Bu indeksi bvf müəyyənləşdirir və aşagıdakı 5 meyara əsaslanır: Parlament illik büdcə strategiyasını təsdiqləmək səlahiyyətinin olması



Yüklə 396,5 Kb.
tarix15.11.2018
ölçüsü396,5 Kb.
#79845


Büdcənin parlament müzakirələri: Azərbaycan üçün yaxşı (beynəlxalq) təcrübələr


Parlamentin büdcə səlahiyyətləri indeksi

  • Bu indeksi BVF müəyyənləşdirir və aşagıdakı 5 meyara əsaslanır:

  • Parlament illik büdcə strategiyasını təsdiqləmək səlahiyyətinin olması

  • Parlamentin büdcə layihəsini dəyişdirmək səlahiyyətinin olması

  • Büdcənin parlament müzakirələrinin müddəti

  • Büdcəni tədqiq etmək üçün parlamentə təqdim olunan texniki dəstəyin miqyası

  • Büdcə təsdiqləndikdən sonra hökumətin onu dəyişdirmək imkanı



Parlamentin büdcə səlahiyyətləri indeksi

  • Parlamentin büdcə səlahiyyətləri indeksi 10 ballıq şkala üzrə müəyyən olunur

  • Sonuncu dəfə 10 ölkənin timsalında müəyyən olunan reytinq cədvəlinə 10 balla ABŞ liderlik edir

  • İsveç 9 bal, İtaliya və Yaponiya 7 bal, Niderland, Avstriya, Norveç və Finlandiya 6 bal toplayıb



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi

  • Azərbaycanda büdcə layihəsi ona əlavə edilmiş sənədlərlə birgə oktyabr ayının 15-dən gec olmayaraq MM-in müzakirəsinə və təsdiqinə təqdim edilir

  • Bir qayda olaraq büdcə layihəsi bir oxunuşda təsdiqlənir

  • Qeyd: İƏİT-nin tövsiyyəsinə görə, büdcənin parlamentin müzakirəsi üçün kifayət qədər uzun müddət ayrılmalı və heç bir halda həmin müddət 1 aydan az olmamalıdır

  • Təşkilatın ekspertləri büdcənin dərin və effektiv tədqiqi üçün müzakirə müddətini vacib meyar hesab edir

  • Gürcüstanda parlament büdcə prosesinə layihənin plenar iclasda müzakirəsindən daha əvvəl cəlb olunur



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Gürcüstan)

  • Gürcüstanda may ayının 1-dək ölkə prezidenti «Baza məlumatları və büdcə siyasətinin istiqamətləri» adlı sənədi parlamentə təqdim edir

  • Bu sənəd parlamentə təsdiqlənmək üçün yox, deputatların məlumatlandırılması və büdcə layihəsilə bağlı məsləhətləşmələrin başlanması məqsədilə göndərilir

  • Parlamentin Maliyyə Komitəsi sənədin müzakirəsi üçün dinləmə təşkil edir

  • Dinləmənin yekunu olaraq parlamentin mövqeyini ək etdirən şərh və təkliflərdən ibarət rəy dövlət başçısına ünvanlanır

  • Qüvvədə olan qanunvericiliyə əsasən, dövlət büdcəsinin layihəsi oktyabrın 1-dən gec olmayaraq parlamentə təqdim olunur

  • hər bir büdcə sifarişçisi öz fəaliyyət planını və onlara uyğun xərcləmələri qanunverici orqan qarşısında əsaslandırmalıdır



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Gürcüstan)

  • Butün qurumlar öz büdcəsinə dair bütün məlumatların detallı əks olunduğu təqdimatı millət vəkillərinin diqqətinə çatdırır

  • Layihə parlamentə Maliyyə Komitəsinin vasitəsilə təqdim olunur

  • Komitənin büdcəni qəbul etməsindən 2 gün ərzində parlamentin spikeri bütün fraksiyaların təmsilçilərilə görüş keçirərək sənəd ətrafında müzakirələr aparır

  • Bunun ardınca parlamentin bütün komitələri layihəni müzakirə edib öz tövsiyyələrini Maliyyə Komitəsinə təqdim edir

  • Komitə isə təklif və tövsiyyələri ümumiləşdirərək oktyabrın 20-dən gec olmayaraq parlamentin rəhbərinə ünvanlayır

  • Həmin təqvimdən 2 gün ərzində spiker layihəni tövsiyyələrlə birgə hökumətə qaytarır

  • noybarın 1-dən gec olmayaraq NK parlamentin təkliflərini nəzərə aldığı yeni layihə variantını qanunverici orqanın müzakirəsinə çıxarır



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Gürcüstan)

  • Büdcə layihəsi ən azı 5 gün ərzində müzakirə olunmalıdır

  • Hökumət parlament üzvlərinin bütün tövsiyyələrinə öz şərhlərini yazılı qeyd formasında layihəyə əlavə edib onlara təqdim edir

  • Mövcüd qanunvericilik müzakirələrin daha effektiv keçməsi, millət vəkillərinin daha çox söz almaq imkanını təmin etmək üçün icra orqanlarının çıxışlarına limit də müəyyənləşdirir.

  • «Gürcüstan Parlamentinin prosedur Qaydaları» adlı sənədin 180.3-cü maddəsinə görə, hökumət üzvləri üçün büdcənin müakirəsinə həsr olunmuş plenar iclasda 60 dəqiqə, Maliyyə Komitəsinin təmsilçisi üçün 30 dəqiqə çıxış vaxtı müəyyən olunub;

  • Oeyd: Gürcüstanda son illərin təcrübəsində parlamentin və onun ayrı-ayrı üzvlərinin müzakirə öncəsi verdiyi büdcə təkliflərinin sayı hətta 1000-ə çatıb



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Norveç)

  • Norveç oktyabrın əvvələrində büdcə layihəsi Maliyyə və İqtisadi Məsələlər Komitəsinə daxil olur

  • Komitə parlamentin digər komitələrində büdcə debatları təşkil edir

  • Debatların davam etmə müddəti sərt şəkildə reqlamentləşdirilir

  • Ən qısa müddətli debat 4-5, ən uzunu isə 9-10 saat davam edir

  • Bəzən bir gün ərzində fərqli auditoriyaların iştirakı ilə 2-3 debat təşkil olunur

  • Son illərdə bir müzakirə dövründə ayrı-ayrı maraq qruplarının iştirakı ilə 80-100 debat təşkil olunub

  • Bu cür debatları həm parlament rəhbərliyi, həm də Maliyyə və İqtisadi məsələlər üzrə Komitə təşkil edir

  • Həmin debatlarda spikerlik QHT-dən, akademik cəmiyyətlərdən və ya lobbi qruplarından dəvət olunmuş şəxslərə həvalə olunur

  • Noyabrın 20-dək parlament büdcə layihəsilə bağlı tövsiyyələrini hazırlayıb hökumətə təqdim etməlidir



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Kanada)

  • Kanada parlamentinin büdcə müzakirələrində rolu və iştirakçılığı iki mərhələyə bölünür

  • layihənin hazırlanması dövründə hökumət qurumlarının parlamentlə məsləhətləşmələrinin aparıldığı dövr sentyabr-oktyabr aylarında başlayır və dekabradək davam edir (Kanadada növbəti maliyyə ili apreldə başlayır)

  • büdcənin parlament müzakirələri - bu mərhələ fevral-mart aylarını əhatə edir.

  • Büdcə müzakirələri mərhələsində 2 istiqamətdə - ümumi büdcə siyasəti və hökumətin xərc prioritetlərilə əlaqəli debatlar təşkil olunur

  • Sentyabrın sonlarında İcmalar Palatasının Maliyyə Komitəsi büdcə siyasətilə əlaqəli ictimai dinləmələrin keçirilməsinə start verir

  • Bu ərəfədə həmçinin hökumətlə ümumi büdcə siyasətinə dair məsləhətləşmələr başlayır



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Kanada)

  • Oktyabrın ortalarında Maliyyə Nazirliyi hökumətin büdcə siyasətinin ümumi istiqamətlərinə dair mövqeyini Komitəyə təqdim edir

  • Dekabrın əvvəllərində isə Maliyyə Komitəsi büdcə siyasətilə bağlı mövqeyini açıqlayır

  • Bununla da büdcə müzakirələrinin birinci mərhələsi başa çatır

  • Növbəti mərhələ fevralda Maliyyə Nazirliyinin büdcə layihəsini parlamentə təqdim etməsilə başlayır

  • Bundan sonra daimi komissiyalar layihənin ekspertizasına başlayır və hər bir komissiya öz mandatına (profilinə) uyğun olaraq sənədi qiymətləndirir

  • Komissiyalar müzakirələrin gedişində istənilən ranqlı hökumət rəsmisini öz iclasına çağıra bilərlər

  • Fevral-mart aylarında büdcənin parlament müzakirələri həm komissiyalarda, həm də plenar iclaslarda davam etdirilir



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Kanada)

  • Martın sonunadək Maliyyə Nazirliyi bütün büdcə sifarişçilərinin fəaliyyət planlarına və həmin plana uyğun xərcləmə proqnozlarına dair məlumatları da açıqlayır

  • Qanunvericilikdə büdcə müzakirələrinin format və müddətinin reqlamentləşdirilməsinə dair müəyyən normalar da nəzərdə tutulur

  • Məsələn, parlament hökumətin büdcə siyasətinə dair azı 4 debat təşkil etməlidir

  • Eyni zamanda hökumətin büdcə xərclərilə bağlı müzakirələr üçün heç olmazsa 20 gün saxlanmalıdır

  • Həmin müddətin azı 19 gününü parlament müxalifəti istifadə etmək hüququna malikdir

  • İsveçrə parlamenti İƏİT digər ölkələrinin qanunverici orqanı ilə müqayisədə büdcənin tərtibi və təsdiqi sahəsində daha geniş səlahiyyətlərə malikdir

  • Federal konstitusiyanın tələbinə əsasən, büdcə xərcləri parlamentin hər iki palatası tərəfindən təsdiqlənməlidir



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Kanada)

  • Borca xidmət xərcləri istisna olmaqla parlament bütövlükdə büdcə layihəsində istənilən dəyişkliyi aparmaq hüququna malikdir

  • Aparılan araşdırmalar göstərir ki, son dövrlərdə orta hesabla hər il büdcə layihəsinə parlamentdə 30 dəyişiklik baş tutub

  • Ekspertlər büdcə müzakirlərinin fəal keçməsinin əsas sirrini ölkə parlamentinin siyasi tərkibinin həddən artıq rəngarəng olması ilə izah edirlər

  • Hazırda İsveçrənin qanunverici orqanında 13 partiya təmsil olunur

  • Bu ölkədə bir partiyanın mütləq üstünlük qazanması faktik olaraq baş vermir

  • Qanunverici orqanın büdcə müzakirələrinə cəlbinə mart ayında start verilir

  • Belə ki, fevral ayında hökumət büdcənin tərtibinə dair sərəncam verir və layihənin işlənməsinə dair tələbləri müəyyənləşdirir

  • Bir ay sonra həmin sənədlər parlamentin Maliyyə Komitəsinə göndərilir

  • Bu prosedur məlumatlandırma xarakteri daşıyır və parlamentdən hər hansı xüsusi fəaliyyətin həyata keçirilməsini tələb etmir



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Kanada)

  • Lakin deputatlar həmin sənədlər əsasında büdcə layihəsinin hazırlananmasına öz töhfələrini vermək üçün hökumət strukturlarına məktublar göndərə, sorğu əsasında onlardan məlumatlar əldə edə bilərər

  • Əslində bu cür qarşılıqlı yazışmalar layihənin hazırlanması mərhələsində hökumət və parlament arasında büdcə debatlarının başlanmasına şərait yaradır

  • Lakin parlamentin büdcə müzakirələrinə real cəlbi oktyabr ayında - büdcə layihəsinin və maliyyə planının qanunverici orqana təqdim olunması ilə başlayır

  • İlk öncə büdcənin plenar iclasda ümumi müzakirəsi keçirilir, bundan sonra alt komissiyalarda (parlamentdə 7 belə təsisat mövcuddur) büdcə layihəsinin ekspertizasına start verilir

  • Büdcə sifarişçiləri olan bütün hökumət qurumlarının səlahiyyətli şəxslərinin alt komissiyalardakı müzakirələrə qatılmaq, büdcə ilə bağlı öz mövqelərini müdafiə etmək hüququ var



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Yunanıstan)

  • Yunanstanda konstitutisiyanın 79.3-cü maddəsinə əsasən, hökumət büdcəni parlamentə təqdim etməzdən öncə onunla məsləhətləşmələr aparmalıdır

  • Oktyabrın ilk həftəsinin bazar ertəsinədık Maliyyə və İqtisadiyyat Nazirliyi büdcə layihəsinin icmalını parlamentin iqtisadi məsələlər komitəsinə təqdim edir

  • Sənəd daxil olandan dərhal sonra Komitə rəhbəri parlamentəki qrupların hərəsindən bir məruzəçi müəyyənləşdirirək onları müzakirələrə cəlb edir

  • Büdcə layihəsilə bağlı komitədə maksimum 3 debat keçirilə bilər

  • Lakin parlamentdə təmsil olunan siyasi partiylar özləri əlavə bu cür debatlar təşkil edir

  • Qanunvericiliyin tələbinə görə, hökumət parlament komitəsinin rəyini layihənin son variantında nəzərə almaq imkanlarını araşdırmalıdır

  • İqtisadiyyat Komitəsi 49 nəfərdən ibarətdir və parlamentin tam siyasi tərkibini əhatə edir

  • Nazirlik növbəti maliyyə ilinin başlanmasına ən geci 40 gün qalmış büdcə layihəsinin son variantını parlament müzakirəsinə qaytarmalıdır

  • Plenar iclasda müzakirələrə azı 5 iclas həsr olunmalıdır



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Portuqaliya)

  • Portuqaliyada qanunveiriciliyə əsasən hökumət ən geci oktyabrın 15-dək büdcə layihəsini parlaimentə təqdim etməlidir

  • Bundan sonrakı 10 gün ərzində parlamentin nəzdində fəaliyyət göstərən Büdcə Qrupu sənədə dair təhlilinin nəticələrini açıqlayır

  • Büdcə layihəsinin parlamentə daxil olmasından ən geci 15 gün ərzində qanunverici orqanın bütün komitələri sənədlə bağlı rəylərini Büdcə Komitəsinə təqdim edir, sonuncu isə 20 gün ərzində hökumətin büdcə təkliflərinə dair öz rəsmi mövqeyini açıqlayır

  • Həmin müddətdə Komitə 2 dinləmə təşkil edir: onlardan biri maliyyə, digəri isə sosial təminat nazirinin iştirakı ilə baş tutur

  • Oktyabr-dekabr aylarında parlamentin plenar iclaslarında büdcənin bütün komitələrin iştirakı ilə müzakirəsi keçirilir

  • Eyni zamanda həmin müddətdə Büdcə Komitəsi müxtəlif nazirlikilərlə birgə dinləmələr təşkil edir



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Portuqaliya)

  • Sonuncu debat maliyyə nazirinin iştirakçılığı ilə keçirilir ki, həmin tədbirə yerli hakimiyyətin təmsilçiləri, büdcə sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətinin ekspertləri və siyasi partiyaların nümayəndələri də dəvət olunur

  • İƏİT ölkələrinin bir çoxundan fərqli olaraq Portuqaliya parlamentinin büdcə müzakirələrinin yekunu olaraq hökumətin büdcə layihəsinə əsaslı dəyişikliklər etmək səlahiyyəti var

  • Öz növbəsində, icra hakimiyyəti parlamentin müvafiq dəyişikliklərinə veto qoymaq səlahiyyətinə malik deyil

  • 2007-ci ildə müzakirlərin gedişində dövlət büdcəsinin layihəsinə 868 dəyişiklik təklif olunmuşdu ki, sonda onun da 68-i və ya 7,8 faizi bəyənilib (2006-cı ildə anoloji göstərici 7,2 faiz təşkil etmişdi)

  • Təklif olunan dəyişikliklərin 92,9 faizi (2006-cı ildə 94,6 faizi) parlament müxalifəti tərəfindən irəli sürülüb.



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Moldova)

  • Təcrübəsi öyrənilən 15-dək ölkənin hamısında büdcə layihəsi 3 oxunuşda müzakirəyə çıxarılır

  • Moldovada birinci oxunuşda parlament hökumətin və büdcə komissiyasının hesabatlarını dinləyir, büdcə-vergi siyasətinin başlıca istiqamətlərini, büdcə layihəsinin əsas konsepsiyasını müzakirə edir

  • İkinci oxunuşda büdcə gəlirlərinin proqnozu və onların strukturu, büdcə xərclərinin proqnozu, təyinatı və onların strukturu, dövlət büdcəsinin kəsirinin və profisitinin proqnozu müzakirə edilir

  • Üçüncü oxunuşda büdcə sifarişçiləri üzrə xərclərin detallaşdırılmış müzakirəsi aparılır, müdafiə olunan xərc maddələri nəzərdən keçirilir



Büdcə müzakirələrinin reqlamentləşdirilməsi (Estoniya)

  • Estoniyada birinci oxunuşdan əvvəl parlamentdə bütün maraqlı tərəflərin iştirakı ilə büdcə debatı təşkil olunur

  • Bunun ardınca plenar iclaslarda büdcə müzakirələrinə start verilir və hər oxunuşun müzakirəsi adətən bir həftədən çox davam edir

  • Birinci oxunuşda Maliyyə Nazirliyi büdcə layihəsinin tərtibinin əsas prinsipləri, ölkə iqtisadiyyatının ümumi vəziyyəti və hökumətin başlıca məqsədləri barədə geniş məlumatlarla çıxış edir

  • Birinci oxunuşun sonunda komitə və fraksiyalar layihə ilə bağlı öz təkliflərini irəli sürürlər

  • Bu müddətdə Maliyyə Komitəsi çoxsaylı büdcə dinləmələri təşkil edir, öz növbəsində həmin tədbirlərə müxtəlif nazirlər və mərkəzi bankın rəhbəri dəvət olunur

  • İkinci oxunuşda detallı müzakirələr aparılır, eyni zamanda əvvəlki oxunuşda səslənmiş təklif və rəylərə hökumətin münasibətinə də bu oxunuşda aydınlıq gətirilir

  • Bu mərhələdən sonra sənəd yenidən baxılmaq üçün hökumətə qaytarılır və artıq 3-cü oxunuşda ümumi müzakirələr əsasında sənəd təsdiqlənir



Büdcə zərfinin tərkibi (Azərbaycan)

  • Azərbaycanda:

  • növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi və qanun layihəsinə dair izahat;

  • növbəti il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri;

  • büdcə-vergi siyasətinin əsas istiqamətləri;

  • dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar;

  • funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin və xərclərin layihəsi;

  • dövlət borcları və dövlət zәmanәti ilə digər öhdəliklərə dair məlumat;

  • icmal büdcənin funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində layihəsi;

  • dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi;

  • Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı;



Büdcə zərfinin tərkibi (Azərbaycan)

  • qanunvericiliyə uyğun olaraq Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri;

  • növbəti büdcə ili üzrə gəlirlərin və xərclərin ötən ilin faktiki və cari ilin gözlənilən nəticələri ilə (gəlirlərin təsnifatı üzrə, xərclərin funksional, iqtisadi və təşkilati təsnifatının paraqrafları səviyyəsində) müqayisəsi;

  • cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumat;

  • büdcədənkənar əməliyyatlara dair icmal hesabat;

  • dövlət büdcəsi kəsirinin keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabat;

  • müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər.

  • Bundan başqa büdcə layihəsinə DSMF-nin büdcə layihəsi, yaşayış minimumunun dəyəri və ehtiyac meyarının həddi haqda Qanun layihələri əlavə olunur



Büdcə zərfinin tərkibi

  • Azərbaycandan fərqli olaraq:

  • dövlətin müdafiə sifarişinin əsas göstəriciləri (Rusiya);

  • İnvestisiya layihələrinin təşkilatlar və sektorlar üzrə adbaad bölgüsü, əgər varsa hər bir layihədə donorların payı (Gürcüstan, Moldova, Estoniya)

  • Dövlət büdcəsinə daxil edilmiş xüsusi vəsaitlərin icmalı (Moldova)

  • Dövlət büdcəsinə daxil edilmiş xüsusi fondların icmalı (Moldova)

  • Xarici mənbələr hesabına maliyyələşdirilən layihələrin siyahısı (Moldova)

  • Dövlət mülkiyyətində olan əmlakın minimum məbləği (Moldova)

  • Missiya, hədəflər və fəaliyyətlər əsasında tərtib olunmuş büdcə proqramları (İƏİT ölkələrinin hamısı, məs. Fransada 132 proqram)

  • Qeyd: Estoniyanın dövlət büdcəsi haqda qanununun 19-cu maddəsinə görə, qapalı xərc maddələri çapı məcburi sayılan büdcə zərfinə daxil edilmir, lakin həmin xərclər Maliyyə Komitəsinin qapalı iclasında ətraflı müzakirə edilir



Parlamentə texniki-informasiya dəstəyi

  • Norveç parlamentində peşəkar məsləhətçilərlə yanaşı hər bir komitənin özünün ekspertlərinin təmsil olunduğu daimi katibliyi fəaliyyət göstərir

  • Bundan əlavə, 1999-cu ildən parlamentin nəzdində xüsusi tədqiqat bölməsi fəaliyyət göstərir və bölmədə 7 tədqiqatçı çalışır

  • Onlar ildə orta hesabla büdcə ilə əlaqəli 250-300 informasiya sorğusunu cavablandırırlar (5).

  • Estoniyada parlamentin «Büdcə və vergi» Komitəsinin nəzdində 3 nəfər analitik fəaliyyət göstərir

  • Niderlandda müstəqil büdcə tədqiqtları aparan «Mərkəzi Planlaşdırma Bürosu» adlanan qurum təkcə parlament üçün büdcə tədqiqatları aparmır

  • Qurum eyni zamanda seçkiöncəsi dövrlərdə siyasi xadimlərin onların sifarişilə büdcə siyasətilə əlaqəli vədlərini təhlil edib ictimaiyyət üçün peşəkar rəylərini açıqlayırlar

  • Artıq bu bir ənənədir və ictimaiyyət seçki kampaniyası zamanı onların qarşısına çıxan siyasilərdən Mərkəzi Planlaşdırma Bürosunun rəyini gözləyir

  • Bu təşkilatın 145 nəfərdən ibarət böyük bir heyət var



Parlamentə texniki-informasiya dəstəyi

  • Koreyada partiyasız ekspertlərdən ibarət büdcə ofisi (NABO) 2003-cü ildə yaradılıb

  • Qurumun əsas funksiyası hökumətin təqdim etdiyi büdcə sənədlərinə, hökumətin fiskal əməliyyatlarına dair analizlər aparmaq, hökumət proqramlarını və həmin proqramların orta və uzunmuddətli xərc ehtiyaclarını alternativ qiymətləndirilmək

  • Onun 92 nəfərlik heyətinin 70 nəfəri peşəkar tədqiqatçılardan, 20 nəfəri isə inzibati qulluqçulardan ibarətdir

  • Peşəkar heyətə qarşı peşə-ixtisas tələbləri də müəyyən olunub: onun bütün üzvləri mühasbat və iqtisadiyyat sahəsində elmi titullu şəxslər olmalıdır.

  • Qrupun rəhbərini parlament təyin edir və bütün heyətin komplektləşdirilməsi səlahiyyətini ona həvalə edir

  • Hökumət 2006-cv ildə qrupun saxlanmasına 12 milyon dollar xərcləyib. Mövcud qanunvericiliyə əsasən

  • Onun öz fəaliyyətini davam etdirməsi üçün hökumətin səlahiyyətli qurumları büdcə məlumatlarını adıçəkilən quruma təqdim etməlidir



Büdcə müzakirələrinin effektivliyini artırmaq üçün təkliflər

  • Büdcə layihəsinin hazırlanması mərhələsində parlamentin iştirakçılığının təmin olunmasına ehtiyac var

  • Büdcə layihəsinin oktyabrın 1-dən gec olmayaraq parlamentə təqdim olunmasına ehtiyac var

  • Layihənin parlamentə təqdim olunduğu təqvimdən sonra hansı müddət ərzində millət vəkillərinə paylanması ilə bağlı qanunvericilikdə dəqiq interval müəyyən edilməlidir

  • Büdcə layihəsi 3 oxunuşda müzakirə edilməli, eyni zamanda hər bir oxunuş üçün nəzərdə tutulan plenar iclasların minimum yol verilən sayı qanunvericilik qaydasında müəyyən edilməlidir

  • Parlamentin komitələrində büdcə müzakirələrinin reqlamentləşdirilməsinə dair dəqiq hüquqi norma və prosedurlar əks etdirilməlidir

  • Parlamentin nəzdində müstəqil büdcə tədqiqatları üzrə ixtisaslaşmış ekspert qrupunun yaradılmasına ehtiyac var



Büdcə müzakirələrinin effektivliyini artırmaq üçün təkliflər

  • Büdcə zərfinin tərkibinə millət vəkillərinin büdcə layihəsini daha peşəkar təhlil edə bilmələri üçün bir sıra zəruri sənədlərin əlavə edilməsinə ehtiyac var.

  • Həmin sənədlərə daxildir:

  • Büdcədənkənar gəlir və xərclərin təşkilatlar üzrə strukturu və həcmi;

  • İnvestisiya layihələrinin tam siyahısı. Bu siyahıda hər bir layihə üzrə məbləğlər və vəsaitlərin mənbəyi (dövlət büdcəsi, kreditlər, büdcədənkəna gəlirlər və s.) göstərilməlidir;

  • İcra mərhələsində olan hər bir dövlət proqramının icrasına sərf olunacaq vəsaitlərin həcmi və istifadə istiqamətləri



  • DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK!



Yüklə 396,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə