Bu günkü gündə şizofreniyanın etiopatogenezində mühüm rol oynadığı hesab olunur: A) Psixososial
faktorlar B) Sadalanan faktorlardan heç biri C) Genetik faktorlar D) Sadalanan bütün faktorlar E)
Bətndaxili inkişafa bağlı faktorlar
Şizofreniyanın daha tez-tez tast gəlinən forması hansıdır? A) Sadə şizofreniya B) Paranoid şizofreniya C)
Hebefrenik şizofreniya D) Diferensasiya edilməmiş şizofreniya E) Katatonik şizofreniya
Şizofreniya simptomlarının təzahürünün azalması fonunda, 2 həftə müddətində depressiya simptomlarının
inkişafına hansı diaqnoz qoyulmalıdır? A) Postşizofrenik depressiya B) Qalıq ( rezidual ) şizofreniya C)
Şizotipik pozuntu D) Şizoaffektiv pozuntu, depressiv tip E) Psixotik əlamətlərlə ağır depressiya epizodu
Şizofreniyanın sadə forması üçün xarakterik deyil: A) Sosial adaptasiyanın aydın formada aşağı düşməsi B)
Enmiş affekt C) Sayıqlama və hallüsinsiyalar D) Maraq və məqsədlərin itməsi E) Davranışın əhəmiyyətli
dərəcədə dəyişməsi
"Şizofreniya" diaqnozunun qoyulması üçün səciyyəvi simptomların qeyd olunması hansı zaman kəsiyində
aparılmalıdır? A) 1 ay və daha çox B) Pasientin stasionar və ya ambulator müalicəyə qəbulundan 10 gün
sonra C) Gedişatın tipinin müəyyənləşdirilməsi üçün 1 ildən az olmayaraq D) Onların üzə çıxdığı vaxtdan 6
aydan az olmayaraq E) İstənilən zaman kəsiyində, əgər şizofreniya simptomları bütün xəstəlik boyu qeydə
alınırsa
Sayıqlama pozuntusunun şizofreniyadan əsas fərqi hansıdır? A) Qeyd olunan əlamətlərin heç biri B) Qeyd
olunan bütün əlamətlər C) Sayıqlamanın 3 aydan az olmayaraq mövcudluğu D) Depressiv simptomların
olmaması E) İmperativ və ya şərhedici xarakterli daimi eşitmə hallüsinasiyalarınin olmaması _____
Sadalananlardan hansı şizofreniya üçün ( 4 A) BLÖYLER meyarına aid deyil? A) Assosiativ pozuntular B)
Amensiya C) Apatiya D) Autizm E) Ambivalentlik
Zəifləmiş meyil sferası sadalanan xəstəliklərdən daha çox hansı üçün xarakterikdir? A) Epilepsiya B)
Şizofreniya C) Şəxsiyyətin anankastik pozuntusu D) Nevrasteniya E) Obsessiv - kompulsiv pozuntu
Şizofreniya üçün daha çox xas olan emosional pozuntular hasılardır? A) Psixi zəiflik və emosional labillik B)
Eyforiya və disforiya C) Apatiya və abuliya D) Ambivalentlik və autizm E) Ambivalentlik və emosional
solğunluq
Hansı düşüncə pozuntusu şizofreniyaya daha çox xasdır? A) Oneyroid tip B) Amentiv tip C) yuxarlda qeyd
olunan tiplərin hamısı D) Delipioz tip E) Alaqaranlıq tip
Şizofreniya zamanı ilkin seçim preparatları hasılardır? A) Klassik nevroleptiklərlə uzlaşdırılmış dərman
müalicəsi. B) Elektrik-qıcolma terapiyası (ECT). C) Klassik nevroleptiklərlə dərman müalicəsi. D)
Atipik nevroleptiklərlə dərman müalicəsi. E) İnsulin- komatoz terapiyası
Şizofreniyanın patogenezində aşağıdakı neyromediatorlardan hansının mübadilə pozğunluğu daha
səciyyəvidir? A) Noradrenalin B) Qulutamin turşusu
C) Asetilxolin D) Dofamin E) Serotonin
Aşağıdakılardan hansı katatonik şizofreniyanın əlamətlərinə aid deyil? A) Donub qalma ( öz arzusu ilə
adekvat olmayan və qəribə pozanın alınması və saxlanması ) B) Neqativizm ( pozanı dəyişmək və ya yerindən
tərpətməyə cəhdə cavab olaraq, əks istiqamətdə mənasız müqavimət və yahərəkət) C) Yüksək özünü
dəyərləndirmə və dahilik ideyaları D) Stupor ( ətraf mühitə qarşı reaksiyanın, spontan hərəkətlərin və aktivliyin
aşağı düşməsi ) və ya mutizm E) Yüksək çeviklik ( bədən əzalarını əvvəlki vəziyyətdə saxlamaqla)
Şizofreniyanın Paranoid formasının başlanması üçün əsas yaş həddi hansıdır?
A) 16 yaşadək
B) bütün cavablar doğrudur.
C) 20-30 yaş.
D) 30 yaşdan sonra. E) 16-
20 yaş.
Şizofreniyanın hansı təzahürü bu xəstəliyin qeyri-qənaətbəxş gedişatına dəlalət edə bilər?
A) Başlanğıcın 20 yaşdan sonra olması.
B) Düşüncənin pozulması.
C) Psixopatoloji hisslərin kəskin başlanğıcı.
D) Hallüsinator simptomatikanın üstünlük təşkil etməsi. E) Xəstəliyin 20 yaşadək başlanması.
Paranoid şizofreniyaya daha çox xas olan psixi simptomlar hansılardır ?
A) Neqativizm.
B) Qeyri-mütəşəkkil ( qeyri-adi) davranış.
C) Apatiya.
D) Psevdohallüsinasiyalar.
E) Katalepsiya.
Bu psixiatrlardan hansı şizofreniya konsepsiyasının əsasını qoymuşdur? A) Korsakov. B) Qannuşkin. C)
Freyd. D) Cekson. E) Blöyeler
Katatonik şizofreniyaya aşağıda qeyd olunanlardan hansı xas deyil?
A) Oyanıqlıq.
B) Rigidlik.
C) Stupor
D) Ambulator avtomatizm.
E) Neqativizm
Şizofreniya aşağıda qeyd olunanlardan hansının əsaslı pozuntusu kimi xarakterizə oluna bilər? A) Yaddaş. B)
İntellekt. C) Təfəkkür. D) Bütün sadalananlar. E) Düşüncə
Depressiv pozuntunun ilkin müalicəsi nədən ibarətdir? A) Trisiklik antidepresantlarla ( TSA) dərman
müalicəsi. B) Serotoninin interresseptor udulması seçici inhibitorları (SİUSİ) və neyroleptiklərlə kombinasiya
edilmiş dərman müalicəsi. C) Serotoninin interresseptor udulması seçici inhibitorlar ( SİİSİ ) və trisiklik
antidepresantlarla ( TSA ) kombinasiya edilmiş dərman müalicəsi. D) Serotoninin interresseptor udulması
seçici inhibitorları ( SİUSİ ) ilə dərman müalicəsi. E) Monoaminoksidazanın ( MAO) dönən nhibitorları ilə
dərman müalicəsi.
Aşağıda sadalananlardan hansını həycanlı ( təşvişli ) depressiyanın daha dəqiq tərifi kimin qəbul etmək olar?
A) Maniya və disforiya əlamətlərinin uzlaşması ( qarışıq vəziyyət ) . B) Adinamiya və stuporlu depressiya. C)
Əsəbi və qəzəbli depressiya. D) Melanxolik depressiyanın sinonimi. E) Depressiyalı xəstələrdə psixomotor
oyanma.
Aşağıdakılardan hansı bipolyar pozuntunun depressiv epizoduna aid deyil? A) Bədən çəkisinin atrması və ya
azalması ilə müşayiət edilir. B) Yuxusuzluqla müşayiət edilir. C) Adətən 1-2 həftə davam edir. D)
Özünüittiham ideyaları ilə müşayiət edilə bilər. E) Yazda və ya payızda daha tez-tez əmələ gəlir.
Bipolyar pozuntunun maniakal epizodu üçün hansı yanlışdır? A) Adətən, depressiyadan daha az davam edir.
B) Oyanıqlıq və sürətlənmiş nitqlə müşayiət edilir. C) Antipsixotik preparatlar və litium duzları ilə müalicə
olunur. D) Dahilik sayıqlaması ilə müşayiət edilir. E) Düşüncə pozulması ilə müşayiət edilr.