Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   11   12   13   14   15   16   17   18   19

31

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015

Cəmiyyət

keçirilməli olan potensial sosial investisiya layihələrini 

müəyyən etdi. 

2015-ci ildə bu qiymətləndirmə zamanı aşkara çıxmış 

ehtiyacları ödəyən bir sıra icma inkişafı təşəbbüslərini 

həyata keçirdik. 



Məktəbəqədər yaşlı uşaqlar üçün kompüter 

əsaslı təhsil layihəsi 

Boru kəmərlərinin keçdiyi rayonlarda uşaq 

bağçalarını işlənmiş kompüterlərlə təchiz etmək 

barədə 2014-cü ilin noyabrında PCs4KIDS Fondu 

ilə anlaşma memorandumu imzaladıq. Bu layihənin 

başlıca məqsədi dərs zamanı əyləncəli kompüter 

proqramlarından istifadə etməklə məktəbəqədər 

yaşlı uşaqlara fəal dinləmə və yaradıcı düşüncə 

qabiliyyətləri kimi idrak bacarıqlarını inkişaf etdirmək 

imkanı yaratmaqdır. 2015-ci ildə Qaradağ, Hacıqabul, 

Kürdəmir və Ucar rayonlarında 11 icmaya 101 

kompüter payladıq. 



Səhiyyə üzrə maarifləndirmə sessiyaları 

2015-ci ilin noyabr ayında Hacıqabul, Kürdəmir və 

Ucar rayonlarında layihənin təsirinə məruz qalmış 

11 icmada 300-ə yaxın insan üçün vərəm barədə 

icmanın maarifləndirilməsi sessiyası keçirdik. Bu 

sessiyalar Azərbaycan Elmi-Tədqiqat Ağ Ciyər 

Xəstəlikləri İnstitutunun iki həkimi tərəfindən aparıldı. 

Sessiyalar zamanı vərəm, onun simptomları, müalicə 

üsulları və profilaktika tədbirləri barədə məlumat 

verildi. 



Səngəçal və Ümid icmalarında İT-nin əsasları 

kursu 

2015-ci ilin dekabrında Qaradağ rayonunun Ümid 

və Səngəçal icmalarının üzvləri üçün onlara gəlir 

yaratmaq və məşğulluq imkanlarını artırmaq 

şəraiti yaradan qeyri-kənd təsərrüfatı səriştələri 

verən layihəyə başladıq. CİSCO tərəfindən 

sertifikatlaşdırılan İnformasiya Texnologiyalarının 

(İT) əsaslarına dair kurs Azərbaycan dilində keçirilir 

və İT sahəsindəki ilkin səviyyəli işlər üçün mühüm 

kompüter və karyera bacarıqlarını əhatə edir. 2016-cı 

ilin mart ayında 50 nəfər icma üzvü üç aylıq kursu 

bitirərək dəyərli səriştələr və praktiki təcrübə 

qazandılar. Bu kursda noutbuk və portativ cihazlar, 

simsiz əlaqə, təhlükəsizlik, texniki təhlükəsizlik və 

ünsiyyət bacarıqları kimi mövzular əhatə olunurdu. 

Goranboy icmalarında sosial infrastrukturun 

yaxşılaşdırılması 

2015-ci ildə Goranboy rayonunun layihənin 

təsirinə məruz qalmış icmalarında infrastrukturun 

yaxşılaşdırılması ilə bağlı üç layihəyə başladıq: 

Qazanbulaq kəndində su sisteminin yenilənməsi; 

İrəvanlı kəndində ibtidai məktəbin təmiri və istilik 

sisteminin yenilənməsi layihələri. 

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 

regional mikromaliyyə proqramı 

2006-cı ildə imzalanmış çərçivə sazişinə əsasən, 

BP və tərəfdaşları Azərbaycanda və Gürcüstanda 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 

vasitəsilə kredit kimi istifadə etmək və özəl 

sektorun inkişafına texniki dəstək vermək 

məqsədilə 6 milyon dollar ayırdı. 

AYİB tərəfindən idarə olunan və onun yerli 

tərəfdaşı Bank Respublika tərəfindən həyata 

keçirilən hazırkı mikromaliyyə layihəsi çərçivəsində 

BP və tərəfdaşları 1 milyon dollar vəsait ayırıb. 

Bu layihənin məqsədi BTC/CQBK boyunca 

mikro, kiçik və orta sahibkarlar, yerli fermerlər və 

müəssisələr üçün əlçatan və şəffaf mikromaliyyə 

imkanları yaratmaqdır ki, onlar öz rəqabətliliyini 

artıra bilsinlər. Hədəf ərazilərə Tovuz, Şəmkir, 

Goranboy və Yevlax rayonları daxildir. 

2015-ci ildə Şəmkir, Goranboy və Yevlax 

rayonlarında ümumi məbləği 250 000 dollar olan 

40 kredit verildi. Kreditlərin 20-si kənd təsərrüfatı, 

dördü xidmət və 16-sı ticarət fəaliyyətləri üçün 

istifadə ediləcək. 



Biznes fəaliyyəti və insan haqları 

BMT-nin İşgüzar Fəaliyyət və İnsan Hüquqlarına 

dair Rəhbər Prinsipləri bizneslərin insan haqları 

ilə bağlı daşıdığı bir sıra spesifik məsuliyyətləri 

təsbit edir. Bu Rəhbər Prinsiplərə uyğun olaraq 

biznesin rolu insan haqlarına hörmətlə yanaşmaq, 

qüvvədə olan bütün qanunlara riayət etmək 

və işgüzar fəaliyyətin səbəb ola biləcəyi və ya 

təsir göstərə biləcəyi hər hansı insan haqlarının 

pozulması hallarının, məsələn, fərdlər və icmalar 

üçün şikayətlərə baxılması üzrə işlək mexanizmlər 

vasitəsilə aradan qaldırılmasıdır. 

BP riskə əsaslanan metoddan istifadə etməklə 

proseslərimizi Rəhbər Prinsiplərə uyğunlaşdırmaq 

istiqamətində işləyir. BP-nin insan hüquqları ilə 

bağlı öhdəliklərini müəyyən edən İnsan Hüquqları 

siyasətimizi Rəhbər Prinsiplərin müvafiq bölmələrinə 

riayət etməklə və biznes fəaliyyətlərimizə istiqamət 

verən proseslərə və siyasətlərə tətbiq etməklə 

həyata keçiririk. İnsan hüquqları prinsipləri artıq 

BP-nin bir çox mövcud daxili qaydalarının, xüsusilə 

də davranış kodeksi, dəyərləri və əməliyyatlarla 

bağlı bir çox tələblərinin əsasını təşkil edir. 2015-ci 

ildə işəgötürmə, işçilərin rifahı, torpaq üzərində 

hüquqların əldə olunması və gəlir mənbələri, eləcə 

də təsirə məruz qalmış icmalarda digər aidiyyəti 

məsələləri əhatə edən sahələrdə insan hüquqları ilə 

bağlı potensial təsirləri müəyyənləşdirməyə və onları 

həll etməyə davam etdik.

Biz hasilat sənayesində əməliyyatların 

təhlükəsizliyini təmin etmək üçün normativ baza 

BP-nin dəstəklədiyi layihədə əyləncəli kompüter 

proqramlarından istifadə edilməklə

məktəbəqədər yaşlı uşaqlara idrak bacarıqlarını 

inkişaf etdirmələri üçün imkan yaradılır.

müəyyənləşdirən Təhlükəsizlik və İnsan Haqları 

haqqında Könüllülük Prinsiplərini qəbul etmişik. 

Azərbaycanda əməliyyatlarımızın qorunmasına 

cəlb olunmuş bütün təhlükəsizlik heyətinə 

öz işlərinin insan haqları ilə bağlı mümkün 

təsirlərini başa düşmələrini təmin etmək üçün 

Könüllülük Prinsiplərinə dair təlimlərə dəstək 

verməyə davam etdik. 

Azərbaycanda BP-nin və podratçılarımızın 

təhlükəsizlik sahəsində çalışan işçi heyəti BP-nin 

qlobal könüllülük prinsipləri üzrə məsləhətçisinin 

2015-ci ilin may ayında apardığı Könüllülük 

Prinsiplərinə dair təkmilləşdirmə təlimində 

iştirak etdi. 

Biz əməliyyatlarımızın mühafizəsini təmin etmək 

üçün dövlət qurumu olan Neft və Qaz Boru 

Kəmərlərinin Təhlükəsizliyi İdarəsi (NQBKTİ) 

ilə əməkdaşlıq edirik. 76 şəhadətnaməli təlimçi 

əməkdaşın çalışdığı NQBKTİ öz işçi heyətinə 

Könüllülük Prinsipləri üzrə təlimlər verir. 2015-ci 

ildə BP-nin iş sahələrində işləyən ümumilikdə 39 

nəfər işə yeni götürülmüş işçi, dövlət orqanının 

350 təhlükəsizlik əməkdaşı və təhlükəsizlik 

xidməti göstərən özəl podratçının 90 işçisi 

könüllülük prinsipləri üzrə təlimini başa vurdu.

Boru kəmərləri boyunca təsirə məruz qalmış 

icmalara və fərdlərə normadankənar güc tətbiqi və 

insan hüquqlarının pozulması halları barədə birbaşa 

BP-ni və dövlət təhlükəsizlik təminatçısını birgə 

araşdırma aparmaq üçün məlumatlandırmağa 

imkan verən qaynar xətt yaratmışıq. 2015-ci ildə bu 

xətt vasitəsilə təhlükəsizlik və ya insan haqları ilə 

bağlı hər hansı hadisənin baş verməsinə dair heç 

bir məlumat daxil olmayıb.



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə