Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015


Sağlamlıq və fərdi təhlükəsizlik



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Sağlamlıq və fərdi təhlükəsizlik 

 

 



2015-ci ildə qeydiyyata alınan xəsarət tezliyi 

0,08-ə düşdü (2014-cü ildə 0,09).

Qurudakı və dənizdəki əməliyyatlarımızda 

müxtəlif peşə sağlamlığı və ilkin tibbi yardım 

bacarıqları, səhiyyə, peyvənd və təşviqat işlərini 

həyata keçiririk. 2015-ci ildə BP-nin işçi heyəti 

üçün Gəncə MediClub klinikasında xidməti 

səhiyyə bölməsini açdıq. Bu klinika 

Azərbaycanın qərb rayonlarında çalışan işçilərin 

işə yararlı olub-olmadığının qiymətləndirilməsini 

və müayinəsini həyata keçirir, onların müayinə 

üçün Bakıya gəlməsinə ehtiyacı aradan qaldırır. 



Nəqliyyat vasitələrinin təhlükəsiz idarə 

edilməsi 

 

 



2015-ci ildə nəqliyyat vasitələrindən istifadə 

13%-dək artdı, il ərzində 27 milyon kilometr 

(podratçılar da nəzərə alındıqda 58 milyon 

kilometr) məsafə qət edildi. Yol-nəqliyyat 

qəzalarının ümumi səviyyəsi isə 42% azaldı. 

Sahələrin və podratçıların nəqliyyat vasitələrinin 

təhlükəsiz idarə olunması standartlarının 

tələblərinə riayət edilməsi ilə bağlı audit 

aparmaqla sağlamlığa və əməyin 

təhlükəsizliyinə təminatı gücləndirmək planımızı 

həyata keçirməyə davam etdik.

Audit və yoxlamalar 

 

 

BP qrupu səviyyəsində audit və yoxlama bizə 

işçi qüvvəmizin rifahını, ətraf mühiti və yerli 

icmaları qorumaq üçün əməliyyatlarımızın 

təhlükəsizliyini və etibarlılığını 

prioritetləşdirməyə kömək edir. 

BP qrupu 2015-ci ildə BP-nin Azərbaycandakı 

əməliyyatlarının iki dəfə auditini keçirdi. Bu 

auditlərə qurudakı boru kəməri əməliyyatları, 

eləcə də Azərbaycandakı və Gürcüstandakı 

dəniz əməliyyatları üzrə riskin idarə olunması 

fəaliyyətləri daxil idi. Dəniz Əməliyyatları Qrupu 

auditinin nəticəsi olaraq 14, qrup auditi 

fəaliyyəti və Boru Kəmərlərinin Təsdiqlənməsi 

üzrə Qrup auditin nəticəsi olaraq isə 18 

fəaliyyət qeydə alındı. Biz bu fəaliyyətləri başa 

çatdırmaq üzərində işləyirik. 

BP qrupu həmçinin Mərkəzi Azəri, Şərqi Azəri 

və Şahdəniz platformalarında, eləcə də “Heydər 

Əliyev” və “Dədə Qorqud” qazma qurğularında 

qazma qurğusunun auditini keçirdi. Bu auditlər 

nəticəsində 201 fəaliyyət qeydə alındı ki, 

onlardan 117-si 2015-ci il ərzində icra olunub. 

2015-ci ilin sonuna qədər 2014-cü ildə öz 

21

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Əməyin təhlükəsizliyi

 

APİ - Amerika Neft İnstitutu



OGP - Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyası

əməliyyat təşkilatımızın qrup auditi nəticəsində 

tələb olunan fəaliyyətlərin 82%-ni uğurla başa 

çatdırdıq. 757 fəaliyyətdən üçü qalıb ki, onlar da 

2016-2020-ci illərdə icra edilməlidir. 

2015-ci ilin sonuna əməliyyatların idarə edilməsi 

sisteminin quyular üzrə təşkilatımızda apardığı 

qrup auditi nəticəsində 2014-cü ildə irəli 

sürülmüş fəaliyyətlərin 75%-ni təxirə salmadan 

və gecikdirmədən uğurla başa çatdırdıq.



Mexaniki bütövlüyün idarə 

edilməsi  

 

2015-ci il ərzində obyektlərimizdə çoxlu sayda 

təftiş apardıq. 

Səngəçal terminalı və ixrac əməliyyatları üzrə 

avadanlıq və boru kəmərinin təzyiq sisteminin 

1300-ə yaxın təftişini keçirdik. Konstruksiyaların, 

dayaqların və beton özüllərin 200-dən artıq 

struktur/inşaat təftişini başa çatdırdıq. Bundan 

əlavə, Azərbaycanda və Gürcüstanda boru 

kəmərlərinin 180-dən artıq təftişini tamamladıq. 

İl ərzində midstrim obyektlərimiz üçün 

korroziyadan mühafizə araşdırmalarımızı və 

modernləşdirmə işlərini yekunlaşdırdıq. Biz 

maye axını, qurğunun və infrastrukturun, eləcə 

də ixrac məhsullarının keyfiyyətinə zəmanət 

yaratmaq üçün kimyəvi maddələr ərazisinin 

mühafizəsinə il ərzində 70000 adam-saat sərf 

etdik. 


İlin sonuna dəniz obyektlərimizdə, Azəri və 

Çıraq platformalarındakı əsas karbohidrogen 

tutumlarında 20-dən artıq daxili təftiş etdik. 

Planlaşdırıldığı kimi, yeddi platformamızın 

hamısında korroziyanın idarə edilməsi və 

konstruksiyaya texniki xidmət proqramlarımızı 

həyata keçirdik. Bundan əlavə, Azəri və Çıraq 

platformalarının müxtəlif konstruksiyalarında 

məsafədən idarə olunan sualtı aparatla təftiş 

apardıq.


İş gününün itirilməsi hadisələrinin tezliyi  

(işlənilmiş hər 200 000 saat üzrə)

0,02

0,04


0,06

0,08


0,10

0,12


0,14

İş gününün itirilməsi hadisələrinin tezliyi

APİ

 

göstəricisi          OGP



 

göstəricisi

0,01

0,01

2010


0,03

2011


0,03

2012


0,03

2013


0,00

2014


2015

Qeydiyyata alınan xəsarətlərin tezliyi  

(işlənmiş hər 200 000 saat üçün)

0,10

0,20


0,30

0,40


0,50

0,60


0,70

Qeydiyyata alınan xəsarətlərin tezliyi 

APİ göstəricisi         OGP gösətricisi

0,17


2010

0,09


2014

2015

0,24


2011

0,21


2012

2013


0,27

0,08

Biz tərəfdaşlarımızla əməyin təhlükəsizliyinə 

uyğunluğu gücləndirmək istiqamətində işlər 

aparmışıq.




Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə