Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015


Beşillik milliləşdirmə planı



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

Beşillik milliləşdirmə planı 

Azərbaycanda BP şirkəti ilə SOCAR arasında 

2013-cü ilin noyabr ayında beşillik kadrların 

milliləşdirilməsi planı imzalanıb. Bu sənəd həm 

ümumi, həm də funksional səviyyədə 2014-cü 

ildən 2018-ci ilədək hər il üzrə milliləşdirmə 

hədəflərini müəyyənləşdirir. Sənəd həmçinin 

xarici vətəndaşların tutduqları hazırkı və gələcək 

vəzifələr üzrə milliləşdirmə qrafikini də təsvir edir.

2014-cü ilin sentyabr ayında BP Azərbaycanda 

SOCAR-la işəgötürmə sahəsində əməkdaşlığa 

dair anlaşma memorandumu imzaladı. 

Milliləşdirmə strategiyasının tərkib hissəsi olaraq 

BP mütəxəssisləri Bakı Ali Neft Məktəbinin 

tələbələri üçün 20-dən artıq proqramdankənar 

sessiya və digər təhsilə yardım tədbirləri keçirdi. 

BP Azərbaycanda podratçıları öz milliləşdirmə 

planlarını hazırlayıb həyata keçirmələri üçün 

dəstəkləməyə davam edir. O cümlədən, öz 

təcrübəmizi bölüşür, icra göstəricilərinin 

hazırlanmasında məsləhət verir, icra 

göstəricilərinin qiymətləndirilməsi çərçivəsində 

planın həyata keçirilməsinə nəzarət edirik. 

Əcnəbi işçi qüvvəsi 

İşçi heyətimizi milliləşdirmək öhdəliyimizlə 

yanaşı, inanırıq ki, Azərbaycandan olan 

işçilərin xaricdə, əcnəbilərin də Azərbaycanda 

məqbul nisbətdə beynəlxalq təyinatı inkişaf 

üçün faydalıdır. 2015-ci ildə 80-ə yaxın yerli 

əməkdaşımız BP-nin Azərbaycandan kənardakı 

obyektlərində əcnəbi mütəxəssis kimi işləyib. 

Onların 30%-dən çoxu quyular üzrə 

ixtisaslaşıb. 

2015-ci ilin sonunda BP-nin Azərbaycanda 

işləyən 415 əcnəbi əməkdaşı var idi. Onların 

60%-dən çoxu Avropa, təxminən 30%-i isə 

ABŞ-dan idi. Qalanları Avstraliya, Kanada, 

Kolumbiya, Misir, Hindistan, İndoneziya, 

Oman, Trinidad və Tobaqodan olub. İl ərzində 

ölkəyə 44 yeni əcnəbi işçi gəlib, 103-ü isə 

ölkəni tərk edib.



BP-nin Azərbaycanda işəgötürmə üzrə statistik göstəriciləri  

Bu cədvəl şirkətə yeni qəbul olunmuş insanların sayını əks etdirir

Ehtiyac olduqca işəgötürmə

Məzunları işəgötürmə

Cəmi

2014


2015

2014


2015 2014 2015

Qadın Kişi Qadın



Kişi

Qadın Kişi Qadın Kişi

Biznesə dəstək 

4

1



1

5

1

Əlaqələr və  

şirkətxarici işlər

2

2

0



Uyğunluq və etika

1

1



2

0

Mühəndis-texniki

 

3

 



2

2

7



5

12

7

Maliyyə

1

0

1

Sağlamlıq, əməyin təhlükəsizliyi

təhlükəsizlik və ətraf mühit

7

1

1



9

0

İnsan resursları

5

2

1



2

9

1

İnformasiya texnologiyaları 

və xidmət

0

Əməliyyatlar

2

11

2



17

13

19

Tədarük və təchizatın idarə 

edilməsi 

1

3

4



0

Layihələr 

2

8

5



2

10

7

Geoloji-geofiziki işlər

 

3



1

1

2

3



1

2

8

5

Vergilər

1

1



1

 

 



 

 



1

Quyular

1

4



2

2

5



1

12

3

Cəmi – məzunları işəgötürmə 

 

10



19

1

10

29

11

NİMTP məzunları 

 

4



41

2

13

45

15

Cəmi – ehtiyac olduqca işəgötürmə

16

43



4

30

 

 



 

59

34

Texnikləri işəgötürmə

1 112


54

113


54

Yüksək standartlara doğru –  

Aynur Əlizadə 

BP-nin Qlobal Əməliyyatlar Təşkilatının 

regional icra göstəriciləri üzrə meneceri 

Aynur Əlizadəyə “BP Azərbaycan” şirkətində 

ən yüksək vəzifəli qadın işçilərdən biri 

səviyyəsinə gəlməsində zəngin karyerası 

kömək edib. 

Əməliyyatlar üzrə regional rəhbərlik 

qrupunun üzvü kimi Aynur əməliyyatların 

icrasına nəzarət edilməsində, vəzifələri 

müyyənləşdirmədə və sona çatdırılma 

prosesində aparıcı şəxsdir. “Mənim vəzifəm 

iş icrasını və işin keyfiyyətini sistemli şəkildə 

təkmilləşdirmək və əməliyyatlarımızda 

riskləri azaltmaqdır. Buna nail olmaq üçün 

standartlaşdırılmış icra göstəricilərini 

idarəetmə sistemlərini, proseslərini və 

vasitələrini bütün qrup və şöbələrdə tətbiq 

etməliyik”, - Aynur deyir. 

Aynur həmçinin platformalar, qazma 

qurğuları, qurudakı neft və qaz terminalı, 

ixrac boru kəmərləri də daxil olmaqla BP-nin 

Azərbaycandakı dəniz və quru obyektlərinin 

icra göstəricilərinin idarə olunmasına nəzarət 

etməklə qurğuların və ixrac əməliyyatlarının 

səmərəliliyinə töhfə verir. “Biz təhlükəsizlikdə 

və etibarlılıqda güzəştə getmədən hasilat 

hədəflərimizə çatmaq istiqamətində 

işləməliyik”. 

15

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Əməkdaşlarımız


Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə