Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə3/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   2   3   4   5   6   7   8   9   ...   42

Bu dünya görüş yeridi 

 

 



o şairdirsə) yeganə sığınacaq yerinin məhz ürək, son təsəlli-

sinin  məhz  məhəbbət  olması  bu  üzdən  məntiqidir.  Aqil 

İmanın  əksərən  şux  ovqata  bələnmiş,  bəzən  zarafatyana 

notlar üstündə köklənmiş sevgi şeirlərinin yerini ümumi ya-

radıcılığı  fonunda  belə  dərk  edirəm.  Aşıq  şeirindən  gələn 

ənənəvi metafor, təşbehlərlə yanaşı, bu şeirlərdə məhz şai-

rin özünəməxsus bədii yozumlarına da sıx-sıx rast gəlirik:  

 

İmanam, demə ki kədər, qəmliyik, 

Həsrətə, möhnətə qoşa həmləyik. 

İkimiz bir yerdə bütöv cümləyik

Vergülü mənəmsə, nöqtəsi sənsən. 

 

Bütün istedadlı şairlər kimi, Aqil İmanın da şeirlərinin 



dili öz təbiiliyi, rəvanlığı, axıcılığı,  qulağa xoş gələn avazı 

ilə  yadda qalır. Bunlar vəznə, qafiyəyə salınmış cansız söz 

yığını deyil, bəzən həzin lirizmə enən, bəzən də şahə qalxıb 

kükrəyən mütəhərrik, dinamik, canlı sistemdir. Onların me-

lodiyası var. Onlar  diri doğulmuş uşaq kimi səs çıxarırlar. 

Odur ki, sağlığında üzünü görməsəm də, əlyazmasını oxu-

yanda  Aqil İmanın  səsini eşitdiyim  məqamlar da  oldu. Bu 

şeirlərin  gözə  görünən  tərəfləri  ilə  yanaşı,  qulağa  gələn 

tərəfləri  də  var.  Çünki  onlar  həqiqi  ilhamdan  doğulmuş 

şeirlər kimi müəllifin qulağına pıçıldanıb: 

 

Ay İman, günləri illə qarşılar, 

Söznən dilə tutub, əllə qarşılar. 

Gələni, gedəni güllə qarşılar, 

Elə bil bu dünya görüş yeridi. 

 



Aqil İman 

 

 



10 

Şairləri  öz  yazdıqlarına  münasibət  baxımından  üç  qis-

mə bölərdim – şeiri sənət bilənlər, həyat bilənlər, tale bilən-

lər. Məncə, Aqil İman üçüncülərdən idi. Yəni ixtisasca mü-

həndis olsan da, şeir yazasan. Çünki alın yazın belədir. Çox 

vaxt  şeirlərini  məclislərdə  sinədən  deyəsən,  heç  vaxt  heç 

bir rəsmi yaradıcılıq qurumunun üzvü olmayasan, otuz sək-

kiz il yaşasan da kitabını çıxarmaq fikrinə düşməyəsən, hət-

ta  özünə  şair  deməyə  çəkinəsən,  amma  yenə  də  yazasan. 

Çünki  bu  taledir  və  sənin  iradəndən  kənardır.  Nəhayət, 

“vaxtsız” ölümünü duyasan və şeirlərində buna tez-tez işa-

rələr edəsən. Yəni şeirlərində öz taleyini, alın yazını oxuya-

san. Oxucuların şairi, Allahın oxucusu olasan: 

 

Oyan, a taleyim, a bəxtim, oyan, 



Sən mənə həyansan, mənə sənə həyan. 

Nə vaxtdır gözümü yollarda qoyan, 

Görən harda qaldı, ölüm gəlmədi.  

 

“Bu dünya görüş yeridi” kitabındakı şeirləri şairin oğlu 



–  istedadlı şair  Qılman İman  müxtəlif  mətbuat orqanların-

dan,  qohumlardan,  dostlardan,  poeziyasevərlərin  yaddaşın-

dan  toplayıb.  Kitabın  adını  da  Qılman  özü  qoyub.  Ariflər 

demişkən, qəribədir bu dünya. Ata  oğulun özünə, oğul isə 

atanın sözünə ad verir. Görüş yeri olan bu dünyada insanın 

bundan böyük nə işi ola bilər ki? Üstəlik də bu Allahın özü-

nün istəyidirsə...  

Bizim  də  bir  istəyimiz  var,  əziz  oxucu.  Bu  kitabı  oxu-

yub sən də ona öz ürəyindən keçən adı verəsən. 

Dərin sayqılarla Əsəd Cahangir 

16.12.2014 



Bu dünya görüş yeridi 

 

 



11 

 

 

 

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə! 

  

 



Aqil İman 

 

 



12 

 OLUR 

 

İnsanın üstünə kədər qoşunla, 

Gələndə nədənsə, sevinc tək olur. 

Gözlərin yol çəkib, yol qurtaranda, 

Ümidlər ağaran qara tük olur. 

 

Hər kiçik zərbədən qəddini əyən



Həyatın cəsarət andını bəyən! 

Dünyanın dərdini çəkə bilməyən, 

Dünyanın özünə ağır yük olur. 

 

İman, ömür adlı qurduğun daхma, 



Yüz tufan görəcək, min şimşəkçaхma. 

Üzü dönük olan sevincə baхma

İztirab insanla ömürlük olur. 



Bu dünya görüş yeridi 

 

 



13 

RƏHMƏT MİRZƏ SABİRƏ! 

RƏHMƏT MİRZƏ CƏLİLƏ! 

 

Dilimizi kəsdilər – sözü ölə millətin,  



Qoymadılar yetmiş il üzü gülə millətin,  

Səbri özündən böyük bax, bu kölə millətin,  

Dərdlərini yazdılar, demədilər dil ilə,  

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!  

 

Bu Leyli kreslolar çoxun Məcnun eyləyib,  



Fərhadtək dağ çapdırıb, ya da Cünun eyləyib,  

Qanuna şah deyənlər, şahı qanun eyləyib,  

Yaltaqlar göz önündə, ehtiyac yox dəlilə,  

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!  

 

Azadlıq veriləydi kaş “azadlıq” sözünə,  



Yer göyə qovuşaydı, dağ yetəydi düzünə!  

Yığılıb bu qoyunlar qoç gəzəndə özünə,  

Vuruşurdu quzular dəli qızmış kəl ilə!  

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!  

 

Oyan – dedi Şəhriyar, oyanmadıq biz onda,  



Ümid çoxdan ölmüşdü can verirdi güman da. 

Haqq deyilən həqiqət susdu, dinmədi sonda,  

Sarı iblis atanda böhtanları Xəlilə,

1

  



Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!  

 

Şəhid qanı göz yaşım, günlər ötür bəlada,  



İçimdəki yatan qurd, dur, zamandı, ula da!  

Naziri villa tikir – tavan ərşi-əlada,  

                                                 

1

 Xəlil Rza Ulutürk 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə