Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   2   3   4   5   6   7   8   9   ...   19

2

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015

Hər il nəşr olunan “BP Azərbaycanda. Davamlı 

inkişaf haqqında hesabat”ı təqdim etməkdən 

böyük məmnunluq duyuram. 13-cü ildir ki, 

ölkədə gördüyümüz işlərə dair geniş ictimaiyyətə 

məlumat vermək barədə üzərimizə götürdüyümüz 

uzunmüddətli öhdəliyin bir hissəsi kimi bu 

hesabatı hazırlayırıq.

2015-ci ildə BP Azərbaycanda ölkənin və regionun 

iqtisadi inkişafına mühüm töhfələr verən 

nəhəng neft və qaz layihələrini təhlükəsiz və 

etibarlı şəkildə idarə etməyə davam etdi. Xəzər 

dənizinin Azərbaycan sektorunda ən böyük neft 

yatağı olan Azəri-Çıraq-Günəşli (AÇG) yatağının 

hasilatı gündəlik orta hesabla 634 min barel 

məhsuldarlıqla davam etdi. 

Azərbaycan hökuməti, SOCAR və digər 

tərəfdaşlarımızla sıx işləyərək AÇG-də hasilatı 

maksimuma çatdırmaq məqsədilə diqqətimizi 

hasilat göstəriciləri üzərində cəmləşdirməyə 

davam etdik. Biz inanırıq ki, yeni texnologiyalara 

və qurğulara gələcəkdə də davamlı surətdə iri 

sərmayələrin qoyulması ilə AÇG uzun illər boyunca 

dünya səviyyəli yataq kimi öz hasilatını davam 

etdirə bilər. 

2015-ci ildə Şahdəniz Mərhələ 1 layihəsi 

çərçivəsində hasilat sabit yüksək səviyyədə 

saxlanmaqla 9,9 milyard standart kubmetr qaz və 

təxminən 18,3 milyon barel kondensat hasil edildi. 

Texniki təcrübəmiz və obyektlərə göstərdiyimiz 

cari texniki xidmət Şahdəniz yatağına imkan verdi 

ki, regionu arasıkəsilməz şəkildə təhlükəsiz və 

etibarlı qaz ilə təchiz etsin və 2015-ci ildə, demək 

olar ki, sistemin 100% etibarlılığına nail olduq. 

Xəzər regionunda təhlükəsiz və etibarlı operator 

kimi fəaliyyət göstərərək bu hövzədəki irimiqyaslı 

mürəkkəb layihələrin həyata keçirilməsində 

nadir təcrübə və səriştə əldə etmişik. 2015-ci 

ildə Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru 

Kəmərinin Genişləndirilməsi layihələri üzrə yaxşı 

irəliləyişə nail olduq. İlin sonuna qədər bütün 

əsas müqavilələr üzrə tikinti işlərinə ümumilikdə 

təxminən 20000 nəfər cəlb olundu ki, onların 

80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır. 

Layihənin 66%-dən çoxu tamamlanıb və işlər plan 

üzrə irəliləyir.

Gördüyümüz bütün işlərdə əməyin təhlükəsizliyi 

ən yüksək prioritetimiz olaraq qalır və 2015-ci 

ildə də əməyin təhlükəsizliyi üzrə yaxşı icra 

göstəricilərimizi davam etdirdik. İl ərzində qeydə 

alınan xəsarət tezliyi sənayedəki standartlardan 

aşağı olmaqla azaldı. Yol-nəqliyyat qəzalarının 

səviyyəsini 42%-dək azaltmağa nail olduq. 

Bununla belə, il ərzində sağlamlıq, əməyin 

təhlükəsizliyi, təhlükəsizlik və ya ətraf mühit 

ilə bağlı qəza və təhlükəli hallar kimi bir neçə 

yüksək potensiallı hadisə qeydə alındı. Biz 

bu hadisələrdən nəticə çıxardıq və əməyin 

təhlükəsizliyini diqqət mərkəzində saxlamaq 

öhdəliyimizə sadiqik. 

Azərbaycan neft-qaz yataqlarının işlənməsi və 

nəqli üzrə mühüm layihələrinin operatorluğunu 

bizə etibar edib və layiqli korporativ vətəndaş 

olmaq bu fəaliyyətin mühüm bir tərkib hissəsidir. 

Biz çalışırıq ki, işlədiyimiz yerlərdəki ictimaiyyətə 

və icmalara maddi və davamlı mənfəətlər gətirək. 

Gəlir yaratmaqla yanaşı, bu mənfəətlər iş yerlərinin 

açılmasını və səriştələrin aşılanmasını, yerli 

sahibkarlıq üçün imkanlar yaradılmasını və yerli 

inkişaf təşəbbüslərinə dəstək göstərilməsini əhatə 

edir. 


Azərbaycandakı tərəfdaşlarımızla birlikdə 

sahibkarlığın inkişafı və təlim proqramlarımız 

vasitəsilə, eləcə də layihələrimizdə işləyən yerli 

işçi qüvvəsini artırmaqla yerli bazarın inkişafını 

dəstəkləmək öhdəliyimizə sadiqik. 2015-ci ildə 131 

yerli şirkətlə dəyəri 1 milyard dollardan artıq olan 

yeni uzunmüddətli müqavilələr imzaladıq. 

BP-nin idarə etdiyi layihələrə cəlb olunmuş yerli 

işçilərin inkişafı üçün uzunmüddətli öhdəliyimizə 

dəstək olaraq Azərbaycan Respublikası Dövlət 

Regional prezidentimizin giriş sözü 

Məqsədimiz işgüzar 

fəaliyyətimizi çətin dövrlərdə 

dayanıqlı və öz 

tərəfdaşlarımıza, o cümlədən 

geniş ictimaiyyətə mənfəət 

gətirməyə davam edən 

səviyyədə saxlamaqdır.



Qordon Birrell

Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığımızı davam 

etdirdik. 2015-ci ilin sonunda Azərbaycanda BP 

şirkətində işləyən orta səviyyəli menecerlərin 

88%-i Azərbaycan vətəndaşları idi. Yüksək vəzifəli 

yerli əməkdaşların sayı 275-ə çatdı ki, bu da 

əvvəlki illə müqayisədə 20% artıqdır. 

2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarının 

rəsmi tərəfdaşı kimi Bakı 2015-də uğur qazanmaq 

üçün ölkədəki coşquya və həyəcan dolu anlara 

ortaq olduq. BP-nin xüsusi nümayəndələri kimi 

seçilmiş altı Azərbaycan idmançısına sponsorluq 

etdik; mötəbər tədbirlərin səmərəli şəkildə 

keçirilməsinə hazırlıq məqsədilə Azərbaycanda və 

Avropada təhsil almış gənclərin yetişdirilməsi üçün 

Oyunlar Akademiyasına eksklüziv sponsorluq 

etdik; eləcə də elit idmançıların yetişdirilməsi və 

Azərbaycan idmançıları üçün təlim proqramına 

dəstək olduq. 

Nailiyyətlərimiz, əldə etdiyimiz müsbət nəticələr 

və öhdəsindən gəldiyimiz cətinliklərlə yanaşı, 

bizim məqsədimiz işgüzar fəaliyyətimizi çətin 

dövrlərdə dayanıqlı və öz tərəfdaşlarımıza, o 

cümlədən geniş ictimaiyyətə mənfəət gətirməyə 

davam edən səviyyədə saxlamaqdır.

Ümid edirəm ki, bu hesabat sizin üçün maraqlı və 

faydalı olacaq. Həmişə olduğu kimi, bu hesabat 

da maraqlı tərəflərdən gələn rəylər əsasında 

formalaşır. Beləliklə, sizin rəy və təkliflərinizi 

gözləyirik. 



Qordon Birrell

BP-nin Azərbaycan,  

Gürcüstan və Türkiyə üzrə regional prezidenti

13 iyun 2016-cı il




Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə