Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə



Yüklə 2,56 Kb.
Pdf görüntüsü
səhifə1/48
tarix06.05.2018
ölçüsü2,56 Kb.
#43105
  1   2   3   4   5   6   7   8   9   ...   48


 


Bu cild üçün orijinal mətni 1981-ci ildə Robert L. MakKan yazmışdır. O, elə 
həmin dövrdə Vaşinqtonda Təhsil Xidmətləri Mərkəzinin prezidenti vəzifəsində 
işləmişdir. Fəsillərə girişləri və redaktor xidmətlərini Pitsburq Universitetinin 
iqtisadiyyat üzrə professoru Mark Perlman vermişdir. 
Biznes fəlsəfəsi sahəsində Landidə professor, Şimali Karolinanın Buis Krik 
şəhərində Kəmpbel universitetində Biznes Landi-Feterman Məktəbində işləyən 
Uilyam H. Peterson 1984-cü ildə əsər üzərində işləyərək, onu tam 
yeniləşdirmişdir. Çattanoqada Tenessi Universiteti İqtisadiyyat Təhsili 
Mərkəzinin direktor müavini Con Lüsyen Elinqton əsəri redaktə etmişdir. 
1981-ci ildən 1990-cı ilə kimi Birləşmiş Ştatlar MəTumat Agentliyinin 
«Economic Impact» jurnalının baş redaktoru işləmiş Styuart Ramsey 1991-ci ildə 
əsəri tam şəkildə yeniləşdirmişdir. 


. .AMERİKA 
İQTİSADİYYATININ 
ƏSAS 
CƏHƏTLƏRİ 
MƏZMUNU 
I
 
HİSSƏ 
Giriş ................................................................................................................... 4 
II
 
HİSSƏ 
Birləşmiş Ştatlar iqtisadiyyatı necə fəaliyyət göstərir ...................................... 10 
III
 
Hissə 
Amerika iqtisadiyyatının tarixi perspektivi ...................................................... 24 
IV
 
HİSSƏ 
Kiçik biznesdən korporasiyaya doğru .............................................................. 70 
V
 
HİSSƏ 
Aksiyalar, mallar və bazarlar ........................................................................... 90 
VI
 
HİSSƏ 
İqtisadiyyatda hökumətin rolu ....................................................................... 104 
VII
 
Hissə 
Pul və maliyyə siyasəti .................................................................................. 122 
VIII
 
Hissə 
Amerika kənd təsərrüfatının dəyişən siması .................................................. 156 
IX
 
HİSSƏ 
Amerikada əmək: Əmək birliklərinin rolu ..................................................... 170 
X
 
HİSSƏ 
Xarici ticarət və qlobal xarici siyasət ............................................................. 186 
XI
 
HİSSƏ 
Son söz ........................................................................................................... 202 
Amerika İqtisadiyyatı haqqında qısa ədəbiyyat siyahısı ................................ 209 


 
 


 
AMERIKA 
İQTİSADİYYATININ 
ƏSAS
 
CƏHƏTLƏRİ 
BİRİNCİ
 
HİSSƏ 
GİRİŞ 


I HİSSO: GİRİŞ 
A
 
merika iqtisadiyyatı dinamikdir, istehlakçı, istehsalçı, investor 
və seçicilər kimi müxtəlif rol oynayan milyonlarla vətəndaşın 
arzu və qərarlarına müvafiq olaraq, durmadan inkişaf edən azad 
bazar sistemidir. Birləşmiş Ştatlar, ümumiyyətlə, qanşıq bir 
iqtisadiyyat ölkəsi kimi təsvir edilir. Bu isə o deməkdir ki, istehsal 
mənbələrinin böyük əksəriyyəti hətta xüsusi əllərdə olsa belə
federal hökumət bazarda əsas rol oynayır. 
Hansı standartla ölçülürsə-ölçülsün, 250 ildən də az bir müddət 
ərzində inkişaf edən Amerika iqtisadiyyatı böyük uğurlar qazanmışdır. 
Əhalisi dünya əhalisinin 5 faizindən az olan Birləşmiş Ştatlar 1990-cı 
illərin əvvəllərində dünyada istehsal olunan malların 25 faizini istehsal 
etmişdir. Birləşmiş Ştatlarin iqtisadiyyatı ən yüksək səviyyəli 
iqtisadiyyat olan Yaponiyanın iqtisadiyyatından iki dəfədən də çox 
böyükdür. Dünyanın başqa xalqları ötən onilliklərdə daha yüksək 
inkişaf səviyyəsinə çatdıqlarına baxmayaraq. Birləşmiş Ştatlarda 
istehsal və xalqın həyat səviyyəsi dünyanın sənaye baxımından inkişaf 
etmiş ölkələri arasında ən yüksək yer tutur. 
Amerika  iqtisadiyyatı  ötən  illər  ərzində  müxtəlif  dəyişikliklərə 
mə’ruz qalsa da, bə’zi sahələr respublikanın ilk günlərində olduğu kimi 
qalmaqda davam edir. Bunlardan biri bazar iqtisadiyyatında 


AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ 
hökumətin xüsusi rol oynamasının vacibliyi haqqında davam edən 
mübahisələrdir. Azad müəssisəyə əsaslanan iqtisadiyyat, ümumiyyətlə, 
xüsusi mülkiyyət və təşəbbüskarlıqla səciyyələnir ki, buna da hökumət 
nisbətən nadir hallarda qanşır. Buna baxmayaraq, hökumətin işə 
qarışması bə’zən elə hallarda vacib olur ki, hökumət iqtisadi 
imkanların öz qaydasında cərəyan etdiyinə və onun insanlar üçün 
yararlı olduğuna əmin olsun, təhlükəli nəticələr verə biləcək 
sui-istifadə hallanmn qarşısım alsın, inflyasiyanın önünə çəpər çəksin 
və yüksəlişə təkan versin. 
Müstəmləkəçilik dövrlərindən bəri hökumət iqtisadi qərarların 
qəbulunda müəyyən dərəcədə iştirak etmişdir. Məsələn, federal 
hökumət 19-cu əsrdə kanallardan və poçt yollanndan başlamış 20-ci 
əsrdə ştatlararası şose yolların salınması və yer kürəsi ətrafında fırlanan 
süni peykə qədər infrastrukturlara külli miqdarda valyuta qoymuşdur. 
Özəl sektorun imkanı və ya xüsusi arzusu olmadığı üçün ictimai rifah 
proqramlanm hökumət tə’min etmişdir. Keçən onilliklər ərzində 
hökumət ən müxtəlif yollarla kənd təsərrüfatına yardım etmiş və onun 
inkişafına təkan vermişdir. 
1930-cu illərin «Yeni kurs» («New Deal») tədbirləri hökumətin 
rolunu hədsiz dərəcədə genişləndirdi. Yeni-yeni qərarlar qəbul olundu 
ki, bunlar da malların satışından başlamış fəhlələrə birliklər yaratmaq 
hüququ verməyə qədər bir çox iqtisadi fəaliyyəti tənzimləməyə xidmət 
edirdi. Bundan əlavə, hökumət fəhlələr qocaldıqdan sonra onları 
iqtisadi cəhətdən tə’min etmək üçün bir sıra tədbirlər də görməyə 
başladı. 1935-ci ildə qəbul edilmiş İctimai Tə’minat proqramı təqaüdə 
çıxan adamları hələ də hər ay müntəzəm gəlirlə tə’min edir və 
təqaüdçülərin səhiyyə xərclərini də nəzərə almaqla bu proqram daha da 
genişləndirilmişdir. 
Lakin hər şey heç də həmişə yaxşı nəticə vermir. 1970-ci və 
1980-ci illərdə vergilərin durmadan artdığı və Birləşmiş Ştatlar 
iqtisadiyyatının durğunluğu dövründə yeni dövlət başçıları ciddi 
fəaliyyətə başladılar ki, hökumətin xərclərini və vergilərin məbləğini 
azaltsınlar, başqa sözlə desək, hökumətin özəl sektor üzərində tə’sirini 
zəiflətsinlər. Onların əsas məqsədi özəl sektorun təşəbbüsünə və azad 
bazar iqtisadiyyatında mühərrik olan investisiyaya istiqamət vermək 
idi. 


Yüklə 2,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə