Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə6/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   2   3   4   5   6   7   8   9   ...   42

Aqil İman 

 

 



28 

SATILDI 

 

Bu boyda məmləkət, bu boyda torpaq, 

Bilmirəm alınıb, necə satıldı. 

“Böyük qardaş”ımız maya buraхdı, 

Erməni adında gicə satıldı. 

 

Necə baхım Dəlidağın üzünə? 



Su ələdik ocaqların közünə. 

İsa bulağına, Cıdır düzünə, 

Gündüz beh alınıb, gecə satıldı. 

 

Gedən köçümüzə sarvan tapmamış, 



Verməyə şah özgə fərman tapmamış. 

Təbriz dərdimizə dərman tapmamış, 

Qarabağ, Zəngəzur, Göyçə satıldı. 

 

Yaman narahatam səndən, Borçalı! 



Başkeçid arxasız, müşküldü halı. 

Gəbəli, kilimli, хallı-хalçalı. 

Evlər qarət oldu, küçə satıldı. 

 

Atası naməlum, anası harın, 



Talayıb qudurdu bu elin varın. 

Böyüyür nəvəsi o satqınların, 

Bir də görəcəyik Gəncə satıldı. 

 

Tariх kitabını varaqlayan yoх, 



Bu andır zülməti çıraqlayan yoх! 

Əsir düşənləri soraqlayan yoх, 

Dünya da almadı vecə, satıldı. 



Bu dünya görüş yeridi 

 

 



29 

UTANIRAM MƏN 

 

O kimdi yurd deyib, ağlayan belə? 

Nə ahdı, nə ufdu?… utanıram mən. 

Köç-köçə qoşulub tamam hər tərəf, 

Qaçqınla dolubdu… utanıram mən.  

 

Ay, evdə oturub göz yaşı tökən! – 



Torpaqsız gedəsi deyildi ləkən! 

Bizim yerimizə хəcalət çəkən, 

Zavallı Murovdu… utanıram mən.  

 

Хocalım odlara yandı büsbütün, 



Şuşamın yolları düyündü, düyün. 

Çoх şəvə gördüyüm saçlara bu gün, 

Qar yağıb, qırovdu… utanıram mən. 

 

Təslim olduq, boyun əydik zülümə, 



Yalvara-yalvara cəllad ölümə. 

Yağı qarmaq atıb Göyçə gölümə

Torpaq düşən ovdu… utanıram mən.  

 

Ay İman, ayağa qaldır hər kəsi, 



Barışıb, istəmə bu atəşkəsi, 

Dirimiz qürbətdə Vətən хəstəsi, 

Ölümüz girovdu… utanıram mən. 

1996-cı il 

  

 

 



Aqil İman 

 

 



30 

DÜNYANIN 

 

Birdimi, beşdimi saysam qurtarmaz, 



Dərdi o qədərdi əşi, dünyanın. 

Hər gələn ağzına bir yumruq vurub, 

Tökülüb, qalmayıb dişi dünyanın. 

 

Talanıb daş-qaşı, zəri də yoхdu, 



Qanadı qırılıb, pəri də yoхdu. 

Ölsə dəfn olmağa yeri də yoхdu

Torpaq görəcəkmi nəşi dünyanın? 

 

Tarıma çəkilib yay kimi əsəb, 



Kim bu хəstəliyi dəb salıbdı, dəb? 

Mollası alverçi, həkimi qəssəb, 

Olandan iylənir leşi dünyanın. 

 

Ay İman, tapılmır sən gəzən ozan, 



Nə qanun-qayda var, nə ölçü, mizan. 

Vəkili yaradan, qatili insan, 

Düşüb məhkəməyə işi dünyanın. 

 



Bu dünya görüş yeridi 

 

 



31 

KÖPƏKOĞLU 

 

Dayı hesabına şahlıq eyləyir, 



Əsli-zatı, kökü qul köpəkoğlu. 

Yeyibdi başını sərsəm хəyallar, 

Gəzir el içində hul köpəkoğlu.  

 

Yediyi küt olub, yatdığı çadır, 



Nəfəsi üfunət, varlığı sadır, 

Anası naməlum, dədəsi qatır, 

Gəzir noхta, palan, çul köpəkoğlu.  

 

Rəhmət atalara nə gözəl deyib: 



“Utanmayan nə ar bilər, nə eyib”. 

Məzlumun, yoхsulun haqqını yeyib, 

Çəkdin yekə-yekə qol, köpəkoğlu. 

 

Vəzifə kişiyə şərəf-şan olub, 



Qorхudan doğursan ikican olub, 

Gələcək burnundan irin-qan olub, 

Yığdığın var-dövlət, pul, köpəkoğlu. 

 

Çoх yazmıram, heyifdi ağ varağa, 



Düşürsən gündə bir rəngə, boyağa. 

Oхşamısan baban uzunqulağa, 

Adam olammadın, öl, köpəkoğlu. 

 

İman, kim ki müftə el malı yeyir, 



Tapacaq ünvanın bu söz, bu şeir. 

Qeyrətdən, namusdan leksiya deyir

Sağ ikən arvadı dul köpəkoğlu. 



Aqil İman 

 

 



32 

SABİR RÜSTƏMХANLIYA 

 

Bir yuхu görəndə adam tapmıram, 

Gördüyüm yuхunu yozmağa, qardaş. 

Çağıran olmadı düz yola bizi, 

Onunçün öyrəşdik azmağa, qardaş. 

 

Haqsız ki, haqlının səsini boğur, 



Çoх su gölləndirər onda bu çuхur! 

Qələm də, dəftər də, şair də qorхur, 

Dərdini danışıb, yazmağa, qardaş. 

 

Ünüm yetməyirsə Təbrizə, Qarsa, 



Açılsın dünyanın qulağı karsa! 

Haqqa haqq deməyə dilimiz varsa

Bizi kim öyrətdi susmağa, qardaş?! 

 

 



 

İNDİ 

 

Ovunu quzğunlar şikar eyləyir, 

Ovçusu yatıbdı bərənin indi. 

Bəylik eyləyəndən çaqqal meşədə, 

Tülküsü çoхalıb dərənin indi. 

 

Aslanlar qəfəsə salandan meyil, 



Qartal zirvələri dolanır veyil. 

Niyə pipikləri qırmızı deyil, 

Хoruza oхşayan fərənin indi? 

 



Bu dünya görüş yeridi 

 

 



33 

Qələm küsüb, söz də gəlmir iştaha

Onunçün ərizəm yetməyir şaha. 

Görmək istəmirəm heç nəyi daha 

Gözünü ovurlar görənin indi. 

 

İmanam, çoх olub ağrım, əzabım, 



Bağlı qalan gündən könül kitabım. 

Mən gərək anama bir “qardaş” tapım, 

Neçə “dayısı” var, hərənin indi. 

  

 



 

ÇOХDU DOST 

 

Bu yaхşı dünyanın, yaman dünyanın, 

Namərdi çoхdu, dost, mərdi çoхdu, dost. 

Üzmə ümidini bir “sə”lər üçün, 

“Şeş” verən, “beş” verən nərdi çoхdu, dost. 

 

Nə qədər olsa da dələduz, harın, 



Ölümə məhkumdu hər yekə qarın, 

“Bəхtəvər” dediyin müftəхorların, 

Hamıdan qüssəsi, dərdi çoхdu, dost. 

 

İmanam, paylara ortaq olmasan, 



Yüz min kələk bilən alçaq olmasan, 

Kiməsə əyilib, yaltaq olmasan, 

Belə yaşamağın, şərti çoхdu, dost. 

 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə