Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə4/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   2   3   4   5   6   7   8   9   ...   42

Aqil İman 

 

 



14 

Kasıbının köksündə dağ görünür silsilə...  

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!  

 

Dərdimizi yükləsək dünya çəkməz bu dərdi,  



İçdiyimiz ağudu, yediyimiz zəhərdi.  

Müəllim kartof satır, mühəndis də göyərti,  

Müftə yeyir çobanlar, alim dönüb səfilə,  

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!  

 

Tozlansa da arxivdə qoca tarix kitabı,  



Sorulacaq hər haqqın nahaq ilə hesabı!  

Allahın qəzəbiydi, bəndələrin əzabı,  

Bəşər əhli bildimi, nə idi o zəlzələ?  

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!  

 

Nəzir-niyaz yığanın boynunda yekə xalta,  



Cəllad əmrə müntəzir dayanıb əldə balta,  

Hərə başın saxlayır birtəhər damın altda,  

Baxan yoxdu şikəstə, müstər, xəstə, zəlilə,  

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!  

 

İman, bir gün ədalət yapışacaq sinəndən, 



Ruhların qiyamında olacaqdı bədən tən! 

Neçə gözlü bildiyin kor olubdu dünəndən,  

Onsuz pəsə enəcən, nə qədər çıxsan zilə,  

Rəhmət Mirzə Sabirə! Rəhmət Mirzə Cəlilə!  



1992-ci il 

 


Bu dünya görüş yeridi 

 

 



15 

YERİDİ 

 

Əvvəl tərifləyib göyə qaldırdım, 

İndi də qoy söyüm: söyüş yeridi. 

“Bir yandan boşalır, bir yandan dolur”, 

Nə qəbul otağı, nə iş yeridi. 

 

Astarı sökülüb, üzüdü köhnə, 



Kündəsi küt gedir, boş qalıb təhnə. 

Əvvəldən aхıra tamaşa, səhnə, 

Yarış meydanıdı, döyüş yeridi. 

 

Ay İman, günləri illə qarşılar, 



Söznən dilə tutub, əllə qarşılar, 

Gələni, gedəni güllə qarşılar, 

Elə bil bu dünya görüş yeridi. 



Aqil İman 

 

 



16 

DAHİ FÜZULİYƏ 

 

Ərz edim ruhuna səndə eşit, bil; 

Hələ dəyişməyib vəziyyət, baba! 

Bu qanlı, qadalı zaman içində, 

Yaşamaq ən böyük əziyyət, baba! 

 

Müşküllər çarəsiz, ümidlər çətin, 



İşığı bağlanıb kor cəhalətin. 

Şah qanını sorur fağır millətin, 

Zəlildi, müstərdi rəiyyət, baba! 

 

İndi kimimiz var, bizi ovuda, 



Kəsə qilü-qalı, bu söz-sovu da; 

Düzü heç Sabiri, Aхundovu da, 

Dərk edə bilmədi bu millət, baba! 

 

Haqqı boğazından asdırıbdılar, 



Qəbrini dərindən qazdırıbdılar. 

Yalan ayağında basdırıbdılar, 

Can verib öləndə həqiqət, baba! 

 

Məzlum çıхarammır zildən səsini, 



Bilə də bilmirik heç niyəsini… 

İmanam, tanımır it yiyəsini, 

Elə pozulub ki, cəmiyyət, baba! 

  




Bu dünya görüş yeridi 

 

 



17 

II 

 

O çıxdığın dağ vardı ha! 



Ordan qəm dərmişəm, baba! 

Gül-gül açan sözlərini, 

Sinəmə sərmişəm, baba! 

 

“Ol” – demədin olmayana, 



Dünya qalmaz qalmayana. 

“Salamını almayana”, 

Salam da vermişəm, baba! 

 

Yanmadı, söndü fələklər, 



İşığı zülmət bələklər

Nə qədər iblis-mələklər, 

Cin-şeytan görmüşəm, baba! 

 

İmanın çox qəm-qubarı, 



Zülm edəni, sitəmkarı. 

Hər gün bir az sənə sarı, 

Yol gələn dərvişəm, baba! 

 

 



Aqil İman 

 

 



18 

III 

  

Eşit, Sabir babam, Füzuli babam, 

Dövrandan, zamandan şübhələnmişəm. 

Hardasan Nəsimi, yetiş köməyə? 

Məssəbdən, imandan şübhələnmişəm. 

 

Müctəhid adıyla qumar çəkəndən, 



Təmənnasız işə dinar çəkəndən, 

Köhlənin yerinə himar çəkəndən, 

Kərəmsiz insandan şübhələnmişəm. 

 

Sar deyilən çolpa tutur havada



Yarasalar ov gözləyir yuvada, 

Əli oğurluqda, yönü qiblədə, 

Dindar müsəlmandan şübhələnmişəm. 

 

Ötmür kamanımın ədalət simi, 



Adət-ənənəmin sökülür himi, 

Günahsız kimsəyə günahkar kimi, 

Verilən fərmandan şübhələnmişəm. 

 

Haqq deyib, haqq işə хəyanət edən, 



Görüb-eşidəni хəcalət edən

Ədalətsiz işi, ədalət edən, 

Naməlum dərmandan şübhələnmişəm. 

 

Həqiqət söyləyən dodaqdan, dildən, 



Süzgün baхışlardan, ədalı teldən, 

Müхtəsəri deyim: qohumdan, eldən,  

Aqil, lap İmandan şübhələnmişəm. 



Bu dünya görüş yeridi 

 

 



19 

A DÜNYA 

 

Göz yaşın meydan sulayar, 

Kösövün ocaq qalayar, 

Yurdunda bayquş ulayar, 

Yuvan – çalağan, a dünya. 

 

Özünə bax, bir də mənə, 



Nə kələk qurmusan yenə? 

Getdikcə qayıdır sənə, 

Yolun, yolağan, a dünya. 

 

Bu yerlər yurddu, binədi? 



Dağların dağlı sinədi. 

Qara gündən ağ günədi, 

Qoruq-qadağan, a dünya. 

 

Pozulsun yazdığın yazın, 



Başa yetməsin murazın. 

İmandı nəzir-niyazın, 

Fitrə-sadağan, a dünya. 

 

 

 



Aqil İman 

 

 



20 

QAYIT, SƏN ƏVVƏLKİ DÜNƏNƏ, DÜNYA 

 

Ağartdın saçımı, əydin belimi, 



Dözdüm təhqirinə, tənənə, dünya. 

Yaхın sirdaş kimi, əziz dost kimi, 

Nahaq bel bağladım mən sənə, dünya. 

 

Səfil-sərgandansan, arsız veyilsən, 



Qürurun alçalmaz, haqqa əyilsən! 

Onsuz da heç kimə qalan deyilsən

Qürrələnib döymə sinənə, dünya. 

 

İmanam, qəmlərə açmışam qucaq, 



Üfunət qoхuyur hər künc, hər bucaq. 

Sabahın bu gündən betər olacaq, 

Qayıt, sən əvvəlki dünənə, dünya! 

 

 



 

TANIYIR 

 

Deyirlər ki, arif adam, 

Quşu gözündən tanıyır. 

Hər insanı dinən kimi, 

Bircə sözündən tanıyır. 

 

Şahı – uca sarayından, 



Dostu – hayı-harayından. 

Zirvəni qartal qıyından, 

Dağı düzündən tanıyır. 

 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə