BöYÜk xalq şAİRİ (Səməd Vurğunun anadan olmasının 50 illiyi münasibətilə)



Yüklə 25,08 Kb.

tarix01.07.2018
ölçüsü25,08 Kb.


BÖYÜK XALQ ŞAİRİ

 

(Səməd Vurğunun anadan olmasının 50 illiyi münasibətilə) 

Azərbaycan xalqı ən böyük şairi Səməd Vurğunun anadan olmasının əlli illiyini dərin bir hörmət 

və iftixar hissilə qeyd edir. Böyük sənətkar, məharətli söz ustadı, əsl xalq şairi olan Səməd 

Vurğun böyük yaradıcılıq yolu keçmiş, özünün hər bir əsərində xalqın ruhunu, onun istək və 

arzularını tərənnüm etmək üçün bütün qüvvəsilə səy göstərmişdir. Səməd Vurğun böyük bir xalq 

şairi olmaqla bərabər, öz ədəbi və ictimai fəaliyyətilə görkəmli dovlət xadimi, tədqiqatçı-alim 

mövqeyinə qalxmağa müvəffəq olmuşdur. 

Şair məhsuldar, coşğun yaradıcılıq illərində heç bir zaman xəyaldan ilham almadı. Onun hər bir 

şeri insanların ürəyindən xəbər verdi. O, böyük şair və həqiqi bir vətəndaş olaraq həmişə ön atəş 

xəttində dayandı. 

Səməd Vurğunu xalqımıza sevdirən də bunlardır. Onun nəğmələrindəki fərəh və coşğunluğun 

tükənməz mənbəyi bunlardır. Şair ömrünün xeyli cavan çağlarında yazdığı bir şerində deyir: 

 

Azaddır quşların xoş nəşidəsi, 



Azaddır yaşamaq, gülmək həvəsİ. 

Dənizlər mürəkkəb, meşələr qələm 

Olsa da, könlümün bitməz nəğməsi.

 

 



Şairin hər bir şerində insanların qəlbi döyünür. Hər bir oxucusu onun nəğmələrində özünü, öz 

sevincini, öz arzusunu hiss edir. Onun qüdrətli ilhamı hər bir insanın - cavanın, qocanın, 

fəhlənin, mühəndisin, kəndlinin, alimin qəlbinə dərhal yol tapır. Onun hər bir şeri insana əziz və 

doğma duyğular təlqin edir: 

 

Gözəl Vətən! Mənan dərin, 



Beşiyisən gözəllərin! 

Aşıq deyər sərin-sərin: 

Sən günəşin qucağısan, 

Şer, sənət ocağısan...

 

Daha sonra, bir rəssam kimi, sanki tər çiçəklərdən rəng alaraq, lövhələr rəsm edir: 



 

Sıra dağlar, gen dərələr, 

Ürək açan mənzərələr, 

Ceyran qaçar, cüyür mələr, 

Nə çoxdur oylağın sənin! 

Aranın, yaylağın sənin...

 

 

Azərbaycan xalqının fədakarlıq, mərdlik, sədaqət və cəsurluq kimi ənənəvi xüsusiyyətləri, 



Azərbaycan təbiətinin misilsiz gözəllikləri Səməd Vurğun şerində həqiqi sənətkarlıqla əks 

olunmuşdur. O, sənət aləminə qədəm qoyduğu ilk gündən başlayaraq, həyata həmişə şair gözü 

ilə baxmış, vətənin gözəlliyini və əzəmətini hər zaman ürəklə tərənnüm etmişdir. Onun mənzərə 

təsvirində mahir rəssam fırçası duyulur. O, həmişə bütün qəlbi, bütün ruhu ilə xalqa, həyata bağlı 

bir şair olmuşdur: 

Aşiqəm insana və təbiətə,

 

Əlim qələm tutub yazandan bəri.



 

 

O, öz əsorlərində insanın və təbiətin heç bir zaman yaddan silinməyəcək parlaq obrazlarını 



yaratmışdır. Şair insanı və təbiəti həmişə bir vəhdət halında və böyük hisslərlə tərənnüm etmiş, 

dünyanın gözəlliklərini dərk edən, onu tamamlayan insanın ruhi çırpıntılarını, mənəvi vüsətini 

bütün parlaqlığı və gözəlliyi ilə təsvir etmişdir. 

Şair 1939-cu ildə yazdığı «Qızcığaz» adlı kiçik şerində yeni doğulan insanın həyata gətirdiyi 

fərəh və sevinci əsl sənətkarlıqla göstərmişdir. Bu şerdə böyük, fəlsəfı bir fıkir ilk nəzərdə çox 

sadə görünən bir hadisənin təsvirində verilmişdir. Səməd Vurğun ədəbiyyata yeni həyatın, böyük 

həqiqətlərin istedadlı tərənnümçüsü kimi gəlrnişdir. Ona görə də, onun hər yeni şeri xalq 

arasında sevilə-sevilə oxunmuşdur. Oxucu həmişə Səməd Vurğunun yeni əsərlərini səbrsizliklə 




gözləmişdir. Cəmiyyətimizin nailiyyətləri, yeni insanın misilsiz fədakarlığı və qəhrəmanlığı 

Səməd Vurğunun şeirlərində valehedici bir gözəllik və təravətlə nümayiş etdirilir. Elə bil ki, şair 

yeni dünya yaradan insanların qızğın mübarizəsini hər addımda izləyir, bu mübarizədə onunla 

birlikdə vuruşur, onun qəlbindən keçən arzuları duyur, onun hiss və fikirlərini dərk edir! 

Tarixdə də həmişə belə olmuşdur. Hər bir xalqın böyük sənətkarı daim onunla bir nəfəs almış, 

onun mübarizəsinin ən qızğın yerində, ön cəbhəsində vuruşmuşdur. Xalqın arzusu, xalqın 

sevinci, eyni zamanda, onun arzusu, onun sevinci olmuşdur. Azərbaycanın əmək qəhrəmanları 

haqqında ilk gözəl poemanı Səməd Vurğun yazdı. Onun məşhur «Bəsti» əsəri öz aktuallığı, 

poetik gözəlliyi ilə bu gün də bir nümunədir. Şair öz qadın qəhrəmanına müraciətlə yazırdı: 

 

Sənindir obalar, sənindir ellər, 



Ətəyi yellənən pambıqlı çöllər. 

Sənindir havası sərin yaylaqlar, 

Ceyranlar su içən soyuq bulaqlar, 

Sənindir səhərin ülkər ulduzu, 

Sən ey yurdumuzun qəhrəman qızı!

 

 



Şair göstərmişdir ki, əsrlərdən bəri nəsibi dörd divar arasında çırpınmaq olmuş, hüququ, azadlığı 

əlindən almmış Azərbaycan qadını indi ictimai həyatın, yeni cəmiyyətin fəal bir üzvüdür. O, 

dövlət işində, elm, mədəniyyət sahəsində, xalq təsərrüfatında kişilərlə çiyin-çiyinə çalışır. 

Səməd Vurğunun boyük ədəbi xidmətlərindən biri də onun dramaturgiyasıdır. O, üç tarixi dram 

müəllifidir. «Vaqif», «Fərhad və Şirin», «Xanlar» Azərbaycan xalqının ən çox sevdiyi səhnə 

əsərlərindəndir. Bu pyeslərdə real hadisələr romantik boyalarla işlənilmiş, Azərbaycan xalqının 

yadelli işğalçılara qarşı mübarizəsi romantik bir coşğunluqla təsvir olunmuşdur. Bu əsərlərdə 

xalq ruhunun real canlılığı, xalq mübarizəsinin romantik şeriyyəti tamaşaçını, oxucunu valeh 

edir. Şair şahların, hakimlərin, yadelli işğalçıların yırtıcı təbiətini, qanlı şöhrət düşgünlüyünü, 

vəhşi ehtiraslarını sənətkarlıqla ifşa etmişdir. Bu əsərlərdə gələcəyə, bəşəriyyətin əbədi 

azadlığına sarsılmaz inam təbliğ edilir. 

Səməd Vurğun şair Vaqifin surətini böyük xalq qəhrəmanı kimi yaratmışdır. Vaqif öz mənəvi 

qüdrəti ilə, məğrur və sarsılmaz xarakteri ilə qəddar bir istilaçı olan Ağa Məhəmməd şah Qacarı 

məğlub edir. Ordular sahibi olan hökmdar onun yanında, onun zəngin və güclü mənəvi aləmi 

qarşısında çox kiçik görünür. Vaqif surəti Azərbaycan xalqının düşmənə baş əyməmək, yadelli 

işğalçılara amansız nifrət və kin bəsləmək, qardaş xalqları sevmək, onlara hörmət etmək, həmişə 

mərd olmaq kimi nəcib sifətlərini ifadə edir. Səməd Vurğunun qəhrəmanı öz ölkəsinin 

adamlarını da, təbiətini də qızğın məhəbbətlə sevən müdrik bir dövlət xadimidir. 

Səməd Vurğunun dram əsərlərinin qəhrəmanları böyük ideallarla yaşayırlar. Bu ideallar isə, 

xalqın zülmdən, əsarətdən, təbiət stixiyalarının çətinliklərindən həmişəlik xilas olması uğrunda 

mübarizə aparmaq arzusundan doğmuşdur. Vaqif də, Fərhad da, Xanlar da xalq səadəti uğrunda 

hər cür əzab və məşəqqətə mərdliklə sinə gərən, böyük iradə sahibi olan adamlardır. Onların fıkir 

və mübarizələrində bir genişlik və dərinlik vardır. Onlar həmişə xalqa arxalanırlar, xalqla 

qaynayıb-qarışırlar, xalqın önündə gedirlər. Onlar gəncliyə yüksək və mərd sifətlər təlqin edirlər, 

Səməd Vurğunun əsərlərindən danışarkən, onun ser dilinin heyranedici gözəlliyini qeyd 

etməmək mümkün deyildir. Azərbaycan ədəbi dilinin inkişafı tarixində Molla Pənah Vaqifdən 

sonra ən böyük rol heç şübhəsiz ki, Səməd Vurğuna aiddir. O, öz şerləri, dramları ilə Azərbaycan 

ədəbi dilini yeni yüksəkliyə qaldırmışdır. Onun bədii dilində qələmə aldığı hadisəni bütün 

incəlikləri ilə ifadə edə bilmək, onu dərhal oxucunun gözləri qarşısında canlandırmaq, insan 

qəlbinin dərinliklərinə təsir etmək, onu sarsıtmaq qüdrəti vardır. 

Səməd Vurğunun əsərləri bədii dilimizin musiqi ahəngdarlığına yeni gözəllik gətirmişdir. Onun 

dili aydındır və sadə olduğu qədər də zəngindir, canlı və oynaqdır. Onun əsərlərində hər şey son 

dərəcə təbii, canlı və bədii deyilir. Təsvir etdiyi mənzərələr sanki dil açıb danışır, bir musiqi kimi 

qəlblərə nüfuz edir. 

Səməd Vurğun bədii tərcümə sahəsində də böyük işlər görmüşdür. 



Azərbaycan xalqı öz sevimli şairinə uzun illər cansağlığı və daha böyük yaradıcılıq 

müvəffəqiyyətləri arzu edir. 



 

«Təbliğatçı» jurnalı, 

N5, 1956-cı il 

: gotovie knigi
gotovie knigi -> ƏDƏBİ TƏnqidimiz barəDƏ BƏZİ FİKİRLƏR
gotovie knigi -> SəNƏtkarin öMÜr qüDRƏTİ
gotovie knigi -> Bir neçƏ SÖZ
gotovie knigi -> Təbiət elmləri namizədi Eldar ilə gənc aktrisa Durna altı ay idi ki, evlənmişdilər, müharibə
gotovie knigi -> Uşaqlıqda bir bahar səhəri biz üzümüzə çilənən sərin sudan diksinərək gözümüzü açıb, əlində
gotovie knigi -> «XƏZƏR ÜZƏRİNDƏ ŞƏFƏQ»
gotovie knigi -> «XƏZƏR ÜZƏRİNDƏ ŞƏFƏQ» «Azərbaycan gəncləri»
gotovie knigi -> Yazırdı. Radio «Nəhəng tikinti»
gotovie knigi -> Orfey quyudan çixandan sonra nə GÖRDÜ Oktyabr inqilabı Leninin xalqa vəd etdiyi cənnəti verməyəndən sonra, o «Yeni iqtisadi siyasət»
gotovie knigi -> «MÜhariBƏ» romani haqqinda


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə