Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   11   12   13   14   15   16   17   18   19

25

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015

Ətraf mühit

 

Biz əməliyyatlarımızda tullantıların əmələ gəlməsini aradan qaldırmaq, 



onları azaltmaq və təkrar istifadə etmək məqsədilə tullantıların idarə 

edilməsində bütün layihə dövrünü əhatə edən yanaşma qəbul etmişik.

Tullantıların idarə olunması 

“BP Azərbaycan” şirkətinin 2015-ci ildəki fəaliyyətində 

ümumilikdə 100000 tona yaxın təhlükəli və 

təhlükəsiz tullantı əmələ gəlib. Təhlükəli tullantıların 

həcminin dörd dəfə azalması podratçı tərəfindən 

qurudakı lay suyunun utilizasiyasının dayandırılması 

və qazma məhlulları tullantılarının əhəmiyyətli şəkildə 

azalması nəticəsində baş verdi. 

2015-ci ildə həm təhlükəli tullantıların (44031 ton), 

həm də təhlükəsiz tullantıların (10036 ton) 54%-i 

təkrar emal və ya istifadə olunub. Kağız, taxta, plastik 

materiallar və neftli su təkrar emal etdiyimiz əsas 

tullantılardır. 

Qazma şlamlarının 48553 tonu Sərəncədəki təhlükəli 

tullantıların idarə edilməsi obyektində emal edilib. 

Nəticədə qazma məhlulunun əsasını təşkil edən 

8818 ton həcmində maye karbohidrogen 

regenerasiya edilib ki, bunun da 3705 tonu qazma 

məhlulu hazırlamaq üçün təkrar istifadə olunub, 

1738 tonu isə neft ixrac boru kəmərlərinə vurulub.

Sərəncədəki təhlükəli tullantıların idarə edilməsi 

obyektində illər boyunca yığılmış təhlükəli tullantıları 

oradan aparmaq üçün səylərimizi davam etdirdik.  

İl ərzində 100000 tondan çox tullantı yeni təsdiq 

edilmiş utilizasiya yolları sayəsində sahədən kənarda 

utilizasiya edildi. 



Qazma şlamları 

2015-ci ildə qazma şlamlarının idarə edilməsində 

böyük dəyişikliklər oldu. AÇG yatağında yenidən laya 

vurma quyularına şlamların vurulmasını iki dəfədən 

çox artıraraq 20000 tondan yuxarıya çatdırdıq.

Şlamların dənizdən quruya daşınması 72% artaraq 

53875 tona çatdırıldı; bu həcm Sərəncədəki təhlükəli 

tullantıların idarə edilməsi obyektinə gətirildi.

Bunun nəticəsində dənizə icazə verilən atqı 

yarıbayarı azalaraq 16970 tona endi. Xüsusi tələblərə 

cavab verən dənizə atqı Çıraq platformasından 

sintetik əsaslı qazma məhlulu (SiQM), eləcə də 

bütün digər platformalardan və səyyar qazma 

qurğularından su əsaslı qazma məhlulu (SuQM) 

üçün nəzərdə tutulub.

Çirkab suları 

2015-ci ildə çirkab sularının təmizlənməsi 

qurğusunun işləməməsi hallarını daha da azaltdıq 

(2014-cü ildə 12, 2015-də 4) ki, bunun nəticəsində 

təmizlənməmiş çirkab sularının dənizə atqısı azaldı. 

Qurğunun dayandırılması səbəbindən 

təmizlənməmiş çirkab su atqısının həcmi 

əhəmiyyətli şəkildə azalaraq 2014-cü ildəki  

204 m3-dən 16 m3-ə endi. 

Biz müntəzəm olaraq çirkab sularının təmizlənməsi 

qurğusunun fəaliyyətini və təmizlənmiş suyun 

keyfiyyətinin monitorinqini və analizini aparırıq. Əksər 

dəniz platformalarında bağırsaq çöpü bakteriyaları 

üzrə nəticələr müəyyən edilmiş normanı keçib. 

Şahdəniz platformasında asılı bərk hissəciklərin 

ümumi miqdarı və oksigenə bioloji tələbat normadan 

artıq olub. Monitorinqlərin keçirilməsi tezliyini 

artırmışıq və səbəblərin təhlili davam edir. 

Səngəçal terminalında təmizlənmiş çirkab sularının 

monitorinqinin nəticələri yanvar-may aylarında və 

noyabr ayında tələb olunan bəzi parametrlərə uyğun 

olmayıb və sonradan həll olunub. İxrac boru 

kəmərləri boyunca biotəmizləmə nohurlarında 

bağırsaq çöpü parametrlərinin yüksəlməsi ilə bağlı 

problem 2015-ci ildə davam etdi. Nohurların ərazisi 

boyunca suyun keyfiyyətinin qiymətləndirilməsini 

davam etdirdik.

Hasil edilmiş lay suyu 

Bizim əməliyyatlarımız, misal üçün gəmiləri və ya 

boru kəmərlərini yoxlamaq üçün istifadə edilən 

sudan yaranan, ya da suyun soyudulması 

nəticəsində meydana gələn tullantı suların mühüm 

həcmlərini idarə edir. Biz həmçinin, 

karbohidrogenlərin hasilatı zamanı suyun üzünə 

çıxan hasil edilmiş lay suyunu da idarə edirik. 

AÇG yatağında lay suyunun həcmi artmaqda 

davam etdi və əksəriyyəti quruya nəql edildi. 

Dənizə lay suyu atqılarının həcmi il ərzində 72% 

azalaraq 22506 tona düşdü. Buna bir sıra sızan 

klapanların təmir edilməsi sayəsində nail olduq. 

Səngəçal terminalında təmizləndikdən və 

separasiya edildikdən sonra təxminən 4800800 

ton lay suyu yenidən laya vurulmaq üçün dənizə 

qaytarıldı. AÇG-də hasil edilmiş lay suyunun 

ümumilikdə 5539006 tonu və ya 99,6%-i yenidən 

laya vuruldu. 

Qalan 3500 ton isə sınaq təmizlənmə üçün 

üçüncü tərəflərə aid iki təmizləyici qurğuya 

göndərildi. 

2015-ci ilin sonunda Dərinsulu Günəşli platforması 

dənizdə hasil edilmiş lay suyunun separasiyasına 

başladı və Şərqi Azəri platformasından bir il sonra 

bu texnologiyadan istifadə edən ikinci platforma 

oldu. Bu texnologiya sahilə göndərilən neftin 

tərkibindəki suyun kəmiyyətini azaltmağa səbəb 

oldu. 2015-ci ildə ümumilikdə Şərqi Azəri 

platformasında 666089 ton, Dərinsulu Günəşli 

platformasında isə 94810 ton lay suyu separasiya 

edildi. 


Şahdəniz yatağından hasil edilmiş lay suyu 

həcmləri AÇG-də olduğundan xeyli azdır. 2015-ci 

ildə 28512 ton separasiya edilərək Səngəçal 

terminalındakı xüsusi saxlama nohurlarına vuruldu 

ki, bu da 2014-cü il ilə müqayisədə 8% azdır. 

Əməliyyatlar zamanı suya atılmış qazma şlamları  

(ton) 


Yataq / qurğu

SuQM-li  

qazma şlamları

SiQM-li  

qazma şlamları 

Cəmi

Çıraq-1


0

 2 752,8


 2 752,8

Mərkəzi Azəri 

 1114,9

0

 1114,9



Qərbi Azəri 

 228,9


0

 228,9


Şərqi Azəri 

 217,5


0

 217,5


Dərinsulu Günəşli və Qərbi Çıraq 

0



0

Şahdəniz


 284

0

 284



“Dədə Qorqud” qazma qurğusu

 0

0



 0

“İstiqlal” qazma qurğusu

 12 371,4

0

 12 371,4



“Heydər Əliyev” qazma qurğusu

 0

0



 0

Cəmi

 14,216.7

 2,752.8

 16,969.5

İşçilər BP-nin Qabaqcıl Mayelər Obyektinin 

nəzarət otağında iş prosesini yaxından izləyirlər.



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə