Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 391,56 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix14.06.2018
ölçüsü391,56 Kb.
#48859
1   2   3   4   5   6   7   8   9   10   ...   16

- 26 - 

 

və  Alikin.  Düzdür,  əvvəl-əvvəl  iyrənsədə  kiminsə  artığını  yeməkdən  aclıq  ona 



güc gəlmişdi. Artıq o da şəhərin kabuslarından biri idi. 

  Axşam  düşürdü.  Alik  yarımlitrlik  arağı  başına  çəkir,  fısıldayır,  uzun-uzadı 

öskürür  və  davam  edirdi  içməyə.  Arağı  ona  yaxınlıqdakı  kafe  verirdi.  Onun-

bunun qabağından qalan araqları şüşələrə süzüb, Alik üçün saxlayırdılar. Günə ən 

azı 1-2 şüşəsi var idi. 

Ağzını silə-silə, oxuyaraq gedən bir kişini göstərərək dedi: 

-Bilirsən kimdi bu? 

-Hm,yox. Kimdi ki? 

-Ad...Adi..,yox-yox  Asə...Əşi  yadıma  düşmür.  Mügənni  var  idi  o  vaxt,  onun 

oğludu. Bədbəxt havalıdı. Havalı da olsa əla oğlandı. 

-O da bomjdu? 

-Yox  bomj  niyə?  Evi-eşiyi...Prosta  havalıdı  da.Hər  gün  burdan  oxuya-oxuya 

keçir, camaatı salamlayır. Axmaqdı, hər nədi, amma o dəqiqə bilinir ki, tərbiyəli, 

mədənidi. 

-Hardan bilinir? 

-Necə  yəni  hardan?  Gör  bir  yolu  necə  gedir...Onun  yerişinə  bax.  O  cür  yerişli 

insanlar həmişə yüksək mədəniyyətə malik olurlar. 

-Bunları hardan bilirsən? 

-Bomj olaraq doğulmamışam hər halda. 

-Bəs nə gətirib səni bu vəziyyətə? 

-Ayaqlarım gətirib də yəqin. (Gülümsəyir bu cümlə ilə) 

-Baş istəməsə, ayaq getməz. 




- 27 - 

 

-Bəs baş nə  etməlidi,  əgər  önündə  divar  varsa?  Hansı  məktəbli böyüyəndə  bomj 



olmaq arzusunda olur?! 

-Məncə... 

-Sənin fikrin mənə maraqlı deyil. Sən özün də, bu cəmiyyət, bu insanlar, bu şəhər 

də mənə maraqlı deyil! 

-Bəs  nədi  sənə  maraqlı  olan?  Hər  axşam  kafeden  verilən  şüşələrin  sayı?  Bu 

skameykalar? Bu murdar həyat? 

-Afərin.  Düz  tapdın.  Mən  içməyə  görə  yaşayıram.  Ölənə  kimi  də  içəcəyəm! 

Yaşamağımın mənası, ölmək istəməməyimdi. 

-Hm,deməli ümüdün var da... 

-Nə?  Ümüd?  Güldürmə,  sən  Allah...Kimdi  sənün  ümüdünü  ..  (söyüş  söyür) 

Yedirmə mənə təsəlli Ümüd,ümüd,ümüd...Sonra nədən yapışırsız çətinə düşəndə?  

Dayan, özüm deyim. Allahdan?! Nə etmisən Allah üçün, nə etmisən ümüd üçün? 

Budu  ümüdün?  Bu  taxta  skamyada  sabaha  sağ  çıxmaqdı  ümüd?  Ya  insanların 

səni sevməsinədi ümüd? Mən çoxdan ölmüşəm. Ölmüş insanın isə ümüdü olmur! 

-Günahkar kimdi bəs? 

-...Kimlər deyil ki...Bilirsən, Cavid?! Çox incidib bu şəhər, bu insanlar məni. Ora 

bax...(Barmağıyla evlərdə yanan işıqları göstərir) Orda xöşbəxt adamlar yaşayır. 

Başlarının  üstündə  dam  var.  Anaları,  ataları,  övladları,  ərləri,  arvadları  var. 

Evlərində yemək bişir, süfrə açılır, işıq yanır, uşaq səsi, böyük məsləhəti eşidilir. 

Özləri bəlkəm də bunun fərqinə belə varmırlar. Çox adi şeydi bu, onlar üçün. Hə, 

nə olsun damdı, ailədi? Yox, Cavid onların xöşbəxliyi öz əllərindədi, amma bəzən 

qürurdan, bəzən paxıllıqdan, bundan istifadə etmirlər. Onlar istənilən an bir sözlə 

həyatlarını  gözəlləşdirə  bilərlər.  Çünki  dam  var  başları  üzərində  və  bu  dam 

anlayışı  onları  ailə  olaraq  qorumağa  qadirdi.  Mənim  üstümdə  dam  görürsən?! 

Hamıdan  qırılıb  ürəyim.  Yalvarmışdım  doğsun  məni  anam  ki,  günəşin 

doğuluşuna  baxım?  Hər  gün  dava-dalaş.  Hər  gün  eyni  ssenari.  Atdılar  detdoma 

(Uşaq  evi  .red.).Tanımadığım  Maya,  Svetlana  analıq  etdilər  mənə...Onda  da 



- 28 - 

 

hamının  yanına  gəlirdi  valideynləri.  Ayda-ildə  bir  dəfə  olsa  da  gəlirdilər. 



Mənimsə 13 il yanıma heç kim gelmədi. O vaxtan ümüdə nifrət etdim. Ordan bir 

başa hərbi xidmətə yollandım. Hərbi xidmətim zamanı da cəmi bir dəfə detdoma 

məktub yazdım, başlığı hələ də yadımdadı "Əziz analarım Maya və Svetlanaya".. 

Qayıtdım xidmətdən. Çilingər işləməyə başladım. Bu işi də, Maya ana tapmışdı 

mənə. Getməyə bir yerim olmadığından, gecələri elə emalatxanada qalırdım. Bir 

il  sonra,  indiki  İncəsənət    Universitetinə  daxil  oldum.  Öz  gücümə  gecələri 

oxuyub,  məqsədimə  çatmışdım.  Bilirsən  necə  sevinmişdim  o  gün?  Bir  tort  alıb 

detdoma getdim.Orda qeyd eledim analarımla bərabər...Teatr aktyoru fakultəsində 

idim.  Sağ  olsunlar  arada  epizodik  rol  verirdilər  tamaşalarda.  İkinci  kursda 

oxuyanda  detdomdan  tanıdığım  Sara  ilə  evləndim.  Kirayə  ev  tutduq 

Basində...Qızımız oldu. Adını Arzu qoyduq...Arzumuz idi bizim. Cavid, təsəvvür 

eliyə  bilməzsən  uşaq  necə  qəşəng  idi...(Közü  əlini  yandıran  siqareti  atıb,araq 

şüşəsini başına  çəkir).  Dördüncü  gün  idi.  Gecə  tamaşa  məşqim  var  idi.  Sara  ilə 

uşağı 


Mayagilə 

aparıb 


qoydum 

ki, 


evə 

gec 


gələcəyəm...Uşaq 

ağlayır,dayanmır...Sara da məcbur qalıb, uşağı da götürüb evə qayıdır...Məşqdən 

gecə  2-də  çıxdım.  Evə  gələndə  isə...  (Dodaqlarını  bir-birinə  sıxıb,  fısıldayır. 

Gözlərindən  axan  yaşlar  əlindəki  boş  şüşəyə  tökülür)...  Yanırdı  ev.  Ətrafda 

yanğınsöndürənlər, camaat, qışqırıq səsləri, qarışıq çağırışlar, hönkürtülər...Bizim 

üstümüzdəki mənzildə yanğın baş vermişdi. Alov bizim mənzilə keçəndə Sara ilə 

Arzu  yatmış  olublar.  Oyananda  isə...Oyananda  alov  güclənib.  Sara  Arzunu  da 

qucağına alıb, atıb özünü pəncərədən...Bir Allah bilir nə çəkirəm Cavid, bir Allah 

bilir...Çıxdım 

universitetdən, 

işdən...Küçələrə 

üz 


qoydum, 

küçələrə 

sığındım...Aldılar  əlimdən  ümüdümü  də,  Arzumu  da!  Nə  öyrəşə,  nə  də  unuda 

bilirəm.  Arada  bu  unutdurur.(Əlindəki  şüşəni  göstərir)  Harda  dəfn  olunduqlarını 

da bilmirəm...Bilsəydim də,heç vaxt gedib onları orda...Cavid Aliki qucaqlayır. 

  Alik danışmışdı. Cavid onu danışdırmışdı, amma...Peşman idi indi. Bu yaralarla 

dolu  olan  insanın  yaralarını  qopartmağa  məcbur  etdiyinə  görə  peşman  idi. 

Amansız  həyat  səhnəsinin  Alik  adlı  personajı  Cavidi  ağlatmışdı.  Nəsə  demək 

istəyir,  ürək  eləmirdi.  Nə  desin?  Nə  deməlidi?  Hansı  söz,  cümlə,  hekayə  təsəlli 

ola bilərdi? Heç bir söz, heç bir cümlə. Alikə təsəlli olacaq söz icad olunmamışdı. 




Yüklə 391,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə