Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə9/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   5   6   7   8   9   10   11   12   ...   122

19
BÖYÜK 
SADİQLİK
-cu
gün
Dr. Batiman gəminin dal tərəfində əlliyə 
yaxın adamı yığaraq, ölümə hazırlaşmağı on-
lara söylədi. Həmin gün bir az əvvəl o, böyük 
gəmidə ibadət toplantısı aparmışdı, xidmət 
onun sevimli himni “Allahım, Sənə daha ya-
xın” ilə bitmişdi. 
Robert Batiman Florida ştatının Cekson-
vill şəhərində Mərkəzi Şəhər Missiyasını 
yaratmışdı, bu, həmişə içkili dənizçilər ilə 
dolu olan bir yerdə ruhani mayak idi. Onu 
“Ceksonvilldə olan hər bir kəsdən daha çox 
insan nuru yayan bir şəxs” adlandırırdılar. 
Batiman məsihçiliyin ictimai işini öyrənmək 
üçün İngiltərəyə getmiş və öyrəndiklərini 
həyata keçirmək üçün ABŞ-a qayıtmışdı. 
Amma 1912-ci il, aprelin 12-si gecə Bati-
manın gəmisi aysberqlə toqquşdu. Batiman 
gəminin dal tərəfində yığışmış insanlara 
Rəbbin duasını təkrar etməyi söylədi. Or-
kestr “Allahım, Sənə daha yaxın” himnini 
oxuduqca böyük “Titanik” gəmisi dalğaların 
qoynunda qərq oldu.
Böyük səyahət 
TİTANİK: DR. ROBERT BATİMAN 
Dr. Robert Batiman ehtiyatla baldızını xilasedici qayığa mindirdi. “Həyəcanlanma, Enni. Bu, 
bizim imanımızı sınaqdan keçirəcək. Mən başqalarına kömək etmək üçün qalmalıyam. Əgər 
biz yer üzündə bir daha görüşməsək, göylərdə yenidən görüşəcəyik.” Qayıq aşağıya qaranlıq, 
buzlu suya salınan zaman Batiman öz əl yaylığını qadına tulladı və dedi: “Enni, bunu boğazına 
bağla, yoxsa sənə soyuq olar.”
Belə deyilir ki, Allahı şübhəsiz güldürəcək 
bir  şey  ona  planlarımızı  söyləməkdir!  Biz 
Məsihi  qəbul  edəndə  həyatımızın  ən  bö-
yük  maraqlı  bir  səyahətinə  başlayırıq. 
Səyahəti  dəyərli  etmək  üçün  biz  özümüzü 
onun əmrinə – gəminin kapitanına təslim 
etməliyik. O, daha böyük məqsədlərə doğru 
şıltaqlıqlarımız  və  istəklərimiz  vasitəsilə 
idarə  edərək,  istədiyi  kimi  həyatımızın 
səyahətini  ahəngləşdirir.  Elə  vaxtlar  olur 
ki,  hətta  ən  çətin  vaxtlarda  onun  xəritəsi 
köhnəlmiş  görünür  və  biz  onun  öz  yolu-
nu  itirdiyini  düşünürük.  Girintili-çıxıntılı 
daşlar  qaranlıq  dərinliklərdən  üzə  çıxır. 
Aysız  gecə  bizi  öz  qaranlığının  ağuşuna 
alır.  Həyatımızın  planlarının  idarəçiliyini 
yeniləşdirmək üçün həmin anlarda biz necə 
də  sınağa  çəkilirik.  Amma  səyahət  iman-
da riskdir, bu, böyük bir şey deyil. Allahın 
həyatlarımız  üçün  planları  bizi  özümüz 
üçün  heç  vaxt  seçmədiyimiz  istiqamətlərə 
aparır.  Amma  O,  bizim  üçün  ən  yaxşı  nə 
olduğunu bilir.
İnsanın qəlbində çox amalı var, 
amma Rəbbin niyyəti həyata 
keçər.
Sül. Məs. 19:21


20-ci
gün
BÖYÜK 
SADİQLİK
“Siz istəyirsiniz ki, icazəmiz olma-
dan dəvətnamələri paylayaq?” Misir poli-
si tərəfindən həbs olunmağı təsvir etmək 
rəhbərin ətrafına yığışmış narahat oğlanların 
və qızların fikirlərindən keçdi. 
“Bəli, biz balaca imanı məşq etdirməliyik. 
Biz birinci addımı atmalıyıq və qalan şeylər 
Allahın əlindədir.” 
Misirdə məsihçi toplantılarına ciddi 
nəzarət olunurdu və hökumətin razılığı ol-
madan keçirilə bilməzdi. 8:30-dan az son-
ra gənclərin rəhbəri polisə zəng vurdu ki, 
məsihçi toplantısı keçirmək üçün icazə ver-
sin. 
“Siz müvafiq anketləri doldurmalısınız 
və biz sizə ya bir aydan, ya da daha sonra 
bildirəcəyik.”
“Bağışlayın, cənab, axı biz artıq toplantı 
üçün dəvətnamələri paylamağa başlamışıq” 
– deyə, məsihçi narahat bir halda cavab ver-
di. 
“İcazəniz olmadan dəvətnamələri niyə 
paylamısınız? Siz bilirsiniz ki, belə toplantıla-
rın keçirilməsinə bizim razılığımız olmalıdır. 
Yaxşı, dəvətnamələr artıq paylandığı üçün bu 
dəfə mən toplantıya icazə verəcəyəm.”
Böyük iman addımı 
MİSİR: MƏSİHÇİ GƏNCLƏRİN RƏHBƏRİ 
Məsihçi rəhbər gənclər qrupuna dedi: “Planımız budur”. “8:30-da universitetdə toplantının 
dəvətnamələrini paylamağa başlamalısınız. Gizli polis gəlib sizdən nə etdiyinizi soruşana 
qədər dəvətnamələri cəld paylamalısınız. Əgər siz onları kiməsə verə bilməsəniz, sadəcə onları 
hansısa bir yerə qoyun. Allah onları lazımi əllərə çatdıracaq.”
İmanımızı  hərəkətə  qoymaq  qeyri-
müəyyən  səyahət  zamanı  ilk  addım  at-
maq  deməkdir.  Bu  səyahəti  edənlər  bizə 
deyəcəklər ki, əslində, getmək çətin deyil. 
“Bilmədən  getmək”  insanı  bir  az  ruhdan 
salır.  İman  səyahətində  xəritələr  yoxdur. 
Biz Allahın təminatının ulduzunun işığı ilə 
idarə olunuruq. Bu həyatın əsas baş yolun-
dan görünməyən yerlərə aparan kələ-kötür 
yollarda  maraqlı  səyahətdir.  İmanlıların 
icazəsinə  əmin  olmadıqları  toplantıya 
dəvətnamə paylaması böyük iman tələb et-
di. Allah onların iman addımlarını həmin 
gecə  üç  yüz  insanın  Məsihi  tanıması  ilə 
qiymətləndirdi. Siz imanda addım atmağa 
hazırsınızmı?
İman ümid edilənlərə etibar etmək, 
görünməyən şeylərə əmin olmaqdır.
İbr. 11:1


21
BÖYÜK 
SADİQLİK
-ci
21
Ötən müharibə zamanı bizə öyrətmişdilər 
ki, öz məqsədimizə çatmaq üçün istifadə 
olunmağımıza icazə verməliyik…Biz bilirik 
ki, ölkə bizdən azadlığın dəyəri üçün 
bölüşməyi tələb edəndə bircə cavabımız var 
– amma Rəbb İsa bizdən dünyaya müjdəçilik 
üçün dəyər ödəməyi xahiş edəndə biz çox 
vaxt sözsüz cavab veririk. Biz gedə bilmərik. 
Biz deyirik ki, bu, həddən artıq bahadır… 
Müjdəçilər istifadə olunmağın lazım gəldiyi 
hallar ilə həmişə qarşılaşırlar. 
Müqəddəs Neyt, 1956-cı ildə Ekvador cəngəlliyində  
şəhid olmuş müjdəçi
BÖYÜK 
SADİQLİK
gün


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə