Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   2   3   4   5   6   7   8   9   ...   35

1

2 BP AGT-nin region üzrə 

prezidentinin giriş sözü

Rəşid Cavanşir 2011-ci ildə həyata keçirdiyimiz 

müxtəlif fəaliyyətlərin əsas məqamları barədə 

düşüncələrini bölüşür

Bu hesabat barədə

“BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011” bizim 

2011-ci təqvim ili ərzində nail olduğumuz istehsalat göstəricilərimizi, 

ətraf mühitin mühafizəsi ilə bağlı gördüyümüz işləri və Azərbaycandakı 

fəaliyyətlərimizin digər sahələrini əhatə edir. Bu hesabat bizim davamlı 

inkişaf haqqında doqquzuncu hesabatımızdır və əvvəlki hesabatlar 

haqqında aldığımız rəyləri özündə əks etdirir.

3 BP-nin Azərbaycanda fəaliyyəti

Strategiyamız; BP Azərbaycan – ilk baxışda; BP-nin 

Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə rəhbər 

qrupu; tarixi ekskurs; nailiyyətlər və çətinliklər; 

əməliyyatlarımız

29 Əməyin təhlükəsizliyi 

Diqqəti təhlükəsiz, etibarlı və qaydalara uyğun 

əməliyyatlara yönəldir, gördüyümüz hər işdə əməyin 

təhlükəsizliyi və əməliyyat risklərinin idarə edilməsini 

əsas götürürük

35 Ətraf mühit

Yeni layihələrin kəşfiyyat və işlənməsindən başlamış 

hasilat mərhələsinədək ətraf mühitin mühafizəsi üzrə 

fəaliyyətlərimizin idarə edilməsi

17 Biz necə işləyirik

İdarəetmə sistemləri; təhlükəsizlik və insan haqları; 

əməkdaşlarımız; qaydalara riayət və etik normalar; 

maraqlı tərəflərlə dialoq və görüşlər

43 Cəmiyyət

Səmərəli idarəçilik; sahibkarlığın inkişafı; icmalarla iş 

və təhsil təşəbbüsləri

52 Beşillik icra göstəriciləri

Hasilat, əməyin təhlükəsizliyi, ətraf mühit və sosial 

xərcləri əhatə edən əsas icra göstəricilərimiz

53 MHŞT üzrə beşillik hesabat 

məlumatları

BP Azərbaycanda gəlirlərin şəffaflığı sahəsində 

təşəbbüsləri dəstəkləyir və biz bu nəşrdə öz fərdi 

hesabat məlumatlarımızı açıqlamağa davam edirik

55 Hesabat prosesi, rəy və təkliflər

Məqsədimiz fəaliyyətlərimiz barədə tam və şəffaf 

hesabat vermək, əvvəlki hesabatlar barədə maraqlı 

tərəflərin rəy və təkliflərinə cavab verməkdir

BP-nin Azərbaycanda həyata keçirdiyi 

davamlı inkişaf fəaliyyətlərinə dair 

məlumat, açıqlama və bəyanatların 

faktlara və izahlara əsaslandığı barədə BP 

rəhbərliyində əminlik yaratmaq məqsədi 

ilə biz BP-nin Azərbaycanda 2011-ci il 

üçün hazırladığı Davamlı inkişaf haqqında 

hesabatı yoxlamışıq. Gördüyümüz işlərin 

əhatə dairəsi və gəldiyimiz nəticələrlə 

səhifə 54-də tanış olmaq olar.

“Ernst & Young” şirkəti 

Yoxlama prosesinə giriş sözü



2

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə 

üzrə prezidentinin giriş sözü 

Azərbaycan BP-nin dənizdə neft və qaz hasil 

etdiyi mühüm regionlardan biridir. Başqa 

yerlərdə olduğu kimi biz əməliyyatlarımızın 

təhlükəsiz, davamlı və etibarlı aparılmasını 

təmin etmək üçün var gücümüzlə işləyirik. 

Bu gün deyə bilərik ki, Azərbaycanda BP 

inteqrasiya olunmuş, təhlükəsiz və etibarlı bir 

biznesi aparmağın müsbət nümunəsini təmsil 

edir. Son 20 il ərzində sınaqdan çıxmış uğurlu 

icra göstəricilərinə nail olmuşuq, regiondakı 

hökumətlər, şirkətlər və digər maraqlı 

tərəflərlə sıx əməkdaşlıq yaratmışıq. 

Bununla belə, əməyin təhlükəsizliyi 

standartlarımızı təkmilləşdirmək və risklərin 

qiymətləndirilməsini fəaliyyətlərimizin ana 

xəttinə çevirməklə öz işimizi daim daha da 

yaxşılaşdırmağa can atırıq. İşgüzar fəaliyyətdə 

düzgünlük və etik dəyərlərimiz, əməliyyat 

göstəricilərimizlə yanaşı, hər zaman bizim 

üçün ən mühüm prioritetlərdir. 



Əməliyyatların təhlükəsizliyini 

maksimallaşdırmaq istiqamətində 

işləyirik 

2011-ci ildə BP qrupunun əməliyyatların 

idarə olunması sistemi (ƏİES) adlanan yeni 

idarəetmə standartına uyğun işləmişik. 

Məqsədimiz ƏİES-in icra göstəricilərini 

təkmilləşdirilmə dövrəsini işimizə və biznesin 

planlaşdırılması proseslərimizə tətbiq etmək 

olub. 


2011-ci il üzrə göstəricilərimiz yaxşı irəliləyişə 

nail olduğumuzu əks etdirir. İl ərzində 

rekord sayda platformada dövri təmirləri – 

əsaslı təmir-təftiş və ya layihə işlərini 

tamamlamaq üçün istismar olunan obyektlərin 

dayandırılmasını təhlükəsiz şəkildə və iş 

qrafikinə uyğun icra etdik. Biz Azərbaycan 

Respublikası Dövlət Neft Şirkəti, İxrac Neft və 

Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi 

və Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə 

fövqəladə vəziyyət üzrə böyük bir təlim-məşqi 

uğurla planlaşdıraraq həyata keçirdik. 



Əməliyyatlar üzrə nailiyyətlərimiz

Əsas fəaliyyətimiz baxımından 2011-ci il 

xüsusilə iki mühüm hadisə – 1997-ci ildə 

istismar əməliyyatları başlayandan bəri 

Azəri-Çıraq-Dərinsulu Günəşli yatağından 

neft hasilatının 1,9 milyard bareli keçməsi və 

2006-cı ildən bəri Şahdənizdən qaz hasilatının 

1 trilyon standart kubfuta (təxminən 30 milyard 

standart kubmetrə) çatması ilə əlamətdar oldu. 

Bundan əlavə, tərəfdaşlarımızla 

birlikdə Azərbaycandakı əməliyyat və 

layihə xərclərimiz ümumilikdə il üzrə 1,2 

milyard dollardan artıq oldu – bu, 2010-cu 

illə müqayisədə 17% artım deməkdir. Yerli 

təchizatçılar vasitəsilə ölkə daxilindəki davamlı 

əməliyyat xərclərimiz də eyni faizlə artaraq 

təxminən 947 milyon dollara çatdı. 

Paralel olaraq, beş il davam edən gərgin 

iş və intensiv danışıqlardan sonra oktyabr 

ayında Türkiyədə Şahdəniz qazının satışı və 

tranziti barədə sazişlər, eləcə də Türkiyə ilə 

Azərbaycan arasında yeni hökumətlərarası 

sazişi müşayiət etmək üçün “BOTAŞ”la 

texniki əməkdaşlıq barədə saziş imzaladıq. Bu 

sazişlər planlaşdırılmış Şahdəniz Mərhələ 2 

layihəsinin inkişafını dəstəkləyəcək və bizə bu 

təşəbbüsü irəli aparmaq imkanı verəcək. 

İl ərzində daha iki yenilik uğurlu 

gələcəyə nikbin nəzərlərlə baxmaq imkanı 

verib. “BOTAŞ”la Bakı-Tbilisi-Ceyhan boru 

kəməri ilə bağlı bir sıra sazişləri tamamladıq. 

Bu, ötən illərdən qalmış bütün məsələləri 

həll edir və gələcəkdə davamlı, uğurlu 

əməkdaşlıq üçün zəmin yaradır. Bundan başqa, 

dənizdə yerləşən Şəfəq-Asiman perspektiv 

strukturunun birgə geoloji kəşfiyyatı və 

işlənməsi haqqında hasilatın pay bölgüsü 

sazişi Milli Məclis tərəfindən ratifikasiya 

olundu.  

Yerli istedad, şəffaflıq və qarşılıqlı 

munasibətlər biznesimizin  

əsasını təşkil edir

Yüksək səviyyəli milli işçi qüvvəsi yetişdirmək 

və əməkdaşlarımızı inkişaf etdirmək bizim 

üçün ən yüksək biznes prioritetləri sırasında 

qalmaqdadır. 2011-ci ilin sonunda Azərbaycan-

Gürcüstan-Türkiyə regionunda işləyən 

ixtisaslı əməkdaşlarımızın hər on nəfərindən 

demək olar ki, doqquzu yerli vətəndaşlar 

idi, Azərbaycanda yüksək vəzifə tutan yerli 

işçilərimizin sayı isə 149-a çatdı. Bu göstərici 

son bir il ərzində 14%, son beş il ərzində isə 

üçqat artım deməkdir.

BP 1992-ci ildə Bakıda ilk ofisini açdığı 

vaxtdan bəri şirkət xüsusilə icmaların 

inkişafına dəstək verməklə və təhsil 

imkanlarının genişləndirilməsinə kömək 

etməklə Azərbaycanın həyatında yaxından 

iştirak edir. Bu, 2011-ci ildə də davam 

etdi, Qafqaz Universitetində hələ 2009-cu 

ildə bizim dəstəyimizlə qurulmuş kimya 

mühəndisliyi bölməsi şirkətin vəsaiti hesabına 

tam təchiz edilmiş beş müasir laboratoriya 

açdı. Bu, əlinizdəki nəşrdə əks olunmuş 

nailiyyətlərimizdən sadəcə biridir.

Azərbaycanda fəaliyyətimizin 20 illiyini 

qeyd edərkən, həm də qərara aldıq ki, Milli 

Olimpiya Komitəsi və Milli Paralimpiya 

Komitəsinin rəsmi tərəfdaşı kimi ölkənin milli 

komandalarını və bir qrup seçilmiş idmançını 

London 2012 Oyunlarında dəstəkləyək. 

Bu, şəffaflıq və hesabatlılıq öhdəliyimizə 

sədaqətimizin nümunəsi olan davamlı inkişaf 

haqqında hesabatların doqquzuncusudur. 

Ümidvaram ki, bu nəşr sizə keçən il 

gördüyümüz işlər barədə hərtərəfli məlumat 

verəcək. Göstərdiyiniz marağa görə təşəkkür 

edir, rəy və təkliflərinizi gözləyirik.

Rəşid Cavanşir

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu

üzrə prezidenti

7 avqust 2012



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə