Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   27   28   29   30   31   32   33   34   35

54

Müstəqil əminlik bəyanatı

Bu hesabat BP qrupunun auditorları 

olan “Ernst & Young” şirkəti tərəfindən 

yoxlanılmışdır. Yoxlama prosesinin əsas 

məqsədi hesabatın mətnində verilmiş 

BP-nin davamlı inkişafla bağlı fəaliyyətinə 

dair məlumat, açıqlama və faktların dəlillərə 

əsaslandığını təsdiq etməkdən ibarətdir. Bu 

prosesin məqsədi müstəqil üçüncü tərəfin 

hesabatın məzmununa zəmanət verməsidir. 

“Ernst & Young”ın gördüyü işlərin əhatə dairəsi 

və nəticələri aşağıda verilib.

Müstəqil şirkətin BP rəhbərliyinə əminlik 

barədə təminat bəyanatı 

2011-ci il üçün “BP Azərbaycanda Davamlı 



inkişaf haqqında hesabat” (“Hesabat”) onun 

daxilindəki məlumatların toplanması və 

təqdim edilməsinə görə məsuliyyət daşıyan 

Azərbaycanda BP-nin rəhbərliyi tərəfindən 

hazırlanmışdır. Bizim məsuliyyətimiz BP 

rəhbərliyinin təlimatlarına uyğun olaraq 

Hesabatda verilmiş məlumat, fakt və 

işıqlandırılmış məsələlərin əhatə dairəsi barədə 

aşağıda göstərildiyi kimi məhdud əminlik 

öhdəliyini yerinə yetirməkdən ibarətdir.

Bu işlərin yerinə yetirilməsində biz yalnız 

“BP p.l.c.”nin rəhbərliyi qarşısında, onlarla 

razılaşdırılmış səlahiyyətlər çərçivəsində 

cavabdehik. Buna görə də, hər hansı digər 

bir məqsədə görə və ya hər hansı digər şəxs 

və ya təşkilat qarşısında heç bir məsuliyyət 

daşımırıq. Hər hansı üçüncü tərəfin Hesabata 

nə dərəcədə etibar etməsinin məsuliyyəti 

tamamilə onun öz üzərinə düşür.

 

Gəldiyimiz nəticələr gördüyümüz hansı 



işlərə əsaslanır

Əminlik üzrə götürdüyümüz öhdəlik Beynəlxalq 

Mühasiblər Federasiyasının Beynəlxalq 

ISAE3000


a

 Standartlarına uyğun olaraq 

planlaşdırılmış və həyata keçirilmişdir. Hesabat 

aşağıdakı meyarlara görə qiymətləndirilmişdir: 

•  Hesabatın 2011-ci ildə media nümayəndələri 

tərəfindən BP-nin Azərbaycandakı 

fəaliyyətləri ilə əlaqədar qaldırdığı davamlı 

inkişafa dair əsas məsələləri, Azərbaycanda 

BP-nin mühüm davamlı inkişaf problemləri 

ilə bağlı özünün keçirdiyi yoxlama və seçilmiş 

daxili sənədləri əhatə edib-etməməsi.

•  Hesabatda verilmiş davamlı inkişaf haqqında 

məlumatların BP-nin müvafiq rəhbərləri 

tərəfindən verilən izah və dəlillərə uyğun 

gəlib-gəlməməsi.

•  Hesabatda verilmiş davamlı inkişaf haqqında 

məlumatların müvafiq biznes bölümü 

səviyyəsində qeydə alınmış məlumatlara 

uyğun gəlib-gəlməmsi.

Nəticələrə gəlmək üçün biz xülasəsi 

aşağıda sadalanan işləri həyata keçirmişik

1. Azərbaycanda BP-nin 2011-ci ildə davamlı 

inkişafla bağlı fəaliyyətinə dair şirkətdənkənar 

kütləvi informasiya vasitələrinin hesabatlarını 

və şirkətdaxili sənədləri, o cümlədən maraqlı 

tərəflərlə görüşlərin nəticələri və risklərin 

qiymətləndirilməsi cədvəllərini nəzərdən 

keçirmişik.

2. Hesabatda əksini tapmalı əsas məsələlərin 

müəyyənləşdirilməsi üçün Azərbaycanda 

BP-nin nəzərdə tutduğu prosesin Hesabat 

hazırlanan zaman tətbiq olunub-olunmadığını 

yoxlamışıq.

3. Hesabatda davamlı inkişaf üzrə verilmiş 

icra göstəriciləri və bəyanatlar haqqında 

məlumat və ya izahatları nəzərdən keçirmişik. 

Hesabatda əksini tapmış davamlı inkişaf 

üzrə göstəriciləri dəstəkləyən sənədləri 

yoxlayarkən ölkə və ya sahə səviyyəsində 

məlumatların toplanması, müqayisə edilməsi 

və onların necə əldə edilməsi proseslərini 

yoxlamamışıq.

Əminlik səviyyəsi

Dəlil toplama proseduralarımız məhdud 

əminlik səviyyəsi əldə etmək və nəticələri 

əsaslandırmaq üçün nəzərdə tutulmuşdur. 

Həyata keçirilmiş dəlil toplama proseduralarının 

səviyyəsi məqbul əminlik öhdəliyinin yerinə 

yetirilməsinə (məsələn, maliyyə auditi) verilən 

tələblərlə müqayisədə aşağıdır və buna görə 

də, nisbətən aşağı səviyyəli əminlik təmin 

edilmişdir.



Gəldiyimiz nəticələr

Hesabatla bağlı apardığımız yoxlama əsasında 

və işimiz üçün müəyyən edilmiş səlahiyyətlər 

dairəsində aşağıdakı nəticələrə gəlmişik. Bu 

nəticələr yuxarıdakı “Gəldiyimiz nəticələr 

gördüyümüz hansı işlərə əsaslanır” bölməsi ilə 

birlikdə oxunmalıdır. 

1. Hesabat əsas məsələləri əhatə edirmi?

Mətbuatda və ya Azərbaycanda BP-

nin özünün əhəmiyyət dərəcəsinin 

qiymətləndirilməsi prosesinin nəticəsi kimi 

qaldırılmış və bu Hesabata daxil edilməmiş 

davamlı inkişafla əlaqədar Azərbaycanda 

BP-yə aid hər hansı bir əsas məsələ bizə 

məlum deyil.



2. Hesabatda Azərbaycanda BP-nin davamlı 

inkişaf üzrə icra göstəriciləri dəlil-sübut və ya 

izahatlarla təsdiqlənirmi? 

Hesabatda BP rəhbərliyi tərəfindən 

Azərbaycanda BP-nin davamlı inkişaf üzrə 

həyata keçirdiyi fəaliyyətlərlə bağlı təqdim 

edilmiş təsdiq və məlumatlarda hər hansı bir 

qeyri-düzgün bəyanatın olması bizə məlum 

deyil.

Müstəqilliyimiz

“BP p.l.c.”nin auditorları kimi “Ernst & 

Young”dan Audit Təcrübələri Şurasının 

(“Auditing Practices Board”) Auditorlar üçün 

etik standartlarında müəyyənləşdirilmiş 

tələblərə riayət etmək tələb olunur. “Ernst 

& Young” şirkətinin müstəqillik strategiyaları 

firmalar, tərəfdaşlar və peşəkar işçilərə tətbiq 

olunur. Bu strategiyalar sifarişçilərimizə 

münasibətdə müstəqilliyə xələl gətirən və 

ya gətirə biləcəyi ehtimal olunan hər hansı 

maliyyə maraqlarını qadağan edir. Hər il işçi 

və tərəfdaşlardan şirkətin siyasətlərinə riayət 

etdiklərini təsdiq etmək tələb olunur. 

Biz hər il, qadağan edilmiş xidmətlər 

də daxil olmaqla, müstəqilliyimizə və 

obyektivliyimizə xələl gətirə biləcək hər hansı 

hadisənin baş verib-vermədiyini BP-yə bildiririk. 

2011-ci ildə heç bir belə hadisə və ya xidmət 

olmamışdır. 

 

 

 



 

Ernst & Young LLP, London

29 iyun 2012

Auditlər və ya Tarixi Maliyyə Məlumatları üzrə Yoxlamalar İstisna olmaqla Əminlik Öhdəlikləri üçün Beynəlxalq Mühasiblər 



Federasiyasının Beynəlxalq Standartı (İSAE3000).


55

Hesabatın hazırlanması prosesi, rəy və təkliflər

 

Bu hesabatı hər il nəşr etməkdə məqsədimiz Azərbaycanda 



gördüyümüz işlər və fəaliyyətlərimiz barədə ətraflı və şəffaf hesabat 

vermək və əvvəlki hesabatlarla əlaqədar alınmış rəy və təkliflərə 

cavab verməkdir

Bu, davamlı inkişaf haqqında BP-nin 

Azərbaycanda nəşr etdiyi sayca doqquzuncu 

hesabatdır. Hesabat 2011-ci il ərzində bizim 

Azərbaycanda həyata keçirdiyimiz fəaliyyətləri 

əks etdirir. BP qrupunun auditorları olan “Ernst 

& Young” şirkəti məlumatların düzgünlüyünə 

şirkətdənkənar zəmanət verib. Onların vəzifəsi 

bu hesabatda verilmiş rəqəm və açıqlamaların 

düzgünlüyü və sənədlərə əsaslandığını, bizim 

2011-ci ildə Azərbaycandakı fəaliyyətlərimizlə 

bağlı əsas məsələlərin hesabatda 

tarazlaşdırılmış təqdimatını təmin etmək olub.

Rəylər

2010-cu ilin Davamlı inkişaf haqqında 

hesabatı Azərbaycan və ingilis dillərində 

nəşr edildi və həm şirkət daxilində, həm də 

şirkətdən kənarda çap və elektron variantda 

geniş şəkildə yayıldı. Bütün maraqlı tərəflərə 

hesabatın bir nüsxəsi göndərildi və onlardan 

öz rəy və təkliflərini verməsi xahiş olundu. Biz, 

həmçinin, kütləvi-informasiya vasitələrinin 

nümayəndələri, tələbələr və qeyri-hökumət 

təşkilatları (QHT) da daxil olmaqla, 200 

nəfərdən çox şəxslə birbaşa rəy sorğusu üçün 

görüşlər təşkil etdik. Ümumiyyətlə onların rəyi 

müsbət oldu.

Tələbələr

 

Bakı Dövlət Universiteti, Dövlət İdarəetmə 



Akademiyası, Dövlət İqtisadiyyat Universiteti, 

Dövlət Neft Akademiyası, Qafqaz Universiteti 

və Xəzər Universitetinin tələbələri birgə 

rəy sorğusu görüşündə iştirak etdilər. İlk 

dəfə idi ki, Azərbaycandakı altı böyük ali 

təhsil müəssisəsinin tələbələri Davamlı 

inkişaf haqqında hesabatı müzakirə etmək 

üçün bir yerə yığışmışdılar. İşə götürülmə 

ilə bağlı məsələlər və BP-nin təcrübə 

proqramı bu qrupu daha çox maraqlandırdı. 

Onlar əməkdaşların karyera inkişafı, Xəzər 

regionunda yeni texnologiyaların istifadəsi, 

şirkətdə komanda ruhunun yaradılması 

və sosial fəaliyyətlər haqqında daha çox 

məlumatın daxil edilməsini təklif etdilər.

Kütləvi informasiya vasitələri

 

Media mənsublarının rəyləri də əsasən 



müsbət oldu və 2010-cu ilin hesabatı 

əvvəlki ildə olduğu kimi əhatəli və informativ 

hesab edildi. Gələcək üçün təkliflər əsasən 

“Əməliyyatlarımız” bölməsində daha çox 

texniki təfərrüatların verilməsi üzərində 

cəmləndi. Digər təkliflərə Azərbaycan dilinə 

tərcümənin daha da yaxşılaşdırılması daxil idi. 

Vətəndaş cəmiyyəti

 

Vətəndaş cəmiyyətinin nümayəndələri 



hesabatı çox informativ hesab etdilər. Onlar 

məmnuniyyətlə qeyd etdilər ki, BP əvvəl 

verdikləri tövsiyələrin bir çoxunu qəbul edib 

və onlar 2010-cu il nəşrində öz əksini tapıb. 

Onların əsas təklifi ətraf mühitin idarə edilməsi, 

xüsusən də Xəzər dənizində ekoloji proqramlar 

barədə daha çox məlumatın daxil edilməsinə 

aid idi. Alınan rəylərdən aydın oldu ki, onlar 

gələcək hesabatlarda davamlı inkişafla bağlı 

layihələrin həyata keçirilməsi üçün BP ilə 

müqaviləsi olan QHT-lər barədə daha çox 

məlumat verilməsini istəyirlər.

Araz Yusubov

Şəffaflıq və ictimaiyyətə hesabatların verilməsi  

qrupunun rəhbəri, BP AGT

BP davamlı inkişaf barədə necə hesabat verir 



bp.com/sustainability

BP qrupunun gəlirləri və xərcləri üzrə ümumi 

hesabat 

bp.com/summaryreview

Bizim cavabımız

Aldığımız rəylərə cavab olaraq biz bu hesabata 

əməkdaşlarımızın Azərbaycanda ictimai 

fəaliyyətləri, onların təhsil imkanları və BP-nin 

komanda ruhu yaratmaq üçün işləri barədə 

daha çox məlumat daxil etdik. Bundan başqa, 

biz diaqramlardan daha çox istifadə etməklə 

rəqəmləri daha əyani etməyə çalışdıq və biri 

BP-nin dəniz qurğularında dövri təmir işləri, 

digəri isə, maraqlı tərəflərin təklif etdikləri 

kimi, Xəzər regionunda istifadə edilən yenilikçi 

texnologiyalar barədə olmaqla, hesabata iki 

konkret misal daxil etdik. 

Biz Azərbaycanda çəkdiyimiz xərclər, işə 

götürmə təcrübəmiz, əməyin təhlükəsizliyi 

və ətraf mühitin qorunması ilə bağlı icra 

göstəricilərimiz və gəlirlərin şəffaflığını 

yaxşılaşdırmaq üçün birgə səylərimizə uyğun 

olaraq, Azərbaycan hökumətinə ödənişlərimiz 

barədə məlumatları açıqlamaqda davam edirik. 

Etik və məxfiliklə bağlı səbəblərə 

görə, həmçinin BP qrupunun siyasətinə 

uyğun olaraq, biz ayrı-ayrı işçilərimizə və ya 

podratçılarımıza ödənilən əmək haqlarının 

məbləği və kommersiya baxımından həssas 

məlumatları açıqlamırıq. BP qrupunun 

bütün dünyada gəlirləri və xərcləri üzrə 

ümumi məlumatı şirkətin 2011-ci il üçün İllik 

hesabatında oxumaq olar.

Əgər bu hesabatla bağlı rəy və təklifləriniz 

olarsa, lütfən, bizimlə axırıncı səhifədə verilmiş 

ünvan və telefonlar vasitəsi ilə əlaqə saxlayın.




56

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2011

Necə…

... Xəzər Enerji Mərkəzinə necə getmək olar?

Xəzər Enerji Mərkəzi (XEM) Bakının 

mərkəzindən 55km məsafədə, Salyan 

şosesinin yaxınlığındakı Səngəçal neft və qaz 

terminalında yerləşir. Səfərlər pulsuzdur və 

bazar ertəsindən şənbəyədək saat 10.00 və 

16.00 arasında həyata keçirilir.

XEM-ə bütün səfərlər əvvəlcədən təşkil 

olunur. Məktəblilərin və universitet tələbələrinin 

səfərləri onların valideynləri və ya müəllimləri 

tərəfindən müşayiət olunur. Yaşlılar (16 və daha 

çox yaşlı) səfərdən qabaq adlarını və şəxsiyyət 

vəsiqələrinin nömrələrini təqdim etməlidirlər.

Telefonlar: +994 (0)12 446 8181 / 446 8141

E-poçt: cec@bp.com

cec.az

... necə müqavilə bağlamaq olar?

Biznes E-mərkəzinə, bizim inkişaf layihələrimiz 

və tədarük sistemimizin necə işlədiyi barədə 

məlumatların yerləşdirildiyi veb-portalımıza 

daxil olun: 

ecbaku.com

... icma proqramı qrantı üçün necə müraciət 

etmək olar?

İcma proqramı qrantları ilə bağlı veb-saytımızda 

daha geniş məlumat alın: bp.com/xezer.

Bizimlə növbəti ünvanla da əlaqə saxlaya 

bilərsiniz: cdi@bp.com

... iş üçün necə müraciət etmək olar?

Veb-saytımızın Karyera bölməsinə baş çəkin: 



bp.com/xezer/karyera

Orada texniklərin işə götürülməsi proqramı, 

məzun və təcrübəçilərin işə götürülməsi 

proqramı və Azərbaycanda BP-nin təcrübəli 

peşəkarlar üçün iş elanları haqqında məlumat 

ala bilərsiniz.

Qeyd: Məzun və təcrübəçilərin işə 

götürülməsi kampaniyası adətən oktyabr 

ayında başlanır və bu barədə yerli mediada elan 

verilir.


... şikayət, narahatlıq doğuran məsələlər və 

sorğuları necə göndərmək olar?

Öz şikayətlərinizi, sizi narahat edən məsələləri 

və ya digər məlumatlarla bağlı sorğularınızı, 

zəhmət olmazsa, icmalarla əlaqə üzrə məsul 

şəxslərə çatdırın:

Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, 

Kürdəmir

 +994 (0)55 225 0251/225 0245

Ucar, Ağdaş, Yevlax, Goranboy

+994 (0)55 225 0257/225 0254

Samux, Şəmkir, Tovuz, Ağstafa

+994 (0)55 250 5831/225 0260

İctimai informasiya mərkəzlərinin nömrələri:

Kürdəmir +994 (0)145 505 45

Yevlax +994 (0)166 658 84

Gəncə +994 (0)22 573 890



bp.com/caspian/contactus

Təhlükəsizliklə əlaqədar şikayət və 

narahatlıqlarla bağlı, lütfən, 114 nömrəsinə zəng 

edin.


... problemli məsələləri necə qaldırmaq 

olar?

24 saat fəaliyyət göstərən “OpenTalk”un 

telefon nömrələrindən istifadə edin:

Azərbaycan: +994 (0)12 497 9888

Beynəlxalq xətt: +1 704 540 2242

Faks: +1 704 556 0732

Məktub: BP OpenTalk, 13950 Ballantyne 

Corporate Place, PMB 3767, Charlotte,  

NC 28277, USA.

Onlayn forma: opentalkweb.com

“OpenTalk” haqqında əlavə suallar 

Azərbaycanda BP-yə ünvanlana bilər. 




Bu hesabat 31 dekabr 2011-ci ildə bitən təqvim ilini əhatə edir. Bəzi 

hallarda 2012-ci ildə baş vermiş mühüm hadisələr də hesabata 

daxil edilib. Başqa cür göstərilməyibsə, mətndə “BP p.l.c.” və onun 

törəmə şirkətləri və filiallarının əməliyyatları və fəaliyyətləri arasında 

fərq qoyulmur. 

Xüsusi olaraq göstərilən hallar istisna olmaqla, bu hesabatda 

“bizə”, “biz” və “bizim” sözlərinə edilən istinadlar BP Azərbaycan 

şirkətinə edilən istinadlardır. Əgər hesabatda “BP Azərbaycanda” 

deyilərək istinad edilirsə, bu o deməkdir ki, yalnız Azərbaycanda 

olan əməliyyatlarımıza istinad edilir. Əgər biz “BP AGT”yə istinad 

ediriksə, onda bizim Azərbaycandakı, Gürcüstandakı və Türkiyədəki 

fəaliyyətlərimizə istinad edirik. “BP” və “BP qrupu”na edilən konkret 

istinadlar “BP p.l.c.”, onun törəmə şirkətləri və filialları deməkdir. 

Dollarla ifadə edilən bütün məbləğlər ABŞ dollarını nəzərdə tutur.

Hesabatın əhatə dairəsi

Üz qabığındakı şəkil

Hasilat üzrə texnik Vüsal 

Səbziyev Şərqi Azəri 

platformasında

Xəbərdaredici bildiriş

BP-nin Azərbaycanda Davamlı inkişaf haqqında 2011-ci il üçün hesabatında öncədən söylənmiş, 

məsələn, çıxarıla bilən həcmlər və ehtiyatlara, əsaslı, əməliyyat xərcləri və digər xərclərə, 

həmçinin gələcək layihələrə aid müəyyən bəyanatlar vardır. Bir sıra amillərdən, o cümlədən 

tələb və təklifin dəyişməsindən, qiymət və işlərin gedişi məsələlərindən, həmçinin siyasi, 

hüquqi, maliyyə, kommersiya və sosial şəraitdən asılı olaraq faktiki nəticələr belə bəyanatlardakı 

göstəricilərdən fərqlənə bilər.

BP qrupunun davamlı inkişaf haqqında hesabatı 



bp.com/sustainability

Bu hesabat üçün davamlılıq anlayışımız əməyin təhlükəsizliyi, ətraf mühit, idarəçilik, risklərin 

idarə edilməsi, bizim yerli sosial-iqtisadi təsirimiz, həmçinin energetikanın gələcəyini əhatə edir. 

Məqsədimiz bu məsələlər üzrə elə hesabat verməkdir ki, bu, maraqlı tərəflərin qaldırdığı əsas 

suallara cavab versin.

Hesabat hər il Azəri-Çıraq-Dərinsulu Günəşli yatağı üçün birgə əməliyyat şirkətinin 

əməliyyatçısı və idarəedicisi, həmçinin Ze Bakı-Tbilisi-Ceyhan Payplayn Kompani (“The Baku-

Tbilisi-Ceyhan Pipeline Company”) şirkətinin idarəedicisi qismində çıxış edən BP Eksploreyşn 

(Kaspian Si) Limited (“BP Exploration (Caspian Sea) Limited”) ilə Şahdəniz yatağının 

əməliyyatçısı və Sauf Kokazus Payplayn Kompani (“South Caucasus Pipeline Company”) 

şirkətinin texniki operatoru qismində çıxış edən BP Eksploreyşn (Şahdəniz) Limited (“BP 

Exploration (Shah Deniz) Limited”) tərəfindən nəşr edilir. Bu şirkətlərin hər biri bu hesabatın 

məqsədlərinə uyğun olaraq öz layihələri üzrə müvafiq məlumatları vermişdir.

Əlavə məlumatlar



Bizimlə əlaqə saxlayın

Araz Yusubov

Şəffaflıq və ictimaiyyətə hesabatların verilməsi

qrupunun rəhbəri

Tamam Bayatlı

Xarici əlaqələr üzrə menecer

BP AGT regionu, Hyatt tauer 3,

2-ci mərtəbə, İzmir küçəsi 1033,

Bakı, Azərbaycan

Qeyd və təkliflər bu ünvandan onlayn 

göndərilə bilər:

bp.com/caspian/contactus

Öz qeyd və təkliflərinizi təqdim etmək və ya 

suallar vermək üçün əlaqələr və şirkətxarici 

işlər şöbəsinə +994 (0)12 497 9000 nömrəli 

telefonla zəng vurun

bp.com/xezer

Bu sayt Xəzər regionunda müxtəlif 

enerji layihələri haqqında əsas məlumat 

mənbəyidir. Buraya layihələrin təfərrüatları, 

xəbərlər, ətraf mühit və sosial sahəyə təsirin 

qiymətləndirilməsi, layihələri tənzimləyən 

hüquqi sazişlər, kredit təşkilatlarının 

hesabatları, vətəndaş cəmiyyətinin monitorinq 

hesabatları və bizim onlara cavablarımız, 

Azərbaycanda BP-nin Davamlı inkişaf 

haqqında əvvəlki hesabatları və digər sənədlər 

daxildir. Sayt ikidillidir və müntəzəm şəkildə 

yenilənir.

bp.com

Bu saytda BP qrupunun strategiya və 

dəyərlərinin təfərrüatları haqqında məlumatlar, 

onun Xəzər və Qafqaz regionunda, eləcə 

də digər yerlərdə fəaliyyət və əməliyyatları 

haqqında hesabatlar, həmçinin qrupun 

Davamlı inkişaf haqqında xülasələri 

yerləşdirilib.



ecbaku.com 

Bu saytda inkişaf layihələri haqqında ən son 

xəbərlər, BP və digər beynəlxalq və yerli 

şirkətlərlə işləməyin yolları barədə faydalı 

məlumatlar yerləşdirilib.

Minnətdarlıqlar

Dizayn

 Maxmedia MMC



Çap

 Max Offset nəşriyyat evi



Foto-şəkillər

 Çingiz Səmədzadə, Mehmet Binay, Styuart 

Konvey, Şahin Abasəliyev

Kağız

 Bu hesabat yenidən emal olunmuş kağız üzərində çap 

olunub. Bu kağıza müstəqil yoxlama tərəfindən Meşə işləri 

üzrə İdarəçilər Şurasının (FSC) qaydalarına uyğun şəhadətnamə 

verilib.



BP Azərbaycanda  

Davamlı inkişaf haqqında hesabat

2011

bp.com/xezer



Daha güclü, 

daha etibarlı bir BP qururuq

BP Azərbaycanda öz fəaliyyətinin 20-illiyini qeyd edərkən, biz London 2012 Oyunları üçün Milli Olimpiya 

Komitəsi və Milli Paralimpiya Komitəsinə verdiyimiz dəstəkdən qürur duyuruq. Biz, həmçinin, çox böyük 

məmnuniyyətlə yeddi Azərbaycan idmançısına dəstək veririk və onların nailiyyətlərini izlədikcə, BP bütün 

ölkənin həyəcanını bölüşəcək. 

Azərbaycan yığması: onların gələcəyinə dəstək veririk

Afaq Sultanova 

Cüdo 57 kq 

 



Cəbrayıl Həsənov 

Sərbəst güləş 66 kq 

 

İlham Zəkiyev 



Cüdo 100 kq+

Oloxan Musayev 

Nüvə atma F54/55/56 

 



Oleq Panyutin 

Üç təkanla tullanma F12 

 

Fəridə Əzizova 



Taekvondo 67 kq

Rövşən Bayramov 



Yunan-roma güləşi 55 kq

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə