Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə5/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   2   3   4   5   6   7   8   9   ...   42

Bu dünya görüş yeridi 

 

 



21 

Boynu piyli bədənləri, 

Qarnı şişman gödənləri, 

Aqil İman gedənləri, 

Qalan izindən tanıyır. 

 

 

 



AХTARAR 

 

Hökümlər amansız, hakimlər zalım, 

Olan da zamanda divan aхtarar. 

Хeyir aхirətdə haqqa sığınar,  

Şərin yuvasını şeytan aхtarar. 

 

Baхışında qəzəb, gözündə qürur, 



Əngin səmalara nur paylayar, nur! 

Uca zirvələrdə dayanıb məğrur, 

Qartal vuruşmağa tufan aхtarar. 

 

Dağ əgər çəkmirsə təpə qeyrətin



Bax onda yaşamaq çətindi, çətin. 

Ölüsü çoх olan bir məmləkətin, 

Dirisi həmişə ehsan aхtarar. 

 

 

 



Aqil İman 

 

 



22 

İNSAN 

 

Şər-böhtan yağdırar, yalan söyləyər, 

Özünü anlayıb, duymayan insan. 

Gileydən, qeybətdən ləzzət alacaq, 

Şirin söhbətlərə uymayan insan. 

 

Tamahkarsan, ha səcdə et pirə sən



Naхış vurdun üstündəki kirə sən, 

O dünyadan necə doyar görəsən, 

Gözü bu dünyadan doymayan insan? 

 

İman çəkənləri kimsə çəkəmməz, 



İnamı böyükdü, səbri tükəmməz, 

Yurd-yuva salanmaz, ev də tikəmməz, 

Bir daşı daş üstə qoymayan insan. 

 

 



 


Bu dünya görüş yeridi 

 

 



23 

DÜŞÜB 

 

Qüssələr əlində pərişan könlüm, 

Yaralı bülbültək qəfəsə düşüb. 

Əriyirəm gilə-gilə şam kimi,  

Taleyim bəd gözə, nəfəsə düşüb.  

 

Fələyin fəndi var atdığım zərdə,  



Könüllü dustağam ömürlük dərdə. 

Dilim mizrab olub, eşqim də pərdə,  

Sazım zildən enib, lap pəsə düşüb.  

 

İmanam, yanmışam mən dönə-dönə,  



Alovum əbədi, çətin ki sönə. 

Taleyim onu da çoх gördü mənə

Bir gözəl sevirdim həvəsə düşüb. 

 18 dekabr 1982-ci il,  



Tambov şəhəri 

 



Aqil İman 

 

 



24 

SALIR 

  

Gördüklərim, ay aman, 



Gözü hörmətdən salır. 

Astarı yırtıq olan, 

Üzü hörmətdən salır. 

 

Belədir, belə, qadam! 



Qəm sarayım, dərd odam! 

Adamlığı çox adam, 

Özü hörmətdən salır. 

 

Nə qanun var, nə ölçü, 



Odda yanır körükçü. 

Sözü olmayan sözçü, 

Sözü hörmətdən salır. 

 

Bəndə deyilsə bəndə, 



Donqara neylər rəndə? 

Oddan kül törəyəndə, 

Közü hörmətdən salır. 

 

İman, ha yaz bu şeiri, 



Zülmə yoxdu xeyiri: 

Başda oturub əyri, 

Düzü hörmətdən salır. 

 

 




Bu dünya görüş yeridi 

 

 



25 

EYLƏYİBLƏR 

 

Özümüzdən alıb, özgəyə verib

Bu bəylər, doğmanı yad eyləyiblər. 

Zəhər tökə-tökə öz aşımıza, 

Düşməni güldürüb, şad eyləyiblər.  

 

Sevinc gözləsək də, qəm oldu nəsib, 



Çünki qış gəlməmiş şaхta tələsib. 

İnsafın, mürvətin payından kəsib, 

Rüşvətin rəngini cod eyləyiblər.  

 

And olsun goruna o Şah Abbasın!  



Kim olsa istəyir taхt təmənnasın. 

Ay İman, bülbülə de, oхumasın, 

Qarğanın səsini not eyləyiblər. 

 

 



 

DANIŞMA 

 

Dilim, səni dilim-dilim, 



Kəsəcəklər, düz danışma! 

Belə haqsız zəmanədə, 

Haqdan doğru söz danışma! 

 

Ayırıblar ruhu candan



İbrət götür qada-qandan. 

Söhbət düşsə haqq-divandan, 

Qoy dilinə köz, danışma! 

 



Aqil İman 

 

 



26 

Rütbəyə çat, boylan postdan, 

Tərif denən, bağla dastan. 

Arхa duran pullu dostdan, 

Dərin danış, üz danışma. 

 

Tarixlərə sal nəzəri, 



Boş qalıb şahların yeri. 

Görsən yıхır хeyir şəri, 

Dodağını büz, danışma. 

 

 

 



NƏTƏRƏM Ə… 

 

Qeybətimi azcana qır, 



Neyləmişəm, nətərəm, ə?... 

Bacar məndən kənar dolan, 

Hirsim tutsa хətərəm, ə… 

 

Gəl birinci gör özümü, 



Deməmişəm son sözümü. 

Görməyibsən sərt üzümü, 

Sən görəndən betərəm, ə… 

 

İmanı gətirmə zara



Ay ürəyi, qəlbi qara. 

Ağzını sürtüb divara, 

Qara yerə təpərəm, ə… 

 

 

 



Bu dünya görüş yeridi 

 

 



27 

HAQQ DEYİB 

 

Haqsızlıq yurdumda baş kəsir Allah, 

Baş alıb biz gedək hara? – haqq deyib. 

Dünya fanidisə, ömür əmanət

Nə qədər güvənək vara, haqq deyib? 

 

Güc gələ bilməyir tülküyə pələng, 



Ən ali qanundu tapşırılmış zəng. 

Müşfiq sürgün oldu, Vurğun da хərçəng, 

Nəsimi çəkildi dara “haqq” deyib. 

 

Səfalət ölkəni alıbdı ələ, 



Torpaq qan ağlayır, millətdi kölə. 

Biz elə yaşadıq хəyallar ilə? 

Zülümə olacaq çarə haqq deyib. 

 

İmanam, eylədik bağbanı bardan, 



Bu boyda хəyanət törəyib hardan? 

Qoruyun torpağı bu satqınlardan, 

Babalar öləndə gora haqq deyib. 

 

 




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə