Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

İşəgötürmə 

BP-nin məqsədi əməkdaşların bir-birinə hörmət 

və ləyaqətlə yanaşdığı və öz potensiallarından 

tam istifadə edə bildikləri pozitiv bir iş mühiti 

yaratmaq və saxlamaqdır. Bizim əməkdaşların 

işə götürülməsində və işdə irəli çəkilməsində 

hər kəsə qabiliyyətinə görə imkan yaratmaq 

öhdəliyimiz var. 

İşəgötürmə proseslərimizin şəffaflığına və 

səmərəliliyinə əmin olmaq üçün onları daim 

nəzərdən keçirir və monitorinqini aparırıq. 

Bundan əlavə, Britaniyada yerləşən müstəqil bir 

agentlik işəgötürmə fəaliyyətlərimizin 

keyfiyyətini yoxlamaq üçün mütəmadi olaraq 

qlobal sorğu aparır. BP Azərbaycanda sorğunun 

bütün müddəaları üzrə ən yüksək göstəriciyə 

malik ölkələr arasında olub. 

2015-ci ildə biz hər il keçirilən “Məzunların və 

yay təcrübəsi keçən tələbələrin işə qəbulu” 

proqramımız çərçivəsində təqribən 3200 ərizə 

qəbul etdik. Sonda 28 yay təcrübəçisini və  

38 yeni məzunu işə götürdük. Bunlardan  

23 məzunu BP-də daimi işçi kimi “Çəllenc” 

proqramımıza qəbul etdik. Qalan 15 nəfər isə 

neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi 

proqramına (NİMTP) qəbul olundu. “Çəllenc” 

və NİMTP barədə daha ətraflı məlumat üçün 

səhifə 17-yə baxın. 

Texniklərin işə cəlb olunması üçün keçirdiyimiz 

kampaniya nəticəsində Azərbaycan vətəndaşı 

olan 54 texniki işə götürdük. Yeni işə 

götürülmüş texniklər dənizdəki və qurudakı iş 

sahələrinə göndərilməzdən əvvəl Xəzər Texniki 

Təlim Mərkəzində 12-aylıq intensiv ingilis dili və 

texniki təlim proqramı keçirlər. 

BP-nin Azərbaycanda xüsusi açılan bütün iş 

elanları bp.com/xezer ünvanında verilir. 2015-ci 

ildə iş elanlarımızla bağlı 10000-dən çox ərizə 

aldıq, 17 nəfər yerli işçini xüsusi səriştə tələb 

edən işlərə götürdük.



Əməkdaşlarla ünsiyyət  

və münasibətlər 

Texniklərin forumu 

BP-nin texniklərin forumu ön cəbhədə – hasilat 

platformalarında, terminallarda və boru 

kəmərləri boyunca işləyən texniklərlə mühüm 

əlaqə vasitəsi olmaqda davam edir. Biz 

texniklərin təliminə və inkişafına böyük sərmayə 

qoyur və işçilərin bu qrupu ilə ən yüksək rütbəli 

rəhbərliyin müntəzəm görüşlərinin əhəmiyyətini 

başa düşürük. Bu görüşlərdə onlar rəy və 

təkliflərini verə, təcrübələrini bölüşə və onları 

narahat edən istənilən məsələni qaldıra bilirlər. 

Bu forumlar ilk dəfə 2008-ci ildə təşkil olunub 

və indiyə qədər təqribən 600 nəfərin iştirakı ilə 

20 forum keçirilib. 2015-ci ildə 60-a yaxın BP 

texnikinin iştirakı ilə iki forum keçirdik. 

İşçiləri dinləmək üçün nahar yeməkləri 

Bu nahar yeməkləri regional rəhbər 

qrupumuzun üzvləri ilə müxtəlif sahələrdə 

işləyən işçiləri qeyri-rəsmi nahar və bizneslə 

əlaqəli mövzuları açıq müzakirə etmək üçün bir 

araya gətirir. Bu naharlar işçilərə öz 

narahatlıqlarını bölüşməyə, suallarını verməyə 

və rəhbərlikdən birbaşa cavab almağa fürsət 

yaradır, rəhbərliyə isə təşkilatın müxtəlif 

təbəqələrinin fikirlərini dinləməyə imkan verir. 

2015-ci ildə 60-dan artıq əməkdaşın iştirakı ilə 

üç belə nahar təşkil edilib.



Kredit almağa dəstək proqramı 

Kredit almağa dəstək proqramımızı 2012-ci ildə 

tətbiq etməyə başlamışıq. Şirkətdə ən azı üç il 

işləyən bütün Azərbaycan vətəndaşlarının bu 

proqramdan yararlanmaq hüququ var. Proqram 

çərçivəsində əməkdaşlar ev, yaxud mənzil 

almaq və ya təmir etmək, ev tikdirmək, eləcə 

də 18 yaşına çatmamış övladlarının təhsili üçün 

kreditlərin ödənişində yardım almaq imtiyazı 

əldə edirlər. 

2015-ci ildə 300-dən artıq əməkdaşımız bu 

proqram üzrə kredit almaq üçün ərizə verdi, 

bununla da iştirakçıların ümumi sayı 2400-ü 

keçdi. Ümumilikdə, 2012-ci ildən etibarən 

proqram üzrə verilən kreditlərin məbləği  

36,8 milyon dollardan çox olub.



Digər fəaliyyətlər 

Azərbaycanda BP şirkətində üst-üstə 10, 15 və 

ya 20 il işləyən əməkdaşlarımız yubiley 

münasibətilə uzunmüddətli xidmətə görə 

mükafatlandırılır. Mükafatlar ümumi görüşlərdə 

yüksək vəzifəli rəhbərlik tərəfindən təqdim 

edilir. 2008-ci ildən bu vaxtadək bu yolla 1560 

işçinin fəaliyyəti qiymətləndirilib.

2015-ci ildə aktual məsələləri müzakirə etmək 

üçün beş ümumi yığıncaq keçirilib. Biz 

həmçinin informasiyanın yayılması və müxtəlif 

kampaniyaların keçirilməsi üçün regional 

intranetimizdən və daxili “Compass” 

jurnalından istifadə edirik. 2015-ci ildə bu 

jurnalın həm Azərbaycan, həm də ingilis dilində 

dörd buraxılışını nəşr edərək BP-nin Azərbaycan, 

Gürcüstan və Türkiyədəki biznes strukturlarında 

yaydıq.


2015-ci il Neft və Qaz sərgisi zamanı tələbə 

(solda) BP işçisi ilə söhbət edir. 

16

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



YÜKSƏK 

QİYMƏTLƏR

BP Azərbaycan BP-nin digər 

bölümləri ilə müqayisədə qlobal 

sorğunun işəgötürmə 

təcrübələrinin bütün 

müddəaları üzrə ən yüksək 

göstəriciyə malik ölkələr 

arasında olub.




Təhsil və inkişaf 

Əməyin təhlükəsizliyi, texniki, idarəetmə və 

biznes davranışları üzrə geniş çeşidli təlimlər 

təşkil edirik. 2015-ci ildə ümumilikdə 23000-

dən artıq iştirakçısı olan 2000-dən artıq təlim 

sessiyası keçirildi. Bu sessiyaların təxminən 

82%-i Azərbaycan dilində keçirildi.

Davamlı peşə təlimi 

Yerli əməkdaşlarımıza öz ixtisas sahələri üzrə 

əlavə dərəcə və ya sertifikatlar almaqda 

kömək etmək məqsədilə maliyyə yardımı 

göstərməyə davam etdik. 2015-ci ildə 

ümumilikdə 58 əməkdaşımız bu proqram 

çərçivəsində yardım aldı. Onlardan 15 nəfəri 

Britaniya təhsil ocaqlarında magistr dərəcəsi 

almaq üçün ərizə verdi, daha 43 əməkdaşımız 

isə magistratura səviyyəsində digər təhsil 

imkanlarını seçdi.

“Çəllenc” və neft-qaz ixtisaslı məzunların 

təkmilləşdirilməsi proqramı 

Bizim qlobal “Çəllenc” (“Sınaq”) proqramımız 

Azərbaycanda 2003-cü ildən fəaliyyətdədir. 

Onun məqsədi məzunların illik işə 

götürülməsi proqramı vasitəsilə seçilmiş və 

sənayedə cüzi ilkin təcrübəsi olan istedadlı 

məzunları inkişaf etdirməkdir. “Çəllencer” 

adlandırılan iştirakçılar üçillik proqram ərzində, 

adətən, iki-üç fərqli vəzifə yerinə yetirirlər. 

2012-ci ildən başlayaraq “Çəllenc” proqramına 

qəbul ola bilməyən seçilmiş məzunları inkişaf 

etdirmək üçün Neft-qaz ixtisaslı məzunların 

təkmilləşdirilməsi proqramına (NİMTP) 

başladıq. Bu 11 aylıq təlim proqramı həmin 

məzunlara öz texniki biliklərini, biznes 

haqqında məlumatlarını, ünsiyyət bacarıqlarını 

və ingilis dili biliklərini dərinləşdirməyə kömək 

etmək üçün hazırlanıb. Proqram Heriot-Uatt 

Universiteti və “TTE-Petrofak” şirkəti ilə birgə 

həyata keçirilir. 

2015-ci ildə “çəllencer” kimi işə götürülmüş 

11 məzundan əlavə, daha 12 məzun da 

NİMTP-nı başa vuraraq “Çəllenc” proqramına 

qoşuldu və “çəllencer”lərin ümumi sayı 23 

oldu. İlin sonunda Azərbaycanda 155 

“çəllencer” işləyirdi.



Xəzər texniki təlim mərkəzi 

BP və Xəzər regionundakı tərəfdaşlarının 

təsis etdikləri Xəzər texniki təlim mərkəzi 

Azərbaycan, Gürcüstan və Türkiyədə işçi 

heyətinin milliləşdirilməsi üzrə ortaq məqsədə 

xidmət edir. Bundan əlavə, Oman və İraqdakı 

əməliyyatlarımızın mərkəzin xidmətlərindən 

istifadə etməsi ilə bura BP qrupu üzrə yüksək 

ixtisaslı kadrlar hazırlayan regional mərkəzə 

çevrilib. 2004-cü ildən bu vaxtadək mərkəzin 

hazırlıq proqramından təxminən 1150 texnik 

məzun olub. 2015-ci ildə 55 nəfər texnik 

təlimi başa vuraraq BP-nin obyektlərinə yola 

salınıb.


Digər proqramlar 

Öz işçi heyətimizə və onların uyğun ailə 

üzvlərinə dil təlimi təklifimizi davam etdirdik. 

2015-ci ilin sonuna qədər 235 nəfər ingilis dili 

dərslərinə gedirdi. Azərbaycan dilini seçənlər 

isə 80 nəfərə yaxın idi. Bundan əlavə, əcnəbi 

əməkdaşlara Azərbaycanın tarixi, mədəniyyəti 

və adət-ənənələri barədə söhbətlər təklif 

edilir.

Solda: BP əməkdaşı Xəzər Texniki Təlim 



Mərkəzində yeni texniklərə təlim keçir.

Sağda: Biz sözü azad demə mədəniyyətini 

gücləndirmək üçün imkanlar axtarırıq.

17

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Əməkdaşlarımız


Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə