Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

22

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Təhlükəsizlik və böhran hallarının 

idarə edilməsi 

 

Biznesimiz üçün potensial təhlükələri 

əvvəlcədən görməyə çalışmaq, baş verə biləcək 

böhran və ya hadisəyə hazır olmaq üçün 

müvafiq proseslərimiz var.

Şirkət olaraq bizim kollektiv məsuliyyətimiz 

zəmanət və aydın təhlükəsizlik strukturunu 

təmin etmək, fərqli biznes mühitlərində 

təhlükəsizlik baxımından narahatlıq doğuran 

məsələləri idarə etmək, BP-nin əməliyyatçısı 

olduğu obyektləri mühafizə etməkdir. 

Azərbaycanda BP-nin işlədiyi həm qurudakı, 

həm də dənizdəki ərazilərinin xarici perimetr 

boyunca mühafizəsini dövlət təhlükəsizlik 

orqanları həyata keçirir.

2015-ci ildə təhlükəsizlik sahəsində 

tərəfdaşlarımızla əməliyyatlarımızın və 

obyektlərimizin təhlükəsizliyinə və bütövlüyünə 

təminatın mühüm tərkib hissəsi olan 

əməkdaşlığı davam etdirdik. Əməliyyatlarımızın 

mühafizəsində dövlət tərəfdaşımız olan Neft və 

Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi 

(NQBKTİ) ilə İxrac Boru Kəmərləri üzrə 

Təhlükəsizlik Komissiyasının İllik Forumunu 

təşkil edərək tədbirə ev sahibliyi etdik. Forumda 

nazirliklərinin nümayəndələri və ixrac boru 

kəmərlərinin keçdiyi rayonların icra orqanlarının 

məsul şəxsləri iştirak etdilər. Məqsəd 

obyektlərin mühafizəsi ilə bağlı təhlükəsizlik və 

əməyin təhlükəsizliyi, ictimaiyyətlə əlaqələrə 

dair cari məsələləri, eləcə də Şahdəniz 2 

layihəsinin genişləndirmə işlərinin təhlükəsizlik 

aspektlərini müzakirə etmək, təhlükəsizlik və 

icmalar üzrə maraqlı tərəflər arasında ən yaxşı 

təcrübələri bölüşmək idi. 

BP NQBKTİ-yə ikinci xüsusi mobil post-patrul 

nəqliyyat vasitəsi olan “KAMAZ” maşını almağa 

dəstək göstərdi. Bu maşın çətin hava şərtləri və 

yol olmayan ərazilər üçün yenidən dizayn 

olunaraq təkmilləşdirilib. Ümumilikdə, 2015-ci 

ildə bu maşın boru kəmərləri boyunca müxtəlif 

məntəqələrdə 37 gün ərzində 888 iş saatı 

həcmində xidmət göstərdi.

Böhranların idarə edilməsi və fövqəladə 

hallarda cavab tədbirləri 

 

Böhran hallarının və davamlılığın idarə 



olunmasını planlamamız əməkdaşlarımızın 

təhlükəsizliyini təmin etmək, fövqəladə hallara 

qarşı təsirli tədbirlər görmək və 

əməliyyatlarımızda potensial ciddi fasilələrin 

qarşısını almaqda kömək edir. BP Azərbaycan, 

Gürcüstan və Türkiyə boyunca hər il böhran 

halları və davamlılıq üzrə potensial riskləri 

müəyyənləşdirir, öz komandalarımızın cavab 

tədbirlərinə hazırlığını yoxlamaq üçün 

müntəzəm təlim məşqləri keçirir. 2015-ci ildə 

obyektlərimizin hər hansı hadisəyə qarşı cavab 

tədbiri görməyə hazırlığını yoxlamaq üçün 

400-dən artıq təlim və məşq keçirdik.

2015-ci ildə Dənizdə Neft Dağılmalarına qarşı 

Fövqəladə Fəaliyyət Planımızı Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi ilə razılaşdırdıq. 

Azərbaycanda BP-nin neft dağılmalarına qarşı 

hazırlıq və cavab tədbiri görmək potensialını 

genişləndirmək üçün 18 aylıq proqramını başa 

çatdırdıq. Bu proqramın bir hissəsi olaraq 

Azərbaycanın hər yerində tədbir görmək üçün 

yanğın əleyhinə bonlar, dispersant çiləmə 

sistemləri, müvəqqəti suüstü neft tutumu

qayıqlar və təmizləmə aparatları və sığınacaqlar, 

eləcə də yük maşınları və avadanlığın təhlükəsiz 

şəkildə, sürətlə daşınmasına yardım edən tırtıllı 

avtomobillər kimi əlavə avadanlıq təchizatını 

artırmaq məqsədilə əhəmiyyətli miqdarda yeni 

avadanlıq aldıq. Qiymətləndirməmizə görə, 

aldığımız avadanlıq dənizdə və quruda neftin 

mexaniki yığılması və saxlanılması üçün hazırda 

istifadədə olan ən effektli avadanlıqdır. 

Bu proqramın başa çatdırılması “BP Azərbaycan” 

şirkətinin BP qrupunun neft dağılmalarına qarşı 

yenilənmiş hazırlıq və cavab tədbirləri 

prosedurlarına uyğunlaşmasını təmin edir. Bu 

prosedurlar BP biznesindən neft dağılması ilə 

bağlı ən pis ssenari üzrə cavab tədbiri görə 

bilmək üçün müvafiq potensiala malik olmağı 

tələb edir.



Hökumətlə iş 

2015-ci il ərzində Fövqəladə Hallar Nazirliyi ilə 

əməkdaşlığımızı daha da gücləndirdik. Nazirliyin 

nümayəndələri BP-nin həm göyərtədə, həm də 

sahədə neft dağılması təlimində, BP 

nümayəndələri isə nazirliyin təşkil etdiyi 

irimiqyaslı fövqəladə hallara cavab tədbiri üzrə 

təlim məşqində iştirak etdilər. Bundan əlavə, BP 

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 

10-illik yubileyini qeyd etmək üçün nazirlik 

tərəfindən təşkil olunan neft dağılmalarına qarşı 

hazırlıq və cavab tədbirləri mövzusunda 

konfransda iştirak etdi. 

Bir qrup işçi gəminin göyərtəsində fövqəladə 

hallara qarşı cavab tədbirləri təlimi keçir.



23

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015

Ətraf mühit 

Biz başa düşürük ki, ətraf mühitə təsirlərin 

idarə olunması neft və qazın məsuliyyətli 

şəkildə hasil olunması prosesinin mühüm 

tərkib hissəsidir.

BP-nin Azərbaycanda operatorluq etdiyi dənizdəki  

və qurudakı obyektlərinin yaxınlığında ətraf 

mühitin monitorinqi proqramını həyata keçiririk.  

2004-2015-ci illər ərzində umumilikdə  

191 monitorinq tədqiqatı başa çatdırılıb.




24

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015

Bu il BP-nin Azərbaycandakı əməliyyatlarının İSO 14001 

sertifikatı almasının 15-illik yubileyi ilə əlamətdar oldu. 

Müntəzəm keçirilən nəzarət auditləri Mərkəzi Azəri 

platformasını, Qərb İxrac Boru Kəmərini, Şelf Layihə 

Tikinti sahəsindəki Mərkəzi Tullantı Toplama Sahəsini və 

Sərəncə Təhlükəli Tullantıların İstismar Obyektini (TTİO) 

əhatə etdi. Sertifikatı yeniləmək üçün Şahdəniz və 

Dərinsulu Günəşli platfromalarını, Qabaqcıl Mayelər 

Obyektini, Səngəçal Mərkəzi Tullantı Toplama Sahəsini, 

DənizsuyuTəmizləmə Zavodu və həmçinin BP-nin 

yarımdalma qazma qurğularından istifadəni əhatə edən 

üçillik audit nəticəsində oktyabr ayında əməliyyatlarımız 

üçün İSO 14001 sertifikatını yenidən aldıq. 

Atmosferə emissiyalar 

İstixana qazı (İXQ) emissiyalarımız daxili yanma 

mühərrikləri, yanacağın isitmə qurğularında 

yandırılması və çıxarıla bilməyən qazın məşəldə 

yandırılması nəticəsində əmələ gəlir. 

Biz emissiyalarımızı enerjidən səmərəli istifadə 

etməklə, qazın məşəldə yandırılmasını azaltmaqla 

və yeni layihələr tərtib etməklə idarə edirik. 

2015-ci ildə havaya təxminən 3,4 milyon ton İXQ 

buraxmışıq ki, bu da 2014-cü ildəki göstərici ilə 

müqayisədə 16,4% azdır. Azalmanın başlıca səbəbi 

Çıraq-1 və Qərbi Çıraq platformalarında qazın 

məşəldə yandırılmasının azaldılması oldu. İXQ-nin 

yaranmasında ən çox Mərkəzi Azəri platformasının 

(22%), Səngəçal terminalının AÇG hissəsinin (21%) 

və Dərinsulu Günəşli platformasının (19%) payı var. 

2015-ci ildə obyektlərimizdə qazın məşəldə 

yandırılmasında əsaslı azalmaya nail olduq. Bu azalmaya 

(2014-cü ildəki 413 min tondan 2015-ci ildə 203,65 min 

tona) başlıca səbəb Qərbi Çıraq platformasının istismara 

verilməsinin tamamlanması oldu. 

NOx və SOx emissiyalarımızın da ildən-ilə müvafiq 

olaraq 1,9% və 3,1% azaldığını müşahidə etdik. 

Neft dağılmaları

Neft dağılmaları baş verəcəyi təqdirdə ona nəzarət 

etmə, lokallaşdırma və təmizləmə yollarını davamlı 

olaraq inkişaf etdiririk. Əsas prioritetimizin neft 

dağılmalarının qarşısını almaq olmasına baxmayaraq 

onlar hələ də baş verir. Biz neft dağılmalarına qarşı 

cavab tədbirlərimizi inkişaf etdirmək üçün addımlar 

atırıq. Bura texnologiyadan istifadə etməklə 

simulyasiya təlimləri keçirərək cavab vermə 

bacarığımızı yaxşılaşdırmaq və neft dağılmalarına qarşı 

cavab tədbirləri planlarımızın yenilənməsi daxildir. 

2015-ci ildə neft dağılması hallarının daha da 

azaldığının şahidi olduq. İki hadisəmiz oldu, hər ikisi 

Mərkəzi Azəri platformasında – bir halda platforma 

göyərtisinə 250 litr neft və su dağıldı ki, bunun yalnız 

10 litri açıq ətraf mühitə çatdı; ikinci halda 795 litr neft 

əsaslı qazma məhlulu dənizə buraxıldı. 

Ətraf mühit üzrə göstəricilər 

BP fəaliyyət göstərdiyi yerlərdə ətraf mühitə təsir göstərməmək, 

təsirləri minimuma endirmək və azaltmaq istiqamətində işləyir.



Enerji istehlakı 

2013


2014

 2015

Yanacaq qazı (min ton)

800,4

949,7


957

Dizel yanacağı (min ton)

65,8

83,0


83,3

Elektrik enerjisinin idxalı (meqavat saat)

8 074

6 821


10 167

Əmələ gəlmiş tullantılar (ton)

2013


2014

2015

Təhlükəli tullantılar (çirkab suları istisna olmaqla)

94 958

314 462


81 314

Təhlükəsiz tullantılar

15 216

13 535


18 650

100


200

300


400

500


600

Səngəçal terminalı (ŞD)

Səngəçal terminalı (AÇG)

Çıraq


Dərinsulu Günəşli 

Şərqi Azəri

Qərbi Azəri

Mərkəzi Azəri 

Qərbi Çıraq 

Total


62,2

108,5


150,7

120,8


75,2

59,7


12,6

2011


589,7

37,6


85,7

98,2


75,1

112,6


54,3

11,2


2012

475,9


10,5

21,1


34,8

5,1


135,6

41,5


6,6

14,8


42,9

53,1


28,0

3,1


2013

256,4


65,1

61,2


106,2

113,0


29,5

12,4


18,2

17,4


2014

413,1


2015

203,7


7,7

7,8


36,6

Hər obyekt üzrə ümumi qazın məşəldə yandırılması  

(min ton) 

Həcmləri yuxarıdakılara nisbətən az olduğundan bu 

platformaların məşəldə yandırılma göstəriciləri cədvələ daxil 

edilməyib: “İstiqlal” qazma qurğusunda 2012-ci il üzrə 1100 ton, 

“Heydər Əliyev” qazma qurğusunda 2013-cü il üzrə 1200 ton. 

Şahdəniz platformasında məşəldə yandırılma olmayıb.

Xalis İXQ emissiyaları 

m liyyatlar üzr xalis istixana qazları (İXQ) emissiyaları

(min ton)

m liyyatlar üzr normalaşdırılmış İXQ emissiyaları

(h r min barel neft ekvivalentin düş n ton)

200


400

600


800

2010


2011

2012


2013

670,9

705,9

699,4

623,3

2014


770,8

13,9

16,9

16,8

13,06

13,92

2015

677,9

12,5

Ümumi qeyri-istixana qazı emissiyaları  

(ton) 


2010

2012


2011

2013


Kükürd oksidləri (SOx) 

Azot oksidləri (NOx)

122

2014


155

114


114

112


8 908

11 179


2015

150

10 966

8 544


8 649

8 887


Qazın məşəldə yandırılmasının 

azaldılması üzrə mükəmməllik 

mükafatı 

BP Azərbaycan və SOCAR 2015-ci ildə 

AÇG qazının məşəldə yandırılmasının 

azaldılması layihəsinə görə Qazın Məşəldə 

Yandırılmasının Azaldılması üzrə Qlobal 

Tərəfdaşlığın mükəmməllik mükafatına 

layiq görüldü. 2015-ci ildə BP Azərbaycan ilə 

SOCAR-ın əməkdaşlığı məşəldə yandırılan 

qazın 4%-dən 2%-ə enməsi ilə nəticələndi. 

Bu azalmaya səbəb olan fəaliyyətlərə enerji 

ehtiyatlarından daha səmərəli istifadə və 

istehlakçıların enerjidən istifadə imkanının 

yaxşılaşdırılması daxildir. 



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə