Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   11   12   13   14   15   16   17   18   19

Uzun illərdir ki, ətraf mühit üzrə tədqiqatlar fəaliyyətlərimizin yerli ətraf 

mühitlərə göstərdiyi təsirləri müəyyənləşdirmək və başa düşməkdə 

bizə kömək edir.

Ətraf mühitin monitorinqi 

BP-nin Azərbaycanda operatorluq etdiyi dəniz və 

quru obyektləri yaxınlığında atmosferin 

monitorinqi proqramını həyata keçiririk. 

2004-2015-ci illər ərzində ümumilikdə 191 

monitorinq tədqiqatı başa çatdırılıb. Bura 

2015-ci ildə aparılmış 20 ətraf mühit tədqiqatı 

da daxildir, onlardan 12-si quruda, beşi dənizdə, 

üçü isə sahil yaxınlığında aparılıb.



Dənizdə və sahilyanı ərazidə 

tədqiqatlar 

2015-ci ildə Çıraq, Qərbi Azəri, Dərinsulu 

Günəşli və Şahdəniz Alfa platformalarının 

yaxınlığında dəniz dibinin dörd monitorinqini 

keçirdik. Şahdəniz müqavilə sahəsində bentik

su və plankton tədqiqatları apardıq. 

Planlaşdırılmış seysmik tədqiqatdan öncə 

Abşeron yarımadasının dayazsulu hissəsi 

(AYDH) üzrə yeni müqavilə sahəsində sahilə 

yaxın ərazinin ətraf mühitinin ilkin vəziyyəti 

tədqiq edildi.

Səngəçal buxtasında sahilə yaxın ərazidə ətraf 

mühitlə bağlı iki tədqiqat aparıldı;

•  Buxtanın sahilə yaxın ətraf mühitinin vəziyyəti

su və çöküntünün kimyəvi analizi və bioloji 

(makrofauna və plankton) təsviri vasitəsilə 

qiymətləndirildi.

•  Səngəçal terminalının Şahdəniz 2 tikintisinə

aid ərazidə məskunlaşmış balıq 

populyasiyasının sağlamlığının vəziyyəti 

tədqiq edildi. Məqsəd xəndəklərin qazılması 

əməliyyatlarının balıqlara hər hansı təsirinin 

olub-olmadığını başa düşmək idi. 

Quruda tədqiqatlar 

2015-ci ildə quruda aparılmış 12 tədqiqatdan 

altısı Səngəçal terminalını, dördü ixrac boru 

kəmərlərini, ikisi isə Sərəncədəki təhlükəli 

tullantıların idarə edilməsi obyektini (TTİEO) 

əhatə etdi. 

Bunlara Səngəçal terminalı, Sərəncə TTİEO 

yaxınlığında, Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb 

İxrac Boru Kəməri boyunca atmosferdəki 

havanın keyfiyyətinin monitorinqi daxildir. Boru 

kəmərləri marşrutları boyunca və terminal 

yaxınlığındakı bir neçə yerdə gündüz və gecə 

vaxtlarında ətraf mühitdəki səs-küyün 

monitorinqi aparıldı.

Səngəçal terminalı yaxınlığında və ixrac boru 

kəmərləri boyunca qrunt sularının keyfiyyətinin

eləcə də səth sularının monitorinqini apardıq. 

Həmçinin Sərəncə TTİEO-da qrunt və səth 

sularının monitorinqi keçirildi. 

Səngəçal terminalı ətrafında torpağın və 

bitkilərin tədqiqatı aparıldı. Terminal yaxınlığında 

canlılar aləminin (quşlar, məməlilər, 

herpetofauna) iki tədqiqatı həyata keçirildi. 

Azərbaycanda ixrac boru kəmərləri boyunca 

bioloji bərpa, bitki və növ müxtəlifliyi üzrə 

tədqiqat aparıldı. 

26

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Solda: Səngəçal terminalı ətrafında torpağın və 

bitkilərin tədqiqatı aparılır.

Sağda: Ətraf mühit mütəxəssisləri sahilə yaxın 

ərazidə tədqiqat aparırlar. 




27

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015

Cəmiyyət 

Biz istəyirik ki, cəmiyyətə təsirimiz maraqlı 

tərəflərlə açıq dialoqun dəstək verdiyi, 

sahibkarlığın və icmaların davamlı inkişafına 

yol açan, müsbət təsir olsun.

BP nümayəndələri şirkətin sosial sərmayə 

layihəsinin bir hissəsi olaraq yerli bir universitetə 

bağışlanmış laboratoriyaya baş çəkirlər.




2015-ci il Neft və Qaz Sərgisi zamanı ziyarətçilər 

BP-nin pavilyonunda

28

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Hasilatın pay bölgüsü, tranzit ərazisinə malik 

ölkənin hökuməti ilə sazişlərimiz və digər 

razılaşmalar çərçivəsində qarşılıqlı maraq 

doğuran məsələlərlə bağlı Azərbaycan 

Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə 

işimizi davam etdirdik.

BP qrupunun baş icraçı direktoru Robert 

Dadlinin başçılıq etdiyi nümayəndə heyətini 

Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyev 2015-ci ilin yanvarında İsveçrənin Davos 

şəhərində keçirilən Dünya İqtisadi Forumunda 

və həmin ilin mart ayında Türkiyənin Qars 

şəhərində TANAP layihəsinin təməlqoyma 

mərasimində qəbul etdi.

İyun ayında BP və SOCAR Bakı 2015 Oyunlarına 

həsr olunmuş mərasim təşkil etdi. Robert 

Dadlinin və Rövnəq Abdullayevin ev sahibliyi 

etdikləri tədbirdə Azərbaycan Milli Olimpiya 

Komitəsinin və Azərbaycan Milli Paralimpiya 

Komitəsinin, idmançıların, hökumət və tərəfdaş 

şirkətlərin nümayəndələri iştirak etdilər. 

Azərbaycan hökuməti ilə əməkdaşlığın bir 

hissəsi olaraq regional prezidentimiz Qordon 

Birrell Şahdəniz Mərhələ 2 və Cənub Qaz 

Dəhlizi də daxil olmaqla cari əməliyyat və 

layihələrimiz barədə yenilikləri çatdırmaq üçün 

yüksək vəzifəli rəsmilərlə müntəzəm olaraq 

görüşüb. İyun ayında Prezident İlham Əliyevi və 

qonaqlarını Bakıda keçirilən 22-ci Xəzər Neft-

Qaz sərgisində BP-nin pavilyonunda qarşıladı. 

İl ərzində Səngəçal terminalına 20-dən artıq 

ölkəni təmsil edən siyasətçi və jurnalistlər, 

tərəfdaşımız olan şirkətlərin qonaqları, eləcə 

də maliyyə, təhsil və digər təşkilatların 

nümayəndələri üçün təxminən 30 səfər təşkil 

etdik.


2015-ci il ərzində Azərbaycanda gördüyümüz 

işlərə kütləvi informasiya vasitələrinin böyük 

maraq göstərdiyinin şahidi olduq və yerli və 

xarici jurnalistlər üçün brifinqlər və müsahibələr 

təşkil etməklə onları Azərbaycandakı 

biznesimizin bütün aspektlərinə cəlb etdik. 

Aparıcı kütləvi informasiya vasitələrinin 

nümayəndələrini BP-nin təşkil etdiyi bütün 

şirkətxarici tədbirlərə dəvət etdik. Biz həmçinin 

jurnalistlərə BP-nin Dünya Energetikasının 

Statistik Xülasəsi sənədini təqdim etmək üçün 

bir media seminarı, eləcə də yerli və beynəlxalq 

media nümayəndələrinin iş sahələrimizə 

səfərini təşkil etdik. Media mənsublarının 

suallarına cavab vermək üçün 24 saat fəaliyyət 

göstərən xəttimiz açıq oldu.

BP-nin Rusiya/Müstəqil Dövlətlər Birliyi 

iqtisadiyyatı üzrə rəhbəri BP-nin hazırladığı 

Dünya Energetikasının Statistik Xülasəsini 

dövlət qurumlarına, biznes və elmi ictimaiyyətə, 

universitet tələbələrinə və media təmsilçilərinə 

təqdim etmək üçün 2015-ci ilin oktyabrında 

Bakıya səfər etdi. Görüşlər zamanı o, həmçinin 

şirkətin enerji bazarındakı uzunmüddətli 

təmayüllərini əks etdirən BP-nin Enerji 

Perspektivlərinə Baxışı – 2035 adlı hesabatı da 

təqdim etdi. 

İki dildə fəaliyyət göstərən bp.com/xezer 



veb-saytımız Azərbaycan və regiondakı 

fəaliyyətlərimizi işıqlandırır və ictimaiyyətlə 

mühüm ünsiyyət vasitəsi olaraq qalır. Veb-sayta 

il ərzində gündəlik 820-dən artıq daxilolma 

qeydə alındı. Saytın onlayn sorğu forması 

vasitəsilə 1 483 sorğu aldıq. 



Gəlirlərin şəffaflığı 

2003-cü ildə əsası qoyulmuş Mədən Hasilatı 

üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) neft-qaz 

sektoru da daxil olmaqla mədən sənayesində 

şirkətlərin ödənişləri və hökumətlərin gəlirləri 

haqqında şəffaf hesabatların verilməsi üçün 

könüllü prosesin yaradılmasına kömək 

məqsədilə hazırlanıb. Bu təşəbbüs hökumətlər 

tərəfindən şirkətlər və vətəndaş cəmiyyəti 

qurumları ilə əməkdaşlıq şəraitində həyata 

keçirilir. MHTŞ-nin təsisçi üzvü olaraq BP 

uzun müddətdir ki, bu beynəlxalq təşəbbüsü 

dəstəkləyir.

Azərbaycanın dünyada MHTŞ tələblərinə 

cavab verən ilk ölkə olması 2009-cu ildə 

təsdiq edilib. Azərbaycanda maraqlı tərəflərin 

yerli çoxtərəfli nəzarət qrupunun üzvü və 

iştirakçı şirkətlər qrupunun əlaqələndiricisi 

kimi biz yerli MHŞT prosesində fəal rol 

oynamışıq. Avqustda BP Azərbaycanda 

özünün 2014-cü ilin yanvar-dekabr dövrünü 

əhatə edən MHŞT hesabatını təqdim etdi.

BP Azərbaycanda çox müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq etməklə 

bizə məsuliyyətli qərarların verilməsində kömək edən əlaqələr qurur.

Maraqlı tərəflərlə əməkdaşlıq 

“BP bizim əsas tərəfdaşımız və Azərbaycana 

ən çox sərmayə qoyan xarici şirkətdir. BP 

həm “Əsrin müqaviləsi”nin icrasında, həm 

də “Şahdəniz” layihəsində aparıcı xarici 

investordur, tərəfdaşdır. Digər layihələr üzrə 

SOCAR-BP əməkdaşlığı davam edir və bu 

əməkdaşlığın artıq 20 ildən çox tarixi var və 

bundan sonra on illiklər ərzində SOCAR-BP 

əməkdaşlığı davam edəcək”.



İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

İcmalarla işimiz barədə səhifə 30-da öyrənə 

bilərsiniz.




Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə