Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   11   12   13   14   15   16   17   18   19

32

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Təhsil təşəbbüsləri 

Geniş çeşidli müxtəlif təhsil təşəbbüslərində 

iştirakımızda məqsəd Azərbaycanda neft-qaz 

sənayesinə dəstək vermək üçün yerli potensialın 

yaradılmasıdır.

Azərbaycan neft və qaz təqaüd proqramı 

BP və tərəfdaşlarının maliyyələşdirdiyi bu təqaüd 

proqramı azərbaycanlı tələbələrə Türkiyə və 

Azərbaycan universitetlərində mühəndislik və 

yerşünaslıq elmləri sahəsində bakalavr və magistr 

təhsili almaq imkanı yaradır. 2015-ci ildə əvvəlki 

illərdə seçilmiş və hazırda təhsil alan tələbələr 

üçün təqaüd verməyə davam etdik. Bu təqaüdün 

məbləği 462000 dollara yaxın oldu. 

2015-ci ildə dörd belə tələbəni məzunların 

işəqəbulu proqramı çərçivəsində işə götürdük, 

digər dörd tələbə isə yay təcrübəsi proqramımıza 

qəbul edildi.

BP-nin təqaüd proqramı 

Azərbaycanda neft-qaz ixtisasları ilə əlaqədar 

sahələr üzrə təhsil alan universitet tələbələrinə 

2007-ci ildən təqaüd veririk. Bu, tələbələrə 

BP-nin maliyyələşdirdiyi 10-aylıq təlim kursu 

vasitəsilə texniki sahə üzrə ingilis dili vərdişlərini 

təkmilləşdirməyə imkan verir. 2015-ci ildə 

universitetə qəbul olunarkən yüksək nəticə 

göstərmiş əvvəlki ilin 12 təqaüdçüsü üçün kursu 

bir il artırmağı təklif etdik. 2015-ci ildə təqaüdlərin 

ümumi məbləği 17113 dollar oldu.

Layihələri İdarəetmə Məktəbi 

BP və tərəfdaşlarının 2010-cu ildə təsis 

etdikləri Layihələri İdarəetmə Məktəbi (LİM) 

Azərbaycanın həm özəl, həm də dövlət 

sektorunda işləyən mütəxəssisləri üçün qlobal 

səviyyədə tanınan müfəssəl bir proqram üzrə 

təhsil almaq imkanı yaratmaqda davam edir. 

2015-ci ilin sonunadək LİM-də 114 özəl və dövlət 

təşkilatından təxminən 325 nəfər iştirak etdi.

Dekabrda proqramın dördüncü buraxılışını 

keçirdik. Corc Vaşinqton Universitetinin dinləyici 

sertifikatını almış ümumilikdə 312 məzundan 282 

nəfəri həm də magistr sertifikatına layiq görüldü.

LİM layihənin idarə olunması üzrə qlobal təlim 

təşkilatı olan “ESI International” tərəfindən 

Xəzər Universiteti ilə əməkdaşlıq çərçivəsində 

həyata keçirilir. Bütövlükdə LİM üzrə BP və 

tərəfdaşlarının maliyyə sərmayəsi 2 milyon 

dollardan artıqdır ki, bunun 558248 dolları 2015-ci 

ildə xərclənib.



İcmalar üçün peşə təlimi 

2014-cü ilin sentyabr ayında BP öz tərəfdaşları 

adından yerli işçi qüvvəsinin təlim keçməsinə 

yardım etmək üçün Azərbaycan Respublikası 

Dövlət Neft Şirkəti (SOCAR) ilə saziş imzaladı. Bu 

saziş çərçivəsində Qaradağ rayonunun Səngəçal 

terminalına qonşu yaşayış məntəqələrindən 

seçilmiş 79 nəfər gənc, ixtisaslaşmış texnik 

olmaq üçün SOCAR-ın Qobustan Regional Təlim 

Mərkəzində təlim keçdi. Layihənin ümumi büdcəsi 

624 000 dollardan artıqdır. 

Qafqaz Universiteti layihəsi 

Azərbaycanda mühəndislik sahəsi üzrə yerli 

mütəxəssislərin inkişafına dəstək üçün Qafqaz 

Universitetindəki layihəmizi davam etdirdik. Bu 

layihə 2009-cu ildə başlanandan etibarən BP iki 

fakültə və 16 laboratoriyanın yaradılması üçün 2,5 

milyon dollardan artıq sərmayə qoyub. 2015-ci ilin 

yanvarında BP Qafqaz Universiteti ilə əməkdaşlığın 

müddətinin 2018-ci ilin martına qədər uzadılması 

barədə saziş imzaladı. 



BP-nin tələbələr üçün geologiya üzrə yay 

təcrübə kursu 

2003-cü ildən BP Azərbaycanda tələbə və 

məzunlara sedimentologiya və struktur geologiya 

üzrə nəzəri və praktik biliklər verən yay çöl-səhra 

təcrübəsinə sponsorluq edir. 182 iddiaçı arasından 

biliklərin qiymətləndirilməsi əsasında ümumilikdə18 

universitet tələbəsi seçildi. Kursu Azərbaycan Milli 

Elmlər Akademiyasının və Miçiqan Universitetinin 

(ABŞ) nümayəndələri apardılar.

Azərbaycan Biznes Keys Müsabiqəsi 

BP-nin dəstəyi ilə universitet tələbələri arasında 

keçirilən Azərbaycan Biznes Keys Müsabiqəsində 

yarışan komandalar maliyyə və marketinqdən 

tutmuş mühasibat və menecmentə qədər sahələri 

əhatə edən biznes fənləri üzrə biliklərindən 

istifadə edərək real həyatdan götürülmüş biznes 

məsələlərini həll etməyə çalışırlar. Onlar öz həll 

yollarını Azərbaycandakı iri biznes təmsilçilərindən 

ibarət münsiflər heyətinə təqdim edirlər.

2015-ci ildə müsabiqə BP və digər sponsor sənaye 

təşkilatlarının dəstəyi ilə ADA Universitetində 

keçirildi. Müsabiqədə iştirak etmək üçün 

Azərbaycandan 50 komanda müraciət etmişdi, 

onlardan finalçı kimi üç komanda seçildi. 

Müsabiqəyə hazırlaşmaq üçün tələbələr biznes 

keys təhlili və strategiya hazırlamaq barədə dörd 

həftəlik məşqlər və praktiki təlimlərdən keçdilər. 

BP-nin sponsorluq töhfəsi 4759 dollar idi, şirkətin 

əməkdaşları müsabiqəyə təlimçi, məşqçi və münsif 

kimi öz töhfələrini verdilər.

İcma inkişafı təşəbbüslərimizdən əlavə, təhsilə və səriştələrin yaradılmasına, 

mədəniyyətə və idmana yönəldilmiş proqramları dəstəkləyirik.

Təhsilin, mədəniyyətin və idmanın dəstəklənməsi 

Tələbələr sedimentologiya və struktur geologiya 

üzrə nəzəri və praktiki biliklər verən və BP-nin 

maliyyə dəstəyi ilə keçirilən yay çöl-səhra 

təcrübəsi zamanı.




33

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015

Cəmiyyət

İdmanın inkişafına dəstəyimiz 

Milli Olimpiya və Paralimpiya Komitələri 

ilə rəsmi tərəfdaş kimi işləməyi davam 

etdirdik. Buraya Azərbaycan Milli Olimpiya və 

Paralimpiya komandalarına və bizim səfirlərimiz 

kimi seçilmiş atletlər qrupuna sponsorluq 

daxildir. 

Azərbaycan Respublikasının Milli Olimpiya 

Komitəsi, Azərbaycan Respublikası Gənclər 

və İdman Nazirliyi və “Michael Johnson 

Performance” (MJP) şirkəti ilə birgə elit 

idmançıların inkişafı və təlimi proqramını həyata 

keçirdik. 

Proqramın məqsədi milli idmançılardan 

və məşqçilərdən ibarət böyük bir qrupa 

MJP şirkətinin beynəlxalq təcrübəsindən 

faydalanmaq imkanı yaratmaq və beləliklə, 

onların idmanda yüksək nailiyyətlər qazanmaqla 

beynəlxalq idman tədbirlərində Azərbaycanın 

iştirakını artırmaq istiqamətində gördüyü 

səylərə dəstək olmaqdır. 

Proqramda məşqçilər və idmançılarla, o 

cümlədən BP-nin xüsusi nümayəndəsi 

seçilmiş idmançılarla təmsil olunan dörd 

milli idman federasiyasının (yüngül atletika, 

gimnastika, triatlon və qılıncoynatma) iştirakı 

nəzərdə tutulmuşdu. Ümumilikdə 85 idmançı 

yoxlamadan keçərək bu proqrama seçilib.



Bakı 2015 Oyunlarına dəstək 

BP Bakı 2015 Avropa Oyunlarının rəsmi 

tərəfdaşı, eləcə də oyunların neft və qaz 

tərəfdaşı oldu.

BP həmçinin Bakı 2015 Oyunlar Akademiyası 

təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşı oldu. 

Bu təlim proqramı universitet məzunları daxil 

olmaqla yerli heyət üzvlərinin inkişaf etdirilməsi, 

çoxsaylı idman növlərini əhatə edən mötəbər 

tədbirlərin səmərəli şəkildə keçirilməsi, eləcə 

də gələcək karyeralarında onlara kömək edəcək 

səriştələri inkişaf etdirmək məqsədi daşıyırdı. 

162 Azərbaycanlı və 26 beynəlxalq məzun 

olmaqla ümumilikdə Azərbaycan və Avropadan 

olan 188 universitet məzunu Məzun 

Təkmilləşdirmə Proqramına cəlb olundu. 

Məzunlar Avropa Oyunlarının uğurla həyata 

keçirilməsinə yardım etmiş faydalı səriştə və 

biliklərə yiyələndilər.

İştirakçılara oyunların planlaşdırılması üzrə 

praktiki təcrübələrini davam etdirmək 

üçün əlavə imkanlar yaradıldı, onlar sınaq 

tədbirlərində iştirak etdilər. 

BP və tərəfdaşlarının təsis etdiyi Layihələri 

İdarəetmə Məktəbinin məzunları. 

Elit idmançıların inkişafı və təlimi proqramı çərçivəsində MJP şirkətinin mütəxəssisi yerli idmançıya təlim 

keçir.

Muzeylərə pulsuz giriş 



2013-cü ildən 2015-ci ilin sonuna qədər Milli 

Azərbaycan Tarix Muzeyi və Azərbaycan Milli 

İncəsənət Muzeyi, Qız Qalası tarixi abidəsi, 

Azərbaycan Xalça Muzeyi və Şirvanşahlar 

Sarayı Kompleksi də daxil olmaqla Bakının 

aparıcı muzeylərinə beş sərbəst giriş 

kampaniyasına sponsorluq etmişik. 

Bu kampaniyalar ərzində muzeylərə təxminən 

90000 ziyarətçi baş çəkib. 

2015-ci ilin oktyabrında bu kampaniya 

Azərbaycanda Amerika Ticarət Palatası 

tərəfindən Korporativ Sosial Məsuliyyət 

sahəsində mədəniyyət kateqoriyası üzrə 

mükəmməllik mükafatına (“CSR Excellence 

Award”) layiq görüldü.



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə