Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə11/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

Əməyin təhlükəsizliyi 

Əməliyyatların təhlükəsiz, etibarlı və

tələblərə uyğun qaydada davam

etdirilməsini diqqət mərkəzində

saxlayır, əməyin təhlükəsizliyi və

əməliyyat risklərinin idarə olunmasını

bütün işlərimizdə rəhbər tuturuq.

19

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



İşçilər Şahdəniz platformasında 

xüsusi qoruyucu geyimdə qazma işi 

görürlər.



Əməyin təhlükəsizliyinin idarə edilməsi 

Əməyin təhlükəsizliyi bizim üçün ən prioritet məsələdir. O, rəhbərlik 

tərəfindən dəstəklənir və əməliyyatların idarə olunması sistemimiz 

vasitəsilə tətbiq edilir.

20

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Təhlükəsiz və sağlam iş mühitinin yaradılması 

uğurumuzun təməlidir. İstər sahələrimizdə işləyən 

əməkdaşlarımızın, istərsə də əməliyyatlarımızın 

qonşuluğundakı icmalarda yaşayan insanların 

təhlükəsizliyini təmin etmək öhdəliyimiz var.

Əməliyyatların idarə edilməsi sistemi  

 

Bizim əməliyyatların idarə edilməsi sistemimiz 

(ƏİES) əməliyyat fəaliyyətlərimizdə riskləri idarə 

etməyə və iş icrasını təkmilləşdiməyə kömək 

etmək üçün hazırlanmış qrup miqyaslı 

konsepsiyadır. 

ƏİES sağlamlıq, əməyin təhlükəsizliyi, təhlükəsizlik 

və ətraf mühit, korporativ məsuliyyət və 

əməliyyatların etibarlılığı, eləcə də texniki xidmət, 

podratçılarla əlaqələr və təşkilatdaxili təlimlər kimi 

əlaqədar məsələlərə dair BP-nin tələblərini ümumi 

idarəetmə sistemində birləşdirir. Bu sistem təftiş, 

yoxlama, səriştələrin inkişaf etdirilməsi, biznesin 

davamlılığı və böhran hallarına qarşı cavab 

tədbirlərinin planlaşdırılması kimi fəaliyyətlərin 

əsas risklərini idarə edən qayda və prinsipləri 

müəyyənləşdirir. 

Biz BP-nin prioritetlərini və ya dəyişkən kənar 

tənzimləyici normaları əhatə etmək üçün vaxtaşırı 

olaraq ƏİES çərçivəsində qrupumuzun tələblərini 

nəzərdən keçirir və təkmilləşdiririk. ƏİES-nin 

tətbiqində hər hansı dəyişiklik – yerli tənzimləyici 

normalara və ya şərtlərə əməl etmək məqdəsilə 

– idarəetmə prosesinə aid edilir.

ƏİES həmçinin bizə əməliyyat fəaliyyətlərimizin 

keyfiyyətini yaxşılaşdırmaqda da kömək edir. ƏİES 

ilə əhatə olunan bütün biznes sahələri hər il iş 

icrasının təkmilləşdirilməsi dövrünü həyata keçirir 

və ƏİES çərçivəsinin müvafiq tələblərinə riayət 

olunması ilə bağlı qiymətləndirmə aparır. 



Əməyin təhlükəsizliyi üzrə 

göstəricilər  

 

Əməliyyatların təhlükəsizliyinin 

təkmilləşdirilməsi  

 

2015-ci ildə ümumilikdə sağlamlıq, əməyin 

təhlükəsizliyi, təhlükəsizlik və ya ətraf mühit ilə 

bağlı qəza və təhlükəli hallar kimi səkkiz yüksək 

potensiallı hadisə baş verib.Bunlardan beşi dəniz 

obyektlərimizdə baş verib. Hadisələrin hamısı 

araşdırılıb, təcrübədən çıxarılmış dərslər barədə 

hesabat hazırlanıb və paylaşılıb.

İlkin hermetikliyin pozulması hallarının sayı azalaraq 

2015-ci ildə altı insident oldu (2014-cü ildə səkkiz 

olmuşdu). 

Meksika körfəzindəki dərin sularda baş vermiş 

hadisə üzrə tədqiqatda, Blay hesabatında qlobal 

qazma əməliyyatlarımızda riskin daha da 

azaldılması məqsədi daşıyan 26 tövsiyə verilmişdi. 

Biz 26 tövsiyənin hamısının yerinə yetirilməsini 

başa çatdırdıq. Bunu etməklə quyuda fontanın 

qarşısını alan preventor qurğusunun etibarlılığının 

artırılması, quyuya nəzarət, quyunun bütövlüyü və 

sementlənməsi, yoxlama və riskin idarə edilməsi

qazma səriştələri və təlim fəaliyyətlərini 

genişləndirdik. 

Bu proqram həm BP daxilində, həm də xidmət 

təchizatçılarımız və podratçılarımıza yeni 

standartların aşılanması və mövcud standartların 

genişləndirilməsi, yüzlərlə auditin aparılması, 

dünyanın hər yerində qazma ərazilərimizə sahə 

səfərləri, 130-dan artıq seminarda 3000-dən çox 

adama təlim keçilməsi kimi əhəmiyyətli həcmdə 

işləri əhatə etdi. 

Bu cədvəl BP əməkdaşları və podratçılar üzrə məlumatları əks etdirir. BP-də xəsarət və xəstəliyə verilmiş təriflər ABŞ Peşə Sağlamlığı və 



Əməyin Təhlükəsizliyi İdarəsi tərəfindən müəyyənləşdirilmiş təriflərdən və bu təriflərin müvafiq şərhlərindən götürülüb. Buraya sırf 

layihələrə dair məlumatlar daxil deyil. Tezlik göstəriciləri hər 200 000 iş saatına uyğun hesablanıb. 

İş gününün itirilməsi hadisəsi işlə bağlı xəsarət və ya xəstəlik nəticəsində həmin şəxsin iş qabiliyyətini itirməsinə və bu cür hadisənin baş 



verdiyi gündən sonrakı ən azı bir normal iş növbəsinə çıxa bilməməsinə səbəb olan hadisə deməkdir.

Qeydiyyata alınan xəsarət ilk tibbi yardımdan əlavə müalicə tələb edən işlə bağlı məruzə edilmiş bütün xəsarət hallarıdır.



Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi nəqliyyat vasitəsilə qət edilmiş hər milyon kilometr məsafəyə düşən məruzə edilmiş 

yol-nəqliyyat qəzalarının sayıdır.

BP-nin Azərbaycanda əməyin təhlükəsizliyi üzrə göstəriciləri

a

2014


2015

Ölüm halları

0

0

İş gününün itirilməsi hadisələrinin tezliyi

b

0,00


0,01

Qeydiyyata alınan xəsarətlərin tezliyi

c

0,09


0,08

Yol-nəqliyyat qəzalarının ümumi səviyyəsi

d

0,83


0,48

Qət edilmiş kilometrlər (milyon)

24,24

27,32

İşlənilmiş saatlar (milyon)

32,18

43,64

Kran operatoru Qərbi Azəri platformasında 

yükqaldırma işi icra edir.

Yerli şirkətlər üçün əməyin 

təhlükəsizliyi üzrə təlim 

BP özünün və tərəfdaşlarının maliyyə dəstəyi 

göstərdiyi sahibkarlığın inkişafı və təlim 

proqramında iştirak edən 20-dən artıq yerli 

şirkət üçün əməyin təhlükəsizliyi üzrə təlim 

kursu təşkil etdi. 

Kurs zamanı BP-nin əməyin təhlükəsizliyi 

və ətraf mühitlə bağlı gözləntilərinin ümumi 

mənzərəsi təsvir edildi, tədbirdə yüksək 

və orta vəzifəli rəhbərlik, mühəndis-layihə, 

nəqliyyat, tikinti, qazma, quraşdırma, 

informasiya texnologiyaları və digər biznes 

sahələrinin sağlamlıq, əməyin təhlükəsizliyi və 

ətraf mühit sahəsində çalışan nümayəndələri 

yaxından iştirak etdilər. İştirakçıların rəyləri 

çox müsbət oldu və bəziləri əldə etdikləri 

bilikləri öz şirkətlərinə səriştə və qabiliyyətləri 

artırmaq üçün tətbiq etmək niyyətində 

olduqlarını bildirdilər.



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə