Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   2   3   4   5   6   7   8   9   ...   35

3

BP-nin Azərbaycanda fəaliyyəti

BP-nin Azərbaycanda fəaliyyəti

Biz Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsində dəyərli, 

etibarlı və uzunmüddətli bir tərəfdaş olmağa çalışırıq

Şəfəq-Asiman bloku 

üzrə yeni hasilatın pay 

bölgüsü sazişi mayda 

ratifikasiya edildi

Standart kubfut 

Şahdənizdən hasil 

olunmuş qazın ümumi 

həcmi üçün oktyabrda 

çatdığımız göstəricidir

1

 



trilyon

Barel AÇG-dən 1997-

2011-ci illər ərzində hasil 

olunmuş neftin həcmidir

1,9

milyard



4

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

Biz BP-yik 

Biz dünya səviyyəli əməliyyat və layihələri həyata 

keçirməklə Xəzər regionunda davamlı fəaliyyət göstərmək barədə 

öhdəliyimizə sadiqik

Bu öhdəliyin əsasında həmişə təhlükəsiz 

işləmək, ətraf mühiti qorumaq və insan 

haqlarına hörmətlə yanaşmaq kimi 

məsuliyyətlər dayanır. İnanırıq ki, bu əsas 

məqsədlər işçi qüvvəsinin bacarıqlarının 

genişləndirilməsi, yerli ehtiyatların yaradılması 

və yerli potensialın inkişaf etdirilməsi ilə həyata 

keçiriləcək.



Biz nə edirik

Biz dünyanı enerji ilə təmin edirik. Biz mühüm 

enerji mənbələrini tapır, işlədir və hasil edirik. 

Biz bu mənbələri insanların hər yerdə ehtiyacı 

olduğu məhsullara çeviririk.

Dünyanın enerjiyə ehtiyacı var və bu 

tələbat artmaqdadır. Bu enerji bir çox 

şəkillərdə ola bilər. Onun hər yerdə insanlar 

və tərəqqi üçün həyati əhəmiyyəti var və 

hər zaman olacaq. Biz etdiyimiz hər bir işdə 

yüksək standartlara uyğun cavabdeh olmağı 

gözləyirik. Biz sənayemizdə təhlükəsizlik 

üzrə lider, dünya səviyyəli operator, yaxşı bir 

korporativ vətəndaş və mükəmməl işəgötürən 

olmaq üçün səy göstəririk. 

Biz nəyə inanırıq

Dünyanı enerji ilə necə təmin etməyimiz bizi 

dərindən düşündürür.

Hər şeydən əvvəl, bu, əməliyyatlarımızda 

təhlükəsizlik və yüksək peşəkarlıqla başlayır. 

Bu, uğurumuzun əsasıdır. Bizim yanaşmamız 

hörmət, ardıcıl olmaq və düzgün olanı etmək 

cəsarətinə malik olmağa əsaslanır. Biz 

inanırıq ki, uğur başlanğıcını insanlarımızın 

enerjisindən götürür. Biz öyrənmək və işimizi 

daha yaxşı görmək üçün qətiyyət göstəririk. 

Biz ən qabaqcıl texnologiyanın işlənib 

hazırlanması və tətbiq olunması, həmçinin 

uzunmüddətli əlaqələrin qurulmasına 

arxalanırıq. Bu gün dünyanı ehtiyacı olan enerji 

ilə təmin etmək işində və sabahın dəyişən 

dünyasında mühüm rol oynamaq bizim 

öhdəliyimizdir. Biz bir komanda kimi işləyirik.



What we value

Təhlükəsizlik işin xeyrinədir. Etdiyimiz hər şey işçi qüvvəmizin və 

ətrafımızdakı icmaların təhlükəsizliyinə əsaslanır. Biz ətraf mühitin 

təhlükəsiz idarə olunmasının qayğısına qalırıq. Dünyanı təhlükəsiz 

şəkildə enerji ilə təmin etmək öhdəliyimizdir.

Təhlükəsizlik

Biz fəaliyyət göstərdiyimiz bu dünyaya hörmət edirik. Bu, qanun 

və qaydalara riayət etməkdən başlayır. Biz özümüzü ən yüksək 

etik standartlara cavabdeh hesab edirik və başqalarının etibarını 

qazanacaq şəkildə davranırıq. Biz malik olduğumuz münasibətlərə 

əsaslanır, bir-birimizə və işlədiyimiz şəxslərə hörmət edirik. Biz 

insanların və fikirlərin müxtəlifliyinə dəyər veririk. Biz aldığımız böyük 

və ya kiçik qərarların ətrafımızdakılara təsiri barədə düşünürük.

Hörmət


Biz təhlükəli biznes sahəsindəyik və əməliyyatlarımızı sistemli 

və intizamlı şəkildə idarə etməklə mükəmməlliyə can atırıq. Biz 

şirkətimiz üçün təyin etdiyimiz qayda və standartlara riayət edirik. 

Keyfiyyətli nəticələr öhdəliyimizdir, öyrənmək və inkişaf etməyə can 

atırıq. Əgər nə isə düzgün deyilsə, biz onu düzəldirik.

Mükəmməllik

Bizim etdiklərimiz nadir hallarda asan olur. Ən yaxşı nəticələrə nail 

olmaq üçün çox vaxt çətinliklərlə üzləşmək, sözümüzü demək və 

inandıqlarımıza sadiq qalmaq cəsarəti tələb olunur. Biz hər zaman 

düzgün olanı etməyə can atırıq. Biz yeni düşüncə yolları axtarır, 

kömək istəməkdən çəkinmirik. Biz özümüzə qarşı səmimiyik və fəal 

şəkildə başqalarının rəyini öyrənirik. Biz dünyamızın qısa müddətli 

prioritetlərinə baxmayaraq, uzunömürlü bir irs qoymağa can atırıq.

Cəsarət


Bir şəxsin gücü nə olursa olsun, biz birlikdə daha çoxuna nail olacağıq. 

Biz komandamızı fərdi uğurumuzdan üstün tutur və onun potensialını 

artırmağa can atırıq. Biz üzərimizə düşən öhdəliklərin yerinə 

yetirilməsində bir-birimizə etibar edirik.

Bir komanda

Biz nəyə dəyər veririk

Dəyər və davranışlarımız 



bp.com/ourvalues


5

BP-nin Azərbaycanda fəaliyyəti

BP Azərbaycan – ilk baxışda 

Strukturumuz, təşkilatımız, 

obyektlərimiz və tariximiz

Hüquqi struktur

BP Azərbaycanda bir sıra hüquqi şəxslərin 

qismində fəaliyyət göstərir və bu da onun 

ölkədə və regionda 1992-ci ildən bəri keçdiyi 

təkamülü əks etdirir. Əsas hüquqi şəxs BP 

Eksploreyşn (Kaspian Si) Ltd. (“BP Exploration 

(Caspian Sea) Ltd.”) şirkətidir.

BP Azərbaycan, Gürcüstan və Türkiyədə

Azərbaycanda BP Azərbaycan hökuməti ilə 

bağlanmış bir neçə hasilatın pay bölgüsü 

sazişi və tranzit əraziyə malik ölkə hökuməti 

sazişi (TƏMÖHS) əsasında fəaliyyət 

göstərir. Gürcüstan və Türkiyədə o, ixrac 

boru kəmərləri və terminalları əhatə edən 

TƏMÖHS-lər əsasında fəaliyyət göstərir.



Biznes strukturu

2011-ci ilin sonunda 11 vitse-prezident, baş 

maliyyə müşaviri, tədarük və təchizat üzrə məsul 

şəxs və baş hüquq müşaviri köməkçisi BP-nin 

Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə 

prezidentinə hesabat verirdi.



Qeydiyyatdan keçirilmiş ünvan

a

2011-ci ildə Azərbaycanda qeydiyyatdan 

keçirilmiş ünvanımız: Villa Petrolea, Neftçilər 

prospekti 2 (Bayıl), Bakı şəhəri, AZ1003, 

Azərbaycan. Telefon: +994 (0)12 497 9000; 

Faks: +994 (0)12 497 9602.



Əməkdaşlar

2011-ci ilin sonunda Azərbaycanda BP 

tərəfindən daimi işə götürülmüş şəxslərin 

sayı 2 701 idi ki, bunların 2 321-i Azərbaycan 

vətəndaşları idi.

Dənizdəki hasilat yataqları

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG)

b

  Xəzər 


dənizinin Azərbaycan sektorunda ən böyük 

neft yatağıdır. Şahdəniz (ŞD) çox böyük dəniz 

qaz və kondensat yatağıdır.

Dənizdəki istismarda olan obyektlər

Çıraq platforması, Mərkəzi Azəri platforması, 

Qərbi Azəri platforması, Şərqi Azəri 

platforması, Şahdəniz platforması və 

Dərinsulu Günəşli platforması.

Nəqletmə və saxlama imkanları  

(2011-ci ilin sonu)

Nəqletmə: 

Səngəçal terminalı – Bakı şəhərinin 

cənubunda yerləşən neft və qaz emalı terminalı. 

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri – 

Səngəçal terminalını Türkiyənin Ceyhan dəniz 

terminalı ilə birləşdirən 1 768km uzunluğunda 

(443km Azərbaycanda) boru kəməri. Cənubi 

Qafqaz qaz boru kəməri (CQBK) – Səngəçal 

terminalı ilə Gürcüstan-Türkiyə sərhədi arasında 

691 km uzunluğunda (443km Azərbaycanda) 

qaz boru kəməri. Qərb ixrac boru kəməri 

(QİBK) – Səngəçal terminalını Gürcüstanın Qara 

dəniz sahilindəki Supsa limanı ilə birləşdirən 

829km uzunluğunda (456km Azərbaycanda) 

boru kəməri.

Nəqletmə və saxlama qabiliyyəti: 

BTC – gündə 

1,2 milyon barel; CQBK – gündə 22 milyon 

standart kubmetr (mmscm); QİBK – gündə 

106 min barel. Səngəçal terminalı – gündə 

1,1 milyon bareldən (149 000 ton) artıq neft 

və 36,8 mmscm qaz (25,5-i ŞD və 11,3-ü 

AÇG-dən) emal edə bilir. Rezervuarların xam 

neft tutumu 3,2 milyon bareldir (450 000 ton).

2011-ci ilin dekabrından BP-ni təmsil edən bütün hüquqi 



şəxslərin qeydiyyatdan keçirilmiş ünvanını tədricən yeni 

ünvana dəyişdirmişik: Ləndmark, Nizami küçəsi 96, Bakı 

şəhəri, AZ1010, Azərbaycan.

 



Dayazsulu Günəşli Azərbaycan Respublikası Dövlət Neft 

Şirkəti (ARDNŞ)  tərəfindən işlənilir.



Geoloji-kəşfiyyat işləri

Şəfəq-Asiman kəşfiyyat ərazisi.



Əsaslı xərclər

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 

1995-ci ildə qurulmasından bəri AÇG, BTC, ŞD 

Mərhələ 1 və CQBK layihələri üçün 34 milyard 

dollardan çox.

Neft və kondensat hasilatı

AÇG 1997-2011-ci illər: cəmi təqribən 1,9 

milyard barel, o cümlədən 2011-ci ildə 

təxminən 262 milyon barel. ŞD-dən kondensat 

hasilatı: cəmi təqribən 63,7 milyon barel və 

2011-ci ildə təxminən 14 milyon barel.



Qaz hasilatı

ŞD 2006-2011-ci illər: cəmi təqribən 30 

milyard standart kubmetr (bscm) və 2011-ci 

ildə təxminən 6,7 bscm.

Şərqi Azəri platforması



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə