Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 391,56 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix14.06.2018
ölçüsü391,56 Kb.
#48859
1   2   3   4   5   6   7   8   9   ...   16

- 23 - 

 

tərpədirdi.  Eyvaz  artıq  eşitmirdi  qadını,  bayaqdan  bəri  gözünü  çəkmədiyi 



bədənini, üzünü, dodaqlarını da görmürdü. Harasa getmişdi. Harasa, lap uzaqlara. 

Ulduzlardan  da  dərinə  qonmuşdu.  Ağrı  var  idi  içində.  Harası  ağrıdığını  isə  tapa 

bilmirdi.Bu an Aqilə, Züleyxaya və hətta Basata da paxıllıq edirdi. Aqilə,ona görə 

ki, bu  cür  gözəl,  mərd  arvadı  var  idi.  Adam da heç  bu  cür  qadını  qoyub Bakıya 

gələr? Görəsən Aqil necə oğlandı? Yəqin yaraşıqlı olar...Hə, yaraşıqlıdı ki, Banu 

ona  görə  hər  əziyyətə  dözür  də.  Xasiyyəti  də  gözəldi.  Bir  sözlə  bu  cür  qadını 

hərtərəfli təmin etməyi bacaran biridi. Hmm, ay Aqil, Aqil, hardasan görəsən? 

  Züleyxaya da Banunun bacısı olduğundan paxıllıq etdi. Elə Basata da Banunun 

oğlu  olduğundan.  Nədir,  deməli  eqom  Banuya  bağlıdı?  Yox  Eyvaz,  bu  gic-gic 

fikirləri  çıxart  başından.  Sənə  Banu  filan  lazım  deyil.  Bankir  Eyvaz  kimi  sənin 

üçün  ölən  belə  Banuları  yada  sal.  Qəribədi,  varlı  olmağın  da  özünəməxsus  və 

məsuliyyətli  çərçivəsi  olur.  Bu  çərçivədə  sən  Eyvaz  Əliyevsən.  Ancaq ağıllı  söz 

danışan,  ağıllı  düşünən,  ağıllı  iş  görən  ağıllı  iş  adamı.  İstədi-istəmədi  qalstuk 

taxan,  kostyum  geyinən,  əti  bıçaqla  kəsib,  çəngəllə  yeyən,  ürəyinə  əmr  etməyi 

bacaran, işçilərinə cins fərqi qoymadan nəzarət edən etiketli müdür. Onun ixtiyarı 

yoxdu  çərçivədən  çıxmağa,  hətta  boylanmağa  da.  Əks  halda  özünəhörmət  hissi 

vicdanına  şikayət  ərizəsi  göndərər.  O  axı  kübar  ailə  uşağıdı.  O  axı  bahalı 

oyuncaqdı.  O  axı  proqramlaşdırılmış  robotdu.  O  axı  sahibkardı.  O  həyatdan 

şikayət  edə  bilməz.  Buna  ixtiyarı  yoxdu.  Bu  ixtiyarı  ona  verən  olmayıb.  Səhər 

açılandan  gecə  düşənə  qədər  yazılmış  rejimi  olub.  Özüylə  görüşməyə  vaxtı 

olmayıb.  Yatağına  girmək  istəyən  xanımlarla  növbəsindən  tutmuş,  onu 

evləndirmək istəyən valideynlərinin hər gün bir qızı ona tərifləmələrinə qədər hər 

kəsdən, hər şeydən doymuşdu... 

-Ayvaz,bilırsan neca istayıram qaçım bu ölkadan. 

-Hara? 

-Əşi,hara  oldu.  Basatı  da  götürum  qaçım.  Ayvaz,  san  heç  başqa  ölkalarda 



olmusan?  


- 24 - 

 

  Eyvaz  demək  olardı  ki,  uşaqlıqdan  bütün  dünyanı  gəzmişdi.  Lap  əvvəl 



valideynləri,  sonra  tək,  sonra  iş  yoldaşları,  sonra  dostları,  sonra  məşuqələri  ilə 

gəzmədiyi ölkə, şəhər qalmamışdı. Ən sevdiyi ölkə isə İtaliya idi. Böyük Bakıya 

bənzədirdi  bu  ölkəni,  amma  Bakıdan  fərqli  orda  çox  şey  önə  qaçmışdı.Bakıdan 

fərqli  İtaliya  və  digər  ölkələrdə  insanlar  bir-birinə  gülümsəyirdilər.  Eyvaz  bu 

gülüşə  də  paxıllıq  edirdi.  Nədi?  Bunların  dərdi,  xəstəsi  yoxdu?  Əsəbləri  belə 

sakitdi?  Pulları  belə  çoxdu?  Yadına  Türkiyədə  bir  ağsaqqalın  bu  haqda  ona 

danışdığı maraqlı hekayə düşdü. 

 

Gülənlər ölkəsi 

 

  İlk  dəfə  o  ölkəni  Magellan  səyahət  etmişdi.  Elə  özü  kəşf  etmişdi  bu  maraqlı 



ölkəni.  Adi  insanlardan  fərqli  olaraq  bu  ölkədə  hamı  gülürdü.  Təzə  doğulmuş 

körpədən  tutmuş,ayağı  gorunda  olan  qocaya  kimi.  Onları  ağlatmaq  olmurmuş, 

əsəbləşdirmək  olmurmuş.  Hətta  Magellanın  dənizçilərindən  biri  dözməyib, 

onlardan  birini  ona  güldüyünə  görə  kötəkləmişdi  də,  amma  kötəklənən  adam 

ağrını  qəh-qəhəylə  çəkir,  gülməyi  beyinə  işləyirdi.  Hər  şeyə,  hər  sözə,  hər  kəsə 

gülən bu insanlarla danışmaq, nəysə öyrənmək mənasız, həm də çox əsəbləşdirən 

iş idi. Çox sakit təbiətli Magellan özü də əsəbləşmişdi bu xaos qarşısında.Nəhayət 

gülən  insanların  içindən  bir  nəfər,  dərisi  sümüyünə  yapışan,  budaq  nazikliyində 

olan qoca çıxdı. Magellana yanaşdı. Gülmürdü.Tam ciddi, eybəcər siması vardı. 

Magellan ondan onların niyə güldüyünü soruşdu. Kişinin cavabını Magellan ölənə 

kimi unutmayacaqdı. 

-Onlar  üç  şey  bilmirlər.  Pulun,  pisliyin  və  ağlamağın  nə  olduğunu.  Ona  görə 

həmişə gülürlər. 

 

                                    



-Hə,olmuşam... 


- 25 - 

 

-Hansı olkalarda? 



  Eyvaz  çörək  satan  kişiyə  danışdığı  səyyah  yalanını  məcburiyyət  qarşısında 

Banuya da danışdı... 



 

*** 

 

-Vurmaqla aran necədi? 



-Belə də toydan-toya. Dostlarla ayda-ildə bir dəfə filan, belə... 

-Onda sən içməzsən. 

-Olmaz içməyəsən? Yəni öz işindi əlbəttə, amma çox içirsən deyəsən. 

-Cavid, mən kefimdən içmirəm.Gecə donmayım deyə içirəm. Yorğanımdı mənim 

araq. 

  Cavid  Alikə  uşaq  evində  böyüdüyünü  uydurmuşdu.  Heç  kiminin  olmadığını 



demişdi.  Alikin  vecsizliyi,  dərin  çuxurlarda  parlayan  gözləri  isə  həmişə  harasa 

görünməzliyə  baxır,  ordan  ilhamlanırdı  yaşamağa.  Cavid  elə  bu  dəqiqə  Aliki 

anası  kimi  doğa  bilərdi,  onu  xilas  edə  bilərdi  bu  zibildən.  Bunu  düşünməkdən 

zövq  alırdı,  amma  tələsmək  istəmirdi.  Özü  istəyirdi  uçurumları  saymağı.  Orda 

göyərçin  görmək  idi  məqsədi.  Alik  onun  kitabı  idi.  Onu  oxumamış  rəfin  ən 

yüksək nöqtəsinə qoymaq istəmirdi. Bəlkə də bezdirici suallar Alikin heç xoşuna 

da  gəlmirdi, amma  çox təmkinlə hər suala cavab  verirdi.  İxtisasca  psixoloq  olan 

Cavid də çox məharətlə təsir göstərə bilirdi "xəstəsinə". Hiss edirdi ki, bu bomjun 

həyat  tarixçəsi  haqda  film  çəkilsə,  ilin  filmi  nominasiyasının  qalibi  olar.  Əsas 

məsələ isə Aliki şübhələndirmədən duyğularını rəqs etdirib, danışdırmaq idi. 

  Parkda  kalan  yemək-içmək  var  idi.  Yarımçıq  yeyilən  dönərlər,  dişlənmiş 

bulkalar, bir-iki qurtum içilmiş şirələr, qazlı sular qarınlarını doydurmuşdu Cavid 




Yüklə 391,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə