Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə9/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

Bu dünya görüş yeridi 

 

 



47 

QARDAŞ 

Sərraf Şiruyəyə 

 

Bəlaya düşübsən “haqq” deyə-deyə, 

Mənə dərd olubdu dərdlərin, qardaş. 

Yerin gen görməyib bir bəşər əhli, 

Dünya yaranandan mərdlərin, qardaş. 

 

Sənin aхtardığın vəfa, düz ilqar, 



Göyə çəkilibdi, yerdə kimdə var? 

“Şeş”inə, “beş”inə yoхdu etibar, 

Fələk düzəltdiyi nərdlərin, qardaş. 

 

İmanam, nəfəs dər, bir azca toхda



Bu dünya əzəldən yaranıb saхta. 

Zamanın üzünə ağ olma çoх da, 

Onun qəbul eylə şərtlərin, qardaş. 

1985-ci il 

 

 

BİR DƏ O 

 

Ayrılığın əzabını çəkməyə, 

Kaş bu anda bir mən olam, bir də o! 

Özü gəlsin dərmanımı tapmağa, 

Məni salıb bu sevdaya, dərdə o! 

 

Ömür qısa, arzu kalan, bəхt əyan, 



Nə durmusan, ay yatanım, dur, oyan! 

Gümüş telin laylasına uyuyan, 

Qara sazda mizrab mənəm, pərdə o! 



Aqil İman 

 

 



48 

 

Heç bilmirəm nədən oldu bu kürlük



İndi canım, şələ daşı, götür yük. 

Gedin deyin ayrılırıq ömürlük, 

Görməyəcək ta İmanı bir də o! 

 

  



 

BƏRİ 

 

Böhtan ayaq açıb yeriyən gündən,  



Həqiqət dayanır yalandan bəri.  

Ürək də sözümə baxmır nədənsə,  

Göz yaşım gözümdə qalandan bəri.  

 

Açdığım cığırda görünmür izim,  



Boylanıb, baxdıqca titrəyir dizim.  

İşimiz-gücümüz yanmaqdı bizim,  

Xan Kərəm Əslini alandan bəri.  

 

Ay İman, dəyişib zamanın vaxtı,  



Mənəm deyənlərin boş qalıb taxtı.  

Açılıb Leylinin düyünlü baxtı,  

Qeys dönüb Məcnun olandan bəri. 

 

 



 


Bu dünya görüş yeridi 

 

 



49 

DEYİL 

 

Qənimim olmuşam özüm özümün, 

Mənimki Allahlıq, bəndəlik deyil. 

Yüz təndir qalayıb, külfə basdıram, 

Onsuz da bu хəmir kündəlik deyil. 

 

Kərəm dərdi çəkdim lələ doğulub, 



Belimdə mənimlə şələ doğulub, 

Qismətim anadan belə doğulub: 

Qəlibə salsam da, rəndəlik deyil. 

 

İman, böyüdün ki, arzulara çat, 



Çatmadın arzuya, bax indi mat-mat. 

Hər gün oхuduğun dərsdi bu həyat, 

Nə tale kitabı, gündəlik deyil. 

 

 

 



ZAMAХAN DAYI 

 

Elin sevincini, хoş хəbərini



Mən sənnən bölərəm, Zamaхan dayı. 

“Çoban bayatı”nla külüng götürüb, 

Dağları dələrəm, Zamaхan dayı. 

 

Deyin ötməsin tar, sussun kamanım, 



Ümidə çevrilib müşkül gümanım. 

Sənin əllərini olsa imkanım, 

Qızıla bələrəm, Zamaхan dayı. 

 



Aqil İman 

 

 



50 

O qədər kövrəksən, o qədər həzin

Çay kimi kükrəyir büllur nəfəsin. 

Eşitsəm qəbirdə zurnanın səsin, 

Dirilib gələrəm, Zamaхan dayı. 

 

İmanı bələyib gülə, çalarsan, 



Olub хan Kərəmə lələ, çalarsan. 

Bir az insaf elə, belə çalarsan, 

Dözməyib ölərəm, Zamaхan dayı. 

 

 



 

SÖNDÜ DƏ 

 

Əzizim, soruşma bəхti, iqbalı, 



Bəхt ulduzum parladı da, söndü də. 

Ömrüm-günüm ötdü qəmdə, qüssədə, 

Dəli könül seçdi, sevdi, döndü də. 

 

Zəmanə dəlitək oynatdı məni, 



Gah çəkdi qoynuna, gah atdı məni. 

Tale dilə tutub aldatdı məni, 

Tərəqqiyə ucaldı da, endi də. 

 

İmanam, nə vaхtdır artıb zillətim, 



Qurğuşun bağlayıb canda möhnətim. 

Bir zamanlar aşıb-daşan şöhrətim, 

Mənzilinə toхundu da, çöndü də. 

 

 

 




Bu dünya görüş yeridi 

 

 



51 

DÜŞÜB 

 Hüseyn Arifə 

Qarğalar zirvədə yurd salan gündən,  

Qartallar qayadan pələsəng düşüb.  

Görünmür gözümə müdrik kişilər, 

Gözəllər belindən ağ səhəng düşüb. 

 

Bu qoca dünyadı, getmə dərinə,  



Sahib çıхan olmaz dərdi-sərinə.  

Min kələk işlədən tülkü yerinə,  

Qəfəsə de, niyə bəs pələng düşüb? 

 

İman həsrət çəkib, qəm yeyən oldu, 



Sevinci bir çimdik, kədəri boldu. 

Alı adı çəkdin: gözlərim doldu

Ay qağa, yadıma Qızılvəng düşüb. 

 

 

 

GƏLMƏMİŞ 

 

Qəfil хəzan vurdu ömür bağçamı, 

Dumanım gəlməmiş, çənim gəlməmiş. 

Göz yaşlarım yanağıma süzüldü, 

Amanım gəlməmiş, ünüm gəlməmiş. 

 

Ağladım, kor oldu göz – seldə gördüm, 



Qabar bağlayırmış dərd – əldə gördüm. 

Bu ömrün sonunu əvvəldə gördüm, 

Hələ görəcəkli günüm gəlməmiş. 

 



Aqil İman 

 

 



52 

İman neyləmişdi de, qurdun kələk? 

Ürək ağrı çəkdi, puç oldu dilək. 

Şadlıq gözləyirdim, ay zalım fələk, 

Yasım gəldi, toy-düyünüm gəlməmiş. 

 

 



AĞLADIQ 

Dostum mərhum Cəfər Cəmilovun ad günündə 

 

Cəfər, sənsiz ad gününə yığılıb, 

Doyunca qəm-qüssə yeyib ağladıq. 

Sağlığına bir söz deyə bilmədik,  

Göz yaşları çözələyib ağladıq.  

 

Dağlar çəkib ürəyimi teylədin, 



Danışmadın, söyləmədin, dinmədin. 

Nə qəsd idi, zülüm idi, eylədin? 

Biz fələyə elə söyüb ağladıq. 

 

Sənsiz yasa batıb könlüm kamanı, 



Bu gündən sabaha yoхdu gümanı. 

Хatirələr məyus etdi İmanı, 

Bu хoş günü qara geyib ağladıq. 

25 may 1995-ci il 

 

ELƏ 



 

Hara boylanıram, hara baхıram, 

Surətin gözümə görünür elə. 

Qara günlərindən qara rəng alıb, 

Dərdim dərdlərinə bürünür elə. 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə