Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə2/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   2   3   4   5   6   7   8   9   ...   42

Bu dünya görüş yeridi 

 

 



rində qalmır, Sücaət kimi sadəcə şəxsi həyatı ilə bağlı şeir-

lər  yazmır.  Bu  baxımdan  mənim  üçün  iki  Aqil  İman  var: 

aşıq  poeziyası  ənənələri  üstündə  köklənən  Aqil  İman  və 

şair  Aqil  İman.  Əlbəttə  ki,  bu  ikiliyin  sərhədləri  müəyyən 

qədər şərti xarakter daşıyır. Amma hər halda müəyyən mə-

qamlarda olsa da, onları bir-birindən ayırmaq mümkündür.  

 

Ay İman, tapılmır sən gəzən ozan



Nə qanun-qayda var, nə ölçü, mizan. 

Vəkili yaradan, qatili insan

Düşüb məhkəməyə işi dünyanın. 

 

Təkcə  elə  dünya  mövzusuna  müraciətin  özü  kifayətdir 



ki  deyəsən  –  bu,  aşıq  poeziyası  ənənələrindən  gələn  Aqil 

İmanın sözü, səsi, nəfəsidir. 

  

Köhnə xatirələr bağlı sandıqca, 

Nələr yada düşür baxıb andıqca. 

Qırçınlı ləpələr dalğalandıqca 

Bəzənib darandın, a Göyçə gölü. 

 

Mövzusu,  ideyası  ilə  aşıq  şeiri  ənənələrinə  nə  qədər 



bağlı olsa da, bunu  yazan artıq sadəcə aşıq deyil. Bu, aşıq 

poeziyası  ənənələri  ilə  tərbiyələnmiş  Aqil  İmandan  şair 

Aqil İmana keçiddir. Burada fikrin ifadə tərzi hər hansı aşı-

ğın Göyçəyə yazdığı şeirdən daha çox, tutaq ki, Əhməd Ca-

vadın  Göygölə  yazdığı  şeirinə,  Müşfiqin  qaynar,  oynaq 

misralarına daha yaxındır.  

 



Aqil İman 

 

 





İmanam, istəyim, eşqim dərində

Səndən gül gətirib qəm əllərində. 

Oturub ağladım görüş yerində

Nə olsun? Onsuz da olan olmuşdu. 

 

Təkcə elə “oturub ağladım görüş yerində” misrasındakı 



konkretlik isə deməyə imkan verir ki, bunu yazan artıq şair-

dir.  Aşıq  hətta  konkret  bir  gözəli  vəsf  edəndə  də,  özünün 

sevgisindən  yazanda  da  sanki  hamının  fikrini  ifadə  edir, 

özündən  əvvəl  düzüb-qoşanların  tərzindən,  obrazlar  siste-

mindən  bəhrələnir.  Əvvəla,  toy  məclisində  sazı  sinəsinə 

basıb,  məclisin  o  başında  duran  Güləndamı,  Güllünü,  ya 

Tellini ekspromt tərif edən aşığın yeni obraz axtarmaq üçün 

faktiki olaraq vaxtı olmur – o iki daşın arasındaca həm vəzn 

və qafiyəni gözləməli, həm də fikir ifadə etməlidir. Bu isə o 

qədər də asan məsələ deyil – sözün həqiqi mənasında imta-

handır.  Odur  ki,  çox  zaman  yaddaşında  daşlaşmış,  əzbər 

bildiyi  obrazlardan  bu  və  ya  digər  dərəcədə  dəyişiklik  şər-

tilə istifadə edir. İkincisi, istər klassik ədəbiyyat, istərsə də 

aşıq  ədəbiyyatında  ənənəni  dağıtmaq  yox,  qoruyub  saxla-

maq daha böyük hünər sayılıb. Xüsusən də, folklorun funk-

siyası  məhz  budur.  Buna  görə  hətta  ən  istedadlı  aşıq  belə 

özünə doğru yol gələn, amma hələ özünə çatmamış şairdir. 

O özünün  yox, xalqın fikrinin ifadəçisidir. Və bu anlamda 

sözün  həqiqi  mənasında  xalq  şairləri  əslində  ozanlar,  aşıq-

lar,  baxşılar,  bardlardır.  Elə  ki,  aşıq  bu  kollektivçilikdən 

çıxır, sırf özünü və öz tərzi ilə ifadə edir, sənət də fərdiləşir 

və aşıq şairə, şihafi ədəbiyyat isə yazılı ədəbiyyata çevrilir.  




Bu dünya görüş yeridi 

 

 



Aqil İmanın şeirləri istər forma (qoşma, gəraylı, deyiş-

mə, təcnis), istərsə də məzmunca (Vətən eşqi, məhəbbət, tə-

biət  gözəlliklərinin  tərənnümü,  sosial  ədalətsizliklərə  qarşı 

etiraz,  dünyanın  bədii-fəlsəfi  dərki,  zamandan  giley)  daha 

çox, əlbəttə ki, minillik türk heca şeirinin gələnəklərinə da-

yanır.  

Onun  yaradıcılığında xüsusi  yer tutan Göyçə  mövzusu 

öz  əksini  iki  planda  tapır:  ata  yurdunun  gözəlliklərinin  tə-

rənnümü və onu itirməkdən doğan həsrət. Göyçə təkcə Aqil 

İman  yox,  hər  bir  göyçəlinin  nəzərində  cənnətin  simvolu-

dur.  Antik  yunanlar  üçün  Olimp,  əski  türklər  üçün  Ötükən 

nədirsə, Aqil İman üçün də Göyçə odur. O, Göyçəsiz özünü 

cənnəti itirmiş Adəm kimi hiss edir:  

 

İman, həsrətindən yanası, Göyçə, 

Yanmasa, buz olub donası, Göyçə! 

Sənə – Ələsgərin anası Göyçə, 

Sənə dahilərin yurdu dedilər. 

 

Lakin  şairin  Qarabağa,  Kəlbəcərə  dair  şeirləri,  Şuşa, 



Laçın  itkisindən  doğan  misraları  göstərir  ki,  onun  Vətən 

anlayışının çevrəsi regional hüdudlardan çox genişdir: 

 

“Torpaqdan pay olmaz” – deyən babalar, 

Oyanın, qartallar yuvası gedir. 

Gözümdən Laçının tökülən qanı, 

Başımdan Şuşanın havası gedir. 

 



Aqil İman 

 

 



Şairin sosial problematikalı şeirləri əslində onun Vətən 

şeirlərinin  tərkib  hissəsidir.  Əgər  birinci qisim  şeirlər  daha 

çox  vətənin  bədii  təbiət  fəlsəfəsidirsə,  ikinci  qisim  şeirləri 

bədii  cəmiyyət  fəlsəfəsidir.  Birinci  qisim  şeirlərdə  xarici 

düşmənlərdən,  ikinci  qisim  şeirlərdə  isə  daxili  düşmənlər-

dən  söz  gedir.  Lakin  sosial  problemli  şeirlərin  iki  mühüm 

fərqi  var:  birincisi,  bu  şeirlərdə  lirizm  öz  yerini  satirik-yu-

moristik  ruha  verir.  İkincisi  isə  bu  şeirlərdə  qarğa,  bülbül, 

mərd, namərd, aslan, tülkü və s. kimi çoxəsrlik ənənələrdən 

gələn obrazlarla yanaşı, təbiət şeirləri üçün səciyyəvi olma-

yan  loru  danışıq  elementləri  və  neologizmlərə  (post,  not, 

leksiya,  norka  və  s.)  də  rast  gəlmək  mümkündür.  Görünür, 

bu onunla bağlıdır ki, təbiətin dilindən fərqli olaraq cəmiy-

yətin dili dəyişir və məhz bu amil sosial problemlərdən bəhs 

edən  şeirlərdə  bu  dəyişkənliyə  uyğun  yeni  leksikon  tələb 

edir: 

 

And olsun goruna o şah Abbasın, 



Kim olsa istəyir taxt təmənnasın. 

Ay İman, bülbülə de, oxumasın, 

Qarğanın səsini not eləyiblər. 

 

Bu  çərxi-fələk  tərsinə  dövran  edir  indi!  Dünyanın  mi-



zan-tərəzisi  əyilib!  Aqil  İmanın  sosial  səciyyəli  şeirlərində 

toxunulan başlıca problem budur. Ədalətin bərpası arzusu – 

Aqil İmanın başlıca istəyi isə belədir! 

Səhv  etmirəmsə,  antik  yunan  şairi  Menandra  məxsus 

bir  ifadə  var  –  məhəbbət  tikanlara  bürünmüş  bu  dünyanın 

yeganə  çiçəyidir.  Ədalətsiz  dünyada  insanın  (xüsusən  əgər 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə