Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 391,56 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix14.06.2018
ölçüsü391,56 Kb.
#48859
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

- 29 - 

 

Bu  zahirən  tör-töküntü  görünən  şəxsiyyət  əslində  çox  güclü  iradə,    dözüm  və 



ürəyə  malik idi.  Bəli,  şəxsiyyət. Çünki,  Alik həqiqətən bir  adi  insanın  təsvir  edə 

bilməyəcəyi  çətinlikli  həyat  dramı  qəhrəmanı  idi.  Bu  gün  burda  ölsə  idi,  heç 

kimin vecinə də olmayacaqdı. Nə o qırmızı kirəmitli damın altında yaşayanların, 

nə günlərini bu parkda sevişərək keçirən aşiqlərin, nə də hər gün ona araq verən 

kafe  işçilərinin.  Nə  də  olmasa  onlar  üçün  Aliksiz  həyat  Alikli  həyatdan 

fərqlənmir. Kral öldü,yaşasın kral məsəli kimi. Bomj öldü, yaşasın bomj. Nə çox 

Bakıda Aliklər...  

 

*** 

 

  Artıq  üç  ay  idi  ki,  Toğrul  bu  göydələn  tikintisində  fəhləlik  edirdi.  Rayondan 



gələn dörd nəfər iş yoldaşı ilə yataqxanada qalırdı. Eyvazdan və Caviddən fərqli 

olaraq  onun  vəziyyəti  daha  yaxşı  idi.  Normal  yeyir-içir,  çarpayıda  yatırdı.  Heç 

kimə  ehtiyac  üçün  ağız  açmırdı.  Aldığı  maaşla  keçinə  bilirdi.  Hərdən 

axşamüstülər  təkbaşına  şəhəri  gəzməyə  çıxırdı.  Özünə  qapanmaq  üçün  kifayət 

qədər  vaxtı  olurdu.  Heç  olmadığı  dalanlar,  tinlər,  küçələr  isə  bitib  tükənmirdi. 

Bəzən sahibi olduğu mağazalara uzaqdan baxır, gülümsəyirdi. İndiki görkəmində 

öz  dükanına  girib  nəsə  alsaydı  da  tanımazdılar  onu.  Gözlər  sanki  beyinin  idarə 

etdiyi  fotoaparatdı.  Kimi  çəkmək  istəyir  onu  görür.  Adi,  sıradan  bir  alıcını 

"çəkmək" üçün o fotoaparatın vaxtı olmur... 

  İki  gün  idi  bir  kafeyə  dadanmışdı.  Bu  cür,  elitadan  çox  uzaqda  olan  kafelərdə 

demək  olar  heç  olmamışdı  və  təzə  gördüyü  mühitdə  özünü  tapmışdı  sanki. 

Tapıntılarından biri də,qaldığı  yataqxananın  ikinci  mərtəbəsində  yaşayan Günay 

idi... 

  Günay  Qubadan  Bakıya  təhsil  almağa  gəlmişdi  qardaşıyla  bərabər.  Toğrul  ilk 



dəfə onu küçədə görmüşdü. Sarışın, göy göz, ağ sifət bu qız Toğrulu özünə bənd 

etmişdi  elə  o  ilk  dəfədən.  Elə  o  ilk  dəfədən  Toğrul  Günayla  tanışlıq  üçün 




- 30 - 

 

bəhanələr  axtarırdı.  Çox  vaxt  saatlarla  birinci  mərtəbədə,  blok  girişində  dayanar 



ikinci  mərtəbədəki  yaşıl  qapının  açılmasını  gözləyərdi.  Əzbərləmişdi  bu  qapının 

səsini. Qapı açılan kimi pilləkanlara qaçardı ki, Günayla üzbə-üz çıxsın. O yuxarı, 

Günay aşağı düşərdi. Günay blokdan çıxan kimi isə cəld aşağı düşər, nəzərləriylə 

onu  yola  salardı.Yaxınlaşmağa  ürək  eləmirdi.Hər  halda  Toğrulun  düşüncəsində 

Günay  kimi  bir  qızın  yolda  kiminləsə  danışması,  kiminləsə  tanış  olması 

mümkünsüz  bir  şey  idi...Nəsə  başqa  bir  yol  olmalı  idi.  Bir  tərəfdən  də  qardaş 

amilinə böyük önəm verənlərdən idi Toğrul. İstəməzdi Günayın qardaşı onu səhv 

anlasın. 

  Adəti  üzrə  yenə  yatıb  qalmışdı.  İş  yoldaşı  Nəriman  qapıdan  "Dur  ay  Toğrul, 

gecikəcəksən"  -deyib  qışqırdı  və  qapını  çırpıb,  getdi.  Azər  və  Rəşad  da  artıq 

getmişdilər. Toğrul birtəhər yataqdan qalxa bildi. 

Qapını  arxasıyca  açarlayıb,  açarı  həmişə  gizlətdikləri  ayaqaltı  əskisinin  altına 

qoydu.  Pilləkanları  2-2  düşüb,blokdan  çıxdı...Əlini  cibinə  atdı  siqaret  üçün  və 

siqareti yatağının altında unutduğu yadına düşdü. Evə çıxmağa tənbəlik etdi. Odur 

ki,dükana  getməyi  qərarlaşdırdı.  Dükana  girəndə  Günayı  gördü  orda.  Ağ 

köynəkdə,  qara  qısa  ətəkdə.  Saçını  yığmışdı  arxadan...Toğrul  gözünü  çəkə 

bilmirdi bu gözəllikdən. Satıcı qadın narazı halda nəsə deyinir, Günaya nəsə başa 

salmağa çalışırdı. Günay isə çox sakit səslə satıcıya cavab verirdi. Pərt olmuş, bir 

az  da  əsəbi  siması  var  idi.  Satıcı  qadın  isə  get-gedə  səsini  ucaldırdı.  İndi  aydın 

başa  düşülürdü  onun  dedikləri.  Günaygili  dükana  borclu  idilər  və  borclarını 

ödəməyə  söz  verdikləri  tarix  keçdiyindən  satıcı  qadın  Günaya  heç  nə  vermək 

istəmirdi.  Toğrul  da  əsəbləşdi  bu  mənzərəyə.  Günay  xahiş  etdikcə,  satıcı  qadın 

daha  da  üstünə  qoyurdu  minnətləri,  uca  notları.  Nəhayət  bu  mübahisəyə  Günay 

son qoyub  dükandan  çıxdı.Toğrul  satıcıya  yanaşıb  Günaygilin borcunu  soruşdu. 

Satıcı  tərs-tərs  Toğrula  baxıb,  üzünü  elə  turşutdu  ki,  elə  bil  var-yoxunu 

söymüşdülər üzünə. Vərəqləri çək-çevir edib dodaqaltı mızıldadı: 

-68 manat 80 qepik. 

  Toğrul pulu ödədi və bir siqaret qutusu da götürüb dükandan çıxdı...  




- 31 - 

 

 



  Günay  artıq  çoxdan  getmişdi...Toğrul  onların  borcunu  ödəməklə  qızın  gözünə 

girmək  niyyəti  daşımırdı.  Bu  cür  cılız  insan  deyildi  Toğrul.  Sırf  insanlıq  üçün 

etmişdi bunu. Öz-özünə düşünürdü.Birdən səhv anladılar məni, onda necə? Necə 

olacaq,  deyərəm  ki,  pulunuz  olanda  verərsiz.  Hesab  edin  ki,  borclusuz  yenə, 

amma bu dəfə it sifət qadına deyil, mənə. Həmin qadından fərqli olaraq mən sizi 

tələsdirmirəm. Nə vaxt olar verərsiz. Hə, gözəl fikirdi... 

 

                             

 *** 

 

  Eyvaz Banu ilə bərabər Banunun həyat yoldaşı olan Aqili axtarırdı. Hərdən dəli 



bir ehtiras gəlirdi ona. Banuyla bağlı xəyallar qurar, bu xəyallardan ləzzət alardı. 

Dörd  ay  idi  bir  yerdə  qalmalarına  baxmayaraq  Banu  Eyvaza  qarşı  soyuq  idi  və 

Eyvaz gözəl anlayırdı ki, Banu ərinə sadiq qadınlardandı. Bəlkə də elə bu sadiqlik 

cəlb  edirdi  onu  Banuya...Günortalar  falçılıq  edər,  gecələr  isə  Banunun  kəndçisi 

olan  Zarina  gildə  qalırdılar.  Zarina  fahişəliklə  məşğul  idi.  Gündüzləri  yatır, 

gecələri isə "iş" başında olardı. Banu ilə onu ancaq kəndçi, doğma torpaq anlayışı 

bağlıyırdı.  Banunu  küçədə  görən  Zarina  çox  yalvarmışdı  Banu  gecələri  onlarda 

qalsın...Fahişələrin  ürək  yumşaqlığı  barədə  nə  vaxtsa  Eyvaz  hekayə  yazsaydı, 

hökmən  Zarinadan  da  bir  şeylər  qeyd  edəcəkdi.  Bu  aylar  ərzində  Eyvaz  çox 

müşahidə  etmişdi  Zarinanı.  Hətta  1-2  dəfə  onunla  yatmışdı  da,  amma  bu 

qadındakı şirindil, qarşısındakı insana hörmət, optimizm bəzən fahişə damğasını 

unutdururdu...Gözəl idi, amma Banu qədər deyil. Bu Eyvazın dəyişməz fikri idi... 

  Banu Eyvaza əl falını öyrətmişdi... 

-Bax,bu xətti gorursan Ayvaz? 

-Hə... 



Yüklə 391,56 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə