək 
üçün imkanlarını artırdı. 
“Onlar məni ‘murdar yəhudi’ adlandıranda 
və hamıya kitablarımı oxumamağı söyləyəndə 
insanlar dərhal bu ‘murdar yəhudinin’ nə 
demək istədiyini eşitmək istəyirdilər” – deyə, 
o, gülərək danışır. “Həmişə mənə qarşı duran 
hər bir kəsi sevə-sevə qəbul edirəm. Sizin 
deməli olduğunuz fikirlərlə başqaları heç 
də həmişə maraqlanmırlar. Siz öz imanınızı 
bölüşməzdən qabaq onlarda həqiqət barədə 
suallar yaratmalısınız. Bunu etmək üçün siz 
onların haradan gəldiklərini anlamalısınız və 
təsirli şəkildə danışmağı bacarmalısınız.”
Pastor Vurmbrandın sözləri qürurlu 
düşüncələrdən irəli gəlməyib, əslində, o özü 
buna nümunə olub. O və həyat yoldaşı Sa-
bina öz evlərinə nasist məmurunu dəvət 
etmişdilər, bu, həmin insan idi ki, Sabi-
nanın bütün ailəsinin məhv olduğu həbs 
düşərgələrində işləmişdir. Həmin məmur 
onların sevgisini və bağışlamalarını görəndə 
padşahlığı qazandı. 
Qeyd: Bu sözlər Pastor Riçard Vurm-
brandın 2001-ci ilin fevral ayında ölümündən 
qabaq sonuncu müsahibələrindən götürü-
lüb.
Böyük müqavimət
RUMINİYA: RİÇARD VURMBRAND
“Mən kommunistlərə valehəm.” On dörd il kommunist həbsxanasında olmuş pastorun sözləri 
qəribə səslənirdi, amma Riçard Vurmbrand səmimi tərzdə onlara bunu söylədi.
İsa öyrədirdi ki, başqaları bizim imanı-
mızı, xüsusilə müqavimət halları yaranan-
da, sevgimizdən tanıyacaqlar. Öz məsihçi 
ailəmizdə  olanlarla  rəftarımız  necədirsə, 
düşmənlərimizlə  rəftarımız  da  elə  olmalı-
dır. Əslində, bizim tənqidə cavabımız ima-
nımızı daha çox göstərir. İmanlılar məsihçi 
imanının  bu  güclü  prinsipini  həyata 
keçirəndə  onlar  özlərini  dünyanın  başqa 
insanlarından  fərqləndirirlər.  Müqavimətə 
qarşı  təbii  cavab  ya  təkzib  etmək,  ya  da 
yaxşılıqla  əvəzini  verməkdir.  İmanlılar 
düşmənlərinin  ayağının  altını  qazımalı 
deyillər,  onları  başa  düşməyə  çalışmalı-
dırlar. Müqavimətə bu tərəfdən yanaşanda 
o,  imanı  göstərmək  və  Məsihin  əmrlərini 
təqlid etmək imkanı kimi qarşılanır.
Qonşunu sev və düşməninə nifrət et” 
deyildiyini eşitmisiniz. Mənsə sizə 
deyirəm ki, düşmənlərinizi sevin, sizi 
təqib edənlər üçün dua edin.
Matta 5:43-44


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə